MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə28/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   24   25   26   27   28   29   30   31   ...   86

Misir S
əfərov 
 
 
100 
çıxır.  Belə  ki, Azərbaycan dili onomastik vahidlərinin 
orfoqrafik v
ə  orfoepik problemləri, onomastik leksikaya 
dair lüğətin tərtib olunması, Azərbaycan onomalogiyasının 
sözy
aratma  imkanları  və  s.  kimi məsələlər öz həllini 
gözl
əyir. Prof.A.Qurbanovun “Azərbaycan onomalogiyası 
m
əsələləri”  (redaktorları:  Q.Kazımov,  A.Hacıyev)  adlı 
əsərində  bu problemlər zəngin  dil  faktları  əsasında  şərh 
olunur. Mü
əllif xalq ədəbiyyatından,  bədii  əsərlərdən, 
respub
likamızın və qonşu respublikaların ərazisindən və s. 
topladığı  dil  materialları  əsasında  araşdırılan  problemin 
elmi-n
əzəri şərhini vermişdir. 
M
əlum həqiqətdir ki, dilin leksik tərkibi sabit qalma-
y
ıb,  daim  inkişaf  edir,  dəyişikliyə  uğrayır.  Onomastik 
vahidl
ər də  dilin  lüğət tərkibinə  daxil  olduğu  üçün  bu 
d
əyişmə  prosesinə  məruz qalır  və  bu  zaman  maraqlı  dil 
faktları  müşahidə  olunur.    Kitabın  “Azərbaycan dilində 
onomastik vahidl
ərin yaranması və dəyişməsi” adlı  birinci 
f
əslində  bu məsələlər  dil  faktları  əsasında    şərh olunur. 
Alim onomastik vahidl
ərin  əmələ  gəlməsi  yollarını 
araşdırarkən  haqlı  olaraq  bu  nəticəyə  gəlir  ki,  onomastik  
vahidl
ər dörd üsulla yaradılır: leksik, semantik, morfoloji 
v
ə  sintaktik.  Müəllif hər  bir  üsulun  ayrıca  xarakterik 
xüsusiyy
ətlərini  göstərir, zəngin  dil  faktları  əsasında  bu 
yollarla yaranan onomastik vahidl
ərin fərqli cəhətlərini 
t
ədqiq edir.  Müəllif faktlar əsasında  izah  edir  ki,    nitq  
hiss
ələrinin onomastik vahidlərin  yaranmasında  rolu  bu 
sah
ədə xüsusi tədqiqat aparmağı tələb edir. A.Qurbanovun 
apardığı  müşahidələr  əsasında  aydın  olur  ki,  onomastik 
vahidl
ərin  yaranmasında  dildə  olan bütün ünsürlər eyni 
d
ərəcədə  iştirak  etmir.  Bəzi dil vahidləri mürəkkəb 
adyaratmada daha f
əal iştirak edir. Belə ki, baba, ata, oğul, 


Az
ərbaycan dili məsələləri 
 
101 
oğlan,  əmi,  kişi,  ağa,  bəy,  xan,  qul,  hacı,  tala,  qara  və  s. 
sözl
ərin xüsusi adyaratmada rolu daha çoxdur. 
Onomastik  vahidl
ərin dəyişməsindən danışan müəllif 
antroponim  (şəxs  adı,  familiya,  ləqəb, titul), toponim və 
hidroniml
ərin daha çox dəyişikliyə uğradığını qeyd edir. 
Kitabın  “Onomastik  vahidlərin poetik və  üslubi 
xüsusiyy
ətləri” fəslində  bədii  əsərlərə, surətlərə, hadisə-
l
ərin təsvir  olunduğu  yerlərə  və  s.  verilən  adlar,  onların 
üslubi xüsusiyy
ətləri,  əsərin ideya-bədii təsir  qüvvəsini 
artırmaqda  bunların  rolu  kimi  məsələlər  şifahi  ədəbiy-
yatdan v
ə  bədii  əsərlərdən gətirilən nümunələr  əsasında 
izah olunur. 
“Onomastik vahidl
ərin orfoqrafik və  orfoepik prob-
leml
əri” adlanan fəsildə  Azərbaycan dilçiliyində  ilk dəfə 
olaraq onomastik vahidl
ərin yazılışı  və  tələffüzünün 
özün
əməxsus cəhətləri  aydınlaşdırılır.  Bu  problemin 
h
əllində  onomastik vahidlərin orfoqrafik və  orfoepik 
xüsusiyy
ətləri, onomastik vahidlərdə vurğunun rolu,  alın-
ma v
ə  gəlmə  onomastik vahidlərin  Azərbaycan dilində 
qrammatik normalar
ına  uyğunlaşdırılması,  qədim ono-
mastik vahidl
ərin mənşəyinin  araşdırılması  və  s. məsə-
l
ələrin tədqiq  olunması  mühüm  əhəmiyyətə  malikdir. 

əllif bu məsələləri Azərbaycan dilində  onomastik 
vahidl
ərin orfoqrafik xüsusiyyətləri, alınma və gəlmə  ono-
mastik vahidl
ərin  yazılışı,  Azərbaycan dilində  onomastik 
vahidl
ərin orfoepik xüsusiyyətləri və  s.  başlıq  və  yarım-
başlıqlarda, elmi-nəzəri aspektdə ümumiləşdirmiş və şərh 
etmişdir. 
Az
ərbaycan dilçiliyində  ilk dəfə  olaraq bu əsərdə 
onomalogiyaya dair terminl
ər lüğəti verilmişdir. Bu lüğət  
Az
ərbaycan onomastik vahidlərinin  düzgün  deyilişi, 
yazılışı və mənimsənilməsi üçün mühüm elmi əhəmiyyətə 


Misir S
əfərov 
 
 
102 
malik olmaqla b
ərabər, gələcəkdə  Azərbaycan onomas-
tikasının  ayrı-ayrı  sahələrinə  aid tərtib ediləcək  lüğətlər 
üçün istiqam
ətverici mahiyyət daşıyır. 
Alim  yuxarıda  adlarını  çəkdiyi  əsərlərində  poetik 
onomastika m
əsələlərinə  toxunmuşdur.  Lakin poetik 
onomastikanın  xüsusi  elmi  tədqiqat  obyekti  olduğunu 
n
əzərə alan müəllif bu sahəni ayrıca olaraq tədqiq etməyi 
lazım  bilmişdir.  “Poetik onomastika” (redaktoru: 
filologiya elml
əri doktoru Ə.M.Cavadov) əsəri məhz belə 
bir  z
əruri ehtiyacdan irəli gəlmişdir. 
Əsər  “Giriş”  və  üç fəsildən ibarətdir.  “Giriş”də  
poetik  onomastikanın  tədqiqat obyekti, vəzifələri və  s. 
vacib m
əsələlər  sadə  bir  dillə  izah edilir, poetik ono-
mastik vahidl
ərin öyrənilməsinin  ədəbi dil  tarixi, üslu-
biyyat, dialektologiya, müasir dil v
ə  dilçiliyin  başqa 
sah
ələri üçün maraqlı faktlar verə  biləcəyi göstərilir.   
“Onomastik vahidl
ərin  üslubi  imkanları”  fəslində 

əllif şifahi xalq ədəbiyyatında işlənən onomastik vahid-
l
əri  tədqiq edərkən bu nəticəyə  gəlir ki, xalq ədəbiy-
yatında  işlənən onomastik vahidlər,  xüsusilə  antroponim 
v
ə toponimlər ya real, ya da əfsanəvi planda işlənmişdir. 
Burada h
əm  də şifahi xalq ədəbiyyatında antroponimlərin 
familiya növünd
ən istifadə  olunmamasından,  onun  şəxs 
adı,  təxəllüs,  ləqəb və  ata  adından  sonra  yaranmasından, 
qadın adlarına hörmət mənasını ifadə edən “xanım” sözü-
nün  qoşulmasından,  ikinci  adqoyma,  addəyişmə  ənənə-
sinin  mövcudluğundan,  adların  bir  qrupunun  təsviri 
m
əzmun  daşımasından,  dini-əfsanəvi adlardan, toponim-
l
ərin müəyyən üslubi keyfiyyətə  malik  olmasından  və  s. 
nümun
ələr  əsasında geniş və ətraflı danışılır. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə