MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə36/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

Az
ərbaycan dili məsələləri 
 
129 
Sovet dövrü Az
ərbaycan ədəbi dilinin lüğət tərkibinin  
inkişafının  ikinci mərhələsi də (1940-1980-ci illər)  kitab-
da  geniş  işıqlandırılmışdır.  Müəllifin  göstərdiyi kimi, 
1940-1980-ci ill
ər Azərbaycan ədəbi dilinin çiçəklənməsi 
dövrüdür. Bu dövrd
ə dilimizin lüğət tərkibinin zənginləş-
m
əsində  daha  real  imkanlar  yaranır,  dildaxili  qanuna-
uyğunluqlarının çəkisi artır. Verilən materiallardan da bir 
daha  aydın  olur  ki,  ədəbi  dilin  terminoloji  potensialının  
rus dili alınmaları  hesabına zənginləşməsi üstünlük təşkil 
edir,  lakin  ümumxalq  malı  ola  bilməyən  bir  sıra  rus 
sözl
ərinin    potensialı  azalır,  daha  məqbul və  ümumişlək 
ərəb-fars mənşəli sözlər yenidən ədəbi dilə qayıdır. 

əllifin fikrincə, cəmiyyət həyatında baş verən bir 
çox ictimai-siyasi hadis
ələrlə, elmi-texniki tərəqqi və 
t
əsərrüfat-mədəni  inkişafla  əlaqədar  bu mərhələnin  ayrı-
ayrı  dövrlərində  ədəbi  dilin  inkişafında  spesifik  cəhətlər 
müşahidə  olunur.  Başqa  sözlə  desək, 1940-45-ci illərdə 
dil
ə  çoxlu hərbi istilahlar gətirilirsə, 1945-55-ci illərdə 
kosmik f
əzanın  tədqiqi, 1960-cı  illərdən sonra isə  elmi-
texniki t
ərəqqinin  coşğun  inkişafı  ilə  bağlı  yeni  sözlər 
yaranır. 
Kitabda  xüsusi  maraq  doğuran  bölmələrdən biri 
neologizml
ərə  həsr olunan səhifələrdir. Ümumiyyətlə, 
dilçilik 
ədəbiyyatında müxtəlif  baxımdan  şərh olunan 
neologizml
ər  dilin  inkişafında  xüsusi  mərhələ  təşkil  etsə 
d
ə, onun  sonrakı taleyi, dildə davamlılığı bərabər şəkildə 
getmir. Bunu n
əzərə  alan müəllif kitabda neologizm 
anlayışı,  ümumdil  və  fərdi neologizmlərin  əsas xüsusiy-
y
ətləri  haqqında  yığcam  nəzəri məlumat verdikdən sonra 
Az
ərbaycan dilində yaranan ümumdil neologizmlərin dörd  
əsas növü üzərində dayanmışdır. 


Misir S
əfərov 
 
 
130 
Əminik ki, bu dərs vəsaiti Azərbaycan dili tarixinin  
t
ədrisinə  lazımi  kömək göstərəcək, tələbələrin, müəllim-
l
ərin və oxucuların Azərbaycan ədəbi dili haqqında aldığı 
m
əlumatı daha da zənginləşdirəcəkdir. 
 
1987 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
131 
 
 
 
 
QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ 
 
Ümumi dilçilik v
ə  Azərbaycan dilçiliyinin müxtəlif  
probleml
ərinə  həsr  edilmiş  bir  sıra  elmi-tədqiqat  əsər-
l
ərinin və  dərsliklərin müəllifi  kimi  tanınan,  Azərbaycan 
SSR EA-
nın  müxbir  üzvü,  filologiya elmləri doktoru, 
professor Afat Qurbanovun yenic
ə çapdan  çıxmış “Poetik 
onomastika” (elmi redaktoru filologiya elml
əri doktoru 
Ə.M.Cavadov)  adlı  kitabı  müəllifin bu sahədə  apardığı 
uğurlu tədqiqatların davamı kimi maraq doğurur. 
Professor A.Qurbanov  öz t
ədqiqatlarını, əsasən, dil-
çiliyimizin az öyr
ənilmiş  sahələrinə  həsr edən alimlə-
rimizd
əndir. Son dövrlərdə  onomastik  leksikanın  tədqi-
qin
ə, öyrənilməsinə marağın güclənməsini nəzərə alan və 
60-
cı illərdən onomastik vahidlərlə  maraqlanan, axtarışlar 
aparan, toponimikaya dair mühazir
ələr oxuyan, bu fənnin 
proqramını  hazırlayan  professor  A.Qurbanov  “Müasir 
Az
ərbaycan  ədəbi dili” (1985), “Azərbaycan onomasti-
ka
sı”  (1986),  “Azərbaycan  onomalogiyası  məsələləri” 
(1986)   
əsərlərini nəşr etdirmiş və dilçiliyimizin bu sahə-
d
ə  öyrənilməsinə  düzgün elmi istiqamət  vermişdir.  Pro-
fessor  A.Qurbanov  yuxarıda  adlarını  çəkdiyimiz  əsərlə-
rind
ə, qəzet və  jurnal məqalələrində  poetik onomastika 
m
əsələlərindən az da olsa danışmışdır. Lakin poetik ono-
mastikanın  xüsusi  elmi-tədqiqat  obyekti  olduğunu  nəzərə 
alan mü
əllif bu sahəyə  aid  ayrıca  tədqiqat işi  aparmağı 
lazım bilmişdir. Professor A.Qurbanovun “Poetik onoma-
tika” adlı əsəri məhz belə bir  zəruri ehtiyacdan irəli gəl-


Misir S
əfərov 
 
 
132 
mişdir. Kitabın annotasiyasında oxuyuruq: “Vəsaitdə bədii 
əsərlərdə və oradakı surətlərə, hadisələrin təsvir olunduğu 
yerl
ərə  verilən  adlar,  onların  üslubi  xüsusiyyətləri,  əsərin 
ideya-b
ədii təsir qüvvəsinin  artmasında onomastik vahid-
l
ərin rolu, bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, 
etnik adlar, onomastik vahidl
ərin  obrazlılığı  bədii  əsər-
l
ərdə  xüsusi ad yaradıcılığı, poetik adların qrammatik və 
semantik xüsusiyy
ətləri,  yazıçının  fərdi  onomastikasının 
t
əhlili və  s. məsələlər  əhatə  olunur”. Bu göstərilənlər 
kitabın  Azərbaycan onomastik sistemində  özünəməxsus 
yer tutan, lakin uzun müdd
ət tədqiqatdan kənarda qalan bir 
sah
ənin  öyrənilməsinə  həsr  olunduğunu  bir  daha  təsdiq 
edir. 
Əsər “Giriş” və üç fəsildən ibarətdir. “Giriş”  adlanan 
birincı  hissədə  müəllif  poetik  onomastikanın  tədqiqat 
obyektini, v
əzifələrini və bir sıra vacib məsələləri sadə bir 
dill
ə izah edir. Burada həm də poetik onomastik vahidlərin 
öyr
ənilməsinin ədəbi dil  tarixi, üslubiyyat, dialektologiya, 
müasir dil v
ə dilçiliyin başqa sahələri üçün maraqlı faktlar 
ver
ə  biləcəyi göstərilir, şifahi xalq ədəbiyyatında  işlənən 
onomastik vahidl
ərlə yazılı ədəbiyyatda işlənən onomastik 
vahidl
ərin leksik-semantik və üslubi cəhətdən bir-birindən 
f
ərqləndiyi nümunələr  əsasında  izah  edilir.  “Onomastik 
vahidl
ərin  üslubi imkanlar” adlanan birinci fəsildə müəllif 
haqlı olaraq göstərir ki, xüsusi adların – onomastik vahid-
l
ərin təhlili  zamanı  onların  (xüsusi  adların)  emosionallıq, 
b
ədiilik, ifadəçilik və  s. xüsusiyyətlərinə  nəzər salmaq 
Az
ərbaycan  ədəbi dili tarixinin az tədqiq   olunmuş  sahə-
l
ərinin öyrənilməsində mühüm  rolu ola bilər. 
Professor  A.Qurbanov  şifahi  xalq  ədəbiyyatında 
işlənən onomastik vahidləri tədqiq edərkən  düzgün olaraq 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə