MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə33/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

Misir S
əfərov 
 
 
118 
M.Hüseynzad
ənin “Müasir Azərbaycan dili (fonetika, 
morfologiya)” 
əsərində sifətin altı dərəcəsi (adi, müqayisə, 
üstünlük, şiddətləndirmə, kiçiltmə, çoxaltma) olduğu izah 
olunur
1
. Burada is
ə  sifətin çoxaltma dərəcəsi  haqqında 
aşağıdakı  məlumat verilir: “Sifətin bu dərəcəsi (çoxaltma 
d
ərəcəsi – S.M.) vasitəsi ilə müəyyən keyfiyyətin miqdarı 
ya müsb
ət, ya da mənfiliyə doğru artır, yəni sifətin təyinlik 
d
ərəcəsi çoxalır. Lakin bu cür çoxalma həm müsbət, həm 
d
ə mənfi ola bilər. Məs.: yaxşıca, yekəcə, körpəcə, balaca 
v
ə  s. (səh.104).  Adı  çəkilən  əsərin təkrar nəşrində  də 
sif
ətin çoxaltma dərəcəsi  haqqında  məlumat  əsasən eyni 
il
ə təkrar olunur
2

“Az
ərbaycan dilində  təcrübi məşğələlər”  əsərində 
sif
ətin üç dərəcəsi  (adi,  azaltma,  çoxaltma)  olduğui 
göst
ərilir
3
. Burada sif
ətin çoxaltma dərəcəsinin iki yolla –
sif
ətin ilk iki səsi üzərinə  p.m.r səslərinin  əlavə  edilməsi 
v
ə  sifətin  əvvəlinə  düm, çox, ən, lap, daha  olduqca  
ədatlarından  birinin  artırılması  yolu  ilə  düzəldiyi  izah 
olunur. 
M.Adilov “Az
ərbaycan dilində  sintaktik təkrarlar” 
adlı  əsərində  sifətin çoxaltma dərəcəsinin  əmələgəlmə 
yollarından  da  danışmışdır
4
. Mü
əllif sifətin çoxaltma 
d
ərəcəsinin bir növünün də  sintaktik üsulla –  eyni sözün 

əyyən şəkildə təkrarı ilə  düzəldiyini qeyd edərək yazır: 
                                                 
1
  Bax: M.Hüseynzad
ə. Müasir Azərbaycan dili (fonetika, morfologiya). 
Bakı, 1963, səh.101-104. 
2
 Bax: M.Hüseynzad
ə. Müasir Azərbaycan dili  (morfologiya)., III hissə. Ali 
m
əktəblər üçün dərslik. “Maarif” nəşriyyatı,  Bakı, 1973, səh.99-104. 
3
  Bax: Az
ərbaycan dilindən təcrübi məşğələlər.  V.İ.Lenin  adına  APİ-nin 
n
əşri. Bakı, 1973, səh.121-123. 
4
  M.Adilov. Az
ərbaycan dilində sintaktik təkrarlar. “Elm” nəşriyyatı, Bakı, 
1974, s
əh.134-142. 


Az
ərbaycan dili məsələləri 
 
119 
“T
əkrarın  birinci  komponenti  ismin  çıxışlıq    halında, 
ikincisi adlıq halında olmaqla bütöv bir tərkib  yaranır ki, 
bu t
ərkibin ifadə etdiyi məfhum sözün təklikdə ifadə etdiyi 
m
əfhuma nisbətən daha qüvvətli və təsirli olur”
1
. Bundan 
sonra mü
əllif  yazılı  və  şifahi  ədəbiyyatdan nümunələr 
g
ətirərək (“cahildən cahil” –  R.Rza: “cavandan  cavan” 
N..X
əzri, “qaradan qara” – bayatı və s.) fikrini əsaslandırır. 
“Müasir Az
ərbaycan dili” əsərində  sifətin üç –  adi, 
azaltma v
ə çoxaltma dərəcəsi olduğu göstərilir
2
.  
Burada çoxaltma d
ərəcəsinin iki üsulla – morfoloji və 
sintaktik  yolla  yarandığı  izah  olunur.  Göstərilir ki, mor-
foloji yolla sif
ətin çoxaltma dərəcəsini yaratmaq  üçün p, r, 
m, s ünsürl
ərindən, sintaktik üsulla  isə  ən, lap, daha 
ədatlarından  və  eyni sifətin təkrarından  istifadə  olunur 
(xatırladaq ki, sonuncu qaydadan prof.M.Adilov adı çəki-
l
ən əsərində bəhs etmişdir). 
Prof.H.Balıyev  “Azərbaycan dili” (M.F.Axundov 
adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı  İnsti-
tutunun I kurs t
ələbələri üçün dərslik) adlı əsərində sifətin 
üç – adi, azaltma v
ə çoxaltma dərəcəsi olduğunu göstərir
3


əllif yazır ki, sifətin çoxaltma dərəcəsi iki yolla  düzəlir 
v
ə bunların arasında dərəcə etibarilə fərq olur: 
a) üstünlük bildir
ənlər  –  adi dərəcə  ilə  müqayisədə 
üstün 
əlamət bildirir və sifət  köklərinə lap, ən, çox, dedik-
c
ə, olduqca ədatlarını  yanaşdırmaqla  (ən gözəl, çox uca, 
dedikc
ə gözəl və s) düzəlir. 
                                                 
1
 M.Adilov Az
ərbaycan dilində sintaktik təkrarlar. “Elm” nəşriyyatı, Bakı, 
1974, s
əh.134. 
2
 Müasir Az
ərbaycan dili  (morfologiya)., II hissə. Ali məktəblər üçün 
d
ərslik. “Maarif” nəşriyyatı,  Bakı, 1973, səh.120-125. 
3
 
H.Balıyev. Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1982, səh.76-77. 


Misir S
əfərov 
 
 
120 
b) şiddətləndirmə bildirənlər - əşyanın  adi dərəcədən 
h
ədsiz üstün əlamətini bildirir. Bu  dərəcəni düzəltmək 
üçün sif
ətin birinci saitindən sonra p, m, s, r ünsürlərindən 
biri atılır – qıpqırmızı, yamyaşıl və s.
1
.  
hazırlıq şöbəsinin dinləyiciləri üçün  yazılmış “Azər-
baycan dili” d
ərsliyində də üç – adi, azaltma və çoxaltma 
d
ərəcələri  haqqında  danışılır
2
. d
ərslikdə  sifətin çoxaltma 
d
ərəcəsini düzəltmək üçün morfoloji və sintaktik üsuldan 
istifad
ə  olunduğu  qeyd  olunur.  Göstərilir ki, sifətin 
çoxaltma d
ərəcəsini morfoloji yolla düzəltmək üçün ca, cə, 
m, p, r kimi formantlardan istifad
ə  olunur. Çoxaltma 
d
ərəcəsini sintaktik yolla düzəltmək üçün isə  sifətin 
əvvəlinə daha, ən, lap, çox, düm, olduqca ədatlarından biri 
artırılır
3
.  
Bura q
ədər  deyilənlərdən aydın olur ki, adı  çəkilən 
elmi m
ənbələrdə  sifətin  dərəcələrinin kəmiyyəti və  çox-
altma d
ərəcəsinin  əmələgəlmə  üsulları  müxtəlif  şəkildə  
izah  olunmuşdur  (bu  isə  yuxarıda  qeyd  etdiyimiz  kimi 
fikir  dolaşıqlığı  yaradır).  Bizi  maraqlandıran  məsələ  
sif
ətin çoxaltma dərəcəsini düzəltmək üçün istifadə olunan  
üsullardan biridir. Bel
ə ki,  yuxarıda  adı çəkilən əsərlərdə 
sif
ətin çoxaltma dərəcəsini düzəltmək  üçün p, m, r, s 
s
əslərindən istifadə olunduğu göstərilir və bu yolla düzələn 
sif
ətin çoxaltma dərəcəsi morfoloji üsul adlandırılır. 
Fikrimizc
ə, bu məsələ iki səbəbdən mübahisəlidir:  
1) Göst
ərilən  mənbələrdə  p, m, r, s səsləri “səs”, 
“ünsür”,  “formant”  (şəkilçi  yox)  adlandırılır.  Deməli, 
                                                 
1
 
H.Balıyev. Göstərilən əsəri, səh.77. 
2
  Q.H
əsənov,  K.Əliyev,  F.Cəlilov. Azərbaycan dili (dərslik) , Azərbaycan 
Universiteti n
əşriyyatı, Bakı, 1989, səh.53-56. 
3
 Bax: Göst
ərilən dərslik, səh.55-56. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə