MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   28   29   30   31   32   33   34   35   ...   86

Misir S
əfərov 
 
 
114 
adını  özü  olanda  Əbdüləlibəy,  olmayanda  –  Əbdülbəli 
b
əy deyirlər... 
Gülüş  -  Bu isə  qəzetçi  şair  olub,  şairlikdən filosof, 
sonra da n
ə  olacaq, bilmirəm. Özü də  orijinal görünmək 
üçün, n
ə  desələr,  zidd  gedir.  Adını  deməyə  özüm də 
qorxuram, bird
ən  boynuna  düşsə,  öz  adını  da  danar.  Əsl 
adı  Məmmədəlidir.  
M
əmmədəli  –  heç yox, ad məşrut  bir  şeydir,  sözlə-
şəndə Məmmədəli əvəzinə Tabaq bəy də deyilə bilər.  
Gülüş – Çox gözəl, Tabaq bəy olun... 
Gülüş  –  Bu da öz dediyindən, ya Tabaq  bəydi, ya 
Çanaq  b
əydi, kim nə  deyirsə-desin, onun üçün fərqi 
yoxdur.  
M
əmmədəli  –  Heç  yox,  doğru  deyil,  mənim  adım 
Kasa b
əydir.  
Gülüş – Bir sözlə Qabqacaq bəy.  
Bütün h
əyatını  boş-boş  işlərə  sərf edən, mənasız 
ömür sür
ən Məmmədəli  kimiləri ifşa  etməyin  ən  doğru 
yolu budur. Şəxsin adının bu şəkildə dəyişdirilməsi gülüş  
yaratmaqla yanaşı tipin iç üzünün açılmasında da mühüm 
üslubi rol oynayır. 
T
ədqiqat göstərir  ki,  şəxs  adlarının  bədii  əsərlərin 
dilind
ə müxtəlif  məqam və formalarda işlənməsi mühüm 
üslubi 
əhəmiyyət qazanmaqla yanaşı, əsərin dramatizmini 
qüvv
ətləndirir,  obrazlılıq  yaradır.  Onomastik  vahidlərin 
işləndiyi müxtəlif məqam və formalardan biri şəxs adının 
xitab v
əzifəsində  işlənməsidir.  C.Cabbarlının    “Sevil” 
əsərində  Balaşla  Sevilin    bir-birinə  müraciəti buna misal 
ola bil
ər:  “Sevil;  ay  qız  Sevil;  Sənə  kimsə  acıqlanmaz, 
Sevil; Sevil, s
ən heç qorxma; Sevil, sən get; Sevil, dayan, 
getm
ə, hara gedirsən.  Sevil,  getmə;  Sevil, getmə, bir az 


Az
ərbaycan dili məsələləri 
 
115 
dayan;  Sevil,  m
əni  bağışla;  Sevil,  sən nə  üçün özünə 
böhtan deyirs
ən? Balaş, sənsən, bəs haçan keçdin ki, mən 
s
əni görmədim?;  Balaş,  bu  şəkildəki arvad da gələcək?; 
Balaş,  nə  üçün sən məni həmişə  adam arasına  qoymur-
san?;  Balaş,  yenə  pristavın  qohumu  sənin    üçün  ayağa 
durur? v
ə s. 
Nümun
ələrdən  göründüyü  kimi  şəxs  adının  xitab 
yerind
ə  işlənməsi hadisələrin yüksələn xətt üzrə  inkişaf 
etdiyini, 
əsərdə  qaldırılan  problemin  getdikcə  gərgin-
l
əşdiyini əks etdirir. 
B
ədii  əsərlərin dilində  digər onomastik vahidlərdən 
d
ə  istifadə  olunur. Sənətkarlar  əsərlərində  toponimlərdən 
istifad
ə  edirlər ki, bu da müxtəlif  üslubi  çalarlıqlar 
yaratmaqla 
əlaqədardır.  Toponimlərdən  yazıçılar  təsvir 
olunan hadis
əni real əks etdirmək, yəni işin icra olunduğu 
yeri  olduğu  kimi  vermək üçün istifadə  edirlər.  Məsələn, 
L
ənkəranda  əmanət  kassasında  işləmisən?...  Astarxan-
bazarda kolxoz s
ədri deyildin?... Mən çox Səfər tanıyıram. 
Biri  Qasımov  Səfər  Qarabağda  ispolkom idi... Zərdabda 
prokuror 
olmamısan?  Zaqatalada  fındıq  tədarükündə 
işləmirdiniz?...  Əşi,  İmişlidə  intriqa üstündə  səni  işdən 
götürm
ədilər?...  Qubada  alma məsələsi  yaddan  çıxıb? 
(S.R
əhimov). 
B
ədii əsərlərin dilində obrazlılıq yaratmaq üçün süni 
toponiml
ərdən – yəni yazıçının yaratdığı, hadisələrin təsvir 
olunduğu şəraitə uyğun işlənən toponimlərdən də istifadə 
edilir. Klassik Az
ərbaycan  ədəbiyyatının  görkəmli 
nümay
əndəsi C.Məmmədquluzadənin əsərlərində işlətdiyi 
Danabaş,  Çaylax,  Zurnalı,  Ulaxlı,  Nurcaman,  İtqapan, 
Qurdlar,  Danaqırt,  Qarağılçıq  və  s.  yazıçı  təxəyyülünün 
m
əhsulu olan toponimlər yüksək  obrazlılığa  malik  olub 
əsərin ideyası ilə sıx surətdə bağlıdır. 


Misir S
əfərov 
 
 
116 
Ümumiyy
ətlə, bədii  əsərlərin dilində  işlənən poetik 
onomastik vahidl
ərin üslubi imkanlarının araşdırılıb tədqiq 
edilm
əsi, onların məna çalarlarının üslubi rəngarəngliyinin 
üz
ə çıxarılması dilçiliyimizin qarşısında duran mühüm və 
aktual probleml
ərdəndir. 
 
1989 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
117 
 
 
 
 
SİFƏTİN ÇOXALTMA DƏRƏCƏSİ 
HAQQINDA 
 
Az
ərbaycan dilinin elmi qrammatikasından və bu dilə 
aid 
yazılmış  əsərlərdə  dilimizin bəzi qayda və  qanunları 
izah edil
ərkən müxtəlif yol verilir, eyni bir qayda ayrı-ayrı 
şəkillərdə  şərh olunur. Bu isə  fikir  dolaşıqlığı  yaradır, 
oxucunu ç
ətinlik qarşısında qoyur. 
Müxt
əlif  şəkildə  şərh olunan məsələlərdən biri də 
sif
ətin dərəcələrinin kəmiyyəti və dərəcələrin əmələgəlmə 
üsullarının izahıdır. Məqalənin  yazılmasında əsas məqsəd 
sif
ətin çoxaltma dərəcəsi haqqındakı məlumatın  müxtəlif 
elmi m
ənbələrdə bir-biri ilə uyğun gəlmədiyini göstərmək-
d
ən ibarətdir. Ona görə də biz aşağıda adı çəkilən  mənbə-
l
ərdə  sifətin dərəcələrinin kəmiyyətini göstərməklə 
kifay
ətlənəcək və çoxaltma dərəcəsinin izahındakı müxtə-
lifliyi  aydınlaşdırmağa  çalışacağıq  (məqalənin həcmini 
n
əzərə alıb bütün mənbələri göstərə bilmədik). 
“Müasir Az
ərbaycan  dilinin  morfologiyası”  əsərində  
sif
ətin üç –  adi, azaltma və  çoxaltma dərəcəsinin  olduğu 
göst
ərilir
1
. Çoxaltma d
ərəcəsinin isə  iki növü –  üstünlük 
v
ə artıqlıq növü olduğu qeyd olunur. Üstünlük növünün ən, 
lap, daha, da 
ədatları, artıqlıq növünün isə -ca//-cə şəkilçisi, 
p, m, s, r s
əsləri, çox, düm, tünd sözləri və sifətin təkrarı 
il
ə əmələ gəldiyi göstərilir. 
                                                 
1
 Bax: Müasir Az
ərbaycan dilinin morfologiyası. V.İ.Lenin adına APİ-nin 
n
əşri, Bakı, 1961, səh.64-67. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə