MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə40/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

Az
ərbaycan dili məsələləri 
 
143 
şifahi və  yazılı formada fəaliyyət göstərən ədəbi dil təbii 
olaraq öz üslubla
rını  da  yaratmışdır.  Beləliklə, hər bir 
funksional üslub t
ədricən zənginləşmə  və  təkmilləşmə 
yolu keçmiş, get-gedə  möhkəmlənmiş, sabitləşmiş və xalq 
kütl
ələrinə xidmət etmişdir. 
Az
ərbaycan dili inkişaf etmiş müasir dillərdən biridir. 
Bu  dilin  materialları  əsasında  funksional  üslubların 
növl
ərini müəyyənləşdirməyin  mühüm  eımi  əhəmiyyəti 
var. Kitabın “Müasir dövrdə funksional üslublar” bölməsi 
bu mühüm m
əsələyə  həsr  olunmuşdur.  Professor  A.Qur-
banov burada Az
ərbaycan  ədəbi dili funksional üslub-
larının aşağıdakı növlərindən    söhbət açır: ədəbi danışıq 
üslubu, b
ədii üslub, elmi üslub, rəsmi üslub, publisistik 
üslub v
ə epistolyar üslub. Müəllif yuxarıda adı çəkilən hər 
bir  funksional  üslubu  ayrı-ayrı  təhlil  edir,  onların  üslubi 
göst
əriciləri, istifadə  dairəsi,  janrları  mikroüslubları,  dil 
əlamətləri,  bir  sıra  vasitələrdən istifadə  olunması  və  s.  
konkret nümun
ələr və  bədii materiallar əsasında    şərh 
olunur.  Başqa  dilçi  alimlərin fikrinə  toxunan müəllif 
funksional üslublar  haqqında  özünün elmi  fikrini söylə-
yir v
ə əsaslandırır. Fəslin sonunda müəllif doğru olaraq bu 
n
əticəyə  gəlir ki,  “bu və  ya  başqa  bir  üslubun  yaranma 
tarixi mü
əyyən zamanla - əsrlə bağlıdırsa, onun  formalaş-
ması  və  inkişafı  xalqın  əsrlər boyu əldə  etdiyi nailiy-
y
ətlərin nəticəsidir” (səh.40). 
“Dil v
ə üslub” əsərində elmi  yeniliyi, orijinallığı ilə 
seçil
ən məsələlərdən  biri də funksional üslubların əlaqə və 
münasib
ətinin müəyyənləşdirilməsidir.   Kitabın “funksio-
nal  üslubların  əlaqə  və  münasibəti” bölməsi funksional 
üslubların sərhəddinin müəyyənləşdirilməsi, onların əlaqə 
v
ə münasibətlərinin aydınlaşdırılmasına həsr olunmuşdur. 
Burada  mü
əllif üslubi sərhəd, üslubi əlaqə  və  üslubi 


Misir S
əfərov 
 
 
144 
münasib
ət    anlayışlarının  izahını  vermiş,  onların  üslub 
n
əzəriyyəsində  ən mürəkkəb məsələlər  olduğunu  göstər-
mişdir. Müəllif məşhur  üslub  tədqiqatçılarının  belə  bir 
fikrini t
əqdir edir ki, ədəbi dillərin  funksional  üslubları 
arasında  birdəfəlik sərhəd müəyyən etmək çox çətindir. 
Çünki üslubların  sərhədi çox dəyişkəndir. Buna  görə də 
ədəbi dillərdə üslublararası sərhəd şərti xarakter daşıyır. 
Üslubi 
əlaqədən  danışan  müəllif qeyd edir ki, dili 
t
əşkil  edən bütün problem  və  hadisələr bir-biri ilə  bağlı 
olduğu üçün ədəbi dilin  üslubları da bir-biri ilə müxtəlif  
d
ərəcədə yaxındır. Bu yaxınlıq isə hər növ üslubi əlaqənin 
əsasını təşkil edir. 
Professor A.Qurbanovun qeyd etdiyi kimi “üslubi 
münasib
ətlər,  yaxınlıq  və  əlaqələr  əsasında  ədəbi dilin 
üslubları  ümumi  üslubi  rəngarənglikdə  cəmləşir,  bütöv 
üslublar sistemi 
əmələ gəlir (səh.41). 
Ayrı-ayrı  dillərin funksional üslublarının  öyrənilmə-
sinin h
əm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Çünki 
üslubların  təhlili  aid  olduğu  dilin  mədəni məsələlərinin 
aydınlaşdırılması, dilin funksional inkişafının araşdırılması 
dem
əkdir.  Ona görə  də  funksional  üslubların  öyrənilməsi 
yolla
rının  düzgün  müəyyənləşdirilməsinin mühüm elmi 
əhəmiyyəti  var.  Bu  baxımdan  kitabın  “funksional  üslub-
ların  öyrənilməsi  yolları”  fəsli yeniliyi ilə  xüsusi  maraq 
doğurur.  Burada  müəllif iki mühüm məsələnin  üzərində 
dayanır. Bunlardan biri  dil hadisələrinin axtarılmasında və 
öyr
ənilməsində  üslubi mənbənin müəyyənləşdirilməsi
dig
əri isə  üslubi tədqiqatın  prinsipləridir. Professor 
A.Qurbanov üslubi m
ənbə kimi yazılı abidələrin, bədii və 
dini 
ədəbiyyatın, rəsmi sənədlərin və s. xüsusi əhəmiyyəti 
olduğunu qeyd edir. 


Az
ərbaycan dili məsələləri 
 
145 
Üslubi t
ədqiqatın    prinsipləri çoxdur. Burada müəl-
lifin vacib hesab etdiyi iki prinsip –  milli bünövr
əyə 
əsaslanmaq və  xronoloji-tarixilik prinsipi geniş  təhlil 
olunur. T
ədqiqatçı düzgün olaraq bu nəticəyə gəlir ki, dilin 
üslublar sistemi  üz
ərində,    tədqiqat sistemi üzərində 
t
ədqiqat  aparılarkən onun milli əlamətləri, xüsusiyyətləri 
n
əzərə alınmalıdır. 
Professor A.Qurbanov 
ədəbi dillərin funksional 
üslublarının  öyrənilməsində  xronoloji-tarixilik prinsipin-
d
ən danışarkən yazıyaqədərki dövrün üslublarının tədqiqi, 
yazılı  ədəbi dillə  əlaqədar təşəkkül  tapmış  üslubların 
öyr
ənilməsi,  ayrılıqda  bir  üslubun    tarixi  və  əsrlər üzrə 
üslubların  öyrənilməsi məsələlərini ön plana çəkir. Bu 
bölgül
ərin hər biri haqqında  ayrıca danışmaq olar. Biz bu 
bölgül
ərdən biri - əsrlər üzrə funksional üslubların öyrənil-
m
əsi üzərində  dayanacağıq.  Çünki  funksional  üslubların 
göst
ərilən bölgülər üzrə  tədqiqi dilçiliyimiz üçün təzədir 
v
ə problemin həllinə yeni baxışı müəyyənləşdirir. Müəllif 
funksional    üslubların  öyrənilməsinin  əsrlər üzrə  bölgü-
sünü aşağıdakı şəkildə qruplaşdırır: 
VIII-IX 
əsrlərdə Azərbaycan ədəbi dilinin finksional 
üslubları; X-XII əsrlərdə Azərbaycan ədəbi dilinin  funk-
sional  üslubları;  XIII-XVIII  əsrlərdə  Azərbaycan  ədəbi 
dilinin funksional üslubları; XIX əsrdə Azərbaycan ədəbi 
dilinin  funksional üslubları; XX əsrdə Azərbaycan ədəbi 
dilinin 
funksional  üslubları;  a)  XX  əsrin  I  yarısında 
funksional üslublar; b) XX 
əsrin  II  yarısında  funksional 
üslublar. 
Funksional  üslubların öyrənilməsinin əsrlər üzrə böl-
güsünü ver
ən tədqiqatçı bu nəticəyə gəlir ki, “Azərbaycan 
ədəbi dilinin funksional üslublar sisteminin bu bölgülər 
üzr
ə  tədqiqi, təhlili və  təsviri dilçilik  elmimizin böyük 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə