MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə43/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

Az
ərbaycan dili məsələləri 
 
153 
l
ərin təsvir  olunduğu  yerlərə  və  s.  verilən adlar,  onların 
üslubi xüsusiyy
ətləri,  əsərin ideya-bədii təsir  qüvvəsini 
artırmaqda  bunların  rolu  kimi  məsələlər  şifahi  ədəbiy-
yatdan v
ə  bədii  əsərlərdən gətirilən nümunələr  əsasında 
izah olunur. 
“Onomastik vahidl
ərin orfoqrafik və  orfoepik prob-
leml
əri” adlanan fəsildə  Azərbaycan dilçiliyində  ilk dəfə 
olaraq onomastik vahidl
ərin  yazılışı  və  tələffüzünün 
özün
əməxsus cəhətləri  aydınlaşdırılır.  Bu  problemin 
h
əllində  onomastik vahidlərin orfoqrafik və  orfoepik 
xüsusiyy
ətləri, Azərbaycan dilinin qrammatik normalarına 
uyğunlaşdırılması,  qədim onomastik vahidlərin mənşəyi-
nin  araşdırılması  və  s. məsələlərin tədqiq  olunması  üçün 
mühüm 
əhəmiyyətə  malikdir. Müəllif bu məsələləri 
Az
ərbaycan dilində onomastik vahidlərin orfoqrafik xüsu-
siyy
ətləri, alınma onomastik vahidlərin  yazılışı, Azərbay-
can dilind
ə  onomastik vahidlərin orfoepik xüsusiyyətləri 
v
ə  s.  başlıq  və  yarımbaşlıqlarda,  elmi-nəzəri aspektdə 
ümumil
əşdirmiş və şərh etmişdir. 
Əsərdəki “Azərbaycan antroponimləri”, “Azərbaycan 
hidroniml
əri”, “Azərbaycan zoonimləri”, “Azərbaycan 
kosmoniml
əri”, “Azərbaycan ktematonimləri”, “Azərbay-
can etnoniml
əri” fəsilləri də  öz elmi dəyəri ilə  çox 
maraqlıdır. Klassik və müasir ədəbiyyatdan, eləcə də  xalq 
yaradıcılığından  verilmiş    nümunələr  əsərin bədii məziy-
y
ətini və elmi dəyərini artırır.  
Yüks
ək elmi səviyyədə  və  səlis dildə  yazılan  Azər-
baycan onomastika probleml
ərinə həsr edilmiş bu 2 cildlik 
fundamental monoqrafiyadır. 
 
2005 
 


Misir S
əfərov 
 
 
154 
 
 
 
TÜRKOLOJİ DİLÇİLİYƏ DAİR 
BİBLİOQRAFİYA 
 
Az
ərbaycan  Respublikasının  tam  müstəqillik qa-
zanması, cəmiyyətin demokratikləşdirilməsi elmi-tədqiqat 
işlərinin aparılmasına da yeni istiqamət vermişdir. Xalqın 
siyasi, iqtisadi, sosial-m
ənəvi həyatında  güclü  yeniləşmə 
gedir. Dövl
ətin son on ildə verdiyi qərar və  göstərişlərdə 
g
ənc  nəslə elmlərin əsaslarının öyrədilməsi, mənimsənilən 
n
əzəri biliklərin təcrübəyə geniş tətbiqi, alınan nəticələrin 
elmi c
əhətdən ümumiləşdirilməsi  və  onun  başqalarına 
çatdırılması  üzrə  bacarıq  və  vərdişlərin  aşılanması  irəli 
sürülür. Bunsuz yeni h
əyatın  məzmununu dərk etmək, 
yaradıcı fəaliyyət göstərmək mümkün deyil. 
Türkoloji dilçiliyin m
əhsuldar tərkib hissəsi olan 
Az
ərbaycan dilçiliyi də öz araşdırmaları ilə yeni istiqamət 
almış,  aparılan  elmi-tədqiqat  işləri yeni məzmun qazan-
mışdır. Azərbaycan  dili, türk dilləri, ədəbiyyatı, mədəniy-
y
əti, tarixi ilə  qarşılıqlı  əlaqədə, eyni kontekstdə  araş-
dırılır, öyrənilir. Aparılan bu elmi işlərə düzgün istiqamət 
verm
ək, tədqiqatçıları  elmi  mənbələrlə  yaxından  tanış 
etm
ək üçün türk dillərinin öyrənilməsinə  dair elmi 
biblioqrafik v
əsaitə böyük ehtiyac duyulur. Bu ehtiyacı az 
da olsa öd
əmək üçün Bakı  Slavyan    Universiteti  türko-
logiya  kafedrasının  müdiri,  filologiya  elmləri namizədi, 
dosent Nurid
ə  Novruzova və  həmin  kafedranın  dosenti 
Dürdan
ə  Əliyeva  bu  yaxınlarda  “Türkoloji  dilçiliyə  dair 
biblioq
rafiya” adlı vəsait nəşr etdirmişlər. Əsəri filologiya 


Az
ərbaycan dili məsələləri 
 
155 
elml
əri doktoru, professor T.Hacıyev redaktə etmiş, filolo-
giya elml
əri doktoru, professor N.Cəfərov və  filologiya 
elml
əri  doktoru,  professor  Q.Kazımov    isə  nəşr  olunma-
sına rəy vermişlər. 
Türkoloji  dilçilik  sah
əsində  çalışan  bütün  tədqi-
qatçılar,  aspiranrt,  dissertant,  magistr  və  bakalavrların 
istifad
əsi üçün nəzərdə  tutulan  bu vəsaitin tərtib edil-
m
əsində məqsəd “türk dillərinin tarixinə, abidələrinə, türk 
dill
ərinin dialekt və  şivələrinə,  lüğətçilik tarixinə, həm-
çinin müasir türk dill
ərinin fonetik, leksik və  qrammatik 
quruluşlarına,  qohum  və  müxtəlifsistemli  dillərlə  müqa-
yis
əli tədqiqinə  aid vacib hesab etdiyimiz mənbələri 
yığcam    şəkildə  aiatemləşdirməkdir. ... türkoloji dilçiliyə 
aid 
ən mühüm elmi  ədəbiyyatı,  xüsusilə  son on ildə  çap 
olunmuş yeni ədəbiyyatları bir vəsaitdə toplamaqdır”. 
Əsərdə Azərbaycan, rus, ingilis, alman, türk, tatar, 
özb
ək, türkmən və başqa dillərdə olan ədəbiyyatlar veril-
mişdir.  Bu  elmi  ədəbiyyat on iki mövzu üzrə  qrup-
la
şdırılmışdır. “Türk dillərinin mövqeyi və təsnifi”, “Türk 
yazılı  abidələrinin və  türkdilli  əlyazmalarının  öyrənil-
m
əsi”, “Türk dilləri tarixinin öyrənilməsi”, “Müasir türk 
dill
ərinin tədqiqi” və  başqa  bölmələrdə  türk  dillərinin 
ümumi m
əsələlərinə, altayşünaslığa  və  türk dillərinin 
t
əsnifinə aid ədəbiyyat, türk dillərinin yazılı abidələrinə və 
əlyazmalarının  tədqiqinə  həsr  olunmuş  mənbələr,  türk 
dill
ərinin tarixi, türkoloji fikir tarixinə aid tədqiqatlar, türk 
dill
ərinin fonetik, leksik və  qrammatik quruluşlarının 
müqayis
əli öyrənilməsinə  aid mənbələr,  müasir türk 
dill
ərinin öyrənilməsinə  həsr  olumuş  tədqiqatlar və  s. öz 
əksini  tapmışdır.  “Türkoloqlar”  bölməsi isə  türkoloji 
dilçilik sah
əsində  xidmətləri  olan  tanınmış  türkoloqlar 
haqqında  mənbələrin  verilməsinə həsr edilmişdir. Vəsai-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə