MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə45/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

Misir S
əfərov 
 
 
160 
Lakin uydurma t
əbirlər icabından  və əvvəlcə uydurulmuş 
b
əzi təbirləri  qullanmaqdan  anlaşılmamaq  qorxusuyla, 
müh
ərrir vaz keçmişdir. Bunun üçün kitabda ərəbi və farsi 
sözl
ər, istilahlar olduqca boldur. Lakin bizim fikrimizcə, 
türkc
ə qonuşub anlaşılmamaqdan isə ərəbcə və fars sözlərə 
şimdilik  razı  olaraq  anlaşmaq  daha  iyidir,  faydalıdır. 
Əsərin böylə bir mövzu üzərində birinci dəfə yazılmış bir 
kitab olduğun da xatirdən çıxarmamaq icab edər” (səh.24).  
“Türk-
tatar  lisaniyyatına  mədxəl”  əsəri universitet 
t
ələbələri üçün dərslik kimi nəzərdə  tutulmuşdur.  Birinci 
f
əsil  “sözlərin üzviyyəti  (fiziologiyası)”  adlanır.  Bu 
f
əsildə danışıq səsləri, onların fiziologiyası, növləri, səsləri 
h
ərəkətə gətirən psixoloji amillər və s. şərh edilir: “Demək  
oluyor ki, söyl
əmək üçün  əvvəla  sədaları  və  kəlmələri 
istehsal, y
əni tələffüz edə  biləcək müəyyən üzvlərimiz
sonra da ümumiyy
ətlə,  ruhi qabiliyyət və  məqsədimizi 
ifad
əyə meyl və arzu bulunması şərtdir. Demək ki, təkəl-
lüm hadis
əsini gərəyi kibi anlamaq üçün, məsələyi ikiyə 
t
əqsim etmək  lazımdır.  Birincisi,  üzvi  cəhəti, yəni 
k
əlmələri təşkil  və  tələffüz üçün zəruri olan müəyyən 
üzvl
ər, ikincisi, bu üzvləri hərəkətə  gətirən ruhi, daxili 
f
əaliyyət  və  qabiliyyətimiz. Birinciyə  səslərin üzviyyəti-
fiziologiyası,  ikincisinə  isə  səslərin mənəviyyatı,  yaxud 
ruhiyy
əti-psixologiyası deyilir” (səh.25-26).  
Bir çox Avropa v
ə Şərq xalqlarının dillərinə  yaxşı 
b
ələd   olmağının  nəticəsidir ki, o, dünya dillərində möv-
cud olan danışıq səslərini təhlil etmiş, hətta onların sayını 
da mü
əyyən edə bilmişdir.  Bu fəsildə müəllif türk dillə-
rinin s
əs sisteminin tədqiqinə geniş yer vermişdir. O, türk 
dill
ərində olan danışıq səslərini sait və samit səslər adı ilə 
iki yer
ə  ayırmış,  onların  əsas cəhətlərini,  əmələgəlmə 


Az
ərbaycan dili məsələləri 
 
161 
fiziologiyasını, işarə olunduğu hərfləri göstərmişdir. “Səs-
l
ərin ruhiyyəti” bölməsində  isə danışıq səslərinin insanın 
sinir sistemi il
ə  bağlı  olduğu  fikrini  əsaslandırmışdır.  O, 
insanın  danışığı  ilə  əsəbləri  arasındakı  əlaqəni sadə  və 
anlaşıqlı bir dil ilə izah edir, hissi və əsəbi durumun insan 
nitqin
ə, səsin tonuna təsir etməsi fikrini irəli sürür və 
əsaslandırır.  Ümumiyyətlə, bu hissədə  danışıq  səsləri, 
onların  əsas xüsusiyyətləri  haqqında  maraqlı  fikirlər var.  
“Şəkillər” adlandırılan  bölmədə sözləri bir-birilə bağlayan 
şəkilçilər, dildə  şəkilçilərin vəzifələri, türk dillərində 
şəkilçilərin sözlərin forma və mənasını dəyişən mühüm bir 
amil  olduğu  izah  edilmiş,  sözlərin bir-birinə  bağlanması 
kimi m
əsələlərə də münasibərt bildirilmişdir. 
B.Çobanzad
ə  dünyanın  bir  sıra  dillərində  sözlərin 
şəkil dəyişmələri  izah  etmiş,  flektiv  dillərdə  sözlərin 
kökd
ən, türk-tatar dillərində  isə  şəkilçilər vasitəsi ilə 
d
əyişdiyini misallarla aydınlaşdırmışdır. 
“Hansı  dili  mükəmməl hesab etmək olar və  ümu-
miyy
ətlə, dillər necə mükəmməl olur” kimi məsələlərə də 
öz münasib
ətini bildirən tədqiqatçı  apardığı  elmi  araş-
dırmalardan  sonra  bu  qənaətə  gəlir ki, dillərin mükəm-
m
əlliyi həmin dildə  danışan  insanların    elmi,  iqtisadi, 
siyasi  inkişafı  ilə  bağlı  lüğətlərinin, söz xəzinəsinin 
genişliyi  ilə  əlaqədardır:  “Lisanların  mükəmməlliyyəti 
m
əsələsinə gəlincə hər lisan bu dildə  qonuşanların düşün-
c
ələrini və  bunların  əşya  arasında  görə  bildikləri mün-
sib
ətləri anlatmağa müqtədirdir. Lisanların bir-birinə qarşı 
olan f
əaliyyəti, üstünlüyü sərflərinə  və  ümumiyyətlə,  
t
əşəkküllərinə  təəllüq etməyib  yalnız  bu  lisanda  qonuşan 
adamların fiziki inkişafına və bunun nəticəsi olaraq lüğət-
l
ərinin, söz  xəzinələrinin zənginliyinə və mücərrəd, dərin, 
geniş mənalı sözlərin mövcudiyyətinə bağlıdır” (səh.57). 


Misir S
əfərov 
 
 
162 
Sonrakı hissələrdə müəllif sözlər, sözlərin sinifləri, 
cüml
ə  haqqında  fikirlərini  şərh  etmişdir.  “Lisanların 
şəcərəvi təqsimi” bölməsində  tədqiqatçı  müxtəlif dillər 
arasında  müqayisəli  qarşılaşdırma  apararaq  bütün  dillərin 
bir ana dild
ən törəməsi fikrinə münasibətini bildirir və bu 
fikri daha 
doğru  hesab  edir:  “Bütün  bu  lisan  ailəsi  bir  
ümumi  lisandan  doğmuşdur  ki,  bu  lisana  ana  lisan  – 
pra`fzık təbir olunur” (səh.69).  
 “Kitabiyyatda” 74 elmi m
ənbə  göstərilmişdir.  Bu 
m
ənbələr  yazıldığı dövr üçün nə qədər qiymətli idisə, bu 
gün d
ə  öz dəyərini  saxlamış  elmi  məxəzlərdir və  hər bir 
t
ədqiqatçıya kömək edəcək,  yol göstərəcək qədər qiymətli 
elmi 
əsərlərdir. 
Ümumiyy
ətlə, “Türk-tatar  lisaniyyatına  mədxəl” 
əsəri türk dilçiliyində  türkologiya və  nəzəri dilçilik sayə-
sind
ə  qiymətli bir mənbədir.  Əsərdə  dilçiliyin elə  bir 
problemi yoxdur ki, B.Çobanzad
ə  ona münasibət bildir-
m
əsin. Dilçilik sahəsində  tədqiqat aparanlar bu kitabdan 
xeyli faydalı məlumatlar ala bilərlər. 
 
2007 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə