MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

Misir S
əfərov 
 
 
166 
İrihəcmli nəsr əsərləri  – roman və epopeyalar başqa 
janrlardan m
əqsəd və vəzifəcə fərqləndiyi kimi, səciyyəvi 
dil v
ə üslub xüsusiyyətləri ilə də bənzərsiz olurlar. Azər-
baycan 
ədəbiyyatında roman janrının özünəməxsus dil  və 
üslub 
ənənələri  vardır.  Digər tərəfdən,  yazıçıların  dil  və 
üslubun t
ədqiqi  ədəbi dilin  inkişaf  yolunu  öyrənmək 
baxımından  da  aktuallıq  kəsb edir. Çünki sözün bütün 
potensial  imkanları,  obrazlılıq,  məcazilik,  emosionallıq 
kimi keyfiyy
ətləri və  nəhayət,  üslubi  çalarları  ədəbi dilin 
mühüm sah
əsi olan bədii üslubda cəmləşir  və  müəy-
y
ənləşir.  “Görkəmli  söz  ustaları  dilimizin  inkişaf  qanun-
larını düzgün başa düşərək milli dil mədəniyyətinin köklü 
sur
ətdə  yaxşılaşdırılması  sahəsində  misilsiz xidmət gös-
t
ərmişlər. Xalq tərəfindən yaradılmış və ümumxalq dilinə, 
milli dil
ə  keçmək  hüququ  qazanmış  hər  bir həyati, 
s
əciyyəvi    və  tipik dil  vahidini ilk dəfə  söz sənətkarları  
seçib  götürmüş,  yaradıcılıqla  inkişaf  etdirərək öz bədii 
əsərlərini  cilalamış,  beləliklə,  ədəbi dili də  yeni vasitələr 
hesabına zənginləşdirmişlər”
2
. Xalqın həyatında  baş verən 
bütün  d
əyişikliklər, təbii ki, onun dilində  də  öz  əksini  
tapır.  Dilin  lüğət  fondunda  baş  verən zənginləşmələr, 
artımlar,  başqa  dildən  alınan  sözlər  yazıçı  dilində  əks 
olunur, ona gör
ə  də  hər  hansı  bir  mərhələdə  dilin  lüğət 
t
ərkibinin mənzərəsini, onun üslubi zənginliyini meydana 
çıxarmaq  üçün  yazıçının  əsəri tədqiqatçıya  daha  çox 
möt
əbər material verir. 
Bu m
ənada  Azərbaycan ədəbiyyatında roman janrı-
nın  maraqlı  nümunələrini  yaratmış  Ə.Əbülhəsənin yara-
dıcılığının,  xüsusilə  “müəllifin  canlı  cəbhə  müşahidə-
                                                 
2
  
Q.Kazımov. “Ə.Haqverdiyev dramaturgiya dili” (“Dağılan tifaq” pyesi 
əsasında), nam.diss., Bakı, 1965, səh.1. 


Az
ərbaycan dili məsələləri 
 
167 
l
ərinin bədii ümumiləşdirilməsi”
3
. Hesab edil
ən “Dostluq 
qalası”  romanının  bədii dil və  sənətkarlıq  xüsusiyyətləri 
ciddi  elmi araşdırmalar üçün olduqca tutarlı bir bədii fikir 
qaynağıdır.  
30 il
ə  yaxın  bir  yaradıcılıq  ilhamının  məhsulu olan 
“Dostluq  qalası”  romanı  müharibə  dövrü Azərbaycan 
ədəbi dilinin mənzərəsini əks etdirir. Əsərin dilinin leksik 
əsası,  söz  tutumu  ədəbi dilin müharibə  dövrünə  xas olan 
xüsusiyy
ətlərinin  aşkara  çıxarılması  baxımından  geniş 
material verir. Bel
ə  ki, müharibə  dövrü  ədəbi dilimizin 
lüğət tərkibində  olan səciyyəvi terminlər, terminoloji 
sözl
ər mövzunun tələbinə uyğun olaraq bu romanda daha 
çox işlənmişdir. 
Bir h
əqiqətdir  ki, yazıçı əsərlərində yaşayıb-yaratdığı 
dövrün 
ədəbi dil gerçəkliyinə  arxalanır,  o  dövrün  dil 
qurumuna istinad 
edir.  Lakin  bu  yaradıcılıq  prosesində  
yazıçı özü də dilə yaradıcı münasibət bəsləyir, dolayısı ilə 
onun inkişafına, zənginləşməsinə xidmət edir. Dilin daxili-
gizli, aşkarlanmamış imkanlarını üzə çıxarmaqda, kütlənin 
malı  etməkdə  də  yazıçının  rolu  böyükdür.  “Yazıçının 
yaradıcılığı,  müəllif  şəxsiyyəti, qəhrəmanları,  mövzusu, 
əsərdə irəli sürdüyü fikirlər onun  dilində cəmləşdirilir”
4
 
Maraqlıdır  ki,  Ə.Əbülhəsən  “Dostluq  qalası”  roma-
nında  müharibə  ilə  əlaqədar olaraq, yeni sözləri, termin-
l
əri, söz birləşmələrini  işlədərkən  onlardakı  obrazlı  mə-
qamlara daha çox diqq
ət yetirir,  sözlərin ekspressiv-emo-
sional  imkanlarından  həm bədii ifadə  vasitəsi, həm  də 
dövrün xüsusiyy
ətindən irəli gələn üslubi bir tələb  kimi 
istifad
ə  edir.  Ə.Əbülhəsən  bütün  yaradıcılığı  boyu  xalqa  
                                                 
3
 
Ə.Bağırzadə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. 
Az
ərnəşr, Bakı, 1970, səh.263. 
4
 
В.В.Виногадов. «О языке художественной литературы»,  


Misir S
əfərov 
 
 
168 
yaxın olmuş, ondan faydalanmışdır. Bunun nəticəsidir  ki,  
“Dostluq qalası” romanında xalq dili,  xalqın ruhu özünün 
geniş və parlaq əksini tapmışdır. 
Uzun v
ə səmərəli yaradıcılıq yolu keçən Əbülhəsənin 
h
əyatı və yaradıcılığı ədəbiyyatşünaslıq baxımından geniş 
t
əhlil olunsa da,  onun    haqqında  bir  çox  monoqrafiyalar, 
dissertasiya v
ə  məqalələr  yazılsa  da,  elmi-tədqiqat  əsər-
l
ərində, alim məktəblər üçün dərslik və dərs  vəsaitlərində 
Ə.Əbülhəsənin Azərbaycan  ədəbiyyatındakı  yeri  göstə-
rils
ə  də,    yazıçının  əsərləri dil-üslub  baxımından  çox  az 
öyr
ənilmişdir. Yazıçının bədii yaradıcılığının bu aspektdən 
(dil-
üslub baxımından) öyrənilməsi  işinə ilk təşəbbüs kimi 
v
əsaitdə  “Dostluq  qalası”  əsərinə  müraciət  olunmuşdur. 
Əsərin yüksək bədii təsiri,  yazıçının  yaradıcılığında 
əlamətdar sənət hadisəsi kimi qeydə  alınması  ilkin  və 
əsaslı  şərtlər kimi müəllifə  haqq  vermişdir  ki,  tədqiqatda 
m
əhz  bu romana istinad etsin. Məlumdur ki, “Dostluq 
qalası”  Azərbaycan  bədii nəsrində  Böyük Vətən müha-
rib
əsi hadisələrini  əks etdirən  ən    dolğun  roman-epopeya 
olduğu  üçün  ədəbiyyatşünaslığın    həmişə  diqqət mərkə-
zind
ə dayanmışdır”
5
. Dörd kitabdan, 1600 s
əhifədən ibarət 
olan  “Dostluq  qalası”  romanının  birinci  hissəsi 1947-ci 
ild
ə  “İnqilab  və  mədəniyyət”  jurnalında  (N  5,6,7,8)  çap 
olunmuşdur.  Əsərin  ayrı-ayrı  hissələri  çapdan  çıxdıqca 
ədəbi ictimaiyyətin, tənqid və  ədəbiyyatşünas-lığın, 
oxucuların diqqətini cəlb etmişdir
6

                                                 
5
  
Ə.D.Əliyeva. Ə.Əbülhəsənin “Dostluq qalası” romanı. Nam.diss., Bakı, 
1970, s
əh.10. 
6
   
Ə.Ağayev.  “Müharibə”  romanı.  “Ədəbiyyatqəzeti”, 3 noyabr 1947-ci il; 
H.
Mehdi.  Yoldaşlıq  məsləhəti.  “Ədəbiyyat qəzeti”, 12 yanvar1948-ci il; 
M.Arif. “Müharib
ə”  romanı  haqqında.  “Kommunist”  qəzeti, 18 yanvar 
1948-ci il; K.Q
əhrəmanov. “Müharibə” romanı haqqında, “İnqilab və mədə-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə