MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə46/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

Az
ərbaycan dili məsələləri 
 
163 
 
 
 
 
Ə.ƏBÜLHƏSƏN NƏSRİNİN  
DİLİ
*
 
 
Sovet dövrü Az
ərbaycan  ədəbiyyatı  yaradıcılarının, 
bu 
ədəbiyyatın təməl daşlarını qoyanların bədii yaradıcılıq 
yoluna n
əzəri – filoloji maraq və diqqət son zamanlar xeyli 
gücl
ənmişdir.  Sanballı  monoqrafiyaların,  çoxsəpgili, çox-
aspektli t
ədqiqat  işlərinin  yaranması  ilə  əlamərdar olan 
bel
ə  bir  maraq və  diqqətin ciddi obyektiv elmi səbəbləri 
vardır.  Belə  ki,  ictimai  dünyagörüşcə,  şəxsi talecə  yeni 
dövrün yetirm
ələri olan bu ədəbi simalar, nəticə  etibarilə 
öz s
ənətkar talelərini də  həmin cəmiyyətin bədii salna-
m
əsini yaratmaq işinə həsr  etmişlər. Azərbaycan xalqının 
sosial-m
ənəvi tərəqqi uğrunda ardıcıl və inamlı mübarizəsi 
onların  qələmində  həmişə  parlaq və  həyati  boyalarla  
canlandırılmışdır. Bu mənada  zəngin həyat və sənət təcrü-
b
əsinə  malik  sənətkarlarımızın  qələmindən  çıxmış  bədii 
əsərləri  diqqət mərkəzində  saxlamağı,  onlardakı  ideya-
estetik d
əyərləri bütün incəlikləri ilə  aşkarlayıb  üzə 
çıxarmaq  elmi-filoloji vəzifə  olmaqdan öncə, ümumxalq 
ehtiramının  ifadəsi və  təcəssümü kimi qəbul etmək 
lazımdır.  Sovet  dövrü  Azərbaycan  ədəbiyyatı  yaradıcı-
larının  bədii irsinə  marağı  və  diqqəti zəruri edən səbəb-
l
ərdən birini də onlara məxsus sənətkarlıq axtarışlarının bu 
gün d
ə öz əhəmiyyətini itirməyən həyati perspektivlərində, 
                                                 
*
  Qeyd: 
Kitabın  bu hissəsi 1992-ci ildə  akademik Afad  Qurbanovun 
redaktorluğu ilə nəşr edilmişdir. 


Misir S
əfərov 
 
 
164 
onların  yaratdıqları  bədii dil-üslub, bədii təsvir və  uifadə 
vasit
ələri  cəbbəxanasının  yaşarı  gücündə  və  təsirində 
axtarmaq lazımdır. 
Ədəbi üslub anlayışının, sözün daha geniş mənasında 
ədəbi dilimizin zənginləşmə yolları və vasitələri ətrafında 
elmi  qayğıların  gücləndiyi müasir mərhələdə  isə    məsə-
l
ənin bu cəhəti üzərində  təkidlə  dayanmağın  əhəmiyyəti 
xüsusil
ə böyükdür. 
M
əlumdur  ki,    müasir  filologiya  qarşısında  duran 
mühüm m
əsələlərdən biri də  milli  ədəbi dillərin funda-
mental  tarixinin  yaradılması,  onun  üslublarının  inkişaf 
m
ərhələlərinin  tipoloji  hüdudlarının  müəyyənləşdiril-
m
əsidir.  Bu  baxımdan  bədii üslubun görkəmli nümayən-
d
ələrinin  dil və üslub keyfiyyətlərinin tədqiqi problemin 
uğurlu  həlli üçün həmişə  əyani-təcrübi  istinad  olmuş  və 
istinad olaraq qalır. 
Az
ərbaycan  filologiyasında  fərdi bədii  üslubların 
öyr
ənilməsinə  dair  az tədqiqat  işi  aparılmamışdır.  Məsə-
l
ən, son on illiklərdə ədəbiyyatımızın görkəmli nümayən-
d
ələrindən    İ.Nəsimi,  Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, 
M.V.Vidadi, M.F.Axundov, H.B.Z
ərdabi, Q.B.Zakir, 
Ə.B.Haqverdiyev, N.Nərimanov, N.Vəzirov,  M.Ə.Sabir, 
C.M
əmmədquluzadə,  A.Şaiq,  C.Cabbarlı,  S.Vurğun, 
S.R
əhimov, Y.V.Çəmənzəminli, S,S.Axundov və  başqa 
s
ənətkarların dil və üslubuna aid sanballı tədqiqat işlərinin 
yaranması  bunun  canlı  təzahürüdür
1
.  Bu is
ə  Azərbaycan 
                                                 
1
  N.M
əmmədov. “M.F.Axundovun dili”. Bakı, 1946; R.Kazımova “Ə.Haq-
verdiyevin  hekay
ələrinin  dili”.  Bakı,  1949;  M.Cahangirov.  “C.Cabbarlı 
poeziyasının  leksikası  və  qrammatik xü3susiyyətləri”,  Bakı,  1952; 
S.X
əlilov. “H.B.Vəzirovun əsərlərinin dili”, Bakı, 1954; Ə.Bağırov. “Azər-
b
aycan  sovet    romanlarının  dil  xüsusiyyətləri (1945-1950-ci illər),  Bakı, 
1955; S.Murtuzayev. “M.F.Axundov komediyalarının frazeologiyası”, Bakı, 


Az
ərbaycan dili məsələləri 
 
165 
ədəbi  dilinin  ayrı-ayrı  mərhələlərinə  məxsus bədii  dilin, 
b
ədii üslubun tədqiqi deməkdir və  əslində, faktlardan 
göründüyü kimi, t
ədqiqat prosesində  az-çox bütün mər-
h
ələlər əhatə olunmuşdur. Lakin Ə.Əbülhəsənin “Dostluq 
qalası” romanının dili və üslubu ayrıca araşdırma obyekti 
olmamışdır.  Halbuki  bədii sənətdə  və  eləcə  də  roman 
janrında  orijinal  üsluba  malik  olan  Ə.Əbülhəsənin  
“Dostluq  qalası”  romanının  dili  və  üslubunun  ayrıca 
t
ədqiqat mövzusu kimi götürülməsi    bir çox müasir  dil 
probleml
ərinin  elmi  izahı  üçün  zəngin material verir. 
Burada fikrimiz
ə  təkan kimi bəzi məqamlar üzərində 
ayrıca  dayanmağa  ehtyac  vardır.  Məlumdur  ki,  ayrı-ayrı 
s
ənətkarlar dil vəc üslubca bir-birindən  ayrıldıqları  kimi, 
müxt
əlif janrlı əsərlər də dil və üslubca fərqlənirlər. 
                                                                                                        
1958; N.Abbasova. “C.Cabbarlının “1905-ci ildə” pyesinin dili və üslubu”, 
Bakı,  1959;  A.Qurbanov.  “S.Vurğunun  “Vaqif” pyesinin dili və  üslubu”, 
Bakı,  1962;  S.Vəliyeva. “C.Məmmədquluzadə  hekayələrinin  leksikası”, 
Bakı, 1961; F.Xəlilova. “Mir Cəlalın bədii əsərlərinin bəzi sintaktik-üslubi 
xüsusiyy
ətləri”,  Bakı,  1962;  M.Məmmədov. “N.Nərimanovun nəsr  əsər-
l
ərinin leksikası  və  frazeologiyası”,  Bakı,  1963;  Q.Kazımov.  “Ə.Haqver-
diyevin dramaturgiya dili”, Bakı, 1965; R.Həsənov. “Y.V.Çəmənzəminlinin 
hekay
ələrinin dili və üslubu”, Bakı, 1967;  V.Məmmədova. “Abbas Səhhətin 
uşaq  şeirlərinin dil və üslub xüsusiyyətləri”, Bakı, 1970; R.Məhərrəmova. 
“Sabirin satirik şeirlərinin leksikası”, Bakı, 1969; N.Abbasova. “C.Cabbarlı 
pyesl
ərinin  leksikası”,  Bakı,  1974;  ŞşŞabanov.  “S.Rəhimovun  “Şamo” 
romanının  leksikası”,  Bakı,  1974;  N.Xudiyev.  “A.Şaiqin  nəsr  dili”,  Bakı, 
1978; F.M
əmmədova. “Y.V.Çəmənzəminlinin  tarixi  romanlarının  dil  və 
üslub xüsusiyy
ətləri” (“Qızlar bulağı” və “Qan içində” romanları əsasında)”, 
Bakı,  1979;  Z.Məmmədov. “S.S.Axundovun hekayələrinin leksika və 
frazeologiyası”,  Bakı,  1982;  T.Hacıyev.  “Molla  Nəsrəddin”in dili və 
üslubu”,  Bakı,  1983;  Y.Seyidov.  “Sözün  qüdrəti”,  Bakı,  1983;  M.Adilov. 
“S
ənətkar və  söz”,  Bakı,  1984;  A.Salahov.  “İlyas  Əfəndiyevin  yaradı-
cılığının poetikası”, Bakı, 1984; A.Axundov. “Dilin poetikası”, Bakı, 1985 
v
ə s.                                                                                                                   


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə