MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə39/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

Misir S
əfərov 
 
 
140 
v
ə  kateqoriyaları  daxil  edir    və  bunların  xüsusi,  konkret 
üslubi m
əsələlərin  açılması,  anlaşılması  üçün  mühüm 
rolunu qeyd edir. 
“Sinonimlik  üslubiyyatın  bünövrəsi  kimi”  adlı  para-
qrafda mü
əllif  lüğəti və  qrammatik sinonimlikdən  söhbət 
açır,  dil  vahidlərinin  sinonimliyinin  açılmasını,  dəqiq 

əyyənləşdirilməsini üslubi tədqiqatın  başlıca  cəhət-
l
ərindən hesab edir. 
“Üslubiyyatın  əsas istiqamətləri”  yarımbaşlığında  
üslubi hadis
ə  və  proseslərin,  dil vahidlərinin öyrənilmə-
sind
ə iki istiqamət – dil  vahidlərinin üslubi imkanlarının 
öyr
ənilməsi və funksional üslubların tədqiqi istiqaməti ön 
plana ç
əkilir,  onların  əhəmiyyəti elmi cəhətdən qiymət-
l
əndirilir. 
Əsərin  maraqlı  bölmələrindən biri “dil vahidlərinin 
üslubi imkanları” adlanır. Burada ən kiçik dil vahidindən 
tutmuş  ən böyük dil vahidi əhatə  olunmaqla üslubi yük 
izl
ənilir, müəyyənləşdirilir. Dil vahidləri ayrı-ayrı başlıqlar 
altında qruplaşdırılır və onların üslubi əlamətləri şifahi və 
yazılı  ədəbiyyatdan gətirilən nümunələr  əsasında    şərh  
olunur. Bel
ə ki, üslubi fonetikada səslərin uzanması, qısal-
ması,  samit səslərin təkrarı,  cingiltiləşmə,  vurğu,  heca, 
ah
əng qanunu, sonor samitlərin  işləkliyi, intonasiya və  s. 
fonetik 
əlamətlərin nitqdə  müxtəlif məna  çalarlıqları 
yaratması;  üslubi    leksikada  sözlərin müxtəlif boyalarda, 
çalarlarda, m
əcazi mənada  işlənməsi, sinonimlik hadisə-
sinin  üslubi  leksikanın  əsasını  təşkil  etməsi,  ümumişlək 
sözl
ərin  üslubi  imkanları,  terminoloji  sözlərin müxtəlif 
üslublarda  işlənmə  imkanları;  üslubi  onomastikada  şifahi 
v
ə yazılı ədəbiyyatda işlənən şəxs, yer,  planet adları və s. 
onomastik vahidl
ərin ya real, ya da əfsanəvi planda 


Az
ərbaycan dili məsələləri 
 
141 
veril
ərək müxtəlif üslubi xüsusiyyətlər  yaratması;  üslubi 
frazeologiyada 
sinonimliyin üslubi frazeologiyanın əsasını 
t
əşkil etməsi, istər canlı danışıqda, istərsə də bədii ədəbiy-
yatda fikri daha d
əqiq, eyni zamanda müxtəlif emosional 
çalarlarda t
əzahür etdirmək  üçün  eyni  bir  anlayışın 
müxt
əlif frazeoloji  birləşmələrlə  ifadəsi;  üslubi deriva-
tolofgiyada müxt
əlif üslubi və ekspressiv-emosional vasi-
t
ələrin – kitab üslubuna dair söz  yaradıcılığı vasitələri və 
adi  danışıq  üslubuna    dair  söz  yaradıcılığı  vasitələrinin 
üslubi xüsusiyy
ətləri; üslubi morfologiyada morfoloji 
vahidl
ərin üslubi sinonimliyi və  üslubi  təhkimliyi; üslubi 
sintaksisd
ə  söz birləşmələri,  idarə,  yanaşma,  uzlaşma 
əlaqələri, cümlə  üzvlərinin  sıralanması  söz  birləşmələri 
daxilind
ə  başqa bir söz və  ya ifadənin  işlədilməsi, sadə 
cüml
ənin müxtəlif  tipləri v  növləri, mürəkkəb cümlənin 
quruluşu,  əlavə  və  xüsusiləşmələr və  başqa  sintaktik 
vahidl
ər,  sintaktik sinonimlik, cümlə  üzvlərinin  sıralan-
masının  üslubi  sintaksisin  ən xarakterik cəhəti  olması, 
sintaktik vasit
ə  olan  intonasiyanın  nitqdə  çox mühüm 
üslubi rol oynaması və s. məsələlər yerli-yerində verilmiş 
nümun
ələr əsasında şərh və izah olunmuşdur. 
Müasir dilçilik aktual v
ə  çətin məsələlərindən biri 
müxt
əlif tipli dünya dillərində  funksional    üslubların 

əyyənləşdirilməsi və onların təsnifidir. Bu çətinliyin bir 
neç
ə səbəbi vardır. Kitabın “funksional üslublar və onların 
t
əsnifi” bölməsində bu məsələlərə toxunulmuş onların həlli 
yolları haqqında maraqlı fikirlər irəli sürülmüşdür. 
Dilçilik 
ədəbiyyatında    üslub  anlayışlarının  ədəbi 
dill
ə  bağlı  olduğunu  əsas tutan bəzi dilçilər funksional 
üslubların  yaranma  tarixini  yazılı  ədəbi dilin meydana 
g
əlməsi  vaxtı  ilə  əlaqələndirirlər. Lakin məlumdur ki, 
ədəbi dil əvvəl  şifahi  formada  inkişaf  etmiş  və  bəsit də 


Misir S
əfərov 
 
 
142 
olsa, onun b
əzi  funksional  üslubları  meydana  gəlmişdir. 
Ona gör
ə  də  professor A.Qurbanovun bu bölmədə  dünya 
dill
ərində funksional üslubların yaranma tarixini iki yerə - 
yazıya  qədərki və  yazı  ənənəsindən  sonrakı    dövrlərdə 
üslublar  adı  altında  ayırması  öz  elmi    yeniliyi  ilə  diqqəti 
c
əlb edir. Müəllif qeyd edir ki, bu  dövrdə yaranan üslublar 
t
əbii  olaraq  yaranmasına,  tərkibinə, vəzifəsinə, cəmiyyət-
d
əki xidmətinə görə bir-birindən fərqlənirdilər. 
Professor  A.Qurbanov  yazıya  qədərki dövrlərdə 
funksional üslubları iki qrupa bölür: poetik üslub və ədəbi 
söhb
ət üslubu. 
Yazıyaqədərki dövrlərdə  şifahi  ədəbiyyat  –  ağız 
ədəbiyyatı  poetik  üslubun  yaranmasında  və  formalaşma-
sında  mühüm  rol oynamışdır. Bu  dövrdə  yaranan poetik 
funksional  üslub  şifahi  ədəbiyyatın  bir  sıra  janrlarında  – 
bayatı,  dastan,  nağıl  mikroüslublarında  geniş  istifadə 
edilmişdir. 
Yazıyaqədərki  şifahi  ədəbi dilin ədəbi söhbət funk-
sional üslubunun tarixind
ən, onun yaranma  şəraitindən, 
söz v
ə  ifadələrin  seçilib  işlədilməsi prinsipindən  danışan 

əllif  bu  üslubun    iki  mikroüsluba  ayrıldığını  göstərir: 
“M
əişət  -  ədəbi söhbət mikroüslubda   ata  qayğısı  –  ana 
n
əvazişi, ata məsləhəti – ana nəsihəti üçün ədəbi səciyyəli 
söz v
ə ifadələr – dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-
ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, 
xahişlər üçün mədəni söz tərkibinə, ifadələrə  müraciət 
olunmuşdur” (səh.24). 
Yazı ənənəsindən sonrakı dövrlərdə funksional üslub-
ların  yaranması  və  inkişafından  danışan  müəllif  göstərir 
ki,  funksional üslubların meydana gəlməsi və  formalaş-
masında  yazılı  ədəbi  dil  mühüm  rol  oynamışdır.  Belə  ki, 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə