MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə38/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   34   35   36   37   38   39   40   41   ...   86

Misir S
əfərov 
 
 
136 
ul) onun birinci cildinin  (elmi redaktoru, filologiya elm-
l
əri  doktoru,  prof.  Ə.C.Şükürovdur)  nəfis  şəkildə  çapını 
başa çatdırmışdır. 
A.Qurbanovun uzunillik 
əməyinin məhsulu olan bu 
d
ərslik özünü elmi səviyyəsinə, orada proqram tələ-
b
ələrinə uyğun qoyulan məsələlərin əhatəliliyinə, gətirilən 
dil faktlarının zənginliyinə nəzəri səviyyəsinə görə diqqəti 
c
əlb edir. 
D
ərsliyin birinci cildi  “Giriş”  və  dörd bölmədən 
ibar
ətdir. Girişdə linqvistik fənlər sistemində “Ümumi dil-
çilik” kursunun  yeri aydınlaşdırılır, fənnin konkret vəzifə-
l
ərindən, quruluş və həcmindən bəhs olunur. 
D
ərslikdə diqqəti cəlb edən məsələlərdən biri ümu-mi 
dilçilik f
ənninin hansı problemləri əhatə etməsi və seçilib 
öyr
ədilməsinin  müəyyənləşdirilməsi məsələsidir. Buna 
gör
ə  də  müəllif  əsərdə  əvvəlcə  dilçiliyin ümumi prob-
leml
ərindən, dilin xüsusiyyətlərindən, dillə  əlaqədar 
problem m
əsələlərin nəzəri  əsaslarından  və  daha sonra 
dilçiliyin metodlarından bəhs edir. 
“Dilçiliyin ümumi probleml
əri” adlanan birinci 
bölm
ədə  müəllif dilçilik elmi və  onun obyekti, dilçiliyin 
mövzusu v
ə  nəzəri  əsasları,    dilçiliyin  elmi  və  əməli 
əhəmiyyətindən  geniş  söhbət açır.  O,  dilçilik  elminin 
yaranması  və  inkişafı  tarixindən bəhs edərkən  fikirlərini 
elmi faktlar 
əsasında  aydınlaşdırır  və  haqlı  olaraq  bu 
n
əticəyə  gəlir  ki,  dilçiliyin  yaranması  və  inkişafını  ancaq 
bir xalqın və ya bir neçə  millətin adı ilə bağlamaq doğru 
olmaz. Bu, y
əni    dilçilik  elmi  dünyanın  müxtəlif qitələ-
rind
ə  yaşayıb-yaradan onlarca qədim və  müasir  xalqların 
zehni 
əməyinin məhsuludur. Bu bölmədə  həm də  dilçilik  
m
əktəbləri və  onların  yaradıcıları,  dilçilik  cərəyanları, 


Az
ərbaycan dili məsələləri 
 
137 
sovet dilçiliyinin yaranması və inkişafı, dilçiliyin mövqeyi 
v
ə onun başqa elmlər sistemində yeri, dilçiliyin sahələri və 
şöbələri və s. haqqında da geniş məlumat verilmişdir. 
Dilin ictimai mahiyy
əti məsələsi dilçilik elminin 
müasir  inkişaf  mərhələsində  də  əsas problemlərdəndir. 
Dig
ər tərəfdən, dilin mənşəyi, işarəviliyi, sistemi, inkişafı 
kimi m
əsələlərin də araşdırılıb təhlil edilməsi mühüm elmi 
əhəmiyyətə malikdir. “Dil və onun xüsusiyyətləri” adlanan 
ikinci  bölm
ədə  bu məsələlər  özünün  geniş  izahını  tap-
mışdır. 
D
ərsliyin “Dillər və  onların  təsnifi” adlanan üçüncü 
bölm
əsində  dünyada mövcud olan dillərdən və  onların 
t
əsnifindən,  “Yazı  nəzəriyyəsi məsələləri” adlanan dör-
düncü bölm
ədə  isə  yazının  yaranması  tarixindən,  yazının 
tipl
ərindən, əlifba problemindən və stenoqrafik yazı və s. 
geniş bəhs olunur. 
Əsərin sonunda müəllifin əsaslandığı zəngin ədəbiy-
yat siyahısı verilmişdir ki, bu, heç şübhəsiz,  tədqiqatçılar 
üçün d
ə çox faydalıdır. 
Ümumilikd
ə demək olar ki, çox sadə dildə  yazılmış 
bu kitabdan filoloq t
ələbələr, müəllimlər, aspirantlar, 
dissersantlar,  elmi  işçilər, eləcə  də  dilçiliklə  maraqlanan 
geniş oxucu kütləsi faydalana bilirlər. 
 
1989 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
138 
 
 
 
 
DİL VƏ ÜSLUB 
 
Müasir dünya dilçiliyind
ə dil və üslub problemi ən 
geniş  tədqiqat obyektlərindən biridir. Təsadüfi deyil ki, 
son ill
ərdə problemin araşdırılması, dilin estetik imkan-
larının öyrənilib üzə çıxarılması istiqamətində xeyli elmi-
t
ədqiqat  işləri  aparılmış,  bir  sıra  diqqətəlayiq mono-
qrafiya v
ə  dərsliklər meydana gəlmişdir.  Həmin  əsər-
l
ərdə  dil və  üslub probleminin həllinə  ayrı-ayrı  mövqe-
l
ərdən  yanaşılmış,  fikir  uyğunluğu  ilə  yanaşı,  fikir 
ayrılığı da özünü göstərmişdir. Ona görə də dil və üsluba 
dair  bir  sıra  məsələlər hələ  mübahisəli  şəkildə  qalmaq-
dadır. 
 
Dünya dilçiliyind
ə  özünəməxsus yeri olan Azər-
baycan dilçiliyind
ə  də  dil və  üslub məsələlərinə  həsr 
olunmuş qiymətli tədqiqatlar aparılmış və bu proses  indi 
d
ə  davam  etdirilir.  Aparılan    tədqiqat  işlərinin nəticəsi 
kimi  çap  olunmuş  əsərlər, dərslik və  dərs vəsaitləri  
problemin h
əlli istiqamətində mühüm elmi nailiyyət kimi 
qiym
ətləndirilməlidir. Azərbaycan  Respublikası  EA-nın 
müxbir üzvü, profes
sor  Afat  Qurbanovun  bu  yaxınlarda 
çap etdirdiyi “Dil v
ə  üslub”    adlı  əsəri  aparılan  səmərəli 
axtarışların  məntiqi nəticəsi  kimi  maraq  doğurur.  Kitabın 
redaktorları  professor  Ə.Cavadov  və  dosent R.Həsə-
novdur. 


Az
ərbaycan dili məsələləri 
 
139 
Əsərin birinci bölməsi “Dil-üslub və  üslubiyyat” 
adlanır.  Burada müəllif dil və üslubun müasir dünya dilçi-
liyind
ə  ən zəruri problemlərdən  biri  olduğundan,  elm 
al
əmində  bu  problemin  qoyuluşunun  uzun  və  maraqlı 
tarixind
ən, problemin həllindən bəzi fərqli fikirlərin mey-
dana  çıxmasından,  üslubi  anlayışının  çoxmənalılığından 
söhb
ət  açır.  Professor  A.Qurbanov  üslubiyyat  nəzəriy-
y
əsində  bir  sıra    problemlərin öz elmi  həllini  tapmasını 
göst
ərir, lakin bəzi  dolaşıqlığa  yol  verildiyini    də  təsdiq 
edir. Termin qeyri-d
əqiqliyi  bu  dolaşıqlıqda  daha  çox  
diqq
əti cəlb edir. Belə ki, “Ədəbi dilin funksional üslubu 
anlayışını  ifadə  etmək üçün “üslub” termini ilə  yanaşı 
h
əmin mənada “dil” və “nitq” terminləri də  işlədilmişdir. 
M
əsələn,  “Bədii dil”, “bədii nitq” (“bədii üslub”, “elmi 
dil”, “elmi nitq”), “elmi üslub”. Bunlardan “b
ədii üslub” 
v
ə “elmi üslub” terminləri mənanın dəqiq ifadəçisi olduğu 
üçün daha düzgündür. Elmi 
ədəbiyyatda hökm sürən  bu 
cür termin qeyri-d
əqiqliyinə  son  qoyulması  müasir 
üslubiyyatın əsas vəzifələrindəndir” (səh.8). 
Üslubiyyat probleml
əri müasir dilçilikdə  öz elmi 
h
əllini hələ  tam tapa bilməmişdir.  Doğrudur,  bu  sahədə 
yeni-yeni  konsepsiyalar ir
əli  sürülmüşdür.  Lakin  prob-
lemin h
əlli üçün əsaslı işlərin aparılmasına böyük ehtiyac 
duyulur.  Əsərin “Müasir  dilçilikdə  üslubiyyat problem-
l
əri”  adlı  bölməsi məhz bu məsələyə  həsr  edilmişdir. 
Burada problemin h
əlli üçün  üç istiqamət müəyyənləş-
dirilir.  A.Qurbanov  üslubiyyatın  başlıca  anlayış  və 
kateqoriyalarına doğru olaraq  üslubi vasitə, üslubi hadisə
üslubi v
əzifə, üslubi kolorit, üslubi norma, üslubi variant, 
üslubi  neytrallıq,  üslubi  çalarlıq,  üslubi  rəngarənglik, 
üslubi s
əciyyə, üslubi üsul, üslubi təhlil, ümumi üslub, 
xüsusi üslub, mikroüslub,    makroüslub v
ə s. kimi anlayış 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə