121
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Əgər şirkətlər perspektiv alıcılara ofset proqramında gözlənilən korrupsiya
risklərini bildirərlərsə, o zaman onlar da alqışlanan qəbul əldə edərlər.Öz
təcrübəmizə əsaslanaraq, əgər alıcı hökümətlər təminatçının heç olmasa bir
neçəsinin dəstəyini ala bilsə, ofset şəffafl ığı ilə əlaqədar xüsusi sorğular və
tələblər olması imkanını yüksək qiymətləndirər.
Sənaye Kompleksinin və Hökümət Təşkilatlarının Aktiv
Mövqeyi
BŞ surpriz müşahidələr aparmışdır: əla anti-rüşvət proqramları olan
şirkətlər,ofset proqramları məsələsində bu cür addımları atmağa çalışmırlar.
Eyni hal hərbi sənaye birliklərinə də aiddir. Aşağıdakılar,bu sahədə mübarizə
aparmaq üçün, hərbi sənayenin atacağı konkret addımlardır.
• Hərbi Sənaye Birlikləri, ofset proqramlarına səmərəli nəzarət etmək
məqsədilə, öz işçilərinin riayət etməsi üçün standartlar qurmağa hazır olma-
lıdırlar;
• Bu şirkətlər, həmçinin, ofset vasitəçilərinin fəaliyyəti üçün ətrafl ı
tələblər müəyyən edən təlimat hazırlaya bilərlər. Bu təlimatların şirkətlərə və
vasitəçilərə qoyduğu tələblər onları nəticədə əmin edəcək ki, ofset sazişləri
olan şirkətlərin heç bir siyasi partiyada və ya hökümətdə hər hansı qeyri-sağ-
lam əlaqəsi yoxdur;
• Bu əsasən Avropa Müdafi ə Assosiasiyasına(European Defence As-
sociation) və ABŞ Aerokosmik Sənaye Assosiasiyalarına aiddir, çünki onlar
artıq beynəlxalq silah ticarəti üzrə anti-korrupsiya standartları yaratmaqla
məşğuldurlar;
• Avropa Müdafi ə Agentliyi Avropada hərbi təhcizatla bağlı işləri
sürətləndirərək çox gözəl işlər görür. Ancaq ofsetlərlə bağlı onun yanaşması
ziddiyətli, çaşdırıcı və zəifdir. Onların indiki tətbiq etdikləri norma və qayda
kodeksi xüsusilə geri qalır və təəccüblüdür ki, korrupsiya riskləri ilə bağlı
heç bir söz demir. Avropa Müdafi ə Agentliyi tender keçirilən zaman və ofset
təklifl ərinin yerinə yetirildiyi dövrdə dürüstlüyü təmin edən yolları arayan
ofset iş qrupunun toplanmasını gözdən keçirməlidir.
Vətəndaş Cəmiyyəti və Media Təşkilatlarının Aktiv Mövqeyi
Yuxarıda ifadə olunan risklərə baxmayaraq, ofsetlər cəmiyyət üçün
“gizli” mövzu olaraq qalır. Bu sahədə yaxşı idarəçilik və şəffafl ıq səyləri ilə
məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarına çox ehtiyac vardir. Ofsetlərin
müzakirəsini fəallaşdırmağa yönəldən bu cür debatlara şərait yaradan
hökümət dəstəklənməlidir.
Ofsetlərin miqyasının artmasına görə və onları hərbi sahədən çıxaraq
122
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
digər ticarət sahələrinə girməsinə görə, bu mövzunun başqa ölkələrdə də ge-
niş miqyasda müzakirəsi ancaq səmərəli idarəçiliyin maraqlarına xidmət edər.
Yekun Müddəalar
Ofsetlərin böyük korrupsiya riskləri vardır. Onlar hərbi ehtiyaclar üçün
qərar qəbul edilməsini poza bilir və ayrı-ayrı şəxslərin və şirkətlərin xeyrinə
münbit şərait yaradır. Ofset sahəsi tənzimlənməmiş və tamamilə qeyri
şəffafdır.
Hərbi sənaye və hökümət tərəfi nin korrupsiya risklərini aradan qaldır-
maq üçün hazır olması yaxşılığa doğru dəyişikliyə ümid verir. Lakin, ofset
əməliyyatlarında baş verən korrupsiya hələ ki, olduğu kimi dəyişməz qalır.
Əgər hökümətlər ofsetlər praktikasından imtina etsələr, onda onlar bu riskləri
aradan qaldırarlar və büdcə resurslarından səmərəli istifadə edərlər. Bu müm-
kün olmasa, o zaman həm hökümətlər, həm də şirkətlər bu əməliyyatların
daha şəffaf olması və korrupsiya riskinin az olması üçün asan addımlar ata
bilər.
123
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
9-cu Fəsil
Müdafi ə Sektorunda Outsorsinq,
Özəlləşdirmə və Dövlət- Özəl
Sektor Tərəfdaşlığının
Üstünlükləri və Riskləri
Giriş
Standart hərbi təhcizat prosesləri zamanı korrupsiyanı çilovlamaq üçün
istifadə edilən tövsiyələr, ənənəvi sayılmayan mexanizmlərdə,məsələn, aut-
sorsinq (“azad bazar şəraitində sınaq” və “tender əsasında tədarükçünün
seçilməsi”), özəlləşdirmə və özəl-dövlət sektor tərəfdaşlığı (ÖDT) müqaviləli
mexanizmlərdə də tətbiq olunur. Bütün bu fəaliyyətlərə iki ümumi tələb
qoyulur: açıq tender vasitəsilə iştirakçıların seçilməsi və müstəqil nəzarət
mexanizmləri.Bu iki tövsiyəni dürüstlük,şəffafl ıq və konkret cavabdehlik və
məsuliyyət mexanizmləri ilə birləşdirərək tətbiq edilməsi korrupsiyalı davra-
nışa cəlb olmaq istəyən fürsətçi vəzifəli şəxsin gözlənən itkilərinin artmasına
və nəticədə korrupsiyanın azaldılmasına aparacaq
63
.
Müasir Müdafi ə Nazirlikləri iki məsələdən çox narahatdırlar:
• Səmərəlilik-milli və kollektiv təhlükəsizlik tələblərini təmin etmək
üçün ən yüksək səviyyəli hərbi qüvvələr yetişdirmək; və
• Məhsuldarlıq – məhdud büdcələrdən maksimal dərəcədə səmərəli
istifadə etmək.
İndiki dönəmdə iqtisadi böhranın büdcə ilə bağlı yaratdığı şərait,müdafi ə
nazirliyini də idarəetmənin daha səmərəli yollarını fi kirləşməyə məcbur edir.
Hökümətin işlərinin daha da səmərəli və məhsuldar olması üçün indiki za-
manda özəl sektor da diqqəti cəlb edir.
NATO üzvləri və tərəfdaşlar özəl sektora aşağıdakı üç əsas məsələdə ar-
xalanırlar:
1. Texnika,silah və xidmətlər, yəni maddi-texniki baza, texnikanın və
63
Simeon Djankov and Peter Murrell, “Enterprise Restructuring in Transition: A Quantitative
Survey,”
Journal of Economic Literature 40:3 (September 2002): 739–92.