124
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
şəbəkələrin elementlərinə texniki dəstək;
2. Artıq mülkiyyətin və avadanlığın satışından gəlir əldə etmək; və,
xüsusilə də, büdcə problemi yarananda,
3. Hərbi layihələrə və əməliyyatlara özəl sektor yatırımı qoymağa sövq
etdirmək (özəl- dövlət tərəfdaşlıqları) .
Haşiyə 9.1. Tədarükcü Seçimlər
Outsorsinq:Təşkilatçılıq işlərinin ayrı-ayrı sahələri (adətən, rəqabət
əsasında) bu sahələr üzrə ixtisaslaşan istehsalçıya və ya təhcizatçıya verilir.
Rəqabətli əsasda təhcizatçının seçilməsi: Dövlət və özəl təşkilatları bir-
biri ilə dövlət alqı-satqısında payçı kimi iştirak etməyə rəqabətdə olurlar.
(bu hala həmçinin “özəl- dövlət yarışı”və ya “azad bazar şəraitində sınaq”-
da deyirlər).
Özəlləşdirmə: Dövlətin mülkiyyətində olan istehsalat
gücləri və infrastruktur
elementləri və işçilər rəqabət əsaslı auksionlar vasitəsilə və ya alternativsız
olaraq özəl sektora keçirlər.
Özəl-dövlət tərəfdaşlığı: (ÖDT): Bu tərəfdaşlıq əməkdaşlıq üzərində,
dövlət və özəl sektor arasında qurulmuşdur. ÖDT birgə müəsisə olub,
hər bir tərəfdaşın təcrübəsi üzərində qurulan, dövlətin açıq-aydın ifadə
olunmuş ehtiyaclarını resursların,risklərin və gəlirlərin düzgün paylanması
yolu ilə, ən yaxşı formada təmin edə bilən əməkdaşlıqdır. Bir çox ölkələr
tender rolu ilə və ya alternativ olmadan dövlət və özəl sektorun ən yaxşı
nümayəndələrindən ibarət birgə müəsisələr qurmağa çalışırlar.Özəl dövlət
tərəfdaşlıgının bir başqa forması da özəl maliyyə təşəbbüsüdür. Özəl
maliyyələşmədə yatırım dövlət tərəfi ndən yox, özəl sektor tərəfi ndən
qoyulur və əvəzində büdcədən qənaət edilmiş maliyyəyə payçı olur və ya
hökümət alqı-satqısında iştirak üçün təminat alır.
Hökümət sahibkarlığı (Franchising): Rəqabət əsasında və ya alternativ
olmadan,hökümətin bir idarəsi müəyyən funksiyalar üzərində ixtisaslaşır
və onları digər hökümət idarələrinə və ya hətta özəl sektora ötürür.
Sources: Jacques S. Gansler and Roger C. Lipitz, Moving Toward Market-Based
Government: The Changing Role of Government as the Provider, New Ways to Manage
Series (Arlington, VA: IBM Endow ment for the Business of Government, 2003),
10, http://www.businessofgovernment.org/pdfs/ Gansler_Report.pdf; The Canadian
Council for Public-Private Partnerships, www.pppcouncil.ca
125
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Outsorsinq, özəlləşdirmə və ÖDT hərbi qüvvələrin səmərəliliyinin və
məhsuldarlığının artırılması üçün geniş imkanlar açsa da, bütün bunların
arxasında qara işlər-korrupsiya da vardır. Outsorsinq,özəlləşdirmə və ÖDT-
dan arzuolunan nəticəni əldə etmək üçün savadlı və etik liderliyin, güclü
institutların (rəqabətli bazarlar, açıq qaydalar və təlimatlar, səriştəli hüquq/
məhkəmə sistemi) və səmərəli nəzarətin (qiymətləndirmə və monitorinq/au-
dit qabiliyyətləri) vasitəsilə, optimal balansı təmin edib, silahlı qüvvələrin
səmərəliliyini və məhsuldarlığını zəifl ətmədən, korrupsiyanın qarşısını almaq
olar. Başlıca dürüst və səmərəli institutların birgə hərəkət etməsi outsorsinq,
özəlləşdirmə və ÖDT-ın mümkün ən yaxşı nəticələrinin alınmasına təminat
verir.
İdeal baxsaq, hər bir NATO və tərəfdaş ölkənin
məqsədi dürüstlü-
yün təmin edilməsi,şəffafl ığın artırılması və cavabdehlik və məsuliyyətin
təkmilləşdirilməsinin optimal ortağını tapıb, başqa NATO üzvləri və tərəfdaş
ölkələrlə birgə,outsorsinq,özəlləşdirmə və ÖDT-dan doğa biləcək korrupsiya
risklərini minimuma endirməkdir. Koordinasiyalı anti-korrupsiya təşəbbüsləri
–məsələn, BŞ-ın “Hərbi Dürüstlük Paktları” (nümunə üçün 7-ci və 17- ci
Fəsillərə bax)- aparıcı ölkələri fəal təşəbbüslərə yönəldərək, ölkələrin milli
və kollektiv təhlükəsizlik öhdəliklərinin səmərəliliyinin və məhsuldarlığının
artırılmasına kömək edir.
Silah və Texnika Almaq yoxsa İstehsal Etmək Qərarlarında
Korrupsiya Riskləri
Hər bir Müdafi ə Nazirliyinin(MN) üzləşdiyi problem hərbi avadanlıq,
hərbi infrastruktur, ehtiyat,maddi texniki baza və dəstəkləyici xidmətlər al-
ması, yoxsa özünün istehsal etməsi ilə bağlı seçim qarşısında qalmasıdır. Baş-
qa sözlə, MN-i hərbi biznesə girişməlidir(istehsal) və ya hərbi biznesi özəl
sektora həvalə etməlidir(satın alma)?.
İki həlledici addım “düzəlt-və ya al” seçiminə təsir edəcəkdir: Birinci ad-
dım “səmərəliliyi” nəzərdən keçirməyi irəli çıxarır; ikincisi isə “məhsuldarlıq”
baxımından yanaşmadır. Səmərəliliyi yoxlamaq nümunəsi ABŞ-ın Müdafi ə
Nazirliyinin keçirdiyi “dördillik hərbi yoxlama (US “Quadrennial Defense
Review”-QDR) və ya “hərbi baza qurulması və bağlanması” (“Base realign-
ment and Closure”) prosesləri ola bilər. Səmərəlilik yoxlamaları hərbi inf-
rastrukturun uyğun həcmini və tərkibini qiymətləndirir və ittifaq və tərəfdaş
ölkələri ilə birgə mövcud və ortaya çıxan təhlükələrlə bağlı tədbirlər keçi-
rir. Məhsuldarlıq yoxlayışları hərbi qüvvələrin uyğun döyüş qabiliyyətini
və müdafi ə strukturunu müəyyən edir, xərclərin azaldılması və ya hərbi
126
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
fəaliyyətin təkmilləşdirilməsini nəzərdən keçirir.
Səmərələlik yoxlaması zamanı bütün əldə olan resurslar və fəaliyyət
növləri iki kateqoriyaya bölünür: “lazımlı” və “lazımsız”. Lazımsız infrast-
ruktur və ona xidmət fəaliyyəti silinmə və ya özəlləşdirməyə məruz qalır. La-
zımlı resurslar və texniki tədbirlər gələcəkdə iki yerə bölünür: biri hökümətə
aid, digərləri isə daha çox kommersiya xarakterli olur.
Haşiyə 9.2. Hərbi İnfrastruktur və Tədarükçü Seçimlər
Hərbi “infrastruktura” tipik olaraq aşağıdakılar daxildir:
• Alqı-satqı təşkilatları;
• Mərkəzi maddi texniki təminat;
• Baş kadrlar idarəsi;
• Xəbərləşmə;
• Hərbi qüvvələrin qurulması və inkişafı;
• İnfrastruktur obyektləri;
• Tibbi funksiya;
• Elm və texnika;
• Təhsil və təlim.
Bu fəsildə müzakirə olunan bütün üç təhcizatçı bütün dünyanın hərbi
qüvvələri tərəfi ndən istifadə olunur. Məsələn:
• Outsorsinq təminat və maddi texniki baza üçün istifadə olunur;
• Özəl-dövlət tərəfdaşlığı hərbcilər üçün evlər və hərbi infrastruktur
obyektləri üçün istifadə olunur;
• Özəlləşdirmədən isə çoxlu sayda tibbi funksiyalar üçün istifadə
olunur.
ABŞ-ın İdarəetmə və Büdcə İdarəsinin “Circular A76” direktivi “sırf
hökümət tədbirlərinin” aşağıdaki kimi tərifi ni verir.
....o fəaliyyət ki,dövlətin marağı ilə elə sıx bağlıdir ki, ancaq dövlət
xidmətinin nümayəndələri tərəfi ndən həyata keçirilməsini tələb edir. Bu cür
fəaliyyət dövlət idarəetməsini həyata keçirərkən və ya hökümət üçün qərar