130
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
Haşiyə 9.4. Outsorsinq, Özəlləşdirmə və Özəl-Dövlət Tərəfdaşlığın
Seçilmiş Nümunələri
Avstraliya Müdafi ə Qüvvələrinin ixtiyarında olan ərazilərin idarəetməsi ilə
məşğul olan icra strukturunun mərkəzi orqanı Hərbi Əmlak Təşkilatıdır
(Defense Estate Organization- DEO). DEO-nun əsas funksiyası
müdafi ə resurslarının idarəetməsini, dövlət büdcəsinə gələn gəlirləri
optimallaşdırmağa imkan verən iqtisadi fəaliyyət prinsipləri ilə həyata
keçirməkdir. Silahlı qüvvələr kirayəçilər kimi hərəkət edirlər, cünki çoxlu
sayda binalar və torpaq sahələri özəlləşdirilib və onlara kirayə verilib.
Dövlət əmlakının özəlləşdirilməsi və silahlı qüvvələrə lazım olmayan və
ya tam istifadə edilməyən mülkiyyətin satılması dövlət büdcəsinə gələn
məbləği artırır.
Polşa Müdafi ə Qüvvələrinin ərazisində olan obyektlərin idarəetməsi ilə
məşğul olan mərkəzi orqan Hərbi Mülkiyyət Agentliyidir. Onun missiyası,
orduya lazım olmayan hərbi texnikadan başlamış hərbi obyektlərə qədər,
hərbi mülkiyyətin satılmasıdır. Satışdan gələn bütün gəlirlər birbaşa
Müdafi ə Nazirliyinə gedir və onlar həmin gəliri Polşa silahlı qüvvələrinin
modernləşməsinə sərf edirlər.
Mənbə: Bonn International Centre for Conversion (BICC), Conversion Survey 2001—
Global Disarma ment, Demilitarization and Demobilization (Germany: NOMOS, 2001)
Özəl-dövlət rəqabətləri həmişə yüksək-keyfi yyətli,etibarlı
və
fəaliyyətlərin davamlılığını təmin edən qaydada hökümətin ehtiyaclarını
təmin edən şəkildə qurulmalı,həmçinin büdcə vəsaitlərinin qənaəti üçün im-
kanlar yaratmalı və korrupsiya risklərini aradan qaldırmağa yardım etməlidir.
Məhsuldarlıq səviyyəsinin yoxlayışları yeni texnologiyanı və yatrımların art-
masını dəstəkləməlidir. Müqayisəli analizin, özəl və ya dövlət sektoruna üs-
tünlük verməsindən asılı olmayaraq, Müdafi ə Nazirliyi rəsmiləri qeyd edirlər
ki, özəl-dövlət rəqabətinin hesabına, qənaətin 20%-dan az olmaması müm-
kündür. Ona görə ki,uyğun qaydalarla aparılan rəqabətlər məhsuldarlığı artı-
rır, korrupsiyanı azaldır və müdafi ə sahəsindəki fəaliyyətləri təkmlləşdirir.
67
Outsorsing,Özəlləşdirmə və Özəl-Dövlət Tərəfdaşlığının Korrupsiya
Riskləri
Lazımsız əmlakın satışı (özəlləşdirilən/ lazımsız əmlakı dəyər-dəyməzinə
satma) hökümətə özünün əsas fəaliyyətləri istiqamətində işləməyə imkan ve-
rir, əlavə lazımsiz əmlakın saxlanmasına sərf edilən büdcə xərclərini azaldır
67
Commercial Activities Panel, Improving the Sourcing Decisions of the Government (Wash-
ington, DC: Government Accounting Offi ce, 2002).
131
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
və vergi verənlərin yükünü də azaldır. Lazımsiz hərbi əmlak və fəaliyyətlərin
auksiona çıxarılıb satılması özəl sektor üçün yeni biznes imkanları açır. O,
həmçinin, hökümətin gəlirlərini artırır və silahlı qüvvələrin modernizasiya-
sına və ya büdcə kəsirinin azalmasına kömək edir. Alternativ olaraq, vauçer
yolu ilə özəlləşdirmə, səhmdar mülkiyyətinin və sahibkarlıq təşəbbüslərinin
yayılmasına və artmasına yardım edir, və özəlləşdirilmiş əmlakın və başqa
fəaliyyət növlərinin səhmdarların maraqlarına uyğun, səmərəli istifadəsinə
kömək edir.
Outsorsinq,özəlləşdirmə və özəl dövlət tərəfdaşlığı mexanizmlərində
istifadə edilən çoxlu sayda layihələr aşağıdakı ümumi məsələləri həll etmək
məqsədi güdür.
• Məhsuldarlığın təkmlləşdirilməsi və hökümətdən alınan borcların
azaldılması (xərclər zamanı qənaət);
• Səmərəliliyi təkmlləşdirməli (fəaliyyətlərin fəallığı);
• Səhmdar mülkiyyətinin yayılması və inkişafı;
• Auksiondan gəlirlər əldə edib silahlı qüvvələrin modernizasiyasına
sərf etməli və ya dövlətə olan borcları azaltmalı; və
• Lazimsiz və faydasız əmlakdan dəyər dəyməzinə satıb əsas fəaliyyət
üzərində köklənməli.
Outsorsinq,özəlləşdirmə və özəl dövlət tərəfdaşlığının şəffaf və rəqabətli
gedişlərindən dövlət mühüm qazanclar əldə etsə də, bu sahədə ciddi risklər
də mövcuddur.
Birinci risk ondan ibarətdir ki, əgər konkret əmlak, fəaliyyət növləri
və ya resurslar (torpaq,əmək qüvvəsi,kapital) özəl sektor üçün əhəmiyyətli
dərəcədə qiymətlidirsə, o zaman xüsusi özəl maraqlar çalışa bilərlər ki, dövlət
orqanlarına qeyri-sağlam təsir yolu ilə outsorsinq,özəlləşdirmə və özəl-dövlət
tərəfdaşlığı ilə bağlı özünə xeyirli qərar əldə etsin. Risk ondadır ki,qanuni lob-
biçilik və qeyri-qanuni rüşvət və ya satın alma ilə qazanmaq istəyən şəxslər
və ya şirkətlər çalışacaqlar ki, siyasi və bürokratik gedişlərə təsir edib, dəyərli
aktivləri silahlı qüvvələr üçün “lazımsız” kimi müəyyənləşdirib özəlləşmə
yolu ilə özəl əllərə keçirsinlər. Alternativ olaraq, qanuni və qanunsuz siya-
si və bürokratik nüfuz etmə yolu ilə, dəyərli outsorsinq və ya özəl-dövlət
tərəfdaşlıq imkanlarını da “almaq” üçün istifadə etmək olar.
Başqa amil də eyni səviyyədə mühüm risk yaradır. Müdafi ə Nazirlikləri
tez-tez gərgin ictimai təzyiq altında olurlar və qanuni və qanunsuz olaraq
dövlətlər,şəhərlər,bələdiyyələr və xüsusi biznes maraqları hərbi bazaların
bağlanmasının və ya özəlləşdirmə, outsorsinq və ya özəl-dövlət tərəfdaşlığı
vasitəsilə mülkiyyətinin satılmasının ,hətta həmən əmlakın və ya fəaliyyətlərin
ölkənin milli təhlükəsizliyinə bir zərurəti olmadığı halda, qarşısını almağa ça-
lışırlar. Bu zaman mövcud iş yerlərinin və gəlirlərin itirilməsi arqumentləri
gətirilir.