135
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Məhkəmə orqanlarının möhkəm dəstəyi ilə bu cür idarə korrupsiyanın hara-
da meydana gəlməsindən asılı olmayaraq, onları araşdıraraq məhkum etmək
qabiliyətində olmalıdır.
Yekun Müddəalar
Korrupsiya riskləri təkcə outsorsinq,özəlləşdirmə və ya özəl-dövlət
tərəfdaşlıqları üçün seçilmiş rəqabətli mühitdən və metodlardan asılı
deyildir,həmçinin, dövlət adamlarının və özəl
Haşiyə 9.7. Outsorsing,Özəlləşdirmə və Özəl-Dövlət Tərəfdaşlıqlarının
Bazar Prinsipləri
Qansler (Gansler) və Lipiz (Lipitz) (2003) outsorsinq,özəlləşdirmə və
özəl-dövlət tərəfdaşlılığının dörd bazar prinsipini formalaşdırmışdır:
1. Uğur qazanmağın əsas yolu monopoliyadan rəqabətli mühitə
keçməkdir;
2. Rəqabət aşağı qiymətli təklifl ər üsərində yox, “ən dəyərli” təklif
üzərində getməlidir;
3. Hətta hökümət müqavilələri başqa təşkilata verdiyi halda da, həmən
müqavilənin uyğun yerinə yetirilməsinə məsuliyyət daşıyır;
4. Aparılan fəaliyyətin keyfi yyətini və dəyərini yoxlamaq üçün
etalon göstəriciləri hazırlanması və onların vasitəsilə bu fəaliyyətin
monitorinq edilib hesabat verilməsi olduqca əhəmiyyətlidir.
Sources: Gansler and Lipitz,
Moving Toward Market-based Government (2003), 9–11
podratçıların dürüstlük dərəcəsindən və idarəçilik mexanizmlərinin və
təşkilatların şəffafl ıq və hesabatlılığından da asılıdır.
Korrupsiya riskləri BŞ-nın hazırladığı Dürüstlük paktları vasitəsilə
əhəmiyyətli dərəcədə azaldıla bilər. Dürüstlük paktları, müqaviləli
mexanizmlərdə iştirak edən bütün tərəfl əri müqavilənin maddələrinin bü-
tün mərhələlərində monitorinq və vətəndaş cəmiyyətlərinin nəzarəti də da-
xil şəffafl ığı təmin etməyə çağırır. Davranış kodeksləri haqda razılaşmalar
daha çox təsir imkanları yaradır və hökümət və podratçıların korrupsiyalı
fəaliyyətlərdən çəkinməsinə söz verməsi və ən mühümü bu hallar baş verdiyi
hallarda məsuliyyət daşımaları tələb olunur. Tərəfl ər müqavilənin itirilməsi
halı, zəmanət məbləğinin müsadirə edilməsi, korrupsiya nəticəsində dəyən
136
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
zərərin ödənilməsi və gələcək hökümət tenderlərində iştirakdan məhrum
edilmə kimi konkret sanksiyalara əvvəlcədən razılaşırlar. İƏİT, ATƏT,AB və
Dünya Bankı təşkilatları dürüstlük paktlarını həyata keçirən anti-korrupsiya
təlimatları hazırlayıb təklif edirlər. Bu təlimatlar siyasi liderlərin və hökümət
rəsmilərinin əmlaklarını, gəlirlərini və mümkün maraq toqquşmalarını bəyan
etmələrini nəzərdə tutan tələblər ortaya qoyur.
Sonda,hərbi resusrlardan maksimum istifadə olunmasını təmin etmək
üçün outsorsinq, özəlləşdirmə və özəl-dövlət tərəfdaşlıqlarının imkanların-
dan istifadə olunmasını tələb edir. Standart hərbi təhcizatlar zamanı ortaya
çıxan korrupsiya hallarını aradan qaldırmaq üçün istifadə olunan tövsiyələr
bu cür qeyri-ənənəvi müqaviləli mexanizmlərə də tətbiq olunur. Hər iki halda
dəyişməz olan elementlər rəqabət, şəffaf müqavilə mexanizmləri və müstəqil
nəzarətdir. Bu tövsiyələrin və konkret ölkəyə xas olan dürüstlük, şəffafl ıq
və cavabdehlik kimi kompleks tədbirlərin birgə tətbiqi, korrupsiya qazanc-
larını aşağı salmaqla və itkilərini (korrupsiyaya bulaşan zaman)qaldırmaqla
ümumilikdə korrupsiyanın azaldılmasına gətirəcəkdir.
Haşiyə 9.8. Özəlləşdirmə Zamanı Korrupsiyadan Çəkinmə
Korrupsiya risklərinin göstəriciləri:
• Parlament/qanunvericilik
orqanı qanunsuz olaraq özəl sektorun təsir
dairəsinə düşür. Seçki kampaniyalarını maliyyələşdirən müvafi q qanun və
prosedurların olmaması bu imkanın yaranmasına xidmət edir;
• Ümumilikdə dövlət idarəciliyinin şəffaf olmaması, həmçinin,hökümətin
qeyri şəffaf, ictimaiyyətdən gizli qərarlar verməsi ilə;
• Hökümət proqramları haqda məlumatlara,qərarlara, gedən proseslərə
geniş ictimayyətin müvafi q çıxışının olmaması (o cümlədən vətəndaş
cəmiyyətlərinin), hökümət proqramlarını və qərar vermə yollarını
ictimaiyyət tərəfi ndən müzakirə etmək imkanlarının olmaması,
ictimaiyyətin və vətəndaş cəmiyyətlərinin özəlləşdirmə strategiyası
və siyasəti, özəlləşdirmə qanunu,özəlləşdirmə idarələri və proqramları
qurulmasinda iştirakının olmaması;
o Özəlləşdirmə proqramları üçün səmərəli nəzarət sisteminin olmaması
(parlament,hökümət və ya kənar,müstəqil təşkilatlar tərəfi ndən);
137
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
o Özəlləşdirmə proqramlarına cəlb olunan siyasilərə və rəsmi şəxslərlə
bağlı cavabdehlik sistemlərinin və nəzarəti mexanismlərinin
olmaması;
o Əhalinin və dövlət adamlarının korrupsiya ilə bağlı şübhələrini gizli
və ya anonim surətdə xəbər vermək imkanlarının olmaması;
o Əvvələr korrupsiyaya bulaşmış və ya korrupsiyalı davranışda
şübhələnən siyasilər və rəsmlərə qarşı kriminal mülki və inzibati
proseslərin olmaması;
o Səmərəli cinayət işlərini aparan vasitələr və idarələrin olmaması və
ya mümkün hüquqi mexanizmləri layiqincə həyata keçirməməsi;
o özəlləşdirmə qərarlarında iştirak edən rəsmilərin və siyasilərin var-
dövlətinin gəlirini və mümkün maraq toqquşmalarını açıq bəyan
etməyə vadar edən ölkə qanunları və qaydalarının olmaması;
o Müstəqil cəsarətli mətbuat orqanlarının olmaması ;
o Təşkilati idarəetmə qaydaları və strukturların olmaması; və
o Açıq-aydın maraq toqquşmasına baxmayaraq siyasilərin və
rəsmilərin mühüm vəzifələrdə işlərini davam etdirməsi (yəgin
ki,əvvəlki korrupsiya hallarına görə ittihamlara və ya məhkum
edilməyə baxmayaraq).
Korrupsiya ilə mübarizə üçün audit və nəzarət sistemləri.
• Özəlləşdirmə İdarəsinin və Payçı/Trast fondunun bütün qərarları
üzərində, o cümlədən həm siyasi (yəni özəlləşdirmə məsələləri ilə bağlı),
həm də konkret müəsisə ilə bağlı qərarların üzərində səmərəli audit və
nəzarət sistemləri və funksiyaları qurmalı və onların işini təmin etməli
(daxili və xarici audit, parlament nəzarəti və s.)
o Özəlləşdirmə İdarəsində və ya başqa yerdə həyata keçirilməsindən
asılı olmayaraq dövlətin uyğun nəzarət və audit idarələrinin bütün
özəlləşdirmə qərarları üzərində səlahiyyətləri olmalıdır;
o Audit və nəzarət idarələrinin qiymətləndirmələri tam şəffaf olmalıdır;