132
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
Son on illiklərdə, ABŞ bu cür toqquşan risklərlə mübarizədə nisbətən
başarılı olmuşdur. Hərbi infrastruktur və texniki xidmət fəaliyyətlərinin bir
çox son “səmərəlilik” yoxlamalarında, ABŞ höküməti müstəqil olan Hərbi
Baza Qurulması və Bağlanması müstəqil komissiyası (ətrafl ı olaraq Haşiyə
9.6-a bax)yaratmışdır. Sadəcə bir yeniliyin daxil edilməsi qanuni lobbiçili-
yi və qeyri qanuni nüfuzetmə yayılmasını minimuma endirdi. Komissiyanın
tövsiyələrinə düzəliş edilə bilməzdi və danışıq mövzusu da deyildir. Konqresə
və Prezidentə təqdim olunan zaman, onlar ya bəyənilir, ya da bütövlükdə rədd
edilir.
Outsorsinq,özəlləşdirmə və ÖDT-ı aşağıdakı bir neçə metod vasitəsilə
baş tuta bilər.
1. Təhcizatçını rəqabətsiz olaraq seçməklə, birgə müəsisə qurmaqla,ya
da aktivləri bilavasitə strateji yatırımçıya satmaqla;
2. Rəqabətli, qapalı və ya onlayn auksion vasitəsilə, əmlakı(və ya
müqaviləni bəyənməklə)ən yüksək qiymət təklif edən (və ya ən az qiymət
təklif edən)təhcizatçıya satmaqla; və
3. Özəlləsdirmə halında aktivlərin illik açıq təklifi (aktivlərin illik satı-
şı), vauçer paylanması və ya səhmlərin əhaliyə birbaşa satılması,səhmlərin
şirkətin işçiləri arasında paylanması və ya şirkətin səhmlərinin kontrol pake-
tinin onun rəhbərliyi tərəfi ndən alınması, ya da bu variantların bir qisminin
birləşməsi ola bilər.
Bütün bu metodların hər biri korrupsiyaya meyllidir.
Haşiyə 9.5. ABŞ Hərbi Bazalarının Yenidən Qurulması və Bağlanması ilə
əlaqədar seçilmiş Hərbi Dəyər Kriteriyaları(BRAC)
BRAC komissiyası bütün səhmdarlar üçün və həmçinin bütün ictimaiyyət
üçün, tam şəffaf olan kriteriyalardan istifadə etmişdir. Məsələn, komissiya
aşağıdakılara baxmışdır:
• Carı və gələcək hərbi tapşırıqları yerinə yetirmək üçün qoyulan
tələblər və onların Müdafi ə Nazirliyinin bütün qüvvələrinin
əməliyyat hazırlığına təsiri;
• Silahlı qüvvələrin indiki halda istifadə etdiyi və ona veriləcək
ərazilərdə ərazi,infrastruktur obyektləri və hava məkanının
mövcudluğu və şəraiti;
• Silahlı qüvvələrin indiki halda istifadə etdiyi və ona təhvil veriləcək
ərazilərdə ehtiyat,səfərbər olunmuş və gələcək üçün hesablanmış
bütün qüvvələri yerləşdirmək üçün imkanlar;
• Qəbul edilən qərarların qiymət göstəricilərinə təsiri və insan
resursları məsələləri.
133
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 9.6. Səhmlərin Özəlləşdirilməsi Prosesində Korrupsiyalı
Davranış
Vauçer özəlləşdirməsi proqramından sonra,bir çox ölkələrdə, müəsisə
rəhbərliyi və ya şirkətlərdə çoxlu payı olan səhmdarlar müxtəlif vasitələrlə
şirkətləri nəzarət altına almağa çalışmışlar. Nəzarəti əldə etmək üçün istifadə
edilən yollardan biri həqiqi səhmdarların hesabına edilən vasitədir və onu
da “yumaq” adlandırırlar(yəni səhmlərin dəyərini onların sayını artırmaqla
aşağı salırlar). Çox ölkələrdə bu cür metodlar geniş yer almışdır. Məsələn,
“yuma” o zaman baş verir ki, müəsisə rəhbərliyi bazar qiymətindən çox
aşağı qiymətə səhmlər alır.
Özəlləşdirmə İdarəsinin rəhbərliyi və Payçı/Trast fondları üçün
korrupsiyanın risklərinı azaltmaq üçün tövsiyələr:
• Özəlləşdirmə İdarəsi işçiləri və Payçı/Trast fondu işçilərinin tam və
müvafi q qaydada ixtisaslaşmış olmasını təmin etməli, onların həm ilkin,
həm də sonrakı mərhələlərdə ixtisasını artırma təlimlərini keçməli, işçilərin
fəaliyyəti üzərində səmərəli nəzarət aparmalı və korrupsiya təsirlərindən
qorunmalı.
• Özəlləşdirmə İdarəsi və Payçı/Trast fondunun bütün rəhbərliyi və
işçiləri müəyyən mərhələlərdə öz gəlirlərini,əmlaklarını və hər hansı
potensial maraq toqquşmalarını açıqlamalı;
• Özəlləşdirmə İdarəsi və Payçı/Trast fondunun rəhbərliyi və işçiləri
üçün müvafi q ödəniş səviyyələri təmin etməli.
• Hər iki idarənin işçiləri üçün dəqiq maraq toqquşması qaydalarını
müəyyən etməli. Təyinatların bacarığa(təcrübə və işə layiq olma) görə yox,
siyasi əlaqələrinə görə müəyyən edilməsi xüsusilə rədd edilməlidir;
• Bütün
rəhbərlikdən və özəlləşdirmə prosesində qərar-qəbul etməyə
cəlb olunmuş seçilmiş işçilərdən etik öhdəlikləri tələb etməli (“Mən özüm
heç bir rüşvət nə alacam, nə də tələb edəcəm və ya mən başqaları rüşvət
alarsa ona dözməyəcəm və hər hansı mümkün maraq toqquşması olarsa
onu könüllü surətdə açıqlayacam”);
• Texniki
cəhətlər üçün, bilik və təcrübə olmadığı üçün, özəlləşdirmə
idarələri kənar müstəqil ekspertlərin cəlb olunmasını təmin etməli;
134
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
•
Hamı üçün rotasiya qaydaları tətbiq edilməli(hər bir rəhbər şəxs və ya
işçilər həssas vəzifədə uzun müddət qala bilməz, çünki belə halda potensial
rüşvət verənlərlə qeyri-sağlam əlaqələr qurulur və ya onlardan asılılığa
düşürlər;
• Hər iki idarənin rəhbərliyi və işçiləri üçün və özəlləşməyə cəlb olunan
başqa rəsmilər üçün öhdəliklər tətbiq edib onları təmin etməli, rüşvət alanın
rəsmi adam və ya fərd olmasından asılı olmayaraq korrupsiyalı davranışla
bağlı istənlən şübhəni uyğun hakimiyyət dairələrinə xəbər verməli və xəbər
verən üçün uyğun qorunma tədbirlərini təmin etməli.
Özəlləşdirmənin özəlləşdirmə idarəsi tərəfi ndən yox,texniki nazirliklər
tərəfi ndən həyata keçirildiyi zaman,Özəlləşdirmə İdarəsi üçün tövsiyə
edilən bütün tələblərin texniki nazirliklərin bütün uyğun işçiləri üçün tətbiq
edilməsini təmin etməli.
Mənbələr: Michael H. Wiehen, Avoiding Corruption in Privatization: A Practical Guide
(Germany: GTZ, 2004); Excerpts from Division 42 Sector Project: Development and
Testing of Strategies and Instruments for the Prevention of Corruption, 20–25: www.
u4.no/document/literature/gtzcorruptionandprivatization.pdf; Jeffrey Miller, “Evaluation
of Mass Privatization in Bulgaria,” William Davidson Institute Working Paper #814
(March 2006)
Korrupsiya çox vaxt ya təhcizatçının təklifi ilə (qeyri-qanuni ödənişlə nəticəyə
təsir etmək üçün,yəni rüşvətlə ələ almaq), ya da hökümət rəsmisi tərəfi ndən
gələn təklifl ə (pul tələb edərək nəticədə təsir etmək vədiylə,yəni dələdüzluq)
yaranır. Roz Akermanın( Rose-Ackerman) dediyi kimi “... müəsisə pul verir
ki, o mümkün təhcizatçıların siyahısına salınsın, ya da mümkün təhcizatçıların
sayları azaldılsın. O pul ödəyir ki, kirayə üçün və ya mülkiyyəti almaq üçün
dövlət mülkiyyəti aşağı dəyərdə qiymətləndirilsin və ya onun özü tenderdə
iştirak zamanı seçim prosesində dəstəklənsin. Rüşvət verən müəsisələr təkcə
müqaviləni və ya auksionu udmaq yox, həmçinin gələcəkdə müqavilənin
dəyərini artıran maliyyə dəstəyi almağa, monopol-təhcizatçı üstünlüyü qa-
zanmağa və nizamlayıcı yüngülləşdirmələr almağa çalışırlar”
68
. Daha son-
ra, korrupsiya riski böyük olduqda, xarici yatırım və yeni texnologiyanı cəlb
etmək çox çətin olur,rəqabət azalır və nəticə pis olur.
Yəqin ki, qeyri-ənənəvi təhcizat,o cümlədən, outsorsinq,özəlləşdirmə və
özəl-dövlət tərəfdaşlıqlarınına nəzarət etmək üçün müstəqil mərkəzi anti-kor-
rupsiya idarəsinin yaranması faydalı olardı. Dövlətin Qanunverici, İcra və
68
Susan Rose-Ackerman, When is Corruption Harmful (Washington, DC: World Bank,
1996).
Dostları ilə paylaş: |