118
Ofset Mexanizmləri
həyata keçirilməli və sınaqdan keçməlidir.
Şəffafl ıq və Hesabatlılıq
Tenderdə iştirak etmək üçün təhciz edən (tədarükcü, mal verən) tərəf,
irəli sürdüyü qiymətləri iki formada təqdim etməlidir: bir qiymət ofset paketı
ilə birlikdə, digəri isə ofset paketı olmadan verilir, yəni ikinci halda sadəcə
əsas müqavilənin qiyməti tenderə çıxarılır.Bu cür təklif Monterreydə keçi-
rilmiş, “Dürüstlüyün təmin edilməsi və Müdafi ə Təşkilatlarının Qurulması”
konfrasında irəli sürülən tövsiyələrlə uzlaşır:
“Ofset proqramlarının hazırlanması, icra edilməsi və idarə olunması
prosesində şəffafl ığın artırılması və möhkəmləndirilməsi-- burada şəffafl ıq
deyəndə hökümətlər tərəfi ndən ofsetlərin əsil qiymətinin nə olduğu an-
laşılır-- nəzərdə tutulur. Hökümətlərin həm ofsetlər təklifi ni əhatə edən və
etməyən tender layihələrinə baxıb, analiz edib və dəyərləndirməsi onlara of-
set təklifl ərinin xeyir və zərərini qiymətləndirməyə imkan verir və ölkənin
özünün ofset proqramlarının niyyətlərini, məqsəd və vəzifələrini nəzərə al-
mağa imkan verir.”
62
Hökümətin, əsas hərbi alqı-satqı müqaviləsinə daxil olan bütün ofset
sazişlərinin yerinə yetirilməsi ilə əlaqədar illik ətrafl ı hesabat tələbi olmalıdır.
Bu hesabat çap olunmalıdır. Təəssüf ki, bu hələ ki, edilmir.
Hökümət əsas hərbi müqaviləni və ofset təklifi ni qiymətləndirmək üçün
kriteriyaları çap etməlidir,o cümlədən, hökümət bu müqavilədəki hər bir ele-
mentı necə qiymətləndirdiyini və tenderə çıxarılanların bu kriteriyalara nə
gədər uyğun olduqlarıni cəmiyyətə açıqlamalıdır. Bu cür praktika da hələ ki,
yayılmayıb.
Ofset təklifl ərinin, itkilərlə və gözlənilən faydaları ilə bağlı müstəqil
qiymətləndirmələr haqda mütləq tələblər olmalıdır. Onlar əsas müqavilə im-
zalanandan 2-3 il sonra başa çatdırılmalıdır. Qiymətləndirmə ictimaiyyətə
açıqlanmalıdır, lakin indiki zamanda bu heç vaxt baş vermir.
Vətəndaş cəmiyyəti araşdırmaları bu cür müqavilələrin qeyri-şəffaf
tərəfl ərini üzə çıxarmaq üçün faydalı ola bilər. Hökümətlər, vətəndaş
cəmiyyəti üzvlərini təklif edilən ofset təklifl ərinin müzakirəsinə cəlb etməyə
yardım etməlidirlər.
Cavabdehliyin və Dürüstlüyün Möhkəmləndirilməsi
Ölkələrin audit idarələri hərbi büdcəni və cari hərbi xərcləri analiz edib
parlamentə və ya bir çox ölkələrdə ali qərar-vermə orqanına təqdim edirlər.
Eyni cür müstəqil araşdırma imkanı bütün ofset sazişlərinə də aid edilməlidir.
62
Building Integrity and Defence Institution Building, Conference Report (2009), 101.
119
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Nəzərə almalıyıq ki, ofset proqramının içtirakçısını müqavilə şərtlərinin
obyektiv qiymətləndirilməsi əsasında yox, hər hansı tədarükçüyə imtiyazlı
status verməklə və ya kimlərinsə marağından çıxış edərək həyata keçirilməsi
riskləri mövcuddur. Ona görə də, maraq toqquşmalarını açıqlamaq təhcizat
işinə cəlb olunan bütün tərəfl ərdən tələb olunur. Eynilə, vasitəçilər və ofset
dəllalları tərəfi ndən qayda və prosedurlara uyğun qayğı göstərmələri tələb
olunur. Müdafi ə sənayesi birlikləri bu sahədə təlimatlar tərtib edə bilərlər(bax
aşağıda sənaye və birliklərin fəaliyyəti ilə bağlı tövsiyələr).
Haşiyə 8.2. Birbaşa Olmayan Ofsetlərin İdarəedilməsində Şəffafl ıq
Böyük hərbi təhcizatları müşaiyət edən ofsetlərə qoyulan tələblərdən sonra,
2006-ci ildə Bolqarıstan höküməti İqtisadiyyat və Enerji Nazirliyi nəzdində
“Ofset Proqramları” Direktorluğu yaratdı. Direktorluq birbaşa olmayan
ofsetləri idarə etməyə məsuldur. Bu direktorluq website yaratmış və onu
daimi məlumatlarla təmin edir (bax www.mee.government.bg/offsetp/
offsetp.html ). Bu website aşağıdakı məsələlər üzrə ətrafl ı məlumat verir:
• Ofsetlərlə bağlı təlimatlar;
• Hökümətin saydığı prioritet iqtisadi sahələrə ofset-xarakterli
yatırımlar;
• Sənaye sahəsindən və texnoloji səviyyədən asılı olaraq ofset
layihələrinin analizinin metodologiyası (onun gətirdiyi faydanı
hesablayaraq, və ya ofset öhdəliklərini həyata keçirmək üçün
ofsetdən gələn qazancı);
• Ofsetdə iştirak etmək istəyən və “ofset alanlar” kriteriyaları təmin
edən şirkətlərin siyahısı.2009-cu ilin İyuluna qədər 64 Bolqarstan
şirkəti bu siyahıda yer almışdır;
• İqtisadiyyat və Enerji Nazirliyi tərəfi ndən bəyənilən ofset təklifl ərinin
siyahısı. 2009-cu ilin İyuluna qədər 24 yatırım təklifl əri siyahıya
alınmişdır. Yatırımların dəyəri ilə bağlı məlumatlar ictimaiyyətə
açıqdır. Hərbi podratçılar özlərinin ofset öhdəliklərini qarşılamaq
üçün bu təklifl ərdən bir və ya bir neçəsini götürə bilərlər;
• Cari ofset layihələri, onların tam dəyəri və gətirdikləri qazanc ilə
(2009-cu ilin iyuluna olan ofset layihələrinin iqtisadi səmərələlik
əmsalı onların dəyərinə görə 3:1 nisbətində olmuşdur);
120
Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri
• Bolqarıstan silahlı qüvvələrini silah sistemləri və avadanlıqla
təmin edən hərbi podratçılarla bağlanmış ofset sazişlərinin siyahısı
və uyğun ofset layihələri. Hər bir layihənin xalis dəyəri, iqtisadi
səmərəlilik əmsalı və ofsetdən gələn qazancı,həyata keçirmə
vaxtı,mərhələlər arası nəticələr və hər bir layihənin kicik izahatı
website- də göstərilir.
Bundan əlavə, website uyğun hesabatlara və konfrans materiallarina da
çıxış üçün ünvanlar göstərir. Geniş məlumatlar Bolqar dilində verilib. Ən
mühüm informasiyalar İngilis dilində də aşağıdakı ünvanda hamıya açıqdır
www.mee.government.bg/eng/offsetp/offsetp.html .
Bütün tenderdə iştirak edənlər, tender qiymətləndirən komissiyalar və
uyğun nazirlər daxil, illik maraq toqquşması bəyanatları təqdim etmələri tələb
olunmalıdır.
Səmərəli Əməliyyat Prosesləri
Ofset müqaviləsinin korrupsiya riski, onun dəyərinin əsas müqavilə
dəyərindən asılı olaraq proporsional surətdə azalır. Aşağı çəkili,məsələn,ofset
sazişi əsas müqavilənin 10-15% -i olursa normal sayılır. Bu nisbət yüksək
olduqda korrupsiya riskləri də uyğun olaraq yüksək olur və əlavə tədbirlər
görməyi tələb edir.
Hökümətin təhcizat idarələri başa düşməlidirlər ki, ofset müqavilələrini
hazırlayıb yerinə yetirmək onların özlərinin qəbul etdikləri öhdəlikdir. Ofsetlər
sadəcə əsas müqavilələrə “əlavə” deyildir. Ofsetlərlə məşğul olan xüsusi
qrup qurulmalı və ofset sazişlərinin hazırlanmasına əsas müqavilə kimi, eyni
diqqətin ayrılmasını təmin etməlidir. Əlavə olaraq, aparıcı nazirlik, təhcizat
prosesi başlamadan öncə bu işə qarışan nazirliklərin məsuliyyətlərinin dəqiq
bölünməsini açıq aydın və yazılı surətdə aydınlaşdirmalıdır(əgər bir neçə na-
zirlik bu işə qarışırsa). Aparıcı nazirlik, həmçinin əsas müqavilədən öncəki
ofset öhdəliklərini də aydınlaşdırmağı tələb etməlidir.
Hərbi Şirkətlərin Aktiv İştirakı
Müqaviləyə gedən ayrı-ayrı şirkətlər öz şirkətlərindəki qanun və norma-
tiv aktları ofset proqramlarına və bu proqramların nəzdində işə cəlb olunan
işçilər və məsləhətçılərə tətbiq etməlidirlər. İndiki zamanda görünür bunu heç
kim etmir. İkincisi, hərbi şirkətlərin biznes davranışı və biznes etik standartla-
rı ofset proqramlarına aid edilməli və uyğun nəzarət də həyata keçirilməlidir.
Dostları ilə paylaş: |