MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ


 İnkişafetdirici təlim texnologiyaları



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə132/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   128   129   130   131   132   133   134   135   ...   149
2018-1050-5

1. İnkişafetdirici təlim texnologiyaları.
 Bu texnlogiyada 
əsas yeritəlimin gücçatan çətinlik səviyyəsində qurulması təşkil 
edir.  L.S.Vıqotski,  L.V.Zankov,  D.B.Elkonin,  V.V.Davıdov, 
N.M.Kazımov,  B.A.Əhmədov,  Ə.Ə.Əlizadə  və  b. psixoloq və 
pedaqoqlar t
əlimin  şagirdlərin gücüçatan çətinlik səviyyəsində 
qurulması və inkişafı öz ardınca aparması ideyasını irəli sürmüş 
v
ə bu texnologiyanın tətbiqini uşaqların əqli inkişafında, onların 


187 
t
əfəkkürünin formalaşmasında əsas rol oynadığını qeyd etmişlər.  
T
əlim və əqli inkişaf qarşılıqlı əlaqədə olanvahid proses-
dir. Lakin f
ərqli nəzəriyyələr də  az  deyildir.  İsveçirə 
psixoloquJ.Piaje v
ə  digər  bir  sıra  psixoloqlar  təlimlə  inkişafın 
əlaqəli  şəkildə  deyil, bir-birindən  ayrılıqda  inkişaf  etdiyini, 
yaxud inkişafın təlimdən öndə getməsini qeyd edirlər. 
Alman psixoloq
u V.Ştern belə bir müddəanı əsas tuturdu 
ki, t
əlim inkişafın arxasınca gedir və ona uyğunlaşır. 
Görk
əmli  İsveçrə  psixoloqu J.Piaje də  təlim və  inkişaf 
m
əsələsində  Şternə  uyğun  mövqedən  çıxış  etmişdir.  O,  belə 
hesab  edirdi  ki,  uşağın  psixi  inkişafı  özünün  daxili 
qanunlarınamalikdir  və  bu,  bir  sıra  mərhələlərdən keçir. Onun 
fikrinc
ə  təlim  inkişafa  heç  bir  əsaslı  təsir göstərə  bilməz. Ona 
gör
ə də təlim inkişafa uyğunlaşdırılmalı, onun tənzim edilməsi 
üçün inkişafın səviyyəsi əsas götürülməlidir. 
Görk
əmli Amerika psixoloqu C.Bruner isəinkişafda  təli-
min rolunu h
əddən artıq şişirtmişdir. Onun fikrincə uşağın malik 
olduğu yaş üçün optimal olan təlim metodları tapılarsa, hər bir 
uşaq  yaxşı  təlim edilərsə  uşaq  inkişafın  istənilən mərhələsində 
v
ə istənilən təlim materialını tamamilə mənimsəyə bilər. 
Bu fikrin 
əksinə  olaraq görkəmli  rus  psixoloqu  L.S.Vı-
qotski t
əlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rol 
oynadığını sübut etmişdir. L.S.Vıqotski inkişafın təlimdən əvvəl 
deyil, t
əlimin inkişafdan öndə getməsini və inkişafı öz arxasınca 
aparmasını inkişafın əsası hesab etmişdir. 
İrəli sürülən bu fikirlər onu göstərir ki, təlim və psixi inki-
şafın qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi ilk növ-
b
ədə təlimin struktur komponentlərini dəqiq müəyyənləşdirməyi 
t
ələb edir. Bu məsələ L.S.Vıqotski tərəfindən mükəmməl işlənil-
mişdir. 
İnkişafetdirici  təlim nəinki biliklərin mənimsənilməsinin 
idar
ə edilməsini, eyni zamanda məktəbəqədər yaşlı uşaqların və 
şagirdlərin  əqli qabiliyyətlərinin də  idarə  edilməsini nəzərdə 
tutur. L.S.Vıqotski yazırdı: “Təlimlə inkişaf qarşılıqlı mürəkkəb 


188 
əlaqədə  olmasına  baxmayaraq, təlim  inkişafdan  əvvəl  başlayır, 
d
ərketmə elmi anlayışın qarşısından keçir”. 
L.S.Vıqotskinin  fikrincə  əgər təlim  yalnız  aktual  inkişaf 
s
əviyyəsinə əsaslanırsa o, inkişafetdirici xarakter daşımır. Təlim 
yaxın inkişaf səviyyəsinə əsaslananda isə mahiyyətcə yeni xüsu-
siyy
ətlər kəsb edir və  inkişafetdirici  təlim  kimi  şagirdin  əqli 
inki
şafında önəmli rol oynayır. L.S.Vıqotski yazırdı: “şagirdlə-
rin i
ntellektual  inkişafının  dinamikasıvə  uğurla  oxuması 
üçün“aktual inkişaf səviyyəsinə” nisbətən “yaxın inkişaf sahəsi 
daha çox 
əhəmiyyətlidir” (27). 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə