Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
126
127
haqqında ətraflı danışacağıq. Burada isə yalnız xalqın
folklor
və epik nümunələri haqqında daha ardıcıl söhbət aparmağı
zəruri hesab edirik.
Qaraqalpaqların tarixi, həyatı, məişəti, psixologiyası,
duyum tərzi, yaşam fəlsəfəsi onların xalq poeziyasında daha
yaxşı qorunub saxlanılmışdır. Təsadüfi deyildir ki, əfsanələr,
rəvayətlər, tarixi nəğmələr, epos, hekayətlər və s., demək olar
ki, qaraqalpaqların erkən dövrlərində yer almış bütün tarixi
hadisələrin, tarixi şəxsiyyətlərin adını özündə saxlayaraq
dövrümüzə daşımışdır. Xalq poeziyasının belə mühüm
cəhətini nəzərə alan V.Q.Belinski bununla bağlı vaxtilə
yazırdı: “Poeziya tarixə sadiqdir: tarix saxlamayanı,
poeziya
da verə bilməz”.
7
Qaraqalpaqların sayının az olması heç də onların çeşidli
folklor nümunələri yaratmasına mane olmamışdır. Türk
xalqla rının tarix və mədəniyyətinin ən dəyərli tədqiqa-
tçı ların
dan biri olan, qazax etnoqrafı və folklorşünası
Ç.Ç. Valixanov bununla bağlı aşağıdakıları qeyd etmişdi:
“Qaraqal paqlar minlərlə hekayələr, hekayətlər,
nəğmə və
tarixi nəğmələri öz yaddaşlarında qoruyub saxlamışlar.
Qaraqalpaqlar səhralarda ilk şair və nəğməkarlar kimi böyük
nüfuz sahibidirlər”.
8
Qaraqalpaq folklorunda eposda olduğu kimi kişilərlə
bərabər həm də qadınlar böyük rol oynayırlar. Bunu biz
qaraqalpaqların mənəvi mədəniyyət nümunələrinin
çoxlarında görə bilərik (“Qırx qız” eposunda Gülayim,
Sərfinaz, digər otuz səkkiz qız, Berdağın etnoqrafik-folklor
mahiyyətli “Şəcərə”sində Kıyat tayfasından
olan Aruxan,
müyten tayfasından Ağçolpan, Berdağın qızı Hürliman
və b. Hürliman həm də qaraqalpaqlar içində ilk baksı –
qadın kimi tanınmaqdadır). Bundan başqa Cuab kempir
tayfasının başçısı olan xanı dəfələrlə aldatmış Kunqrad qızı
haqqında əfsanələr, Qızgetgen su kanalı, Qırxqızqala adlı
yer, “Güldursun haqqında rəvayət”də Güldursun,Yer-Ziuar”
dastanında Aynacamal və xan qızı Zöhriyyə, “Qurbanbəy”
dastanında Məqsim qız və başqaları qaraqalpaqların
həyatında qadının yüksək rolunu əks etdirməkdədir.
Qaraqalpaq epik dastanlarında, nağıllarında, əfsanə
və rəvayətlərində, tarixi nəğmələrdə, yazılı ədəbiyyat
nümayəndələrinin əsərlərində biz qadının, qızın nəinki
batırların sadiq həyat yoldaşı olduğunu,
həm də tayfa və
qəbilə başçısı, məmləkətin ağıllı və ədalətli hökmdarı və
xalqın yenilməz, cəsur xilaskarı olduğunu görə bilirik.
Qarqalpaqların uzun əsrlər ərzində yazılı ədəbiyya-
tı olmamışdır. Məhz elə buna görə də folklor belə uzun bir
zaman kəsiyində xalq yaradıcılığının mühüm formalarından
biri kimi, tarixin salnaməsi rolunu oynamışdır. Qaraqalpaq
folklorunun son dərəcə zənginliyini də bununla izah etmək
olar. Onun belə təyinatını nəzərə ala raq
qaraqal paq folkloru
bu xalqın tarixinə müraciət zamanı ən zəngin mənbələrdən
biri kimi çıxış etmiş və etmək dədir.
Bu günün özündə qoca qaraqalpaqların dilində onların
ulu babalarının indiki Qaraqalpaqstan ərazilərinə Krımdan
və Cənubi Rus səhralarından gəlib yerləşmələri ilə bağlı
əfsanə və rəvayətlərin dolaşdığını qeyd etmək lazımdır. “Biz
buraya Krım tərəflərdən, Edil (İtil, Volqa) və Jaik (Yaik, Ural)
sahillərindən “ata yurdu” (“aтa журты”) Türküstana (Sırdər-
yanın orta və aşağı axınlarına) gəldik, sonra yadellilərin ardı-
arası kəsilməyən hücumlarından qorunmaq üçün əvvəl
Yanıdəryaya, sonra Amudəryanın lap aşağı hissələrinə
köçməyə məcbur olduq”. Bu məlumat qaraqalpaqların orta
əsrlər və yeni tarixi üzrə tədqiqat aparmış tarixçi alimlərin
qeydləri və digər yazılı tarixi mənbələrdəki məlumatlara
uyğundur.
Qaraqalpaq tarixinin monqol dövründən sonrakı mər-
hələsi Qızıl Orda və Noğay İttifaqı ilə (XIII-XVII əsrlər) bağlı-
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
128
129
dır. Məhz XVI əsrin sonlarında Noğay İttifaqı tərkibində
qara qalpaq ların xalq kimi formalaşması başa çatır. Qaraqal-
paq qəhrəmanlıq və lirik-epik dastanlarının (“Şəhriyar”,
“Koblan” (müqayisə et “Koblandı-batır”), “Bozoğlan”, “Yer
Şora”, “Yer Ziuar”, “Alpamıs” (müqayisə et “Alpamış”),
“Qurbanbəy”, (müqayisə et “Kurmanbəy”), “Qırx qız”
(müqayisə et qırğız “Canıl Mirzə”, qazax “Qız Jibek”) və
s. əksəriyyətinin yaranması da bu dövrə aiddir.
Sonralar
qaraqalpaq folkloru bir sıra lirik-epik poemaların yaranması
ilə daha da zənginləşmişdi. Onların sırasında “Maspatşa”,
“Qərib aşıq” (müqayisə et türkmən “Qərib aşıq”, Azərbaycan
“Aşıq Qərib”, Anadolu türklərində “Aşıq Qərib”), “Yusif-
Əhməd” və s.
9
yaxşı məlumdur.
Qaraqalpaq xalqı uzun əsrlər boyu yadelli işğalçılar
əlin dən minbir məhrumiyyətlərə düçar olduğundan onun
yarat dığı qəhrəmanlıq poemalarında “Koblan”, “Alpamıs”,
“Bozoğ lan”, “Qırx qız”, “Qurbanbəy”, “Yer Ziuar” və s. başlı-
ca mövzu düşmənlərə qarşı mübarizə, dağınıq qaraqalpaq
tayfa və qəbilələrinin birləşdirilməsi, vətənin müdafiəsi,
saf sevginin tərənnümü və s. kimi məsələlər aparıcı yer
tutur. Məsələn, “Bozoğlan” epik poemasında başlıca motiv
ədalətsiz hökmdarın
mühakiməsi, ədalətin keşikçisi, Vətənin
xilaskarı kimi çıxış etmək xalq qəhrəmanı Bozoğlanın bütün
davranışlarını əks etdirməkdədir.
“Şəhriyar” lirik-epik monumental poemasında, nağıl və
fantastik motivlərlə zəngin bu nümunədə xeyirlə şərin mü-
ba rizəsində xeyirin təntənəsi əks olunur. “Qərib aşıq” poe-
ması bir sıra cəhətləri ilə türkmən,
Azərbaycan və Anadolu
türklə rinin məhəbbət dastanı ilə oxşar xüsusiyyətlərə malik
olsa da, onun özünəməxsus milli xüsusiyyətləri əsəri oxu-
yanlarda böyük maraq doğurmaqdadır. “Aşıq Qərib” dastanı
motivləri əsasında böyük bəstəkar Qliyerin “Aşıq Qərib” və
“Şahsənəm” operettası yazılmışdır.
Ədəbiyyat
1. Баяндиев Т. Каракалпакский государственный театр им.
К.С.Стани славского. Очерк истории. Ташкент, «ФАН», 1971,
с.7.
2. Türkiyə Dışındaki Türk Edebiyatları Antolojisi. (Nesir-
Nazım). 23.Karakalpak edebiyatı. Ankara, T.C.Kültür ve Turizm
Bakanlığı, 2004, s.32, 33,34, 37,38, 42, 43, 44, 45, 65-69, 71.
3. Мамбетов Н. Каракалпаклардын этнографиялык та-
рийхы. Нöкис, «Каракалпакстан», 1995, s. 169-172.
4. Мамедов Н. Каракалпакская литература. Баку, «Kitab
aləmi», 2007, s. 161-179.
5.Каракалпак халык жумбаклары. Нокис, «Каракалпакстан
баспасы», 1996.
6. Потебня А.А. Мысль и язык// Потебня А.А.Эстетика и
поэтика. М., 1976. с.196.
7. Белинский В.Г. Полн.собр.соч., Т.5. М., Изд-во АН СССР,
1954, с.356-357.
8. Валиханов Ч.Ч. Сочинения СПб., 1904, с. 223.
9. Давкараев Н. Очерки по истории дореволюционной
кара кал пакской ли те ра туры. Ташкент, 1959.
Са ги тов И. Каракалпакский героический эпос. Ташкент,
1965.
Мак сетов К. Поэтика каракалпакского героического эпоса.
Ташкент, 1965.
Максетов К. Каракалпакский эпос// К вопросу о худо-
жественных осо бен ностях дастанов и репертуаре Курбанбая
Тажибаева.Ташкент, 1976.
Аимбетов К. Каракалпакские народные сказители. Докт.
дисс. Таш кент, 1965.
Аимбетов К. Народная мудрость, Нукус, 1968.