Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə32/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   28   29   30   31   32   33   34   35   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4: 

Qiymətləndirilmiş Variantlar 

 

Dekabr 2011 



Yekun variant

 

4/8 



Marşrut 

Qrupu 

Üstünlükləri 

Çatışmazlıqları 

Ümumi Qiymətləndirmə 

İlkin Baxışdan və 

Marşrut 

Variantının İlkin 

Seçilməsindən 

sonra Aradan 

Qaldırılıb 

Baş planlaşma üçün 

seçilib 

tələb edəcək – mövcud 

obyektlərin vəziyyətinə dair 

qeyri-müəyyənlik. 

Bənövşəyi 

 Mövcud 

avtomagistral 

qovşağından istifadə 

edir. 

 Boru 


kəməri ilə 

kəsişmə tələb 

olunmur. 

 

Terminal üçün gələcəkdə 



daimi giriş imkanı təmin etmir. 

 

Nəqliyyat axınının qərbdən 



girişi səfərin müddətini 

uzadacaq. 

 

İcmaya/ qəsəbəyə təsirlər. 



 Mövcud 

dövlət avtomagistral 

körpüləri təmir / 

modernləşdirmə tələb edəcək 

 Dövlət Mühafizə Xidməti 

tərəfindən ciddi qeyd-şərtlər. 

 Texniki 

cəhətdən mümkündür. 

 Texniki 

təhlükəsizlik tələblərinə cavab verir. 

 

Ətraf mühitə  və sosial-iqtisadi sahəyə  əhəmiyyətli potensial 



mənfi təsirlər aşağıdakılar ilə bağlıdır: 

- Ümid 


qəsəbəsi yaxınlığında yolu genişləndirmək üçün 

torpaq sahəsinin əldə olunması. 

- sakinlərin/biznes subyektlərinin mümkün köçürülməsi. 

- tikinti 

fazasındakı nəqliyyat axını ilə bağlı qəsəbəyə qısa-

orta müddətli təsirlər (məsələn: səs-küy, toz, narahatlıq). 



 

 

Sarı 


 Mövcud 

avtomagistral 

qovşağından istifadə 

edir. 


 Boru 

kəməri ilə 

kəsişmə tələb 

olunmur. 

 Terminal üçün gələcəkdə 

daimi giriş imkanı təmin etmir. 

 

Səngəçal Terminalının 



nəqliyyat axını üçün 

təhlükəsiz keçid imkanı 

yaradacaq dörd hərəkət 

zolağının formalaşdırılmasını 

tələb edir. 

 

Əhəmiyyətli dərəcədə 



torpaqdan istifadəyə  tələbat 

duyur. 


 

Qərb tərəfdən nəqliyyat 

axınının girişi 12km əlavə 

səfər etmək ehtimalı yaradır. 

 

İcmaya/qəsəbəyə təsirlər. 



 Mövcud 

dövlət avtomagistral 

körpüləri 

təmir/modernləşdirmə 

tələb 

edəcək. 


 Dövlət Mühafizə Xidməti 

tərəfindən ciddi qeyd-şərtlər. 

 Texniki 

cəhətdən mümkündür. 

 Texniki 

təhlükəsizlik tələblərinə cavab verir. 

 

Ətraf mühitə  və sosial-iqtisadi sahəyə  əhəmiyyətli potensial 



mənfi təsirlər aşağıdakılar ilə bağlıdır: 

- Ümid 


qəsəbəsi yaxınlığında yolu genişləndirmək üçün 

torpaq sahəsinin əldə olunması. 

- sakinlərin/biznes subyektlərinin mümkün köçürülməsi. 

- tikinti 

fazasındakı nəqliyyat axını ilə bağlı qəsəbəyə qısa-

orta müddətli təsirlər (məsələn: səs-küy, toz, narahatlıq). 



 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4: 

Qiymətləndirilmiş Variantlar 

 

Dekabr 2011 



Yekun variant

 

4/9 



Yuxarıdakı  Cədvəl 4.3-də sadalanmış qiymətləndirmə  nəticəsində üç giriş marşrutu qrupu 

(Qəhvəyi, Mavi və Yaşıl) baş planlaşdırma mərhələsinə keçmişdir. Texniki 

məqsədəuyğunluğa  əsasən və müvafiq maraqlı  tərəflər ilə  məsləhətləşmə  nəticəsində 

müəyyənləşdirilmişdir ki, qəhvəyi marşrut qrupu giriş yolu üçün ən münasib variantdır. 

 

Bundan sonra isə, aşağıdakı bölmələrdə  nəzərdən keçirilən elementlərin ümumi yerləşmə 



planı daha da dəqiqləşdikcə  və boru kəmərlərinin və elektrik xətlərinin yeri ilə bağlı  əlavə 

məlumatlar məlum olduqca qəhvəyi marşrut daha da təkmilləşdirilmişdir. 11-ci Fəslin 11.4-cü 

Bölməsində boru kəmərləri ilə bağlı potensial qəza hallarının təsirini azaltmaq məqsədilə 

yolun layihələndirməsinə daxil edilən tədbirlər nəzərdən keçirilir. Drenajın idarə olunması və 

daşqından mühafizə  tədbirlərinin yolun layihələndirməsinə daxil edilməsi üçün görülən işlər 

aşağıdakı Bölmə 4.1.5-də nəzərdən keçirilir. 



4.1.3 Tikinti 

Düşərgəsinin və Obyektlərinin Yerləri 

 

Tikinti düşərgəsi və tikinti obyektlərinin yerləri giriş yolu marşrutları ilə paralel şəkildə 



qiymətləndirilib.  ŞD2 üzrə  İnfrastruktur Layihələndirmə Qrupu tərəfindən terminalın 

şərqindəki, qərbindəki və şimalındakı, eləcə də kənarındakı ərazilərdə yeddi potensial tikinti 

düşərgəsi və tikinti obyektlərinin yeri nəzərdən keçirilib. Qiymətləndirmənin ilkin mərhələsi 

öncədən müəyyənləşdirilmiş aspektlər (məsələn:  ətraf mühitə  təsirlər [səs-küy, toz və  işıq 

emissiyaları], texniki mümkünlük, giriş imkanı  və  təhlükəsizlik) ilə müqayisədə  hər bir yerin 

müsbət və mənfi cəhətlərini nəzərdən keçirməkdən ibarət olmuşdur. 

 

İlkin qiymətləndirməyə  əsasən, tikinti düşərgəsi və tikinti obyektləri ilə bağlı  aşağıdakı 



seçimlərdən imtina olunması müəyyənləşdirilmişdir: 

 

 



Sahə xaricindəki yerlər – Sahə xaricindəki yerin təhlükəsizliklə bağlı  tələbləri və 

işçilərin sahəyə gündəlik daşınmasına olan zərurət səbəbindən; 

 

Terminalın  şərq tərəfindəki yerlər  – Sarı  və  Bənövşəyi marşrut qruplarının rədd 

edilməsindən sonra qeyri-mümkündür; 

 

Terminalın şimal tərəfindəki yerlər – Ərazidə mövcud olan məhdudiyyətlər (məsələn: 

topoqrafiya və  təhlükəsizlik) səbəbindən və BTC, CQBK və digər neft ixrac boru 

kəmərlərinin üzərindən  şimala tərəf keçən giriş yolu marşrutunun qəbul edilməsindən 

çəkinməyə üstünlük verildiyinə görə; və 

 

Şahqaya vadisinin qərb tərəfindəki yerlər – Ərazi subasar sahədə yerləşdiyinə görə 

və sahə daşqın riskinə məruz qalacağına görə qeyri-mümkündür.  

 

Qəhvəyi marşrut qrupunun seçilməsindən sonra müəyyənləşdirilmişdir ki, tikinti düşərgəsi və 



inşaat obyektləri  ŞD2 Genişlənmə Sahəsinə yaxın yerləşməli və  ərazinin ümumi yerləşmə 

planı müvafiq texniki təhlükəsizlik zonasının tələbini nəzərə almalıdır (baxın: Cədvəl 4.1). 

  

Yaşayış bölmələri və sexlər arasında müəyyən dərəcədə təcridi təmin etmək (işçilərin rifahı 



nəzərə alınmaqla) məqsədilə  qərara alınmışdır ki, tikinti düşərgəsi (o cümlədən yaşayış, 

istirahət, yeməkxana və digər köməkçi obyektlər) və tikinti obyektləri (o cümlədən ofislər, işçi 

qüvvəsi və materiallar üçün sahələr) bir-birindən ayrılsın. Yekun layihələndirmədə tikinti 

düşərgəsi və tikinti obyektləri müvafiq qaydada ŞD2  İnfrastruktur sahəsinin  şimal və 

cənubunda yerləşdirilib (sxematik yerləşmə planları üçün baxın: Fəsil 5, Şəkil 5.10).  

4.1.4 Boru 

Kəmərinin Sahilə Çıxma Sahəsi 

 

Boru Kəmərinin Sahilə  Çıxma Sahəsinin yeri ŞD2  İxrac Boru Kəmərlərinin həm dənizdəki, 



həm də sahildəki marşrutunu nəzərə almaqla ayrıca tədqiqatın bir hissəsi kimi 

müəyyənləşdirilmişdir. Nəzərdən keçirilmiş marşrut variantları  ŞD2 Layihəsinin  ƏMSSTQ 

sənədində nəzərdən keçiriləcək. 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə