Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə33/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   29   30   31   32   33   34   35   36   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4: 

Qiymətləndirilmiş Variantlar 

 

Dekabr 2011 



Yekun variant

 

4/10



4.1.5 Layihələndirmənin İşlənib Hazırlanmasında Hidroloji Modelləşdirmə  

 

ŞD2 infrastruktur Layihəsinin layihələndirməsi üzrə  məlumat təmin etmək məqsədilə “Water 



Resources Associates” (WRA) şirkəti tərəfindən geniş hidroloji modelləşdirmə  və 

qiymətləndirmə həyata keçirilmişdir. İşlər aşağıda qeyd olunmuş qurumların: 

 

 Meteoroloji 



məlumatlar Bakı Dövlət Universitetinin Milli Hidrometeorologiya 

Departamenti; və 

 Hidrometeoroloji 

məlumatlar isə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının 

Coğrafiya İnstitutunun köməyi  tərəfindən əsasında yerinə yetirilmişdir. 

 

2008-ci ildə həyata keçirilmiş ilkin tədqiqat aşağıdakılardan ibarət olmuşdur: 



 

 

Təpələrdən və yamaclardan daşqının yeni obyektlərin qərb və  şimal-qərb tərəfinə 



axmasının qiymətləndirilməsi; 

 Mövcud 

cənub daşqından mühafizə kanalının tutum həcminin yoxlanılması  və bu 

kanalın daraldıla bilib-bilməyəcəyinin nəzərdən keçirilməsi

 

ŞD2 İnfrastruktur Sahəsi daxilində daxili drenaj məsələlərinin qiymətləndirilməsi; 



 

Şimal, cənub və yeni qərb daşqından mühafizə kanallarından gələn axınların, habelə 

Terminalın daxili drenaj sistemindən gələn axınların 3-cü tərəfə  məxsus boru kəməri 

dəhlizi boyunca necə effektiv şəkildə istiqamətləndirilə biləcəyinin qiymətləndirilməsi; 

 3-cü 

tərəfə  məxsus boru kəməri dəhlizinin yaratdığı cari daşqın problemlərinin başa 



düşülməsi; və 

 Yeni 


giriş yolları üçün potensial marşrutların, yeni yolların hündürlüyünün və hər hansı 

suötürücü boruların və körpülərin layihələndirməsinin müəyyənləşdirilməsinə köməklik 

etmək üçün əlavə hidroloji modelləşdirmə tədqiqatlarının müəyyən edilməsi. 

 

İlkin modelləşdirmənin nəticələrindən istifadə etməklə, layihələndirməni məlumatlarla təmin 



etmək üçün 2010 və 2011-ci illərdə əlavə hidroloji modelləşdirmə həyata keçirilmişdir. Alınan 

nəticələr (Əlavə 9E-də tam şəkildə təsvir olunub) aşağıdakı məqsədlə istifadə edilmişdir: 

 

 Daşqından mühafizə  bəndi (Şahqaya vadisi ilə mövcud Terminalın arasında  ŞD2 



infrastruktur Sahəsinin qərbində yerləşəcək) üçün tələbatı, yeri və ölçüləri 

müəyyənləşdirmək; 

 

ŞD2 İnfrastruktur Sahəsi daxilindəki yeni drenaj kanalları ilə bağlı kanalın və əlaqədar 



suötürücü boruların ölçülərini (o cümlədən yerlərini) müəyyənləşdirmək; və 

 Yeni 


giriş yolunun layihələndirməsinə, o cümlədən aşağıdakılara dair məlumat təmin 

etmək: 


o

 Torpaq bəndin hündürlüyü;  

o

 Suötürücü boruların yerləri və ölçüləri; və 



o

 Giriş yolundakı torpaq bəndin daşqın axınlarının istiqamətləndirilməsindəki rolu. 

 

Mövcud axın  şəraitini və daşqın riskini müəyyənləşdirmək üçün həyata keçirilmiş 



modelləşdirmə 6-cı  Fəslin 6.4.2-ci Bölməsində  təqdim olunub. Qiymətləndirmənin nəticələri 

göstərdi ki, cari daşqın suları  Qərbi və  Mərkəzi drenaj kanalları vasitəsilə saxlama 

sahələrindən keçərək, avtomagistralın altı ilə  Xəzər dənizinə axır. Hidroloji modelləşdirmə 

göstərdi ki, böyük daşqın hadisəsi aşağıdakı hallar nəticəsində baş verə bilər: 

 

 Altından mərkəzi drenaj kanalının keçdiyi dəmir yolu körpüsünün yaxınlığında dəmir 



yolunun su altında qalması; və 

 Altından qərbi drenaj kanalının keçdiyi avtomagistral körpüsünün yaxınlığında magistral 

yolun suyun altında qalması. 

 

Daşqın riskinin dəmir yoluna təsirini minimuma endirmək məqsədilə qərara alınmışdır ki, giriş 



yolu ilə bağlı olan torpaq bənd baryer rolunu oynamalı  və  Şahqaya vadisindən axaraq 

alçaqda yerləşən Mərkəzi daşqın suları saxlama sahəsinə  gələn axınların  əksəriyyətinin 

qarşısını almalıdır. 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4: 

Qiymətləndirilmiş Variantlar 

 

Dekabr 2011 



Yekun variant

 

4/11



 

Böyük daşqın hadisəsi zamanı  Qərbi daşqın suları saxlama sahəsinin dolub daşmamasını 

təmin etmək məqsədilə  qərara alınmışdır ki, bəzi axınların giriş yolunun altındakı suötürücü 

borular (bu, giriş yolunun 3-cü tərəfə  məxsus boru kəmərlərini kəsib keçməsinə imkan 

yaratmaq üçün layihələndirməyə daxil edilib) vasitəsilə  Mərkəzi daşqın suları saxlama 

sahəsinə axmasına imkan veriləcək. Giriş yolunun altındakı axını  tənzimləmək məqsədilə 

layihələndirilmiş suötürücü boruların və  əlaqədar kiçik dambanın ölçülərinə dair məlumatlar 

hidroloji modelləşdirmə  əsasında müəyyənləşdirilmişdir. Suötürücü boruların və dambanın 

yeri 5-ci Fəsildəki Şəkil 5.8-də göstərilib. 

 

Qərbi drenaj kanalının avtomagistralın alından keçdiyi yerdə  şosenin daşqın riskinə  məruz 



qalma ehtimalını minimuma endirmək üçün nəzərdə tutulan layihələndirmə  tədbirləri bu 

layihələndirməyə daxil edilməmişdir, çünki, bu yerdə yeni avtomagistral qovşağı 

(“Azəryolservis” tərəfindən layihələndiriləcək və inşa ediləcək) nəzərdə tutulub. Bu qovşağın 

hündürə qaldırılacağı planlaşdırılır və o, bu yerdə avtomagistralın nadir hallarda böyük 

daşqına məruz qalması halında alternativ marşrut təmin edəcək. 

 

 



 

 

 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə