Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə35/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   31   32   33   34   35   36   37   38   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-İqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/2


5.1 Giriş 

 

Ətraf Mühitə  və Sosial-iqtisadi Sahəyə  Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin bu 



fəsli  ŞD2  İnfrastruktur Layihəsi ilə bağlı aparılan işləri təsvir edir. Layihə  Səngəçal 

terminalında  ŞD2 Genişləndirmə Sahəsi çərçivəsində  Şahdəniz 2 (ŞD2) quru obyektlərinin 

tikintisindən, quraşdırılmasından, istismara verilməsindən və istismarından  əvvəl yerinə 

yetirilməsi tələb olunan işləri əhatə edir.   

 

ŞD2 İnfrastruktur Layihəsinin əsas komponentləri aşağıdakılardır (Şəkil 5.1-ə baxın): 



 

 

ŞD2 Genişləndirmə Sahəsinə  və  əlaqədar tikinti sahələrinə giriş  və  çıxış yollarının 



(müvəqqəti və daimi) tikintisi

 Su 


daşqınından qoruma bəndinin, drenaj kanalının tikintisi və Terminal ətrafında 

hazırda mövcud olan drenaj sisteminin təkmilləşdirilməsi işləri;  

 

Magistral su təchizatı  xəttinə, kanalizasiya boru sisteminə (yeni çirkab suları 



təmizlənmə qurğusuna (ÇSTQ) qoşulma) və elektrik enerji təchizatına qoşulmalar və 

onun yenidən təşkili də daxil olmaqla kommunikasiyalar üzrə işlər

 

ŞD2 Boru Kəmərinin Sahilə çıxması üçün quruda yerin hazırlanması; 



 

ŞD2 Genişləndirmə ərazisi üzrə torpaq səviyyələrinin kontur işlənməsi; və  

 Tikintiyə aid şimal yaşayış düşərgəsinin və  cənub tikinti obyektlərinin tikintisi və 

avadanlıqla təchiz olunması.   

 

Bundan  əlavə, yeni daimi giriş-çıxış yolu ilə Bakı-Salyan  şosesi arasında yeni yol qovşağı 



salınacaq. Azərbaycanın yol tikintisi orqanının səlahiyyətində olan və onun tərəfindən tikiləcək 

Bakı-Salyan  şosesi ilə qovuşma istisna olmaqla, layihə  həcminin bütün elementləri üzrə 

podratçıların təyin olunmasına BP cavabdehlik daşıyacaq. 

 

İşlər həyata keçiriləcək sahənin sərhədinin çəkilməsi və icazəsiz girişin qabağının alınması 



üçün tikinti işləri aparılacaq bütün sahələrin  ətrafında müvəqqəti çəpərin qurulması 

planlaşdırılır. 

 

Bu fəsildə “Baş plan” metodunun tətbiq olunması ilə  işlənib hazırlanmış layihənin  əsas kimi 



qəbul edilmiş baza variantı təsvir edilir. Hal-hazırda layihə müfəssəl layihələndirmə fazasına 

daxil olmuşdur. Layihələndirmə  işləri irəlilədikcə layihənin bəzi elementinin (elementlərinin) 

dəyişdirilməsi zərurəti yarana bilər. Zərurət yaranan təqdirdə riayət olunacaq dəyişiklik 

prosesinin idarə edilməsi bu Fəslin 5.11-ci Bölməsində təqdim olunur.    

 

Layihə ilə  əlaqədar havaya buraxılan zərərli maddələrin və tullantıların təxmini miqdarı 



aşağıda Bölmə 5.8-də təqdim olunur; havaya buraxılan emissiyaların  təxmini miqdarı Əlavə 

5A-da təqdim olunur. 

 



Şah Dəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/3 


Şəkil 5.1  ŞD2 infrastruktur layihəsinin xülasəsi 

 

 



 


Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/4 


5.2 Tikinti 

əraziləri və torpaq sahələrinin ayrılması  

 

Terminalın hazırkı hüdudlarından kənarda yerləşən sahələrdə  Şəkil 5.1-də  təfsilatı ilə  təsvir 



olunan bir sıra layihə elementlərinin yerləşdirilməsi planlaşdırılır. Torpaq ayrılmalarının tələb 

olunan maksimal həddi Şəkil 5.2-də təqdim olunur.  

 

Şəkil 5.2  Torpaq ayrılmalarının maksimal həddi və terminalın mülkiyyətində olan  

                ərazinin hazırkı hüdudları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Terminalın mülkiyyətdə olan mövcud torpaq sahəsinin qərb və  cənub tərəflərində  və boru 

kəmərinin sahilə  çıxması üçün nəzərdə tutulan sahil zolağında 302 hektara qədər torpağın 

ayrılması planlaşdırılır. Gələcəkdə növbəti tikinti işləri tələb olunduğu təqdirdə torpaq 

sahəsinin təmin olunması üçün Qərbə doğru uzanan sahə  ŞD2 infrastruktur obyektlərinin 

fiziki hüdudlarından kənar çıxır.   

 

5.3 Maddi-texniki 

təchizat və materialların tədarük olunması  

 

Tələb olunan layihə spesifikasiyalarına cavab verən avadanlığın (inşaat maşın- mexanizmləri 

kimi) və materialların (çınqıl kimi) mümkün qədər Azərbaycan daxilində  əldə olunmasına 

üstünlük veriləcək. Belə materialların və avadanlığın sahəyə  dəmir yolu və avtomobil yolu 

vasitəsi ilə daşınması  nəzərdə tutulur. Tədarükün beynəlxalq səviyyədə aparılması  tələb 

olunduqda, materiallar və avadanlıq AÇG və  ŞD layihələri çərçivəsində terminalın 

genişləndirilməsi üzrə  əvvəlki tikinti proqramları üçün müəyyən olunmuş daşıma 

marşrutlarından istifadə etməklə avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə 

çatdırılacaq.    

 

Kilometr 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə