Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/11
Neftlə çirklənmiş torpağın, torpaq sularının, səth sularının və digər materialların mövcud
Səngəçal Terminalı sərhədi daxilində mövcudluğu gözlənilmir, lakin, mövcud Səngəçal
Terminalı sərhədi daxilində çirklənmiş materiallara rast gəlinərsə, onlar BP-nin tullantıların
idarə olunması prosedurlarına müvafiq olaraq tullantı kimi təsnifatlandırılacaq və idarə
olunacaq.
Bütün çirkləndirilməmiş təmiz materialların, o cümlədən torpağın üst qatı və torpaq
qalaqlarının təkrar istifadə olunması planlaşdırılır. Bu materialların əksəriyyəti ŞD2
infrastruktur ərazisinin qərb hissəsində su daşqınından qoruma bəndinin tikintisi, drenaj kanalı
üzrə işlərin, yol üçün torpaq təməlin və şimal tikinti yaşayış düşərgəsi və cənub tikinti
obyektləri kimi layihə sahələri üçün doldurucu materialların təmin olunması üçün istifadə
olunacaq. Çıxarılmış torpağın üst qatından, tikilən obyektlər üçün inşaat doldurucusu kimi
istifadə olunması planlaşdırılmır (misal üçün: yolun torpaq təməli).
Su daşqınından qoruma bəndi
1-3 metr hündürlükdə (hidroloji modelləşdirmə işlərinin nəticəsində müəyyənləşdirilən su
basma riski yüksək olan tikinti obyektləri və tikinti yaşayış düşərgəsi arasındakı bölmədə daha
hündür olacaq) yeni su daşqınından qoruma bəndi (Şəkil 5.6-ya baxın) tikiləcək. Bəndin tipik
yan görünüşü Şəkil 5.7-də təqdim olunur.
Şəkil 5.7 Su daşqınından qorunma bəndlərinin tipik yan görünüşü
Şəkil 5.7-də göstərildiyi kimi, bəndin tikintisi üçün torpaq qazıntı işlərinin qorunması
məqsədilə altında geosel (xüsusi sintetik material) və geotekstil ara qatları olan çınqılla
doldurulmuş səthin qorunması tədbirləri həyata keçiriləcək. Bəndin üst hissəsi boyunca qəza
giriş marşrutu (minimal eni 3m) təmin olunacaq.
Drenaj kanalı və vadinin təmizlənməsi işləri
Buraya aşağıdakılar daxil ediləcək:
Vadinin təmizlənməsi işləri – Bir hissəsi bağlı olan mövcud Qərb və Mərkəzi vadi
sahilyanı dəniz zolaqlarından süxurlar, bitki qatı və lil kimi maneələr götürüləcək.
Drenajın idarə edilməsi – İNL yolunun qərb hissəsində Şəkil 5.8-də göstərilən 1-ci
planda təsvir olunan drenaj borusunun yaxınlığında hündür olmayan bənd tikiləcək. Bu
bənd qərb drenaj borusunun çıxışına istiqamətləndirilən zəif su axınını tənzimləmək və
torpaq sahəsinin şərq hissəsinin müntəzəm su daşqınlarından qorumaq məqsədini
daşıyır; və
Yeni drenaj kanalı üzrə işlər – Şəkil 5.8-də göstərildiyi kimi yeni drenaj kanalları
tikiləcək. Buraya yerlərindən və torpağın vəziyyətindən asılı olaraq üzü çəkilmiş
(betonla və ya geoparça ilə) və ya profillənmiş xəndəklərin və bəndin tikilməsi daxil
olacaq. Boru kəmərləri ilə kəsişmələrin yaxınlığındakı ərazilərdə eroziyanın qarşısını
almaq üçün layihədə qorunma tədbirləri nəzərə alınacaq. Drenaj sisteminin yekun
layihəsinin su basma axınlarının 100 illik təkrarlanma müddəti əsasında aparılan
~ 1 - 3 m
~ 4 m
Qərb
İnşaat doldurucusu
Qeyri-inşaat
doldurucusu
~ 10 m
Altında geotekstil ara qatı olan çınqılla
doldurulmuş səth
Şərq
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/12
təfsilatlı hidroloji modelləşdirmə işləri və hal-hazırda aparılan geotexniki tədqiqat
işlərinin nəticələri əsasında müəyyən olunması planlaşdırılır. Yeni giriş-çıxış yolunun və
yeni drenaj kanallarının əhatə olunması üçün daxili yolların altında tikiləcək drenaj
borularının təxmini yeri Şəkil 5.8-də göstərilir. Drenaj boruları 4-cü Faza ərzində inşa
ediləcək (aşağıda Bölmə 5.5.4-ə baxın).
Drenaj kanallarının və vadinin təmizlənməsi işləri ərzində aşkar olunan istənilən çirkləndirilmiş
materiallar və ya sızmalar, yuxarıda təsvir olunduğu kimi, bitki qatının, torpağın üst qatının və
çıxarılan torpaq qalaqlarının aparılması üçün tətbiq olunan eyni metodla idarə ediləcək.
Şəkil 5.8 Drenaj kanalı üzrə işlər, təxmini drenaj boruları və boru kəməri ilə kəsişmə
nöqtələri
Mümkün olan yerlərdə vadinin təmizlənməsi və yeni drenaj kanalının tikintisi zamanı qazılıb
çıxarılan çirkləndirilməmiş torpaqdan inşaat doldurucusu kimi istifadə olunması planlaşdırılır.
Yolun Torpaq Tökümləri
Yolun torpaq tökümlərinin əksəriyyətinin istifadə olunmuş materiallardan inşa ediləcəyi planlaşdırılır.
Torpaq tökümün səth örtüyünün əlavə qorunması tələb
olunduğu halda, çınqıldan və ya geotekstildən
istifadə olunacaq və ya ərazi yaşıllaşdırılacaq. Daşqına meylli ərazilərdə, yerli torpaqlarda suyun
yumşalmasına meylliliyin məlum olması səbəbindən, idxal edilmiş materiallardan (məsələn, qırma daş)
istifadə tələb oluna bilər.
Bütün yeni daimi yollar torpaq təməlləri ilə tikiləcək. Minimum 0,4 metr hündürlüyündə olacaq
təməllər yolların və müvafiq piyada keçidlərinin yer səthindəki axımlardan qorunmasını təmin
edəcək.