Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə39/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   35   36   37   38   39   40   41   42   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/13


Çıxarılmış torpağın istifadəsi ilə bağlı yığcam məlumat  

 

Cədvəl 5.1-də Faza 3 fəaliyyətləri zamanı əmələ gələcək torpağın təxmini miqdarı və həmin 



torpağın planlaşdırılan təkrar istifadəsi ilə bağlı ümumi məlumat təqdim olunur.   

 

Cədvəl 5.1  Çıxarılacaq torpağın təxmini miqdarı və onun nəzərdə tutulan təkrar  



                    istifadəsi 

Material 

Materialların 

təxmini  

miqdarı (m

3



Planlaşdırılan təkrar istifadə  

Çıxarılacaq bitki qatı   

500 

Bitki qatının yenidən yaradılması (üstünlük 



verilən variant) və ya mulçalanma və 

sahədən kənara atılma  

Çıxarılacaq torpağın üst qatı  

140 000 


Su daşqınından qoruma bəndi daxilində  

Mövcud torpaq qalaqları  

440 000 

Vadinin təmizlənməsi işləri zamanı 

meydana gəlmiş materiallar  

1 000 


Drenaj kanalının yenidən təşkili  və yeni 

drenaj kanalının tikintisi zamanı qazılıb 

çıxarılan materiallar  

18 000 


Aşağıdakılar üçün inşaat doldurucu 

materialı  

 Giriş-çıxış yolu və daxili yol üçün torpaq 

təməlləri  

 Su daşqınından qoruma bəndi   

 Tikinti yaşayış düşərgəsi və tikinti 

sahələri  

ÜMUMİ: 599 

500 

 

 



Tozun yaranmasının qarşısını almaq üçün sahənin hazırlanması  işləri zamanı  hər yerdə  

səyyar su maşınları təmin olunacaq. Həmin maşın-sisternlərin doldurulması üçün terminalın 

su təchizatından və ya təmizlənmiş çirkab sulardan istifadə olunması planlaşdırılır.  

 

Torpağın üst qatının/torpaq qalaqlarının çıxarılması ilə bağlı potensial problemlərin (misal 



üçün, tozun yaranması, torpaq eroziyası və axımı) nəzərdən keçirilməsi üçün təyin olunmuş 

podratçı  çıxarılmış torpaq qalaqlarının və landşaftın idarə edilməsi planını hazırlayacaq.  

Əlavə təfərrüatlar Fəsil 12-də təqdim olunur. 

 

5.5.4  Faza 4 – Əsas mülki-tikinti işləri   

 

Faza 4 aşağıdakıları daxil edir: 



 

 Drenaj 

borularının və kəsişmələrin quraşdırılması; 

 Terminalın yeni giriş-çıxış yolunun və digər daimi daxili yolların tamamlanması; 

 

Su, drenaj boru xətləri və elektrik enerji birləşmələri də daxil olmaqla kommunikasiyalar 



üzrə işlər; 

 

ŞD 2 üzrə çirkab suları  təmizləmə qurğusu obyektləri də daxil olmaqla ŞD2 üzrə 



yardımçı obyektlərin tikintisi; 

 Müvəqqəti mühafizə postunun və onunla əlaqəli tikililərin inşa olunması; və 

 Boru 

kəmərinin sahilə çıxma sahəsinin hazırlanması. 



 

Bu faza ərzində şoseyə birləşmə işlərinin həyata keçirilməsi də planlaşdırılır. Bu işlərə əsas 

yola çıxan yolun, şose üzərindən körpünün və terminalın yeni giriş-çıxış yoluna birləşmənin 

və dəmir yolu keçidinin tikintisi daxildir. 

 

Yuxarıdakı Bölmə 5.1-də göstərildiyi kimi Bakı-Salyan  şosesi ilə birləşmənin müfəssəl 



layihəsinin hazırlanmasına və tikintisinin həyata keçirilməsinə Azərbaycanın Yol Tikintisi 

İdarəsi cavabdeh olacaq. 

 

Kəsişmələrin quraşdırılması  

 

İşlərə  Şəkil 5.8-də göstərildiyi kimi giriş-çıxış yolunun və daxili yolların altında drenaj 



borularının və  kəsişmələrin tikintisi daxil olacaq. Betondan hazırlanacaq kəsişmələrin 

quraşdırılması zamanı hazırda mövcud olan terminalla və 3-cü tərəflərlə əlaqədar qaz, neft və 

su boru xətlərini əhatə edən kommunikasiyalara gələcəkdə texniki xidmətin göstərilməsi üçün 

kifayət qədər hündürlük təmin olunacaq. Kəsişmələr həmçinin  gələcək  ŞD2 üçün boru 




Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/14


kəmərlərinin nəzərdə tutulan marşrutu, o cümlədən hazırda mövcud olan terminaldan ŞD 2 

çirkab sularının təmizlənməsi qurğusuna qədər gələcəkdə  təmin olunacaq birləşmənin 

nəzərdə tutulan marşrutu boyunca quraşdırılacaq. Terminalın lap cənubunda yerləşən dövlət 

boru xətti dəhlizi daxilində yerləşən kəsişmələr üçün  kiçik diametrli payaların vurulması 

sistemindən istifadə olunmasını tələb edilə bilər

2

.  



 

Yerli çobanların yeni giriş-çıxış yolunu keçə bilməsi üçün boru xətti kəsişmələrindən birinin  

layihəsində kifayət qədər qabarit hündürlüyün və enin nəzərə alınması daxil olacaq.   

 

Yolların tamamlanması   

 

Bütün daimi yollar (misal üçün, giriş-çıxış yolu və daxili yollar) kənardan gətirilən çınqılla 



örtüləcək və inşaat texnikası üçün uyğun gələn standarta müvafiq şəkildə tamamlanacaq. 

Dövlət boru kəməri dəhlizindən keçməklə giriş-çıxış yolu boyunca və tikinti obyektlərinin 

sahəsi yaxınlığında daimi işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub.  

 

Kommunikasiyalar üzrə işlər  



 

Kommunikasiyalar üzrə işlər tikinti yaşayış düşərgəsinin və tikinti obyektlərinin birləşdirilməsi 

üçün həyata keçiriləcək. Mümkün olan halda giriş-çıxış yolunun və daxili yolların yaxınlığında 

su təchizatı  və drenaj boru xətlərinin, o cümlədən kabel xətlərinin (enerji təchizatı  və 

telekommunikasiyalar) quraşdırılması nəzərdə tutulub. Şəhər çirkab suları şəbəkəsinə və ya 

dövlət telekommunikasiya sistemlərinə birləşmələr planlaşdırılmır. Yuxarıdakı Bölmə 5.5.2-də 

sahədən kənar enerji təchizatına birləşmələr müzakirə olunur. Magistral su xəttinə birləşmə 

kommunikasiyalar sisteminin sahibi olan tərəflə əlaqəli şəkildə həyata keçiriləcək.   

 

ŞD2 yardımçı obyektlər  

 

İşlərə aşağıdakıların daxil edilməsi planlaşdırılır: 



 

 

Çirkab suları  təmizlənmə qurğusu (ÇSTQ) – Aşağıdakı obyektlərdən daxil olan 

çirkab sularının qəbulu üçün modul tipli ÇSTQ-nin inşası  və istismara verilməsi 

planlaşdırılır: 

 

o

  Şimal tikinti yaşayış düşərgəsi və cənub tikinti obyektləri; 



o

  ŞD2 terminalının genişləndirilməsi ərazisi; və 

o

 Terminalın mövcud əraziləri (qeyd etmək lazımdır ki, mövcud obyektlər və yeni 



ÇSTQ arasında birləşmə ŞD2 İnfrastruktur Layihəsinin iş həcminə daxil deyil).  

 

ÇSTQ sutkada 900 m



3-

ə

 



qədər məişət sularının (məişət çirkab suyu və axıntı suyu) 

mövcud standartlara uyğun  şəkildə  təmizləmək gücünün təmin edilməsi  şərtilə 

layihələndiriləcək (bax Cədvəl 5.2).  

 

                                                      



2

 

 Məhdud qabarit hündürlüyün mövcud olduğu yerlərdə istifadə olunan payaların vurulması növü. 



 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə