Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə36/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   32   33   34   35   36   37   38   39   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/5 


Malların dəniz vasitəsilə çatdırılması iki əsas marşrut üzrə  həyata keçirilə bilər. Aralıq 

dənizindən və Qara dənizdən. Malların Qara dəniz üzərindən daşınacağı halda gəmilər 

Volqa-Don kanal sistemindən keçməli olacaq. Baltik dənizi marşrutu üzrə çatdırılan yüklər 

Sankt-Peterburqdan keçərək Volqa-Baltik kanal sistemindən daşınmalı olacaq. Bu 

marşrutlardan suyun buz bağladığı mövsüm ərzində (noyabr – aprel arası) istifadə etmək 

mümkün deyil.  

 

Dəmir yollarına çıxış Gürcüstanın Poti və Latviyanın Riqa limanlarından mümkündür. 



Daşınma Avropadan avtomobil yolları vasitəsi ilə həyata keçiriləcəyi halda, yüklər Türkiyədən, 

Gürcüstandan və  İrandan daşınmalı olacaq. Şəkil 5.3-də potensial daşınma marşrutları 

göstərilir.  

 

Şəkil 5.3  Azərbaycana idxal marşrutları  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Mümkün daşıma marşrutları müəyyən oluna bilsə  də, tədarük strategiyası müəyyən 

olunmayana və tikinti işləri üzrə podrat müqavilələri bağlanmayana qədər hansı marşrutdan 

istifadə olunacağını  və  nəyin nəql etmək lazım olacağını müəyyən etmək mümkün deyil. 

Nəzərdə tutulan inşaat materiallarının və maşın-mexanizmlərin sahədə  və sahədən kənar 

hərəkətlərinin təxmini sayı aşağıda Bölmə 5.6-da və 5.7-də təqdim olunur.  



 

5.4 Layihə üzrə vaxt qrafiki 

 

Layihənin ilkin qrafiki Şəkil 5.4-də göstərilir.  İşlərin 18 ay davam edəcəyi gözlənilir və  işlər 



2012-ci ilin birinci rübündə başlayacaq.  


Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/6 


Şəkil 5.4  ŞD2 İnfrastruktur Layihəsinin İlkin Layihə Qrafiki 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 5.4-də göstərildiyi kimi ŞD2 infrastruktur işləri bir neçə fazadan ibarətdir və  hər bir 

fazaya layihə üzrə  əsas işlər daxildir. Bu fazalar mütləq  şəkildə bir-birinin ardınca yerinə 

yetirilməyəcək və bəzi fazalar icra olunması zaman baxımından üst-üstə düşə bilər, yəni bəzi 

işlər paralel icra oluna bilər. İşlərin dəqiq ardıcıllığı işləri yerinə yetirmək üçün təyin olunacaq 

podratçılar tərəfindən müəyyən olunacaq. Podratçılardan işlərin ardıcıllığının texniki tələblərə 

və  təhlükəsizlik texnikası üzrə  tələblərə uyğun  şəkildə  və  ətraf mühitə  təsirin minimuma 

çatdırılması (misal üçün: qazılıb çıxarılan materialların təkrar daşınmasının minimuma 

endirilməsi, tozun yaranması  nəticəsində torpaq qatının üst hissəsinin çıxarılması  işlərinin 

qrafikinin optimallaşdırılması  və sair) üzrə prinsiplərin nəzərə alınması ilə  təşkil olunması 

tələb olunacaq (aşağıda təqdim olunan  Bölmə 5.5.3-ə baxın). 

 

Hər bir faza üzrə layihə işləri aşağıda təsvir olunur. 



 

5.5 Layihənin fazaları  

 

5.5.1  Faza 1 – İlkin sahə obyektlərinin qurulması 

 

Faza 1 aşağıdakılar daxil olmaqla ilkin sahə obyektlərinin qurulmasını  əhatə edəcək 



(təxminən 2 ha): 

 

 Müvəqqəti sahə ofisləri; 



 Montajçıların sexləri;  

 Daşınan və modul tipli sosial-məişət obyektləri (paltardəyişmə, tualet və iaşə obyektləri 

və ilk yardım məntəqəsi); 

 

İnşaat materiallarının və avadanlığının/maşın-mexanizmlərinin saxlanması üçün sahə; 



və 

 Yanacaq, 

yağ  və kimyəvi maddələrin saxlanması  və onların istifadəsilə müvafiq 

əməliyyatların aparılması üçün ayrılmış sahələr.  

 

Sahə obyektlərini müəyyən etməzdən qabaq mövcud müvəqqəti sahə ofislərindən istifadə 



edilməsi planlaşdırılır. Sahə obyektlərinin (təxmini sahəsi 7.500m

2

)  ŞD2  İnfrastruktur sahəsi 



hüdudları çərçivəsində yerləşdirilməsi planlaşdırılır (Şəkil 5.1-ə baxın). Ehtimal olunur ki, sahə 

obyektləri üçün ərazinin hazırlanması üçün müəyyən torpaq və hamarlama işlərinin yerinə 

yetirilməsi tələb olunacaq. İnşaat maşın-mexanizmlərinin ilkin olaraq terminal ərazisinin giriş-

çıxış yolundan və sahə obyektlərinə  qədər uzadılacaq qurşaq yolundan istifadə edəcəyi 

nəzərdə tutulur. İnşaat maşın-mexanizmlərinin terminal sahəsinə hal-hazırda daxil olan və 

çıxan nəqliyyat vasitələrinə maneçilik törətməməyi üçün terminalın mövcud yol şəbəkəsinə 

cüzi modifikasiyaların aparılması  tələb oluna bilər, məsələn, nəqliyyat vasitələri üçün 

gözləmə/keçid sahələrinin təşkil olunması və nəqliyyatın idarə edilməsi tədbirlərinin (Fəsil 12-

yə baxın) həyata keçirilməsi kimi.        

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/7 


Sahə obyektlərinin kommunal xidmətlərlə təchizatı 

 

Kommunal xidmətlər üzrə təchizata aşağıdakılar daxil olacaq: 



 

 

Elektrik enerjisi – Sahə obyektlərinin ofislərinə, sexlərə və sosial-məişət obyektlərinə 

elektrik enerjisi təchizatının təmin olunması üçün dizel generatorlarından istifadə 

olunacaq; 

 

Su – ümumi istifadə üçün su, misal üçün: təmizlik işləri, təkərlərin yuyulması üçün su 

avtomobil-sisternləri vasitəsilə  təchiz olunacaq və  həmin su gündəlik çəndə 

saxlanılacaq. Qablaşdırılmış içməli su təmin olunacaq

 

Kanalizasiya – Sahə obyektlərində septik çən yerləşdiriləcək. Onun tərkibi müvafiq 

emal üçün avtomobil-sistern vasitəsilə terminalın mövcud çirkab suları  təmizləmə  

qurğusuna və ya şəhər çirkab suları təmizlənmə qurğusuna daşınacaq; və 

 

Drenaj – Sahə obyektləri aşağıdakı qaydada layihələndiriləcək: 

o

 Yağış suları terminalın mövcud drenaj sistemi vasitəsilə vadi sisteminə axıdılacaq. 



o

 Avtomobil dayanacaqlarından və  təhlükəli  ərazilərin  ətrafındakı (misal üçün 

kimyəvi/yanacaq saxlanma sahələri) bəndlərdən axan sular xüsusi su/neft separator 

sistemlərinə istiqamətləndiriləcək. Bu sistemlər elə layihələndiriləcək ki, axıtmalar 

müvafiq suda neftin tərkibi standartlarına cavab versin

1

.



 

 

o



 Sahə yeməkxanasının ilkin tullantıları piyin, yağların və qatı yağların ayrılması üçün, 

kənarlaşdırılmaq məqsədi ilə sahədən kənara daşınmalı çirkab suların və  bərk 

tullantıların toplanmasından əvvəl xüsusi separasiya sisteminə istiqamətləndiriləcək.  

 

Tullantılar 

 

Bütün tullantıların müvafiq sahədənkənar tullantı poliqonuna daşınmazdan qabaq ilkin olaraq 



tələb olunan qaydada sahə obyektlərində saxlanması nəzərdə tutulur. Aşağıda təqdim olunan 

Bölmə  5.8.3-də gözlənilən tullantı növlərinin təfərrüatları  və tullantıların layihənin bütün 

fazaları ərzində necə idarə ediləcəyi göstərilir. 

 

Yanacağın/Kimyəvi maddələrin saxlanması və yanacaqdoldurma  

 

Gözlənilir ki, sahə obyektlərinə avadanlığın təchiz olunması üçün yerüstü dizel yanacağı 



çənləri tələb olunacaq. Çənlər xüsusi yanacaqdoldurma sahəsində yerləşdiriləcək və istifadə 

olunmayan müddətdə bağlı saxlanılacaq yardımçı tutum təmin olunacaq. Yardımçı tutum 

ümumi həcmin 110 %-ini saxlamaq imkanına malik olacaq. Çənlərin və yanacaqdoldurma 

avtomobillərinin istifadəsilə aparılan bütün yanacaqdoldurma əməliyyatlarına nəzarət 

olunacaq və yanacaq doldurma əməliyyatları xüsusi ayrılmış sahələrdə  həyata keçiriləcək. 

Digər yanacaqlar, yağlar və kimyəvi maddələr çirklənməyə yol verməmək üçün nəzərə 

çarpacaq şəkildə nişanlanaraq qapalı sahədə təhlükəsiz qaydada saxlanılacaq.   

 

5.5.2  Faza 2 – Yardımçı yolun tikintisi və elektrik enerji təchizatının yenidən 



təşkili  

 

Faza 2 aşağıdakıları əhatə edəcək: 



 

 

Ağır inşaat maşınları üçün ŞD 2 infrastruktur ərazisinə ilkin girişi təmin etmək üçün 



ŞD2 yardımçı yolunun tikintisi;  

 

Çıxarılan torpağın daşınması üçün ŞD 2 infrastruktur ərazisi üzrə marşrutların təşkil 



olunmasıvə 

 

Elektrik enerji təchizatı kabellərinin yenidən təşkili. 



 

 

 

 

 

                                                      

1

 

Orta aylıq miqdar 10 mg/l-dən az və gündəlik 19 mg/l-dən az



 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə