Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə69/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

 
347 
OXUYUR 
 
2007-ci ildə Respublika muğan festivalının qalibi seçilmiş 
gənc xanəndələr öz məlahətli ifaları ilə bütün muğamsevərlərin 
qəlblərini ovsunlaya bildilər. 
 
Yenə bu tazə nəfəslər əcəb meydan oxuyur, 
söz-sənət oylağında eyləyir cövlan, oxuyur. 
 
Yeni Cabbar, yeni Yaqub yaranıbdı elə bil, 
gözün aydın, Ata millət, dirilib Xan, oxuyur. 
 
Hansı istəkdən yaranmış tar-kaman möcüzəsi, 
uyub muğamın sehrindən min-min insan, oxuyur? 
 
Şükür, ey Tanrı dərgahı, əhsən, ey İlahi səs, 
sənəti bunca duyanlar edir şükran, oxuyur. 
 
Hər kəsin avazı ayrı, hərənin bir boğazı, 
həm bəmiylə, həm ziliylə qoyur heyran, oxuyur. 
 
Nə yaxşı, şeirimizin tükənmir eşq əfsanəsi, 
ərşə qalxır naləsi, Məcnun sərgərdan oxuyur. 
 
Fəxrəddin, alqış bu cür səsin, sözün ziyasına, 
ruhu şad ustadların, əsl qəzəlxan oxuyur. 
 
 
 
NƏ YAXŞI 
 
Qoymaz məhəl heç vaxt, o xumar yada, nə yaxşı, 
verməz canımı xiffət ilə bada, nə yaxşı. 
 
Al qönçə dodaqlar açılıb bal şirəsiylə, 
ağzım gələ, kaş bircə dəfə dada, nə yaxşı. 


 
348
 
Şükr eyləyirəm Tanrıma ki, əhd eyləmişdim, 
gəlsin mənə o yara dəyən qada, nə yaxşı. 
 
Fəxr eyləyirəm cananə pərvanəliyimdən, 
atsın məni, qoy şəm dediyi oda, nə yaxşı. 
 
Hər baxmaq ilə surətinə, qan qoyar gözüm, 
geymiş yenə də zər-xarasın sadə, nə yaxşı. 
 
Min qurbanla gəlmiş neçə huri qanadında, 
ismətlə doğa, ta mənə bir zadə, nə yaxşı. 
 
Yar gəldi, yenə Fəxrəddin, cənnət unuduldu, 
bir dünya verə sən ürəyi şada, nə yaxşı. 
 
 
 
CANIMI GÜNDƏ YÜZ YOL... 
 
Canımı gündə yüz yol yara qurban etmək peşəm
bülbülü-zarəm, daim o gülşəndə ötmək peşəm. 
 
Ondan ayrı yoxdur bir qeyri-ziyarətgah mənə, 
pirimin səcdəsinə gəlmək peşəm, getmək peşəm. 
    
Qalmamış bədəndə canım, cismimdir rüsvayi-eşq, 
odur ki, əşya kimi yollarında bitmək peşəm. 
 
Çarmıxa çəkilsəm də ruhum çatar yarə, nə qəm, 
çünki İsaye-Məsihtək qeyb olub itmək peşəm. 
 
Fəxrəddin, hər aşiqin öz məqsədi, məramı var, 
dildarı vəsf eyləyib, vüsalına yetmək peşəm. 
 
 


 
349 
 
NEYNİM 
 
Min razıma o sevgili yar  gəlmədi, neynim? 
ağlar gözümün yaşını bir silmədi, neynim? 
 
Mən Tanrıdan dildara qovuşmaq diləmişdim
bəxtim üzümə bircə dəfə gülmədi, neynim? 
 
Hər nazına yüz yol canımı qurban edirdim, 
min qurbanımın qiymətini bilmədi, neynim? 
 
Pünhan eylədim dərdimi ki, el gülər mənə, 
qəlbim nə qədər qüssə çəkib, qəm yedi, neynim? 
 
Daim yolunu gözləmişəm intizar ilə, 
bir şirin yalanmış gözəlin hər vədi, neynim? 
 
Duymaz, Fəxrəddin, sevməyənlər yar fərağını, 
bu aşiqi-naçar xiffətdən ölmədi, neynim? 
 
 
 
YAR GƏLƏ MEHMANIM OLA... 
 
Gözlərəm həsrət ilə, yar gələ, mehmanım ola, 
yatmaram sübhə qədər, ta yuxu dərmanım ola. 
 
Ona qurban edərəm hər günümü, hər ayımı, 
baxmaram hansı məqamım, necə ad-sanım ola. 
 
Sinəm üstündə məkanı, gözüm üstündə yeri, 
o mənim ahu baxışlı ürkək ceyranım ola. 
 
İzlərəm kölgə kimi, şövq ilə hər addımını, 
mən onun cangüdəni, o mənim Sultanım ola. 


 
350
 
Dünyanın nə şöhrəti, nə nemətində yox gözüm
təki şan ləblərinin şirəsi ehsanım ola. 
 
Fəxrəddin, ayrı məqam istəmərəm Allahımdan, 
dildarın dövrəsində qurduğum dövranım ola. 
 
 
 
KÖNLÜMÜ ALSIN 
 
Qəlbim sıxılır, gəlsin o yar, könlümü alsın, 
etsin mənə naz nazlı nigar, könlümü alsın. 
 
Mən möhnət əsiri, o mələk ruhuma məlhəm, 
hər dərdimə min dərmanı var, könlümü alsın. 
 
Onsuz da dönük taleliyəm, gözüm qan ağlar, 
el içrə məni etməsin xar, könlümü alsın. 
 
Bağbansız qalan bağlarım vaxtsız xəzan oldu, 
ötsün bu payız, gəlsin bahar, könlümü alsın. 
 
Öz duyğumu dərk etdiyim andan havalandım, 
sərməstliyimi bilməsin ar, könlümü alsın. 
 
Çox müşkülə əncam çəkilib musiqi ilə
ərzi-halıma köklənsin tar, könlümü alsın. 
 
Söz əhli bilir, hər muğamın öz ustadı var, 
Sabir oxusun «Bəstənigar», könlümü alsın. 
 
Fəxrəddin, sevgi dərdi, duyan qəlbdə azalmaz, 
yetsin dadıma Pərvərdigar, könlümü alsın. 
 
 


 
351 
 
GƏL 
 
Yenə də könlüm evi qaranlıq zindan oldu, gəl, 
hardasan, ay sevgilim, halım pərişan oldu, gəl? 
 
Aşiqə qəlb məlhəmi mütləq məşuqədən gərək, 
ay mənim can mərhəmim, can evim viran oldu, gəl. 
 
Kim doymuş yar vəslindən bir gün ilə, bir ay ilə, 
yetməmiş vüsalına, qismətim hicran oldu, gəl? 
 
Qıyma təkrar olmağa Əsli-Kərəm dastanını, 
kim bilir, Qara Keşiş bəlkə peşman oldu, gəl? 
 
Dilim nalan, göz yaşım seylab oldu yalvarmaqdan, 
tutuldu titrək nitqim, bağrım başı qan oldu, gəl. 
 
İndi bildim, nə çətinmiş yara dərd ərz eyləmək
müxtəsər, Fəxrəddinin ürəyi şan-şan oldu, gəl. 
 
 
 
ŞƏHRİYARIN SEVGİSİ 
 
Hər könül mülkün bəzər bir ixtiyarın sevgisi, 
hər duyan qəlbdə yaşar bir nazlı yarın sevgisi. 
 
Fırlanar pərvanətək hər pöhrəsinin başına, 
bağbanı cəfakeş eylər bağda barın sevgisi. 
 
Dağ çayı vəcdə gəlib atmaz özün qayalardan, 
olmasa ümmanlara axar suların sevgisi. 
 
Qorxmayıb qışın qarından, gül açar novruz gülü, 
çünki nütvəsində vardır novbaharın sevgisi. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə