Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

135 
 
-QarĢında anan olduğun unutma. 
-Ya zəngin olsa idi?! 
-Zəngin olmasını bir kənara qoyaq. Ya səndən istifadə 
edirsə.  Sənin  varından,  sənin  pulundan.  Səninlə 
evlənəndən  sonra  sənin  pulun  onun  pulu,  onun  puluda 
onun pulu olacaq.  
-Mənimlə  sevgili  olmasından  neçə  ay  sonra  bildi  hər 
Ģeyi.  
-YaxĢı, bunuda keçək. Qalır bir problemimiz. 
-Atam? 
-YavaĢ – yavaĢ mənə oxĢamağa  baĢlayırsan.  
-Nə deyəcək ki? 
-Razı olacaq səncə? – Rona əli ilə iĢarə elədi. 
-Mənim xoĢbəxtliyim heç kəsin vecinə deyil? 
 
*** 
 
Dəniz  RöĢənlə  mesajlaĢanda  anasının  hər  Ģeyi 
öyrəndiyini  etiraf  elədi.  RöĢənin  buna  reaksiyası  normal 
oldu.  Hətta  sevinmiĢdi  də.  Dənizdən  öyrəndikdən  sonra 
onu  necə  qarĢıladı  deyə  soruĢanda  Dəniz  yalandan 
anasınında  onu  sevdiyini,  yaxĢı  uĢaq  olduğun  dedi. 
sağollaĢıb  xalası  qızı  ilə  danıĢıb  birlikdə  Ģəhərə  çıxdılar. 
Dənizin  atası  Emin  bəyin  sürücüsü  olsa  da  Dəniz  bəzi 
hallarda, gedəcəyi yerə tələsdiyi zaman maĢına minərdi.   
Xalası  qızı  onlardan  çoxda  uzaqda  qalmazdı.  Ataları 
tanıĢ  və  birlikdə  çox  iĢ  görmüĢdülər  deyə,  qohumluqla 
yanaĢı  ailəvi  dost  idilər  də.  Mariya  təxminən  Dəniz 
yaĢlarında  idi.  Saçları  tünd  sarı  rəngdə  idi.  Boyu  hündür 
olmasına  baxmayaraq  hündürdaban  ayaqqabı  geyinməyi 
sevirdi. Anasının onu həmiĢə özündən böyük görsənməsin 
istəməsi  onu  Bakı  kimi  Ģəhərdə  fərqli  mühitlərə 
sürükləmiĢdi.  Təkcə  Dənizlə  olanda  özünə  sərhəd 
qoyardı,  Dənizə  həm  böyük  bacı  kimi  hörmət  saxlayar 
həm  də  onu  çox  istəyirdi.  Bilirdi  ki,  onunla  olanda  öz 
dünyasına  sərhət  qoymalı  idi.  UĢaqlığlarından  birlikdə 


136 
 
böyüdüklərindən bir – birilərinə bağlı idilər, tətillərdə belə 
birlikdə zaman keçirərdilər.  
Mariyaya  zəng  edərək  görüĢəcəkləri  ticarət  mərkəzini 
və  saatı  dəqiqləĢdirdikdən  sonra  hamama  girərək 
yuyundu.  Hamamdan  çıxıb  əyinini  dəyiĢdi.  Saatına 
baxanda  isə  saatın  çatdığın  görüb,  taksi  çağırdı.  Taksiyə 
görüĢəcəkləri ticarət mərkəzinə sürməsini deyib, telefonla 
vaxt  keçirtdi.  Ticarət  mərkəzinin  qabağına  çatanda 
sürücüyə  ödəniĢi  ödəyib  taksidən  enərək  Mariyaya  zəng 
elədi.  Mariya  üçüncü  mərtəbə  də  olduğun  dedi.  Dəniz 
üçüncü  mərtəbəyə  pilləkənlərlə  qalxaraq  Mariya  ilə 
qucaqlaĢıb  –  görüĢüb  mağazalara  girməyə  baĢladılar. 
Birlikdə  bir  neçə  mağazaya  girib  xoĢlarına  gəldiyi 
paltarları  alıb  ticarət  mərkəzindəki  kafedə  oturaraq 
Mariya özünə espresso, Dəniz isə latte sifariĢ elədi.  
-Ġnad  edirsən  ki,  gərək  mən  soruĢum?  –  iradə Dənizin 
sakit durduğun görüb sözə baĢladı. 
-Nə deməyimi istəyirsən ki? 
-Dəniz,  səninlə  bir  ömürüm  keçib.  Özümə  arada  niyə 
səndən uzaqlaĢmıram deyə sual verirəm. Mənim dünyama 
yadsan. 
-Cavabında nə tapmısan? – Dəniz dedi. 
-Cavabın tapsa idim, indi səninlə deyil, sevgililərimdən 
biri  ilə  gəzirdim.  BaĢqa  Ģeydə  edə  bilərdim.  –  saçını 
oynadaraq dedi. 
-Düzəlməyəcəksəndə. – Dəniz gülümsədi. 
-Niyə  düzəlim  ki?  həyatımı  yaĢayıram.  Təkcə  kiĢilər 
qadınları  yatağa  ata  bilər  deyə  bir  qanun  yoxdu. 
demokratiyadı. Bizdə edə bilərik.  
-Ġnan  bura  sənin  dünyan  üçün  yad  ölkədi.  Buranın 
qanunları ilə sənin adın sadəcə fahiĢəyə çıxar. 
-Zəngin fahiĢə. Heç olmasa pulluyam. Yoxsa pul üçün 
edir deyə də söz atardılar. Onsuz çıxıb gedəcəm, qalmağı 
fikirləĢmirəm, burada. Sənə də məsləhət görərdim. Burada 
yaĢaya – yaĢaya buralı olduğuna qəbullanmısan. 


137 
 
-Bəs,  haralıyam?  –  Dəniz  baĢı  aĢağı  olduğu  halda 
gözlərini qaldıraraq Mariyaya səsləndi. 
-Anan haralıdı? –Mariya dedi. 
-Atam haralıdı? 
-YaxĢı,  danıĢıb  əsəblərimi  korlama.  DanıĢ  görüm, 
əslində bura mənimlə söhbət eləmək üçün gəldiyini, sonra 
isə  fikrindən  döndüyünü  son  anda  isə  deyib  deməmək 
haqqında düĢündüyünü bilirəm. 
-Bu  xasiyətini  çox  sevirəm.  QarĢındakın  çox 
yormursan.  Bunu  cavablandıracamda,  ilk  öncə  mənə 
cavab ver sevgili olduğun oğlanlarda da bunu görürsən? 
-Hə. Hamısında. 
-O,  zaman  niyə  onlarla  birlikdə  olursan?  Bilirsən  ki, 
səninlə sadəcə zaman keçirtmək üçün yanındadı.  
-Onları  bir  yolla  yanımda  tutmalıyam  ya  yox?  – 
Mariya gülməyə baĢladı. – sənin anlamadığında budu. Ya 
da  mən  ĢiĢirdirəm,  bəlkə  də  sən  doğrusan.  Mən  öz 
günümü  keçirdirəm.  Əylənirəm,  deyirəm,  gülürəm, 
yatıram.  
-Bəs  evlənmək  haqqında  düĢünməmisən?  –  Dəniz 
Mariyanın cümləsini bitməmiĢ sual verdi. 
-Evlənmək?  Fuu...  –  Mariya  ağzını  büzdü.  –  bu  yaĢda 
nə  evlənməyi?  Zaman  gələr  düĢünərəm.  Seçim  edərəm 
sevdiyim biri olarsa evlənərəm.  
-O, qədər asandı?  
-Yəni. – Mariya düĢünürmüĢ kimi baĢı ilə iĢarə elədi. – 
nədi, yoxsa evlənmək istəyirsən? RövĢən dözə bilmir?  
-Mariya!  
-Yalanda  demir,  yazıqı  bəlkə  heç  dodağından  da 
öpməmisən. Nə olsun kəndçidi. Onunda canı var. 
-Mariya,  qurtar.  –  Dəniz  əsəbləĢməyə  baĢladı.  – 
səninlə danıĢandadı günah, mən gedirəm. 
Mariya gülərək Dənizin qolundan tutub oturtdu. 
Mariya dedi: 
-YaxĢı, zarafat eləməyəcəm. DanıĢ. 
-Anam öyrəndi.  


138 
 
-Vay,  macəra.  DanıĢ,  eĢidirəm.  –  qolları  ilə  dizinə 
dirsəkləndi. 
-Səncə nə dedi? 
-Təxmin edirəm ki, uzaqdurmağını istədi. Klassik film 
səhnələri. 
-Aha. – Dəniz ağzın əydi. 
-Sən nə dedin? 
-Sevirəm, ciddiyəm falan – filan. 
-Rona  xalanı  tanıyıramsa  ilk  dəfədən  yox  dediyi 
sözündən heç zaman dönməyib. 
-Yoxda  demədi.  Nəsə  yola  verdi.  Özü  araĢdırıb 
maraqlanıb.  
-Anaya bax, Sherlock Holmes olub ki. Atanda Watson 
olsun.  
-Atam  bilmir.  Anam  da  sadəcə  bildiyin  və  uzaqdan 
izlədiyin – dedi. 
-Maraqlıdı,  Rona  xaladan  gözlənilməz  hücum. 
Sherlock iĢ baĢında. - Gülməyə baĢladılar.  
-RövĢən fərqli birisidi. Həm rəsmiliyi həm zarafatlılığı, 
dünya görüĢü, baĢqa nə deyim.. özünə çəkiciliyi var. Nəsə 
məni ona bağlayır.  
-Büyük  aĢkmıĢ.  Harda  məndə  o  bəxt  qarĢıma  çıxmaz 
ki. 
-Mən nə dərdindəyəm sən nə dərdindəsən. 
-TanıĢ elədə bizi. Məndə görüm.  
-Xalana de, kəĢfiyyata gedəndə səni də aparsın.  
-Bilirsən  nə  yadıma  düĢdü?  O,  heyvan  izləyirlər  ee 
uzaqdan, heyvanat aləmini, National Geography  müxbiri. 
Ananı  elə  təsəvvür  elədim.  Uzaqdan  durub  bir  aslanın 
ovuna yaxınlaĢmasını gözləyir.  
-Anamın  yanında  de  buları  gör  səni  o  aslanın  ağzına 
atır ya yox. 
Kofeləri  içib  hazırlaĢırlar.  Həyətə  düĢüb  gözləyən 
taksilərdən  birinə  minib  ilk  öncə  Mariyanı  evinə  düĢürür 
sonra isə özü evinə keçir.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə