Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Arabacıqların təyinatı və təsnifatı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə96/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   105
Demir yollari kitab tam — 1

 
7.12. Arabacıqların təyinatı və təsnifatı 
Arabacığın əsas vəzifəsi kuzovun ağırlığını qəbul edərək, onu 
relslərə ötürür və hərəkət vasitələrinin dəmir yolunun düz və əyri 
xətli sahələrindən sərbəst keçməsini təmin edir. Hal-hazırda MDB 
ölkələrinin bütün dəmir yollarında iki, üç və çox oxlu (təkər cütlü 
müxtəlif konstruksiyalı) arabacığı olan vaqonlardan istifadə olunur. 
Arabacıq - 
vaqonun hərəkətli hissəsinin əsasını təĢkil edir. Va-
qonun hərəkətli hissəsi ekipajın rels yolu üzərində dayaq vəzifəsini 
görür və hərəkət zamanı onların qarĢılıqlı əlaqəsini təmin edir. 
Vaqonlarda arabacıqlardan istifadə olunması, onun konstruksiyasının 
və parametrlərinin dəyıĢməsinə, ilk növbədə isə, çox oxlu uzun bazalı 
hərəkət vasitələrinin yaradılmasına imkan vermiĢdir. Arabacıqlar 
vaqonun kuzovuna nəzərən əyri xətli yollarda sərbəst dönə bilirlər. 
Dönmə bir-birilə Ģkvorenlə (mil ox) birləĢdirilmiĢ və vaqonun 
çərçivəsindəki daban və arabacıqdakı dabanaltı düyünü vasitəsilə 
təmin olunur. Buna görə də, arabacıqlı vaqonlar kiçik və orta radiuslu 
əyri xəttli dəmiryol sahələrindən sərbəst keçərək, qismən az hərəkət 
müqaviməti yaradır. Arabacıq vaqon çərçivəsi ilə elə birləĢmə 
konstruksiyasına malikdir ki, onu təmir zamanı kuzovun altından 
asanlıqla sərbəst çıxartmaq mümkün olur. 
Təyinatına görə sərniĢin və yük vaqon arabacıqları bir-birindən 
fərqlənirlər. SərniĢin vaqon arabacığı aĢağıdakı əsas hissələrdən: 
təkər cütü, buks, çərçivə, resor asmaları (buksvari və mərkəzi resor 
asmaları), qaytarıcı qurğular, kuzov dayaqları (dabanaltı və 
sürüĢgənlər), resorüstü tir və tormoz ötürmələrindən ibarətdir. Yük 
vaqon arabacığı aĢağıdakı əsas hissələrdən: təkər cütü, buks, yan 
tirlər, mərkəzi resor asması, kuzov dayaqları (dabanaltı və 
sürüĢgənlər), resorüstü tir və tormoz ötürmələrindən ibarətdir. Yük 
vaqon arabacıqları sərniĢin vaqon arabacıqlarından qaytarıcı qurğular 
və buksvari asmaların almaması ilə fərqlənirlər. Hərəkətin səlistliyini 
və sərniĢinlərin rahatlığını təmin etmək məqsədi ilə sərniĢin 
arabacıqlarında həm də hidravliki rəqs söndürənlər quraĢdırılır. 


Vaqon arabacıqları oxların sayına, resor asma qurğusuna, vaqon 
kuzovundan olan ağırlığın (yükün) arabacıq çərçivəsinə verilməsinə 
və yükün arabacıq çərçivəsindən təkər cütünə ötürməsi üsullarına 
görə təsnif olunurlar. 
Təkər cütlərinin sayına görə arabacıqlar 2-oxlu, 3-oxlu, 4-oxlu və 
çox oxlu olurlar. Oxların sayı vaqonun və daĢınan yükün kütləsindən, 
yolun və körpülərin möhkəmliyindən asılıdır. Təcrübədə ən çox iki 
oxlu arabacıqlar tətbiq olunur. Bundan baĢqa yük vaqonları 3 və 4-
oxlu arabacıqlarla da təchiz olunurlar. Böyük yükgötürməli 
transporterlər əsasən çox oxlu arabacıqlara malik olurlar. 8-oxlu yük 
vaqonlarında bir-biri ilə cütləĢmiĢ iki ədəd iki oxlu arabacıqdan 
istifadə olunur. Resor asmalarının quruluĢuna görə arabacıqlar bir 
pilləli resor asmalı (mərkəzi və ya buksvari), ikipilləli resor asmalı və 
üç (dörd) pilləli resor asmalı sxemlərində olurlar. Üç və dörd pilləli 
resor asma sxemləri bəzi yüksək sürətli sərniĢin vaqonlarında və 
lokomotivlərdə tətbiq olunurlar. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə