97
Kitabxana işinin demokratikləşdirilməsi, milliləşdirilməsi, azərbay-
canlaşdırılması prosesində yaxından iştirak etməklə bu prosesə başçılıq
etdi. Milli kitabxanaçılığımızın təkmilləşməsi və inkişafının elmi-nəzəri
əsaslarının yaradılmasına, milli kitabxanaşünaslığın formalaşmasına öz
töhfələrini verdi. Kitabxananın kollektivi kitab fondunun yeni ədəbiyyatla
komplektləşdirilməsi, nəşr edilən yeni kitabların əldə edilməsi sahəsində
də mühüm işlər görməyə, kitabxana işinin təkmilləşməsinə müvəffəq
oldu. Doğrudur, 90-cı illərin əvvəllərində bu işin müvəffəqiyyətlə təşkili
mümkün olmasa da, buraxılmış nöqsanların sonrakı illərdə aradan
qaldırılmasına, yaranmış boşluğun doldurulmasına nail ola bildi.
Müstəqillik illərində kitabxananın maddi-texniki bazasının
möhkəmləndirilməsində, binaların əsaslı təmir edilməsində, xarici
dillərdə ədəbiyyatla komplektləşdirilməsində mühüm işlər görüldü.
Xarici sərmayəçilərin köməyi ilə kitabxana binası əsaslı surətdə təmir
edildi, oxu zalları yenidən quruldu, yeni oxu zalları açıldı, kitabxana
müasir informasiya texnologiyası ilə təmin edildi. Kitabxananın
kompüterləşdirilməsi sahəsində ilk mühüm addımlar atıldı. Xarici
ölkələrin Azərbaycanda olan səfirlikləri əcnəbi dillərdə ədəbiyyat
fondunun təkmilləşməsinə kömək etmək məqsədilə kitabxanaya çoxlu
kitablar hədiyyə etdilər.
Ulu öndər Heydər Əliyev M.F.Axundov adına Respublika
Kitabxanasına ilk dəfə 1995-ci il iyunun 3-də Azərbaycan Qadınları Milli
Komitəsinin, Respublika Kitab Cəmiyyətinin və ABŞ-ın “Stark
enterprayz” firmasının təşəbbüsü ilə kitabxanada “Vətənə, dövlətə, xalqa
sədaqət andı” miniatür kitabın təqdimat sərgisində iştirak etmək üçün
gəlmişdi. Sərgidə XVIII əsrdən bəri müxtəlif dillərdə nəşr edilmiş iki
minə qədər miniatür kitab və prezident H.Əliyevin Respublika Dövlət
Kitabxanasına bağışladığı 300 dən artıq kitab nümayiş etdirilirdi.
Sərginin əlamətdar cəhətlərindən biri də bu idi ki, prezident H.Əliyevin
andiçmə mərasimində söylədiyi Vətənə, dövlətə, xalqa sədaqət andı olan
nitqin miniatür şəkildə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş
variantları dövlət başçısına hədiyyə edildi.
98
Sərgi Azərbaycan “Kitab” Cəmiyyətinin sədri, Azərbaycan kitabının
bacarıqlı təbliğatçılarından biri, kitab həvəskarı Zərifə Salahova
tərəfindən hazırlanmışdı. Hörmətli prezidentimiz bu sərginin açılışına
dəvət edilmişdi. Prezident H.Əliyevin dəvəti məmnuniyyətlə qəbul edib
sərgiyə gəlməsi mərasimi daha da şöhrətləndirmiş, onun böyük mədəni
əhəmiyyətini ön plana çəkmişdi. Ulu öndər böyük məmnunluqla sərgini
seyr etdikdən sonra onun böyük mədəni əhəmiyyətini qeyd etmiş,
sərginin təşkilatçılarına öz təşəkkürünü və minnətdarlığmı bildirmiş,
təntənəli açılış mərasimində dərin, məzmunlu nitq söyləmişdir.
Prezident Heydər Əliyevin çıxışı mətbuatda “Xalqımız Azərbaycanın
elmi-mədəni potensialından bundan sonra daha çox bəhrələnməlidir”
1
başlığı ilə çap edilmişdir.
Ulu öndərin mühüm proqram əhəmiyyətinə malik olan bu çıxışında
müstəqillik şəraitində kitab və kitabxanaların yeri və vəzifələri
müəyyənləşdirilmiş, cəmiyyətin gələcək inkişafında onların roluna xüsusi
diqqət yetirilmişdir. Prezidentin bu çıxışı elmi-nəzəri və fəlsəfi baxımdan
cəmiyyətdə kitabxanaların statusunu, vəzifələrini və gələcək inkişaf
istiqamətlərini müəyyənləşdirən böyük elmi-metodoloji əhəmiyyətə
malik olan bir sənəddir.
Tarixdən məlumdur ki, dünyanın görkəmli dövlət, elm və mədəniyyət
xadimləri kitabxanalar haqqında çox qiymətli, mühüm elmi, mədəni
əhəmiyyət kəsb edən fikirlər söyləmişlər. Bu kəlamlar içərisində
H.Əliyevin fıkirləri öz məzmunu və elmiliyi etibarilə çox yüksəkdə durur.
Mübaliğəsiz demək olar ki, H.Əliyevin böyük fəlsəfi mahiyyət kəsb edən
bu fikirləri dünya mədəniyyəti tarixində kitabxanaya verilən ən müdrik
kəlam, elmi və mədəni əhəmiyyətə malik olan fikirlərdir. H.Əliyev deyir:
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,
mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi
hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün
kitabxananın astanasından keçərkən çox böyük hörmət və
1
“Azərbaycan” qəzeti.-1995.- 3 iyun.
99
ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və
ehtiramımı bildirmək istəyirəm”
1
.
Prezidentin kitabxananı müqəddəs bir yer (ilahi qüvvəyə malik,
toxunulmaz, sarsılmaz, pak, təmiz bir yer) adlandırması kitabxanaların
cəmiyyətin mənəvi tərbiyəsində böyük məsuliyyət daşımasını ön plana
çəkir. Həmçinin kitabxanaların mənəviyyat, bilik, zəka mənbəyi kimi
xarakterizə edilməsi onun cəmiyyət qarşısındakı elmi, informasiya,
mədəniyyət, təhsil və tərbiyə kimi çox mühüm sosial funksiyaları yerinə
yetirmək vəzifələrini elmi cəhətdən əsaslandırır. Bütün cəmiyyətlərdə
kitab mədəniyyətin silahı, sivilizasiyanın bünövrəsi, biliyin mənbəyi,
təhsil, tərbiyə və informasiyanın əsas aparıcı vasitəsi kimi çıxış etmiş,
cəmiyyət üzvlərinin biliyə, zəkaya, müdrikliyə, kamala gedən yolunu
işıqlandırmışdır. Məhz buna görədir ki, kitabı toplayan, qoruyan,
saxlayan, əsrdən-əsrə, nəsildən-nəslə ötürən kitabxanalar həmişə ölkənin
mədəni inkişafının əsas göstəricisi hesab edilmişdir. Tariximizin lap
qədim qatlarında formalaşan bu ideya ulu öndər Heydər Əliyev tərəfindən
yüksək zirvəyə qaldırılmış, ona yeni məna və məzmun verilmiş,
bilavasitə xalqın ümumi mədəni səviyyəsi ilə əlaqələndirilmişdir. Bu
məsələni şərh edərkən H.Əliyev göstərir: “Ona görə də kitabxanaya daimi
hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Doğrudan da xalqımızın tarixi keçmişinə, mədəniyyət tarixinə nəzər
saldıqda belə bir həqiqət aşkar olur ki, Azərbaycan xalqı tarixən kitaba və
kitabxanaya böyük hörmət etmiş, onu qoruyub saxlamışdır. Hər bir
azərbaycanlı ailəsində kitab müqəddəs, ilahi qüvvə kimi
qiymətləndirilmişdir.
H.Əliyevin çıxışında dünyanın ən qədim peşələrindən biri olan
kitabxanaçı peşəsinə böyük hörmət və ehtiram da öz geniş həllini
tapmışdır. Müasir dövrdə cəmiyyətə bilavasitə xidmət edən peşələr
içərisində kitabxanaçı peşəsi də yüksək bir peşə kimi formalaşmış, böyük
kitabxanaçılar ordusu yaranmışdır. Təxmini hesablamalara görə,
Azərbaycanda 30 mindən artıq kitabxanaçı fəaliyyət göstərir. Sadə peşə
adamları olan kitabxanaçıların müstəqillik şəraitində cəmiyyətin
1
Heydər Əliyev. Müstəqillik yollarında.- B., 1997.III cild.-S.397.
Dostları ilə paylaş: |