Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   29   30   31   32   33   34   35   36   ...   92

 
103
Mərasimlərdə xalqımızın ümummilli lideri Heydər  Əliyevin iştirakı, 
yeni təqdim olunan kitablar haqqında çıxışı belə  tədbirlərin daha geniş 
yayılmasına, bu işin mühüm mədəni  əhəmiyyət kəsb etməsinə, geniş 
kütləvi hal almasına səbəb olmuşdur. Prezidentin yeni kitabların təqdimat 
mərasimində çıxışları kitabı təhlil etməyin və qiymətləndirməyin ən yaxşı 
nümunəsi kimi diqqətə layiqdir. 
Buna misal olaraq M.F.Axundov adına Dövlət Kitabxanasında 1996-
cı il martın 5-də İsraildə çıxan “Heydər Əliyev: siyasi portretin cizgiləri” 
kitabının təqdimat mərasimində  çıxışını,
1
 1997-ci il noyabrın 6-da 
“Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində çıxışını,
2
 
1997-ci il noyabrın 22-də Amerikada nəşr edilən “Azərbaycan interneşl” 
jurnalının beşilliyinə  həsr olunmuş  mərasimdə  çıxışını
3
  və s. göstərmək 
olar. 
Heydər  Əliyevin milli kitabxanaya münasibəti, həmişə onu diqqət 
mərkəzində saxlaması, onun işi ilə, vəziyyəti ilə maraqlanması 
müstəqillik illərində kitabxananın işində böyük dönüşə  səbəb olmuş, 
müstəqil dövlətin milli kitabxanası, Azərbaycan kitabının toxunulmaz 
kitabsaxlayıcısı kimi onun gələcək inkişaf istiqamətini təmin etmiş, 
kitabxananın fəaliyyətində, oxuculara xidmət işinin təşkilində, kitabxana 
işinin demokratikləşdirilməsində mühüm nailiyyətlər əldə edilmişdir. 
Keçid dövrünün çətinliklərinə baxmayaraq kitabxana 1993-cü ildən 
başlayaraq dövlət tərəfindən davamlı olaraq maliyyələşdirilmiş, 
kitabxanaya ayrılan vəsait ilbəil artırılmışdır. Kitabxananın maddi-texniki 
bazasının möhkəmləndirilməsi, kitabxana binasının əsaslı təmir edilməsi, 
yeni oxucu zallarının yaradılması, avadanlıqla, kitabxana işinin texniki 
vasitələri və kitabxana-informasiya texnologiyası ilə  təmin edilməsi 
oxuculara xidmət işinin keyfiyyətini xeyli yaxşılaşdırmışdı. Hər  şeydən 
əvvəl kitabxana 80-ci illərin axırı-90-cı illərin  əvvəllərində böyük 
maliyyə  çətinlikləri ilə üzləşdiyindən və  həm ittifaq, həm də respublika 
məcburi nüsxələrindən məhrum olduğundan fondun 
 
 
 
 
 
 
                                                 
1
 “Azərbaycan” qəzeti.-1996.- 6 mart 
2
 “Ponorama” qəzeti.-1997.- 6 noyabr.  
3
 “Azərbaycan” qəzeti.-1997.- 22 noyabr 


 
104
yeni  ədəbiyyatla komplektləşdirilməsində ciddi problemlər meydana çıxmışdı. 
1993-cü ildən başlayaraq, tədricən bu problem aradan qalxmağa başladı. Bu 
xüsusilə yeni kitablar almaq üçün dövlət vəsaitinin artırılması  nəticəsində 
mümkün oldu. 
Dövlət büdcəsi 1991-ci ildəki 1.569.800 rubldan 2003-cü ildə 37.572.400 
manat olmuşdur. Yəni on ildə 36 milyon manata qədər artmışdır. Həmçinin 
kitabxananın komplektləşdirilməsi üçün ayrı-ayrı təşkilatlar, qabaqcıl, xeyriyyəçi 
ziyalılar, elm və  mədəniyyət xadimləri də yeni kitablar hədiyyə edirdilər. 
Kitabxananın Azərbaycan dilində olan kitab fondu xeyli zənginləşdi. Bu da 
müstəqillik illərində  nəşriyyatlarımızın Azərbaycan dilin-də kitab nəşrinə geniş 
yer verməsi ilə əlaqədar idi. 
Müstəqillik illərində kitabxananın xarici ədəbiyyat fondu da əsaslı  şəkildə 
çoxalmışdı. Bu işdə respublikamızda fəaliyyət göstərən xarici dövlətlərin 
səfirlikləri mühüm işlər görür, öz ölkələrinə aid kitablar kolleksiyasını 
kitabxanaya bağışlayırdılar. Məsələn, ABŞ-ın, Fransanın,  İngiltərənin, 
Almaniyanın,  İsveçrənin, Türkiyənin, Rusiyanın və s. səfirlikləri kitabxanaya 
xeyli kitab hədiyyə etmişdilər. 
Ümumiyyətlə, on il müddətində kitabxananın fondu cədvəldə göstərildiyi 
kimi müntəzəm olaraq artmışdır. 
 
 
 
İllər Kitabxana 
fondu 
1993 4.426437 
1994 4.440514 
1995 4.448314 
1996 4.450802 
1997 4.454017 
1998 4.462108 
1999 4.470036 
2000 4.482986 
2001 4.489450 
2002 4.495098 
2003 4.509511 
 
Cədvəldən göründüyü kimi, on il müddətində kitabxanaya 134.829 nüsxə çap 
məhsulu daxil olmuşdur ki, bundan da 557.774 nüsxəsi kitablardır. 
 
 
 
 
 
 


 
105
Ölkədə keçid dövrünün çətinlikləri ilə  əlaqədar  şəhərimizin bir çox 
kitabxanaları öz fəaliyyətlərini zəiflətdiklərindən, milli kitabxanaya 
böyük oxucu axını əmələ gəlmişdi. 
1993-2003-cü illərdə kitabxananın 2.204.441 min oxucuya xidmət 
etməsi dediklərimizə əsaslı sübutdur. Müstəqillik illərində milli kitabxana 
öz işinin məzmununda və formasında böyük dəyişikliklər etmiş, 
kitabxana işinin demokratikləşdirilməsi, kitab fondundan heç bir 
məhdudiyyət olmadan bütün oxucuların istifadə etməsi, kitabxanaların 
ümumaçıq olması prinsipinin müvəffəqiyyətlə  həyata keçirilməsi üçün 
əhəmiyyətli işlər görmüşdür. 
Kitabxana müharibə  şəraiti ilə  əlaqədar aparılan işləri ön plana 
çəkmiş, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinə dair ədəbiyyat 
təbliğinə xüsusi diqqət yetirmişdir. 1993-2003-cü illərdə kitabxana öz 
keçmiş ənənələrini davam etdirmiş, oxucuları yeni kitablarla tanış etmək, 
müxtəlif elm sahələrinə və mövzulara aid daimi və tematik kitab sərgiləri 
təşkil etməyə xüsusi diqqət yetirmiş, tarixi və  mədəni  əhəmiyyət kəsb 
edən belə  sərgilərin kütləvi informasiya vasitələrində  təbliğinə fikir 
vermiş, yeni kitabların təbliğində mühüm işlər görmüşdür. Kitabxanda 
daimi olaraq Azərbaycan dövlətçiliyini, ulu öndər H.Əliyevin əsərlərinin, 
məruzə  və  çıxışlarının təbliği üçün xüsusi daimi sərginin təşkili işi 
kitabxananın uğuru kimi qiymətləndirilməlidir. 
Müstəqillik illərində M.F.Axundov adına Dövlət Kitabxanası milli 
ideologiyanın formalaşmasında və təbliğində də mühüm işlər görmüşdür. 
Milli ideologiyaya dair təşkil edilən daimi və tematik kitab sərgiləri 
həmişə oxucuların diqqət mərkəzində olmuş, keçirilən kütləvi tədbirlərdə 
oxucular həvəslə iştirak etmişlər. Son on ildə kitabxanada 595 dda kitab 
sərgisinin, onlarla mühazirənin təşkil edilməsi dediklərimizə parlaq 
sübutdur. 
Kitabxana  ənənəvi iş üsulları ilə yanaşı olaraq yeni iş forma və 
üsullarına, görkəmli dövlət,  ədəbiyyat və incəsənət xadimlərinin 
əsərlərinin təqdimat mərasimlərinin keçirilməsinə xüsusi diqqət 
yetirmişdir ki, bu da kitabxananın oxucularla əlaqəsini daha da 
möhkəmləndirmiş, yeni kitabm təbliği işini xeyli yaxşılaşdırmış, 
oxucuların fəallığına səbəb olmuşdur. Müstəqillik illərində 20-yə  qədər 
belə tədbirin keçirilməsi kitabxananın uğurlu fəaliyyətinə sübutdur.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə