Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   37   38   39   40   41   42   43   44   ...   92

 
127
Məhz buna görədir ki, Bakı Dövlət Universitetinin çoxminlik 
qədirbilən kollektivi öz böyük məzununun xatirəsini  əziz tutur. Bakı 
Dövlət Universitetinin Böyük Elmi Şurası 1994-cü il 28 oktyabr tarixli 
geniş iclasmda Azərbaycan xalqı, dövləti, elmi və  təhsili qarşısında 
böyük xidmətlərinə görə Heydər  Əlirza oğlu  Əliyevə universitetin fəxri 
doktoru adı verilməsi haqqında yekdil qərar qəbul etmişdir. 
Bakı Dövlət Universitetinin yüksəkixtisaslı kadr hazırlanmasında, 
vətən elminin inkişaf və  tərəqqisində  əldə etdiyi uğurlarında BDU-nun 
Elmi Kitabxanasının böyük rolu və xidmətləri olmuşdur. 
Universitetin yarandığı ilk günlərdən  əsası qoyulan və bu təhsil 
ocağının rəhbərliyinin, görkəmli alim və müəllimlərin daim qayğısı ilə 
əhatə olunan bu kitabxana ölkəmizin ilk ali məktəb kitabxanası kimi 
şərəfli bir yol keçmiş, daim inkişaf edib təkmilləşmiş, qiymətli kitablarla
dövri mətbuatla, elmi nəşrlər və jurnallarla zənginləşmiş, milli elm və 
mədəniyyətimizin qiymətli xəzinəsinə çevrilmişdir. BDU-nun Elmi 
Kitabxanası öz fondunun zənginliyinə görə respublikada üçüncü 
kitabxana hesab edilir. Hazırda böyük tarixi və elmi əhəmiyyət kəsb edən 
kitabxana fondunda çox qiymətli, nadir elmi və milli əhəmiyyətə malik 
olan 2 milyon 300 min nüsxədən artıq ədəbiyyat saxlanılır. Bunların da 
201.466 nüsxəsini dövri nəşrlər təşkil edir. Bu zəngin kitab xəsinəsində 
dünyanın bir çox dillərində  ədəbiyyatın toplanması onun böyük elmi və 
mədəni  əhəmiyyətindən xəbər verir. Fondun tərkibində 274.913 nüsxə 
kitab Azərbaycan, 1.682.170 nüsxəsi kitab rus, 93.957 nüsxə kitab isə 
ingilis, alman, fransız, türk, ərəb, fars və s. dillərdədir. Müstəqillik 
illərində kitabxananın xarici dillərdə ədəbiyyat fondu sürətlə artmaqdadır. 
Böyük tarixi keçmişə, zəngin kitab xəzinəsinə malik olan bu kitabxana 
mühüm elmi potensiala malik olan BDU-nun professor-müəllim 
heyətinin və çoxminlik tələbə kontingentinin informasiya tələbatını 
ödəmək sahəsində böyük tarixi yol keçmiş, oxuculara kitabxana 
xidmətinin təşkilində  zəngin təcrübə qazanmış, mütərəqqi  ənənələrin 
əsasını qoyub möhkəmləndirmişdir. 
  
 
 
 
 
 
 
 
 


 
128
 
 
 
Müstəqillik illərində kitabxana özünün uzun illərdən bəri yaradıb, 
formalaşdırdığı  təcrübəsini və  ənənələrini daha da zənginləşdirmiş, 
qarşıda qoyulmuş yeni vəzifələrə, Azərbaycan təhsilinin və elminin 
müstəqil, milli əsaslarla inkişafına, təhsil islahatlarına, Azərbaycançılıq 
ideyalarına, milli ideologiyaya, dövlətçiliyin möhkəmlənməsinə, ulu 
öndər H.Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətinin təbliğinə 
xidmət etmişdir. 
Doğrudur, müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən anarxiya, 
iqtisadi böhran, maliyyə çətinliyi kitabxananın işinə də öz mənfi təsirini 
göstərmiş, yeni ədəbiyyatın  əldə edilməsi, xarici ölkələrdən kitablar, 
dövri nəşrlər, xüsusilə  təbiət və texniki elmlərin inkişafında xüsusi 
əhəmiyyəti olan referativ jurnalların, informasiya nəşrlərinin alınması 
tamamilə dayanmışdı. Həmçinin kitabxana SSRİ dağıldıqdan sonra pullu 
məcburi nüsxələrdən də  məhrum edilmişdi. Respublikanın nəşriyyat 
sistemi tamamilə müflisləşmiş, kitab nəşri işi iflic vəziyyətə düşmüşdü. 
Bütün bunlar kitabxananın yeni ədəbiyyatla komplektləşdirilməsi işini 
demək olar ki, dayandırmışdı. 
1993-cü ildə H.Əliyevin yenidən hakimiyyətə qayıdışı, respublikada 
yaranan yeni ab-hava kitabxana işinə də öz müsbət təsirini göstərdi. Son 
on ildə BDU-nun Elmi Kitabxanası yenidən quruldu, kitabxana işində 
böyük canlanma baş verdi. Hər şeydən əvvəl kitabxananın maddi-texniki 
bazasının möhkəmləndirilməsi, kitabxana işinə ayrılan vəsaitin 
artırılması, yeni bina və avadanlıqla təmin edilməsi, kitab fondunun yeni 
ədəbiyyatla, dövri nəşrlərlə, elmi və referativ jurnallarla komplek-
tləşdirilməsi kitabxananın Avropa standartları  səviyyəsinə yüksəl-
dilməsinə səbəb oldu. 
Kitabxananın fonduna son on ildə 59.297 nüsxə  ədəbiyyat daxil 
olmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli böyük rəqəmdir. 
Kitabxana işinin komplektləşdirilməsi işinə dövlət vəsaitindən  əlavə 
universitet rəhbərliyinin ödənişli təhsildən  əldə edilmiş  gəlirdən xeyli 
vəsait ayırması fondun zənginləşməsinə böyük şərait yaratmışdır. 
Müstəqillik illərində yeni kitabların  əldə edilməsində BDU-nun Elmi 
Kitabxanasında meydana gəlib formalaşan yeni ənənə olduqca yüksək 
mədəni əhəmiyyətə malikdir. Respublikada görkəmli ziyalıların, şairlərin,  


 
129
yazıçıların, alimlərin nəşr etdirdiyi yeni kitablarından bir neçə nüsxə 
kitabxanaya hədiyyə verməsi nəticəsində  zəngin hədiyyələr fondu 
yaranmışdır. 
1999-cu ildən başlayaraq “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq respublikada nəşr edilən bütün 
kitablardan 2 məcburi nüsxə alması kitabxana fondunun ardıcıl 
komplektləşdirilməsi üçün əlverişli şərait yaratmışdır. 
Müstəqillik illərində kitabxana fondunda Azərbaycan dilində olan 
kitabların sayı  əhəmiyyətli dərəcədə artmışdır. Son 12 ildə kitabxanaya 
Azərbaycan dilində 26.827 nüsxə  ədəbiyyat daxil olmuşdur. Həmçinin 
müstəqillik kitabxananın beynəlxalq  əlaqələrinin genişlənməsinə  də 
böyük təsir göstərmiş, beynəlxalq kitab mübadiləsi genişlənmişdir. 12 
ildə kitabxana 18 xarici ölkənin 52 kitabxanası ilə  əlaqə saxlamış, 
kitabxananın fonduna xarici dillərdə 9.661 nüsxə  ədəbiyyat daxil 
olmuşdur. 
Müstəqillik illərində kitabxana fondunun inkişaf dinamikası ilə 
tanışlıqdan məlum olur ki, 90-cı illərin ilk üç ili istisna edilməklə 
kitabxana fondu müntəzəm olaraq artmışdır. Hər cür çətinliyə 
baxmayaraq universitet rəhbərliyinin qayğısı  nəticəsində kitabxana 
fondunun komplektləşdirilməsinə ayrılan vəsait ilbəil artırılmış, yeni 
kitabların, o cümlədən xarici dildə kitabların, qiymətli elmi jurnalların, 
həmçinin olduqca baha qiymətə olan referativ jurnalların alınmasına 
şərait yaradılmışdır. Bütün bunların nəticəsidir ki, kitabxana hər il orta 
hesabla 10.000 nüsxəyə qədər yeni ədəbiyyat alır. Bu ədəbiyyat içərisində 
dərsliklər, dərs vəsaitləri ilə yanaşı, elmin müxtəlif sahələrinə dair 
qiymətli elmi nəşrlər, elmi-tədqiqat  əsərləri, monoqrafiyalar mühüm yer 
tutur. Təkcə 2003-cü ildə elmi kitabxanaya 300 milyon manat qiymətində 
9 min nüsxədən artıq  ədəbiyyat daxil olmuşdur. Bu kitablar içərisində 
pulsuz məcburi nüsxələr, hədiyyələr və mübadilə yolu ilə daxil olan 
kitablar da az deyildir. 
Məlumdur ki, respublikamızda böyük elmi potensiala malik Bakı 
Dövlət Universitetinin ölkəmizdə fundamental elmlərin inkişafında çox 
mühüm mövqeyi vardır. Bu mövqeyi həmişə əldə saxlamağa səy göstərən 
universitet elmi-tədqiqat işinin elmi-texniki bazasını möhkəmlətmək,  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə