Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə49/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   45   46   47   48   49   50   51   52   ...   92

 
151
2000-ci il dekabr ayının 12-də Azərbaycan Elm və Texnika 
Komitəsinin qərarı ilə ölkə miqyasında RETK-nın təntənəli yubileyi qeyd 
edildi. Yubiley iclasında respublikanın geniş kitabxana ictimaiyyəti 
iştirak edirdi. Yubiley iclasını Azərbaycan Elm və Texnika Komitəsinin 
sədri, akademik A.Mirzəcanzadənin aparması kitabxananın işinə böyük 
dövlət qayğısının nə-ticəsi idi. 
Yubiley iclasında 70 illik inkişaf yolu haqqında kitabxananın 
direktoru Hicran Əfəndiyeva məruzə etdi. 
Məruzədən sonra yubilyarı professor Abuzər Xələfov, kitabxana 
işçilərindən Solmaz Bağırova, Mail Əhmədov, Əmin Əfəndiyev, Tamila 
İsmixanova və b. təbrik etdilər. 
Yubiley mərasimini yekunlaşdıran akademik Azad Mirzəcanzadə son 
sözündə Azərbaycanın müstəqilliyi  şəraitində RETK-nın kollektivinin 
qarşısında çox böyük vəzifələr durduğunu qeyd etdi. O, qısa müddət 
ərzində oxuculara xidmət işinin daha da yaxşılaşdırılması, kitabxana 
kitabının hər bir oxucuya çatdırılmasını, kitabxana işinin 
komplektləşdirilməsində dönüş yaradılmasını,  İnternet  şəbəkəsinə 
qoşulmasını, kitabxananın maddi-texniki bazasının 
möhkəmləndirilməsini, müasir kitabxana-informasiya avadan-lıqlarının 
alınmasını, yeni düşüncə tərzinə malik gənc kitabxanaçı kadrların işə cəlb 
edilməsini məsləhət gördü. Kitabxananın kollektivinə  gələcək 
fəaliyyətində böyük uğurlar arzuladı. 
Müstəqillik dövrünün ilk illərinin çətinliklərinə baxmayaraq RETK 
kitab fondunun komplektləşdirilməsi, yeni ədəbiyyatın və dövri nəşrlərin 
alınması, xarici ölkə kitabxanaları, ilk növbədə isə Rusiya kitabxanaları 
ilə qırılmış əlaqələrin bərpası sahəsində mühüm işlər görə bildi. Kitablara 
və dövri mətbuata abunə yazılışına başlandı. 1994-cü ildən başlayaraq 
kitabxanaya ayrılan vəsait tədricən artmağa başladı. Bunu cədvəldən 
aydın görmək olar: 
 
  


 
152
 
 
İllər Ayrılan vəsaitin miqdarı manat 
1994 100.381.000 
1995 240.122.000 
1996 280.752.000 
1997 302.451.000 
1998 350.512.000 
1999 446.543.000 
2000 546.437.000 
2001 312.496.000 
2002 322.924.000 
 
2003 369.190.000 
2004 446.543.000 
 
Rəqəmlərdən göründüyü kimi, göstərilən dövrdə kitabxanaya ayrılan 
vəsait ilbəil artmışdır. Əgər kitabxanaya 1994-cü ildə 100.381.000 manat 
vəsait ayrılmışdırsa, bu vəsait 2004-cü ildə 446.543.000 manata 
çatmışdır. Doğrudur, ayrılan vəsait kitabxananın yeni ədəbiyyatla, dövri 
nəşrlərlə tam və  hərtərəfli təkmilləşməsi üçün kifayət etməsə  də, yeni 
nəşrlərdən bir neçə nüsxə almağa imkan verirdi. Kitabxana büdcə 
vəsaitindən  əlavə sponsorların, qeyri-dövlət təşkilatlarının, xarici 
təşkilatların, SOROS fondunun köməyindən, ayrı-ayrı  şəxslərin, kitab 
müəlliflərinin hədiyyələrdən də bəhrələnirdi. 
1994-cü ildə Milli Məclis “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının Qanununu qəbul etdi. Ulu öndər Heydər  Əliyev 
tərəfindən imzalanmış bu qanun respublikanın kitabxana həyatında böyük 
hadisə olduğu kimi, RETK-nın işinə  də mühüm təsir etdi. Kitabxana öz 
işini bu qanuna müvafiq həyata keçirməyə başladı. Qanunun 8-ci 
maddəsinə görə, RETK-ya respublika əhəmiyyətli elmi-sahəvi kitabxana 
statusu verildi. Qanunun 15-ci maddəsinə  əsasən, RETK-ya dövlət və 
qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya 
müəssisələri və digər hüquqi şəxslər tərəfindən nəşr edilən çap 
məhsullarından profilinə uyğun olaraq iki pulsuz məcburi nüsxə almaq 
hüququ verildi. Kitabxana bu hüququndan istifadə etməsi nəticəsində öz 
fondunu respublikada nəşr edilən yeni texniki profilli kitablarla ardıcıl  


 
153
olaraq komplektləşdirmək imkanı  əldə etdi. Bütün bunların nəticəsidir ki, 
kitabxana müstəqillik illərində 646.077 nüsxə yeni nəşr edilmiş  ədəbiyyat  əldə 
etməyə müvəffəq olmuşdur. 
Büdcənin ilbəil  əsaslı surətdə artmasına nisbətən kitabın az alınmasının 
obyektiv səbəbi ölkədə kitabın bahalaşması idi. Dövlət nəşriyyatları olduqca 
zəifləmişdi, kitab nəşri  əsasən özəl nəşriyyatlar tərəfindən həyata keçirilirdi. 
Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq özəl nəşriyyatlar kitab bazarını 
ələ keçirərək, kitabı istədikləri qiymətə satırdılar. Beləliklə, Azər-baycan kitab 
bazarında sovet dövrünə nisbətən kitabın qiymətinin qat-qat bahalaşması prosesi 
gedirdi ki, bu da kitabxanaların komplektləşdirilməsi işinə mənfi təsir göstərirdi. 
Müstəqillik illərində kitabxana fondlarının komplektləşdirilməsində müəyyən 
zəiflik hiss edilsə  də, bu oxuculara xidmət işinin təşkilinə  qətiyyən mənfi təsir 
göstərməmiş, oxucuların sayı, kitab verilişi və kitabxana fondunun dövriyyəsi 
müntəzəm olaraq artmışdır. 
 
 
1993-2004-cü illərdə RETK-nın oxuculara  
xidmət sahəsində fəaliyyəti 
 
 
 
 


 
154
 
Son illərdə oxuculara xidmət sahəsində göstəricilərin azalması 
kitabxananın yeni binaya köçməsi ilə  əlaqədardır. Fondun yeni binaya 
köçürülməsi zamanı kitabxana bir neçə müddət öz fəaliyyətini 
dayandırmalı olmuşdur ki, bu da xidmət prosesinə öz mənfi təsirini 
göstərmişdir. 
Müstəqillik illərində kitabxana oxuculara xidmət işinin təşkilində öz 
ənənəvi iş üsullarından müvəffəqiyyətlə istifadə edirdi. Kitabxanada ən 
geniş yayılmış iş üsullarından biri kütləvi tədbirlər idi. Kitabxana fonda 
daxil olan yeni kitablar haqqında oxuculara məlumat vermək, oxucuların 
sorğularını öyrənmək üçün kütləvi tədbirlərin müxtəlif növlərindən, 
daimi sərgilərdən, yeni kitab sərgilərindən, mövzu sərgilərindən, yeni 
jurnalların sərgilərindən, informasiya günlərindən, mütəxəssis 
günlərindən, normativ texniki sənədlərin sərgilərindən geniş istifadə 
etmişdir. Sərgilər təşkil edilərkən onun tərtibatına ciddi diqqət yetirilir, ən 
zəruri kitablar nümayiş etdirilir. Kitabxana işçiləri sərgiyə tamaşa edən 
oxucular arasında geniş izahat işi aparır, kitabları necə  əldə etmək 
haqqında onlara izahat verirlər. Kitabxanada keçirilən informasiya və 
mütəxəssis günləri, normativ-texniki sənədlərin sərgisi xüsusi maraq 
doğururdu. Belə günlərdə əsasən ziyalılar, mühəndislər, mütəxəssislər və 
şəbəkə kitabxanalarının kitabxana işçiləri, biblioqraflar daha çox iştirak 
edirdilər. Kitabxana 1994-2002-ci illərdə 230-dan artıq kütləvi tədbir 
keçir-mişdir ki, belə  tədbirlərdə yüzlərlə oxucu istifadə etmiş, onlara 
xeyli kitab və jurnal verilmişdir. Xüsusilə RETK-da keçirilən mütəxəssis 
və informator günləri oxucuların daha böyük marağına səbəb olmuşdur. 
Belə  tədbirlərin keçirilməsində görkəmli mütəxəssislərin, alimlərin 
iştirakı onların səmərəliliyini artırır, daha maraqlı və məzmunlu olmasını 
təmin etmişdir. 
Müstəqillik illərində  RETK  öz  fəaliyyətini informasiya cəmiyyətinin 
tələblərinə uyğun qurmaq, oxucuların informasiyaya durmadan artan 
tələbatını ödəmək məqsədi ilə kitabxana işini avtomatlaşdırmağa, yeni 
kitabxana və informasiya texnologiyası ilə təmin etməyə, kitabxana işinin 
kompüterləşdirilməsi üçün əməli addımlar atmağa başlamışdır. 1999-cu 
ildə Dövlət Elm və Texnika Komitəsi kitabxananın komputer-
ləşdirilməsini, İnternet sisteminə qoşulmasını təmin etmək üçün  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə