Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə48/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   44   45   46   47   48   49   50   51   ...   92

 
148
Fikrimizi təsdiq etmək üçün MEK-in müstəqillik illərində oxuculara 
xidmət sahəsindəki fəaliyyətini ümumiləşdirilmiş  şəkildə  əks etdirən 
cədvələ diqqət yetirək: 
 
MEK-də va onun filiallarında 
oxuculara xidmət (1990-2004-cü illər) 
 
 
 
 
İllər 
 
 
1990 1995 2000 
2004 
1 Oxucuların 
miqdarı 
 
39931 39475  
42375 
 O 
cümlədən: 
a)MEK 
26915 27942  
30570 
 b)filiallar  13016  6485   
11805 
2 Kitab 
verilişi 3147694 3249135  
2370806 
 O 
cümlədən: 
a)MEK 
1832894 2118235  
1247333 
  b)filiallar 
1314800 1130900  
1132563 
 
 
 
Cədvəldən göründüyü kimi, kitabxana müstəqillik dövrünün, xüsusilə 
onun ilk illərinin çətinliyinə baxmayaraq öz işini müvəffəqiyyətlə davam 
etdirmiş, oxuculara xidmət işinin zəifləməsinə, oxucuların sayının və 
kitab verilişinin azalmasına imkan verməmişdir. 
Son illərdə kitabxananın maliyyə durumunun yaxşılaşması, maddi-
texniki bazasının möhkəmlənməsi, kitabxana-informasiya texnologiyası 
və texniki avadanlıqla təmin edilməsi, kitabxanada aparılan uğurlu 
islahatlar bilavasitə oxuculara kitabxana-informasiya xidmətinin 
keyfiyyətcə yaxşılaşdırılmasına səbəb olmuşdur. Kitabxana sözün əsl 
mənasında respublikamızda elmin informasiya bazası, ölkəmizin  ən 
önəmli kitabxana-informasiya mərkəzi kimi formalaşmışdır. 
Kitabxananın elmi müəssisə statusu alması onun gələcək inkişafı  


 
149
qarşısında olduqca böyük perspektivlər açmış, MEK kitabxanaşünaslığın, 
biblioqrafiyaşünaslığın, kitabşünaslığın və informasiyanın elmi-tədqiqat 
və metodik mərkəzinə çevrilmişdir. 
 
2.10. Respublika Elmi Texniki Kitabxanası 
müstəqillik illərində 
 
Ölkəmizdə respublika əhəmiyyətli kitabxana statusuna malik olan 
kitabxanalar içərisində Respublika Elmi Texniki Kitabxanasının 
özünəməxsus yeri və tarixi rolu olmuşdur. Bütün Azərbaycan xalqı kimi 
RETK-nın  əməkdaşları da ölkəmizin müstəqilliyini böyük sevinc və 
iftixar hissi ilə qarşılamışdır. Müstəqilliyin ilk illərində meydana çıxan 
hər cür çətinliyə baxmayaraq kitabxana öz fəaliyyətini bilavasitə 
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli mədəniy-
yətimizin, elmimizin, ideologiyamızın, texnikamızın inkişafına, 
oxuculurın informasiya təminatının ödənilməsinə yönəltdi. Kitabxana işi 
müstəqilliyin tələb etdiyi yeni şəraitə, milli ideologiyaya, yeni 
demokratik prinsiplərə uyğun qurulmağa başladı. 
90-cı illərin  əvvəllərində ölkə iqtisadiyyatında baş verən böhran 
sosial, mədəni sahəyə, xüsusilə kitabxana işinə olduqca mənfi təsir 
göstərdi. Kitabxananın maliyyələşdirilməsi üçün ayrılan vəsait ciddi 
surətdə ixtisar edildi. Məhz buna görədir ki, 80-ci illərlə müqayisədə 90-
cı illərin əvvəllərində RETK-ya daxil olan yeni elmi-texniki ədəbiyyatın 
və müxtəlif informasiya daşıyıcılarının miqdarı 15-20 dəfə azalmışdı. 
Təkcə bunu göstərmək kifayətdir ki, son illər kitabxanaya rus və əcnəbi 
dillərdə xaricdə nəşr olunan kitablar demək olar ki, alınmamışdır. Elmi-
texniki referativ jurnalların alınmaması respublikada texniki elmlərin 
öyrənilməsinə, elmi araşdırmalar aparılmasına olduqca mənfi təsir 
göstərirdi. Kitabxana binasının darısqallığı, namünasibliyi, maddi-texniki 
avadanlığın köhnəlməsi oxuculara xidmət işini müasir tələblər 
səviyyəsində təşkil etməyə imkan vermirdi. 
Bütün göstərilən çətinliklərə baxmayaraq respublikada yaranmış 
sabitlik, iqtisadiyyat və mədəniyyət sahəsində baş verən tədrici inkişaf  


 
150
RETK-mn fəaliyyətinə ciddi təsir etdi. Kitabxananın işi dirçəlməyə  və 
tədricən inkişaf etməyə başladı. Hər  şeydən  əvvəl Azərbaycan 
Respublikasının Nazirlər Kabineti kitabxananın təşkilati cəhətdən 
tabeçiliyində  məqsədyönlü dəyişiklik etdi. 1993-cü ildə kitabxananı 
Azərbaycan Respublikası  İqtisad Nazirliyinin tabe-çiliyindən alıb 
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin 
tabeçiliyinə verdi. Kitabxana 2002-ci ilə, - Azərbaycan Dövlət Elm və 
Texnika Komitəsi ləğv edilənə qədər onun nəzdində fəaliyyət göstərdi. 
Kitabxananın Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin 
tabeçiliyinə keçməsi onun inkişafında geniş imkanlar açmışdı. Bu komitə 
RETK-nın profilinə uyğun olduğundan kitabxananın işini, onun inkişaf 
perspektivlərini və istiqamətlərini daha düzgün müəyyənləşdirmək 
imkanına malik idi. 
Bu dövrdə Elm və Texnika Komitəsinə görkəmli alim, akademik Azad 
Mirzəcanzadə başçılıq edirdi. Dünya şöhrətli alim, Azərbaycan elminin 
korifeylərindən biri olan Azad Mirzəcanzadə kitabın böyük dostu, dövrün 
ən çox kitab oxumuş adamlarından biri, kitab xəzinəsinin mahir bilicisi, 
elmin, mədəniyyətin inkişafında və yayılmasında kitabxanaların və 
kitabxanaçıların rolunu yüksək qiymətləndirən bir şəxsiyyətdir. Azad 
Mirzəcanzadə öz çıxışlarında Azərbaycan elmi-texniki fikrinin 
inkişafında, elmi-texniki tərəqqidə mühüm rol oynayan nüfuzlu ziyalılar 
kollektivinin yetişib formalaşmasında, xüsusilə neftçi kadrların 
hazırlanmasında bu qocaman kitabxananın fəaliyyətinə yüksək qiymət 
verirdi. RETK-nın qocaman oxucusu olan Azad Mirzəcanzadə 
kitabxananın inkişafı üçün mühüm tədbirlər həyata keçirdi. Kitabxananın 
maliyyə vəziyyəti yaxşılaşdırıldı, maddi-texniki bazası möhkəmləndirildi, 
binası təmir edildi. Yeni texniki vasitələrlə və avadanlıqlarla təchiz edildi, 
kitabxananın komplektləşdirilməsi, xarici dildə olan kitabların, 
patentlərin, jurnalların alınması üçün vəsait ayrıldı. Kitabxana həmçinin 
kitabxana işinin kompüterləşdirilməsi üçün ciddi tədbirlər görməyə  səy 
göstərirdi. Az bir müddət içərisində kitabxanaya kompüterlər və digər 
texnoloji avadanlıqlar alındı. Kitabxananın işində yeni şəraitlə  əlaqədar 
ciddi islahatlar aparılmağa başlandı, strukturunda dəyişikliklər edildi, 
yeni şöbələr yaradıldı və espublika patent fondunun fəaliyyətini yenidən 
qurmaq üçün tədbirlər görüldü. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə