Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə47/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   43   44   45   46   47   48   49   50   ...   92

 
145
kitabxana işinin avtomatlaşdırılması sahəsində apardığı elmi işlər uğurlu 
nəticələr vermişdir. 
Kitabxana eyni zamanda kollektivin elmi-tədqiqat işinin nəticələrini 
işıqlandırmaq üçün dövri elmi nəşrlər buraxmağa nail olmuşdur. Bu elmi 
əsərlərdə Azərbaycan kitabxana son nailiy-yətlərinin işıq üzü görməsi 
respublika kitabxanaşünaslıq ictimaiyyətinin böyük rəğbətinə  səbəb 
olmuşdur. Kitabxananın elmi araşdırmalarının nəticələri son dövrdə nəşr 
edilən elmi əsərlərin 4 nömrəsində öz əksini tapmışdır. Bu əsərlərdən 
başqa kitabxana 2000-2004-cü illərdə “Orucov qardaşları  mətbəəsi”, 
“Qafqaz  ərazilərinin və xalqlarının təsvirinə dair materiallar toplusu”, 
“ABŞ Konqres Kitabxanası”, “Füzuli sehri”, “AMEA kitabxana 
sisteminin fəaliyyətini tənzimləyən sənədlər toplusu” (1-2-ci buraxılış), 
“Vebiblioqrafiya” kimi elmi, nəzəri və metodik əsərlər çap etdirmişdir. 
Hazırda kitabxana statusuna müvafiq elmi-tədqiqat və  nəşriyyat 
fəaliyyətini genişləndirmək üçün böyük perspektiv əhəmiyyət kəsb edən 
proqram hazırlamışdır. Bu proqramda respublikamızda kitabxana-
şünaslıq, biblioqrafiyaşünaslıq və informasiya sahəsində  əsaslı elmi-
tədqiqat işlərinin aparılması  və yüksək ixtisaslı kadr hazırlamaq üçün 
kitabxananın yanında aspirantura şöbəsinin açılması nəzərdə tutulmuşdur. 
AMEA Mərkəzi Elmi Kitabxanası öz statusuna görə  həm 
akademiyanın kitabxana sisteminin metodik mərkəzidir. Kitabxananın 
metodik funksiyasının təşkilində onun bütün yaradıcı kollektivi və aparıcı 
şöbənin təcrübəli əməkdaşları iştirak edirlər. Kitabxana bir qayda olaraq 
elmi-tədqiqat institutları kitabxanalarının kom-plektləşdirilməsində, yeni 
kitablar alınmasında, oxuculara xidmət işinin yeni forma və metodlarının 
formalaşdırılmasında,  şəbəkə kitabxanalarının fəaliyyətini tənzimləyən 
təlimatların, 
əsasnamələrin, müxtəlif normativ sənədlərin 
hazırlanmasında yaxından iştirak edir. Kitabxana həmçinin kitabxanaçı 
kadrların peşə səviyyəsini yüksəltmək və qabaqcıl iş təcrübəsini yaymaq 
üçün kurslar, seminarlar, praktikumlar, təcrübi konfranslar keçirir. 
Mərkəzi Elmi Kitabxananın ayrı-ayrı aparıcı  şöbələrində  fəaliyyət 
göstərən metodistlər vaxtaşırı olaraq şəbəkə kitabxanalarının işi ilə tanış 
olur, mənfi və müsbət cəhətləri aşkara çıxarır, işin yaxşılaşdırılması üçün  


 
146
tədbirlər görülməsində bilavasitə iştirak edirlər. 
Son zamanlar MEK müasir dövrün ən mühüm problemi olan 
kitabxana işinin kompüterləşdirilməsində, onların  İnternetə  şəbəkəsinə 
qoşulmasında, müasir informasiya texnologiyası ilə  təmin edilməsində, 
kitabxanaçı-informator kadrların hazırlanmasında yaxından iştirak edir. 
Müstəqillik illərində MEK-in metodik təminat sistemi daha da 
təkmilləşdirilmiş, yeni iş forma və metodlarının aşkara çıxarılıb 
ümumiləşdirilməsi, oxuculara kitabxana-informasiya xidmətinin daha da 
təkmilləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir. 
Müstəqillik şəraitində dövlətimiz, xalqımız, alimlərimiz, ziyalılarımız 
və bütün qəbildən olan mütəxəssislərimiz qarşısında duran ən mühüm 
vəzifə müasir Azərbaycan cəmiyyətinin informasiyalaşdırılmasıdır. Məhz 
buna görədir ki, AMEA və onun nəzərində  fəaliyyət göstərən MEK 
dövlət  əhəmiyyətli məsələlərin həllini ön plana çəkmiş  və mühüm 
tədbirlər həyata keçirməyə başlamışdır. Bu tədbirlər içərisində MEK-in 
informasiya fəaliyyəti kitabxana işi təcrübəsində yeni mərhələnin 
başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu mühüm işdə 2003-cü ildə 
MEK-də yaradılmış “Kitabxana proseslərinin avtomatlaşdırılması” 
şöbəsinin mühüm əhəmiyyəti olmuşdur. Kitabxana işinin bütün fəaliyyət 
sahələrinin bütövlükdə avtomatlaşdırılmasını  və computerləşdi-rilməsini 
qarşısına məqsəd qoyan bu şöbə  qısa zaman kəsiyində ölkəmizdə  və 
xarici ölkələrdə kitabxana işinin kompüterləşməsində baş verən prosesləri 
öyrənməklə, dünya təcrübəsindən istifadə  əsasında öz işini yerli şəraitə 
uyğun qurmağa müvəffəq olmuşdur. Kitabxana rəhbərliyinin ciddi səyi 
nəticəsində bu şöbə  qısa müddətdə kitabxana-informasiya texnologiyası 
ilə, kompüterlərlə, digər texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş, 
kompüter texnologiyası, elektron kitabxana-informasiya proqramları ilə 
işləməyi bacaran mütəxəssislərlə komplektləşdirilmişdir. 
Şöbə 2002-ci ildə kitabxana-informasiya proseslərinin avto-
matlaşdırılmasının əsas istiqamətlərinin təxmini planını hazırlamışdır. Bu 
planda kitabxana-informasiya işi sahəsində görüləcək işlər ardıcıl olaraq  


 
147
öz  əksini tapmış, avtomatlaşdırılmış kitabxana-informasiya sistemi 
proqramlarının mərhələlər üzrə həyata keçirilməsi müəyyənləşdirilmişdir. 
Şöbə ilk gündən öz işini düşünülmüş və təcrübədə sınanmış elmi əsaslar 
üzərində qurduğundan tezliklə ilk müvəffəqiyyətlər qazanmağa nail 
olmuşdur. Bu plan əsasında kitabxana fondunun komplektləşdirilməsinə, 
Azərbaycan dilində  ədəbiyyatın elektron kataloqunun yaradılmasına, 
oxucuların qeydiyyatına, biblioqrafik informasiya xidmətinə, beynəlxalq 
kitab mübadiləsinə, elektron kitabxananın yaradılmasına başlanmışdır. 
2002-ci ildə MEK-in Web saytı yaradılmış, burada kitabxananın 
tarixi, strukturu, fondları, zalları,  şəbəkə kitabxanaları  və MEK-ə daxil 
edilən yeni ədəbiyyat haqqında məlumat yerləşdirilmiş, həmçinin yeni 
xidmət növü kimi saytın “Elektron xidmət” rubrikası təqdim edilmişdir. 
MEK-də az bir müddətdə oxucuları maraqlandıran mövzulara 
(«Heydər Əliyev şəxsiyyəti Rusiya mətbuatında”, “İlham Əliyev”, “Bakı-
Tbilisi-Ceyhan”, “Terrorizm”, “Rusiyanın müasir ədəbi jurnallarının 
elektron kitabxanası”, “Gender problemi” və s.) dair elektron məlumat 
bazalarının yaradılması alimlərin və mütəxəssislərin böyük marağına 
səbəb olmuşdur. 
MEK Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumuna daxil 
olmuş, EBSCO elektron məlumat bazasından, 40 min xarici tammətnli 
elmi jurnaldan internet vasitəsib istifadə etməyə başlamışdır. MEA 
həmçinin kitabxana işinin kompüterləşdirilməsi sahəsində son vaxtlar 
daha da irəliyə getmiş, kitabxana işini kompleks şəkildə 
kompüterləşdirmək üçün 2005-ci ildən Rusiyanın “İRBİS-64” 
(avtomatlaşdırılmış kitabxana informasiya sistemi) proqramını  tətbiq 
etməyə başlamışdır. 
Müstəqillik illərində kitabxana AMEA-nın  əsas informasiya 
ehtiyatları bazası kimi oxuculara xidmət işini ön plana çəkmiş və demək 
olar ki, bu sahədə çox əhəmiyyətli uğurlar  əldə etməyə müvəffəq 
olmuşdur. Doğrudur, 90-cı illərin  əvvəllərində AMEA maliyyə  çətinliyi 
ilə üzləşdiyindən elmi işçilərin bir hissəsini itirmiş, elmi-tədqiqat işlərinin 
aparılmasında böyük çətinliklərlə üzləşmişdi. Bu vəziyyət kitabxana işinə 
də öz mənfi təsirini göstərmişdi. Kitabxana yeni ədəbiyyatla, dövri 
mətbuatla lazımi səviyyədə komplektləşdirilmədiyindən və AMEA-ya 
olan qeyri-normal münasibətdən oxucularının bir hissəsini itirmişdi. 
Lakin bu vəziyyət uzun sürmədi. 1994-cü ildən başlayaraq 
respublikamızın ümumi inkişafı fonunda kitabxana işində  də canlanma 
baş verdi. Oxuculara xidmət işi qaydaya düşdü və oxucuların sayı ilbəil 
artmğa başladı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə