Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

 
139
Kitabxanadan istifadə intensivliyini zəiflətdi ki, bu da öz növbəsində 
Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqatların kə-miyyət və 
keyfiyyət göstəricilərinə  mənfi təsir göstərməyə bilməzdi. Göstərilən 
çətinlikləri aradan qaldırmaq üçün kitabxana müxtəlif vasitələrdən, ayrı-
ayrı müəlliflərin köməyindən, sponsorlardan, qrantlardan istifadə edərək 
mühüm tədbirlər həyata keçirməyə, tədricən kitab fondunun yeni 
ədəbiyyatla təmin olunmasına nail olmuşdur. Bu işdə akademiyanın 
böyük alimlər ordusunun rolu danılmazdır. 
Müstəqillik illərində kitabxana fondunun vəziyyətini  əks etdirən 
cədvələ nəzər salaq. 
 
İllər Kitab 
fondu 
İllər Kitab 
fondu 
1990 1737523 
1998 1891684 
1991 1750535 
1999 2004098 
1992 1859885 
2000 2001362 
1993 1869096 
2001 2060432 
1994 1873148 
2002 2074916 
1995 1873348 
2003 2087980 
1996 1872520 
2004 2099691 
1997 1881566 
 
 
 
Cədvəldən göründüyü kimi, hər cür çətinliyə baxmayaraq 
kitabxananın fondu nəinki azalmış, hətta 1990-cı illə müqayisədə 362.168 
nüsxə artmışdır. Hazırda ölkəmizdə təbiətşünaslıq, sosial-iqtisadi, ictimai, 
humanitar, siyasi və texniki elm sahələri üzrə  ən zəngin kitabxana olan 
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dünya xalqlarının 50 dilində 30 
milyondan artıq kitab vardır. Respublika elminin qızıl fondu hesab edilən 
bu kitabxanada Azərbaycan, rus, türk, ərəb, fars, ingilis, alman, fransız, 
ukrayna və s. dillərdə xronoloji əhatəsi XII-XX əsrlərə aid olan çox 
qiymətli və nadir kitablar saxlanılır. Kitab fodu dillərə görə bu cür 
bölünür: Azərbaycan dilində 100 min, rus dilində 2 milyon, Qərbi Avropa 
dillərində 75.000, nadir və qiymətli nəşrlər fondunda 6.000 nüsxədən  


 
140
artıq kitab vardır. Şərq dillərində ədəbiyyat fondu nadir kitabların sayına 
görə respublikada ən zəngin fond hesab edilir. Bu fondda nadir elmi 
kitablar, məcmuələr, dövri mətbuat materialları, həmçinin arxiv fondu 
mühafizə olunur. Kitabxana təbiətşünaslıq və texnika elmləri üzrə 
depozitar kitabxana statusuna malik olduğundan burada saxlanılan 
kitablar içərisində  təbiətşünaslıq və texnikaya aid ədəbiyyat mühüm yer 
tutur. 
AMEA Mərkəzi Elmi Kitabxanası akademiya kitabxana şəbəkəsinin 
elmi-metodik mərkəzi olduğundan akademiyanın bütün elmi-tədqiqat 
institutları kitabxanalarının işinin istiqamət-ləndirilməsində, ilk növbədə 
isə onların fondlarının təkmilləşməsində yaxından iştirak etmişdir. 
Müstəqillik illərində kitabxana öz fondunun komplektləşməsi ilə yanaşı, 
elmi-tədqiqat institutlarının kitab-xanalarının komplektləşdirilməsi işinə 
böyük qayğı göstərmiş, kitabxana fondlarını dinamik, oxucu tələblərinə 
cavab verən durumda saxlamağa müvəffəq olmuşdur. 
Hazırda Mərkəzi Elmi Kitabxananın metodik rəhbərlik etdiyi 27 elmi-
tədqiqat institutunun yanında fəaliyyət göstərən filial kifabxanalarında 
elmin müxtəlif sahələrinə dair 1.354.902 nüsxə kitab oxucuların 
istifadəsindədir. Müstəqillik illərində  Mərkəzi Elmi Kitabxananın və 
institut kollektivlərinin köməyindən faydalanan filial kitabxanaları öz 
fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirmiş, institutların elmi-tədqiqat 
planlarının həyata keçirilməsində yaxından iştirak etmiş, elmi-tədqiqatın 
informasiya bazası rolunu oynamışlar. 
Müstəqillik illərində kitabxana fondu yerli nəşrləri və xarici nəşrləri 
satan kitab mağazaları, ayrı-ayrı müəlliflərin hədiyyələri, beynəlxalq 
kitab mübadiləsi və  nəhayət, 1999-cu ildən sonra “Kitabxana işi 
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq respublikada 
nəşr edilən kitablardan 2 nüsxə pulsuz məcburi nüsxə almaq yolu ilə 
komplektləşməyə başlamışdır. Kitabxananın respublikada nəşr edilən 
ədəbiyyatdan pulsuz məcburi nüsxələr almaq hüququ olan kitabxanalar 
qrupuna aid edilməsi onun milli ədəbiyyatla ardıcıl və tam  


 
141
komplektləşməsi işini təmin etməklə milli ədəbiyyat fondunun inkişafı 
üçün böyük imkanlar açmışdır. 
Müstəqillik illərində respublikamızda kitabxana fondlarının 
komplektləşdirilməsində görkəmli ziyalılar, alimlər, yazıçılar və 
mədəniyyət xadimləri xüsusi fəallıq göstərmişlər. Onların öz yeni 
kitablarını  və kitab kolleksiyalarını kitabxanalara hədiyyə etməsi 
nəticəsində yeni ənənə meydana gəlib formalaşmışdır. Bu işdə AMEA-
nın Mərkəzi Elmi Kitabxanası daha fəal mövqe tutmuş, yüzlərlə 
müəllifdən hədiyyə olaraq çoxlu sayda kitablar əldə etmişdir. Həmçinin 
kitabxana akademiklərdən M.Ə.Useyinovun (1997), İ.D.Mustafayevin 
(1999) və xalq yazıçısı M. İbrahimovun (1999) şəxsi kitab 
kolleksiyalarını  hədiyyə olaraq almışdır. Yeni alınan  şəxsi 
kitabxanalardan başqa kitabxanada B.N.Zaxoderin, Y.E.Bertelsin, 
Y.A.Belyayevin, Y.A. Paxomovun, Z.Hüseynzadənin, Niyazinin,və 
başqa elm və  mədəniyyət xadimlərinin  şəxsi kitabxanaları saxlanılır. 
Sevindirici haldır ki, kitabxana son illərdə oxucuların böyük tələbatı olan 
bu qiymətli  şəxsi kitabxanaların kataloqunu hazırlamağa baş-lamışdır. 
Artıq B.N. Zaxoderin, M.Ə.Useyinovun,  İ.D.Mustafayevin, Y.E. 
Bertelsin  şəxsi kitabxanalarının kataloqu oxucuların istifadəsinə 
verilmişdir. 
Kitabxana, həmçinin 1994-cü ildən başlayaraq Rusiya Federasiyası və 
digər MDB ölkələri ilə keçmiş  əlaqələri bərpa etmiş, kitab və dövrü 
mətbuat  əldə etməyə müvəffəq olmaqla kitab mübadiləsi işini 
genişləndirmişdir. Kitabxana xüsusilə Rusiya Federasiyasında nəşr edilən 
yeni elmi ədəbiyyatı almaq üçün beynəlxalq əhəmiyyətli tədbirlər həyata 
keçirmişdir. AMEA-nın xahişi ilə Rusiya Elmlər Akademiyası “Hayka” 
nəşriyyatının nəşr etdiyi jurnalların Mərkəzi Elmi Kitabxanaya 
göndərilməsi haqqında 1999-cu ildə  sərəncam verdi. Həmin sərəncam 
kitabxananın yeni nəşr edilən jurnallarla təkmilləşməsi üçün böyük 
imkanlar açdı ki, bu da respublikada elmi-tədqiqatların müasir səviyyədə 
aparılmasında mühüm əhəmiyyət kəsb etdi. 1999-cu ildə kitabxana 
Rusiyada həyata keçirilən “Puşkin meqalayihəsi”nə daxil oldu və bu 
layihəyə müvafiq olaraq Rusiya Federasiyasında nəşr edilmiş 1000 
nüsxədən artıq qiymətli kitab əldə etdi. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə