Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə42/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

 
130
onun informasiya təminatını aratmaq üçün yeni elmi ədəbiyyatın  əldə 
edilməsinə xüsusi diqqət yetirir. 
BDU-nun Elmi Kitabxanası respublikamızda yeganə kitabxanadır ki, 
Moskva  şəhərində  nəşr edilən  ən bahalı referativ jurnalları (7 adda) 
almağa müvəffəq olmuşdur. Bu jurnallardan universitet alimləri ilə yanaşı 
respublikamızın fundamental və texniki elmlər sahəsində çalışan bütün 
alimlərinin maneəsiz istifadə etməsi elmimizə böyük töhfədir. 
Oxucularının dövri mətbuata, elmi və referativ jurnallara tələbatının 
artmasını  nəzərə alan universitet rəhbərliyi bu sahəyə ayrılan vəsaiti 
müntəzəm olaraq artırır. Təkcə 2004-cü ildə dövri mətbuata abunə 
yazılışına 238 milyon manatdan artıq vəsait ayrılmışdır. Bu vəsait 
hesabına kitabxana 11 adda qəzetə, 85 adda elmi jurnala abunə yazılmış, 
mübadilə və hədiyyə yolu ilə 378 adda xarici jurnal almışdır. 
Müstəqillik illərində baş verən  ən mühüm hadisələrdən biri də 
kitabxananın beynəlxalq  əlaqələrinin genişlənməsidir. Azərbaycanın 
müstəqil dövlət kimi dünyanın bir çox dövlətləri ilə diplomatik əlaqələr 
yaratması universitetin beynəlxalq  əlaqələrinin genişlənməsinə  şərait 
yaratmış, Bakı Dövlət Universiteti dünyanın qabaqcıl universitetləri 
içərisində özünə layiqli yer tutmuşdur. Hazırda universitet dünyanın 18 
ölkəsi ilə beynəlxalq əlaqələr yaratmışdır və 4 beynəlxalq assosiasiyanın 
üzvüdür. Bakı Dövlət Universitetinin kitabxanası da müstəqillik 
şəraitindən müvəffəqiyyətlə istifadə edərək öz beynəlxalq  əlaqələrini 
genişləndirmiş, beynəlxalq kitab və dövri mətbuat mübadiləsini 
təkmilləşdirmişdir. Kitabxana dünyanın 30-dan artıq ölkəsi ilə  əlaqə 
yaratmışdır, bu ölkələrin 48 universiteti ilə  ədəbiyyat mübadiləsi edir. 
Mübadilə fondunun fəaliyyəti nəticəsində dünyanın qabaqcıl 
universitetlərinin qiymətli nəşrlərinin  əldə edilməsi ilə yanaşı milli 
nəşrlərimizin xarici universitetlərə göndərilməsi üçün də  şərait yaranır. 
Kitabxana həmçinin ölkəmizdə  fəaliyyət göstərən səfirliklərlə, qeyri-
dövlət təşkilatları ilə, xüsusilə Soros fondu ilə  sıx  əlaqələr yaratmış, 
onların köməyi ilə kitab fondunu xarici dillərdə olan çox qiymətli 
ədəbiyyat və dövri nəşrlərlə  zənginləşdirə bilmişdir. Universitetin 
əməkdaşlıq etdiyi xarici şirkətlərdən Ekson və Mobil şirkətləri  


 
131
kitabxananın xarici dəbiyyatla komplektləşməsinə yaxından köməklik 
göstərmişlər. 
Beynəlxalq kitab mübadiləsi bölməsində kitab və jurnallarla yanaşı, 
“qeyri-maddi daşıyıcılar” (elektron vasitələr) da saxlanılır. Hazırda kitab 
mübadiləsi şöbəsində elmin müxtəlif sahələrinə dair biblioqrafik və tam 
mətnli informasiyaları əks etdirən 56 adda 136 ədəd CD-ROM, 20 ədəd 
DVD-ROM, 30 ədəd disket və 2 ədəd kaset saxlanılır. Mübadilə 
şöbəsinin müasir avadanlıqla, informasiya texnologiyası vasitələri ilə 
təmin edilməsi,  şöbənin  İnternetə qoşulması onun işində mühüm 
keyfiyyət göstəricilərinin baş verməsinə, böyük oxucu kontingentinə 
xidmət etməsinə səbəb olmuşdur. Təkcə 2003-cü ildə şöbənin 1150 nəfər 
oxucuya xidmət etməsi dediklərimizə sübutdur. 
Bakı Dövlət Universitetinin müstəqillik illərindəki fəaliyyətində 
kitabxana işinin yaşadığımız informasiya cəmiyyətinin tələblərinə uyğun 
kompüterləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. BDU-nun Elmi 
Kitabxanası respublikamızın kitabxanaları içərisində kompüterləşmə 
problemini həyata keçirməyə çalışan, informasiya texnologiyasını 
təcrübəyə tətbiq edən ilk kitabxanalardan biri olmuşdur. Bu mühüm işdə 
kitabxanaya elmi-nəzəri və sırf praktiki cəhətdən kömək etmək, kitabxana 
proseslərini kompüterləşdirmək işində 1999-cu ilin martında BDU 
Kitabxanaçılıq-informasiya fakültəsi Kitabxanaşünaslıq kafedrasının 
yanında təşkil edilən “Kitabxana işinin kompüterləşdirilməsi” elmi-
tədqiqat labo-ratoriyasının çox böyük köməyi olmuşdur. Bu 
laboratoriyanın yaranması Kitabxanaşünaslıq kafedrasının müdiri, 
Əməkdar elm xadimi, Beynəlxalq  İnformasiyalaşdırma Akademiyasının 
akademiki, tarix elmləri doktoru, professor A.A.Xələfovun adı ilə 
bağlıdır. 
90-cı illərin axırlarında BDU-da tədris prosesinin informa-
siyalaşdırılması  və onun keyfiyyətinin yüksəldilməsi sahəsində böyük 
islahatlar həyata keçirən gənc rektor, AMEA-nın müxbir üzvü, Əməkdar 
elm xadimi, professor Abel Məhərrəmov BDU-nun Elmi Kitabxanasının 
fəaliyyətini modernləşdirmək məqsədilə professor A.A.Xələfovun 
təşəbbüsünü bəyəndi və belə laboratoriyanın açılmasına nail oldu. 
Professor A.M.Məhərrəmov laboratoriyanın kitabxananın yanında  


 
132
fəaliyyət göstərməsini və itabxana işinin kompüterləşdirilməsini həyata 
keçirməsini məsləhət bildi. Rektorun uzaqgörənliklə istiqamətləndirilmiş 
bu məsləhəti laboratoriyanın sonrakı  fəaliyyətinə  və kitabxana işinə 
mühüm təsir göstərdi. 
Qısa müddət içərisində kitabxana işinin kompüterləşdirilməsi 
sahəsində ilk mühüm nailiyyətlər əldə edildi və laboratoriya kitabxananın 
ayrılmaz tərkib hissəsinə çevrildi. Laboratoriyanın kompüterlərlə, 
printerlə və digər informasiya texnologiyası ilə təmin edilməsi kitabxana 
işinin kompüterləşdirilməsi üçün böyük imkanlar açdı. Laboratoriya 
1999-cu ildən başlayaraq kitabxananın kompleks kompüterləşdirilməsini 
həyata keçirməyə başladı. Respublikamızda ilk dəfə olaraq 
laboratoriyanın  əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Azad 
Qurbanov tərəfindən Milli Avtomatlaşdırılmış Kitabxana İnformasiya 
Sistemi (AKİS) – “Kitabxana-2.0” versiyası yaradılmışdır. Bu AKİS-lər 
20 minə yaxın biblioqrafik yazıya, kitabxananın Azərbaycan fondunun 
informasiya bazasına malik olub, 13 ax-tarış göstəricisi və onların 
kombinasiyasına görə informasiya axtarışını  həyata keçirmək imkanı 
verir. Bu AKİS-lər 90-cı illərdə qüvvədə olan QOST 7.8.-84 standartı 
əsasında hazırlanan biblioqrafik məlumat bazasına  əsaslandığından, 
kitabxanaların müasir prob-lemlərini, o cümlədən beynəlxalq biblioqrafik 
məlumat mübadiləsini təmin etmədiyi üçün laboratoriya 2003-cü ildən 
etibarən kitabxana elektron kataloqunun yaradılmasında MDB ölkələrinin 
bir sıra qabaqcıl kitabxanalarında uzun müddət tətbiq olunan “Marc-Sql-
5” AKİS-lə  işləməyə başlamışdır. Bu proqram elektron kataloqun 
yaradılmasını, kitabxana fondunun komplektləşdirilməsini və uçotunu, 
abonement və axtarış-məlumat xidmətini avtomatlaşdırır,  İnternet 
şəbəkəsi vasitəsilə oxucuların uzaq məsafədən on-line ədəbiyyat axtarışı 
və sifarişini təmin edir. Laboratoriya məlumat bazasının hazırlanmasında 
UNIMARC və USMARC formatlarından istifadə edir ki, bu da 
beynəlxalq biblioqrafik məlumat mübadiləsini həyata keçirməyə kömək 
edir. Laboratoriyanın işçiləri tərəfindən UNIMARC formatı Azərbaycan 
dilinə  tərcümə edilmiş  və onun tətbiqinə kömək etmək məqsədilə  təsvir 
nümunələri hazırlanmışdır. Laboratoriyanın əməkdaşları kitabxananın 15  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə