Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   36   37   38   39   40   41   42   43   ...   92

 
124
əlaqələri genişləndirilmiş, təhsil prosesinin təşkilində  uğurlu keyfiyyət 
göstəriciləri əldə edilmişdir. 
Müstəqillik illərində ali məktəblərin kadr potensialının tərkibində baş 
verən böyük kəmiyyət və keyfiyyət göstəriciləri də dövrün xarakterik 
cəhətlərindən biri olmuşdur. Rəqəmlərə diqqət yetirək. Əgər 1991-ci ildə 
dövlət ali məktəblərində müəllimlərin sayı 8541 nəfər idisə, on ildən 
sonra bu rəqəm 10.786-ya çatmışdır. Müəllimlərin tərkibində elmlər 
doktorlarının və elmlər namizədlərinin sayı da əhəmiyyətli dərəcədə 
artmışdır. 1991-ci ildə 581 elmlər doktoru, 4301 elmlər namizədi var 
idisə, 2002-ci ildə doktorların sayı 668, namizədlərin sayı 5.140 nəfərə 
çatmışdır. 
Müstəqillik illərində dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblər 
şəbəkəsi də meydana gəlib formalaşmışdır. Hazırda respublikamızda 22 
özəl ali məktəb fəaliyyət göstərir ki, bunların içərisində öz işini günün 
tələbləri səviyyəsində quran, müasir təhsil standartlarına cavab verə 
biləcək səviyyədə yüksəkixtisaslı kadr hazırlayan ali məktəblər az 
deyildir. 
Beləliklə, müstəqillik illərində respublikamızda ali təhsilin inkişafı, 
yeni dövlət və özəl ali məktəblərin yaranması, ali təhsil kitabxana 
şəbəkələrinin inkişafı, təkmilləşməsi və yenidən qurulması üçün şərait 
yaranmışdır. Bu dövrdə 30 ali məktəb kitabxanası yaranmışdır ki, 
bunlardan 5-i dövlət, 25-i isə özəl ali məktəb kitabxanalarıdır. Sovetlər 
dövrü ilə müqayisədə son on ildə ali məktəb kitabxanalarının miqdarının 
üç dəfəyə  qədər artması müstəqilliyimizin mühüm mədəni nailiyyətidir. 
Yeni yaranan ali məktəblərin yanında elmi-tədris və ictimai həyatda 
yaxından iştirak edən, professor-müəllim və  tələbə kontingentinin 
informasiya tələbatını ödəyən elmi kitabxanaların təşkil edilməsi 
respublikamızın elmi, mədəni və təhsil həyatında çox mühüm hadisədir. 
Ölkəmizin təhsil sistemində həmişə xüsusi mövqeyi olan, ali məktəblərin 
strukturuna daxil olan, onların əsas atributu, birinci laboratoriyası hesab 
edilən kitabxanalara xüsusi qayğı göstərilmiş, onun inkişafı, maddi-
texniki bazasının möhkəmləndirilməsi, fondunun komplektləşdirilməsi 
diqqət mərkəzində olmuşdur. Son on ildə ali məktəb kitabxanaları daxili  


 
125
maliyyə  vəsaiti hesabına kitab fondlarını yeni kitablarla ardıcıl 
komplektləşdirməyə nail olmuş, ali məktəblərin profilinə uyğun 
sənədlərlə, dövri nəşrlərlə, qəzet və jurnallarla təkmilləşdirmişdir. 
Respublika ali məktəblərinin beynəlxalq  əlaqələrinin genişlənməsi 
kitabxana fondlarının xarici dildə ədəbiyyatla komplektləşdirilməsi üçün 
şərait yaratmışdır. Beləliklə, ali məktəb kitabxanalarının fondunda 
olduqca böyük elmi-mədəni sərvət toplanmışdır. Ali məktəblərin 
əksəriyyəti son on ildə kitabxanaların maddi-texniki bazasının 
möhkəmləndirilməsinə, gözəl təmir edilmiş binalarla, avadanlıqlarla 
təmin edilməsinə diqqəti artırmışdır. Hazırda respublikamızın ali məktəb 
kitabxanaları müasir dünya standartlarına cavab verən, oxucuların 
informasiya təminatını qüsursuz ödəməyə  səy göstərən, elmi-mədəni 
kompleks informasiya mərkəzinə çevrilmişlər. Oxucu tərkibi ilə tanış 
olarkən məlum olur ki, ali məktəbdə  işləyən bütün professor-müəllim 
heyəti və  tələbə kontingenti kitabxanaların oxucularıdır. Son illərdə ali 
məktəb kitabxanalarında müasir kitabxana avadanlığı, kompüterlər və 
informasiya texnologiyası ilə  təchiz edilmiş,  İnternet  şəbəkəsinə 
qoşulmuş geniş qiraət zalları açıldığından, tələbə  və müəllimlərin 
informasiya tələbatının durmadan artdığından oxucuların sayı xeyli 
çoxalmışdır. Təxmini hesablamalara görə, bir ildə ali məktəb 
kitabxanalarının daimi oxucularının sayı orta hesabla yarım milyon 
nəfərdən artıq olmuşdur. 
Müstəqillik illərində ali məktəb kitabxanalarından Bakı Dövlət 
Universitetinin, Neft Akademiyasının, Pedaqoji Universitetin, Texniki 
Universitetin, Dillər Universitetinin, Memarlıq və İnşaat Uni-versitetinin, 
Slavyan Universitetinin, Lənkəran Universitetinin, Xəzər Universitetinin, 
Qafqaz Universitetinin, Beynəlxalq Universitetinin və başqa ali təhsil 
ocaqlarının kitabxanaları  təhsil prosesinə kitabxana-informasiya 
xidmətinin təşkili sahəsində böyük işləri ilə  fərqlənmiş, öncül mövqe 
tutmuşlar. 
Yekun olaraq demək olar ki, müstəqillik illəri ali məktəb ki-
tabxanalarının tərəqqi və inkişaf illəri olmuş, onların tədris prosesinə və 
elmə xidməti sahəsində böyük keyfiyyət dəyişiklikləri baş vermiş, 
kitabxana işi ali məktəblərin və  tədris prosesinin əsas bazasına 
çevrilmişdir. 
 
 
 
 


 
126
2.8. Bakı Dövlət Universitetinin 
Elmi Kitabxanası müstəqillik illərində 
 
Müstəqillik illərində ölkəmizdə  fəaliyyət göstərən ali məktəblər 
içərisində Azərbaycan ali məktəblərinin bayraqdarı, yüksək elm və təhsil 
məbədgahı olan Bakı Dövlət Universiteti xüsusi mövqeyə malik 
olmuşdur. Xalq Cümhuriyyətinin yadigarı olan universitet Azərbaycan 
Respublikasının ilk ali məktəbi - elm məbədgahı kimi xalqımızın elm, 
təhsil və  mədəniyyət tarixində çox böyük rol oynamış, fəaliyyət 
göstərdiyi 85 ildə 100 mindən artıq yüksəkixtisaslı kadr hazırlamışdır. 
Respublikamızın müstəqilliyini böyük fərəhlə qarşılayan BDU son on 
ildə elm, mədəniyyət və təhsil sahəsində böyük nailiyyətlər əldə etməklə 
təhsil islahatlarında yaxından iştirak etmiş, milli ideologiyanın 
formalaşmasında, Azərbaycan dövlətçiliyinin qorunmasında və daha da 
möhkəmlənməsində ideoloji və siyasi dayaq kimi məşhurlaşmışdır. 
Bakı Dövlət Universitetinin respublikamızda elm və  mədəniyyətin 
inkişafında, Azərbaycan xalqı  və Azərbaycan Respublikası qarşısında 
böyük xidmətlərini çox yüksək qiymətləndirən, universitetin məzunu 
olması ilə  fəxr edən ulu öndər Heydər  Əliyev demişdir: “Bakı Dövlət 
Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli 
sərvətidir, milli iftixarıdır».
1
 
Bakı Dövlət Universitetini xalqımızm milli iftixarı kimi 
qiymətləndirən XX əsrin ən böyük görkəmli dövlət xadimi, Azərbaycan 
xalqınm ümummilli lideri H.Əliyevin özü də Bakı Dövlət Universitetinin 
böyük məzunu və iftixarıdır. BDU-nun çoxminlik kollektivi Heydər 
Əliyev kimi böyük şəxsiyyət yetişdirməsi ilə qürur hissi keçirir. 
H.Əliyevin universitetdə təhsil aldığı illər və respublikaya rəhbərlik etdiyi 
dövrdəki universitetlə  əlaqələri Bakı Döv'lət Universitetinin şanlı 
tarixinin böyük və  əlamətdar bir mərhələsini təşkil edir. Bakı Dövlət 
Universitetinin tərəqqi və inkişafmın ən məhsuldar dövrü olan son 30 il 
məhz onun adı ilə, onun şəxsiyyəti ilə qırılmaz tellərlə bağlıdır. 
 
                                                 
1
 
Abel Məhərrəmov. Bakı Dövlət Universiteti.-B., 2000.- S. 48. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə