115
2.5. Respublika Təhsil Nazirliyinin
kitabxana şəbəkəsi müstəqillik illərində
Respublikamızda Mədəniyyət Nazirliyindən sonra ən böyük kitabxana
şəbəkəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məxsusdur. Son
on ildə ölkəmizdə gedən təhsil islahatları ilə yanaşı, bu şəbəkə ən çox
dəyişikliklərə, yeniləşməyə və təkmilləşməyə məruz qalmaqla daha çox
inkişafa nail olmuşdur. Təhsil kitabxanalarının şəbəkəsi çoxalmaqla
onların qarşısında duran vəzifələrdə də, işinin məzmununda da
dəyişiliklər baş vermiş, yeni kitabxanalar şəbəkəsi meydana gəlmişdir.
Ölkəmizdə bazar iqtisadiyyatına keçidlə əlaqədar yeni özəl ali və orta
ixtisas məktəbləri də yaradılmışdır. Belə kitabxanalar həm özəl ali
məktəblərin, həm də özəl orta ixtisas məktəblərinin, kolleclərin, orta
ümumtəhsil məktəblərinin, xarici dillərdə təhsil verən məktəblərin
yanında təsis edilmişdir. Zamanın tələbi ilə təşkil edilən kitabxana
şəbəkələri respublikamızın təhsil kitabxana şəbəkələrini daha da
genişləndirməklə kitabxana işinin zənginləşməsi, təkmilləşməsi,
yeniləşməsi üçün şərait yaratmışdır.
Məktəblərdə aparılan təhsil islahatları ilə bağlı dərsliklərin uşaqlara
pulsuz verilməsi, onların tədris ilinin axırında kitabxanalarda toplanıb
saxlanması, gələcək tədris ilində yenidən şagirdlərə paylanmasının
kitabxanalara tapşırılması kitabxana işinin və kitabxanaçıların
məktəblərin həyatında yaxından iştirakına gətirib çıxarmışdır. Kitabxana
fəaliyyətinin məktəblərin dinamik təhsil fəaliyyətinin ayrılmaz tərkib
hissəsi kimi formalaşması, təhsil prosesinə daha dərindən nüfuz etməsi
üçün şərait yaratmışdır.
Müstəqillik illərində Azərbaycan təhsilində baş verən mütərəqqi
proseslər, təhsil islahatlarına müvafiq meydana gəlib formalaşan yeni iş
forma və üsulları, məktəb sisteminin milli mədəniyyətimizə, milli
mentalitetimizə, milli məktəb təcrübəmizə müvafiq yenidən qurulması
dövlətimizin təhsil konsepsiyasının nəticəsidir. Son on ildə təhsil
sahəsində həyata keçirilən təhsil islahatları bir daha sübut edir ki, təhsil
institutuna xidmət edən orqanlar içərisində təhsil kitabxanaları ən önəmli
116
müəssisələrdir, məktəblərimizin bir nömrəli laboratoriyasıdır, təhsilin
informasiya təminatının əsas bazasıdır.
Hazırda Təhsil Nazirliyinin kitabxana sisteminə 4536 məktəb
kitabxanası, 180 orta ixtisas və texniki peşə məktəbi kitabxanası, 6
gənclər yaradıcılıq sarayı kitabxanası və Respublika Elmi-Pedaqoji
Kitabxanası daxildir. Məktəb kitabxanalarından 1310-u şəhər
məktəblərinin, 3408-i isə kənd məktəblərinin kitabxanalarıdır. Məktəb
kitabxanalarının fondunda 26 milyon kitab vardır. Məktəb kitab
fondlarında dərsliklər, dərs vəsaitləri ilə yanaşı, elmi, texniki, bədii,
pedaqoji, ictimai-siyasi ədəbiyyata da geniş yer verilmişdir. Ancaq
məktəb kitabxana fondlarının müasir kitablarla təkmilləşməsinə böyük
ehtiyac hiss edilməkdədir. Bunu hər şeydən əvvəl respublikamızda
müvəffə-qiyyətlə həyata keçirilən təhsil islahatları tələb edir.
Orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində tədrisin daha
intensiv aparılması, təbiət elmlərinin və texniki elmlərin daha dərindən
tədris edilməsi, tədris proqramlarının informasiya cəmiyyətinin
tələblərinə cavab verməsi üçün daha da təkmilləşməsi məktəblərin birinci
laboratoriyası hesab edilən, müasir şəraitdə təhsilin keyfiyyətinə təsir
göstərə bilən bir qurum kimi məktəb kitabxanalarının işinin daha da
yaxşılaşdırılmasını tələb edir. Bu proses isə öz növbəsində məktəb
kitabxanalarının fondunun təkcə dərsliklər, dərs vəsaitləri ilə deyil,
şagirdlərlə yanaşı, müəllimlərin də tələbatını ödəyə biləcək ədəbiyyatla
zənginləşdirilməsini tələb edir. Məktəb kitabxanalarının təhsil
islahatlarında yaxından iştirak etməsi üçün bu kitabxanaların yüksək
ixtisaslı peşəkar kadrlarla təmin edilməsinə böyük ehtiyac
duyulmaqdadır.
Hörmətli prezidentimiz H.Əliyevin təsdiq etdiyi təhsil islahatları
proqramında təhsil problemlərinin tədqiq edilib öyrənilməsi sahəsində
ciddi araşdırmalar aparılması, eksperimentlər qoyulması, əsaslandırılmış
elmi nəticələr alınıb tədris prosesinə, məktəb quruculuğuna tətbiq
edilməsi vəzifələri qarşıda qoyulmuşdur. Bu vəzifələri təhsil
kitabxanalarına da şamil etməyə ciddi ehtiyac var. Təhsil kitabxanaların
qarşısında informasiya cəmiyyəti şəraitində həll edilməsinə böyük ehtiyac
hiss edilən problemlər durur. Təhsil Nazirliynin Təhsil Problemləri
117
İnstitutu bu problemləri öyrənməyə, təhsil kitabxanalarının gələcək
inkişaf istiqamətlərini müəyyənləşdirməyə və tövsiyələr hazırlamağa
borcludur.
Respublikamızda müasir şəraitdə intensiv təhsil islahatlarının
aparılması təhsil kitabxanalarının işinin yenidən qurulmasını, kitabxana
işində ciddi islahatlar aparılmasını tələb edir. Müasir informasi-
yalaşdırılmış cəmiyyətdə təhsilin informasiya təminatının təşkilində təhsil
kitabxanalarının qarşısında çox böyük vəzifələr qoyulmuşdur. Bu
vəzifələri ardıcıllıqla, tam və qüsursuz yerinə yetirmək təhsil
kitabxanalarının kitabxana-informasiya texnologiyası ilə
təmin
edilməsini, kitabxana işinin kompüterləşdirilməsini tələb edir.
Bəşəri problem olan cəmiyyətin informasiyalaşdırılması problemi
XXI əsrin ən böyük problemi kimi bütün dünyanı düşündürür. Məhz buna
görədir ki, 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı
Cenevrədə informasiya cəmiyyəti, onun problemləri üzrə dünya sammiti
keçirmişdir. Bu sammitdə ölkəmiz yüksək səviyyədə təmsil olunmuş,
respublikamızın informasiyalaşdırılmasına, informasiya texnologiyası ilə
təmin edilməsinə yüksək önəm verən prezident İlham Əliyev burada
iştirak etmiş və ingilis dilində sammit iştirakçılarının böyük marağına
səbəb olan nitq söyləmişdir. Müasir informasiya cəmiyyətində
kommunikasiya texnologiyasına böyük əhəmiyyət verən prezident İlham
Əliyev demişdir: “Son on il müddətində kommunikasiya texnologiyaları
bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. Artıq bu gün
gündəlik həyatımızı “internetsiz”, “e-mailsiz” və qlobal rabitənin
imkanları olmadan təsəvvür etmək mümkün deyildir”.
1
Prezident ilk növbədə kommunikasiya texnologiyasının təhsil
sistemində, ümumtəhsil məktəblərində təbliğ edilməsini, gənc nəslin
informasiya texnologiyasına yiyələnməsini zəruri hesab edir. Bu
baxımdan prezidentin 2004-cü il 21 avqust sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları üə təminatı proqramı (2005-2007-ci
illər)” olduqca böyük əhəmiyyət kəsb edir. Müstəqil Dövlətlər Birliyində
1
Azərbaycan naminə.- B., 2005.-S.108.
Dostları ilə paylaş: |