Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   35   36   37   38   39   40   41   42   ...   92

 
121
böyük elmi-metodik şöbə yaratmışdır ki, bu şöbədə bilavasitə  məktəb 
kitabxanalarının metodik təminat sistemini təşkil edən metodistlər 
fəaliyyət göstərirlər. Bu metodistlər məktəb kitabxanalarının işini təşkil 
etmək, qabaqcıl iş  təcrübəsini ümumiləşdirib yaymaq, kitabxana işində 
baş verən yeni iş forma və üsullarını müəyyənləşdirmək, kitabxana işinə 
dair nizamnamələr, normativ sənədlər tərtib etmək və s. kimi metodik 
işlər təşkil etmək üçün tədbirlər həyata keçirirlər. 
Metodistlər öz işlərini ezamiyyələrə getmək, kitabxanaların işini 
yoxlayıb onlara kömək etmək, tövsiyələr vermək, yerlərə metodik 
məktublar, tövsiyələr göndərmək, müşavirələr və konfranslar keçirmək 
yolu ilə həyata keçirirlər. 
Son illər kitabxana göstərdiyimiz metodik işlərin demək olar ki, 
hamısından müvəffəqiyyətlə istifadə etmiş, məktəb kitabxanalarının 
işinin yaxşılaşdırılmasında yaxından iştirak etmişdir. Kitabxananın 
metodistləri son illərdə 
məktəb kitabxanalarının fəaliyyətini 
yaxşılaşdırmaq, onların təhsil islahatlarında iştirakını təmin etmək, tədris 
prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsində yaxından 
iştirak etmək məqsədi ilə 30-dan çox metodik vəsait və tövsiyə hazırlayıb 
kitabxanalara göndərmişlər. Kitabxana işinin müxtəlif sahələrinə  həsr 
edilmiş belə metodik vəsaitlər və tövsiyələr kitabxanaçıların təcrübi işinə, 
peşə səviyyəsinin yüksəldilməsinə kömək etmişdir. 
REPK-nın müstəqillik illərindəki fəaliyyətində kitabxana işinin 
kompüterləşdirilməsi problemi də mühüm yerlərdən birini tutmuşdur. Bu 
məqsədlə kitabxana respublika məktəb kitabxanalarının vəziyyətini 
öyrənmək, onların işini istiqamətləndirmək, informasiya texnologiyası ilə 
təmin etmək üçün tövsiyələr hazırlamaq məqsədi ilə  məktəb 
kitabxanalarının məlumat bazasını yaratmaq təşəbbüsünü irəli sürmüş və 
həyata keçirmişdir. Kitabxana məktəb kitabxanalarını 
informasiyalaşdırmaq məqsədi ilə xüsusi layihə hazırlayıb Azərbaycanda 
fəaliyyət göstərən Açıq Cəmiyyət  İnstitutunun Yardım Fonduna təqdim 
edib, qrant udmuşdur. Layihəyə müvafiq olaraq kitabxanaya kompüter 
dəsti və digər avadanlıqlar ayrılmışdır. Kitabxana İnternet  Şəbəkəsinə 
qoşulmuş və İnternetdə öz Web səhifəsini yaratmışdır. 
 
  
 


 
122
 
Məlumat bazasının yaradılmasını 2002-ci ildə başa çatdıran kitabxana 
öz daxili imkanları hesabına “İnterbase” proqramı  əsasında Təhsil 
Nazirliyi sistemində ilk dəfə olaraq elektron məlumat bazası yaratmış, 
məlumat bazasının topladığı materiallar elektron məlumat bazasına daxil 
edilmişdir. Yaradılmış  məlumat bazası  əsasında “Təhsil Nazirliyi 
sisteminə daxil olan ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti 
(2003)” adlı  məlumat kitabı çap edilmişdir. Bazanın təşkili, məlumat 
kitabının nəşri məktəb kitabxanalarının fəaliyyətini dərindən təhlil edib 
öyrənməyə, onların işində olan çatışmazlıqların üzə  çıxarılmasına  şərait 
yaratmaqla, məktəb kitabxanalarının gələcək inkişaf istiqamətlərini 
öyrənməyə imkanlar açır. 
Müstəqillik illərində respublikamızda gedən təhsil islahatları, 
həmçinin informasiya cəmiyyətinin tələbləri təhsil prosesinin informasiya 
təminatının təşkilində  məktəb kitabxanalarının qarşısında olduqca 
mühüm vəzifələr qoymuşdur. Bu vəzifələr Azərbaycan Respublikası 
Prezidentinin 2004-cü il 21 avqust tarixli sərəncamı ilə  təsdiq edilmiş 
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və 
kommunikasiya texnologiyaları ilə  təminatı proqramında (2005-2007)” 
öz əksini tapmışdır. 
Bu proqram təhsil işçiləri, o cümlədən təhsil kitabxanaları qarşısında 
yeni informasiya texnologiyalarından istifadə etməklə  təhsilin 
keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə 
inteqrasiya imkanı verən, vahid təhsil informasiya mühitini yaratmaq və 
əhalini informasiya cəmiyyəti quruculuğunda müvəffəqiyyətlə  iştirak 
etməyə hazırlamaq, onlara informasiya mədəniyyətini aşılamaq vəzifəsini 
qoymuşdur. Bu proqramda həmçinin məktəblərdə elektron kitabxanaların 
yaradılması vəzifəsi də irəli sürülmüşdür. 
Bu proqramın həyata keçirilməsində mühüm işlər görən REPK Təhsil 
Nazirliyinin rəhbərliyi və köməyi ilə xüsusi plan hazırlayıb həyata 
keçirməyə başlamışdir. Kitabxana hər şeydən əvvəl məktəblərdə elektron 
kitabxanaların yaradılmasının elmi-metodik əsaslarının hazırlanmasında 
yaxından iştirak edir. 
Müstəqillik illərində hər cür çətinliyə baxmayaraq REPK daim öz işini 
təkmilləşdirmiş, kitab fondunu işlək vəziyyətdə saxlaya bilmiş, yeni  


 
123
kitablar əldə etməyə səy göstərmişdir. Kitabxana işinin məzmununda 
ciddi yeniləşmə, demokratikləşmə  və informasiyalaşma prosesi baş 
vermişdir ki, bütün bunlar da oxuculara xidmət işinin təşkilində yeni 
keyfiyyət dəyişikliklərinə  gətirib çıxarmışdır. Kitabxana təkcə pedaqoji 
ədəbiyyatın deyil, bütün elm və  təhsil sahələrinə dair ədəbiyyatın 
mərkəzinə çevrilmişdir. 
Respublikamızda gedən geniş  təhsil islahatlarında yaxından iştirak 
edən kitabxana məktəb kitabxanalarının işinin təhsil islahatları ilə 
əlaqələndirilməsinə, islahatların qarşıda qoyduğu vəzifələrlə  əlaqədar 
məktəb kitabxanalarının işinin məzmununda baş verən yeni keyfiyyət 
dəyişikliklərinin ümumiləşdirilməsinə  və yayılmasına böyük metodik 
köməklik göstərmişdir. 
Beləliklə, müstəqillik illərində REPK-nın fəaliyyətinin təhlili və işinin 
məzmunu bir daha göstərir ki, kitabxana təkcə pedaqoji ədəbiyyatı təbliğ 
edən sahəvi elmi kitabxana deyil, təhsil problemlərinə xidmət edən böyük 
elmi-mədəni mərkəzdir. 
 
 
2.7. Ali məktəb kitabxanaları 
müstəqillik illərində 
 
Müstəqillik illərində respublikamızda ulu öndər Heydər  Əliyevin 
daimi diqqət və qayğısı  nəticəsində ali təhsil müəssisələri də böyük 
inkişaf yolu keçmiş, həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edib 
təkmilləşmişdir. Dövlət ali məktəbləri ilə yanaşı, ölkəmizin tarixində yeni 
hadisə olan özəl ali məktəblər şəbəkəsi meydana gəlib formalaşmışdır. 
Hazırda respublikamızda 47 dövlət və özəl ali məktəb (filialları ilə 
birlikdə) vardır ki, bunlardan 25-i dövlət, 22-si özəl ali təhsil 
müəssisəsidir. Beləliklə, müstəqillik illərində 30 yeni ali məktəb 
yaradılmışdır. Bunların 5-i dövlət, 25-i isə özəl ali məktəblərdir. Dövlət 
ali məktəblərində 100 minə qədər tələbə təhsil alır. Müstəqillik illərində 
ali məktəblərdə  təhsil prosesini dünya standartları  səviyyəsinə 
yüksəltmək üçün təhsil islahatları keçirilmiş, üçpilləli təhsilə keçilmiş, ali 
məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, beynəlxalq  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə