112
Kitabxana xalqımızın gələcəyi olan uşaqların
təlim-tərbiyəsində mühüm
mədəniyyət mərkəzinə çevrilmişdir.
2.4. C.Cabbarlı adına
Respublika Gənclər Kitabxanası
müstəqillik illərində
Müstəqillik illərində ölkəmizdə kitabxana xidmətinin təşkilində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Gənclər
Kitabxanasının müstəsna rolu olmuşdur. Oxuculara xidmət işinin
təşkilində böyük təcrübəsi və ənənələri olan kitabxananın kollektivi
müharibə şəraitinə baxmayaraq müstəqilliyi yüksək əhval-ruhiyyə ilə
qarşılamış, özünün bütün fəaliyyətini
milli dövlətçiliyimizin
qorunmasına, möhkəmlənməsinə və təbliğinə həsr etmişdir.
Keçid dövrünün çətinliklərinə baxmayaraq kitabxana kitab fondunu
qoruyub saxlamaq, yeni ədəbiyyatla komplektləşdirmək, maddi-texniki
bazanı möhkəmləndirmək, kadr tərkibini qoruyub saxlamaq üçün ciddi
tədbirlər görməli olmuşdur. Hər şeydən əvvəl kollektiv kitabxananın
binasına dikilən yad gözlərlə mübarizə aparmağı bacarmış, nəinki binanı
qoruyub saxlamış, hətta onu genişləndirməyə və təmir
etməyə müvəffəq
olmuşdur.
Kitabxana böyük çətinliklə müntəzəm olaraq öz fondunu
zənginləşdirə bilmiş, maliyyə çətinliyinə baxmayaraq fondu yeni
ədəbiyyatla komplektləşdirməyə nail olmuşdur. Əgər kitabxananın
fondunda 1993-cü ildə 205.350 nüsxə kitab var idisə, 2003-cü ildə
209.700 nüsxə kitab olmuşdur. Yəni 10 il müddətində kitabxanaya 10
min nüsxə ədəbiyyat daxil olmuşdur. Kitabxanaya ayrılan vəsaitin ilbəil
113
artması yeni kitablar almaq üçün əlverişli şərait yaratmışdır. Əgər
kitabxanaya kitab almaq məqsədi ilə 2003-cü ildə 15 milyon manat vəsait
ayrılmışdısa, bu rəqəm 2004-cü ildə 55 milyon manata çatdırılmışdır. Bu
da yeni kitabların alınmasına müsbət təsir göstərmişdir. Belə ki, 2003-cü
ildə kitabxananın fonduna 450
nüsxə kitab daxil olmuşdusa, bu rəqəm
2004-cü ildə 1065 nüsxəyə, 2005-ci ildə isə 2000 nüsxəyə çatmışdır.
Kitabxana həmçinin dövri mətbuatla aparılan işə böyük diqqət yetirmiş,
2003-cü ildə 5 adda jurnala və 15 adda qəzetə abunə yazılmışdır.
Müstəqillik dövrü kitabxananın qarşısında gənc nəslin vətən-pərvərlik
ruhunda tərbiyəsi vəzifəsini qoymuşdur. Müharibə şəraitində yaşayan
ölkəmizdə gənclərin vətən sevgisi,
vətəni qorumaq, onu işğalçılardan
azad etmək ruhunda tərbiyəsi kitabxananın əsas vəzifəsindən birinə
çevrilmişdir. Təsadüfi deyil ki, müstəqillik illərində gənclərin tərbiyəsinə,
gənclərlə aparılan işə xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev gənc
nəslin tərbiyəsini xalqın və dövlətin əsas vəzifəsi hesab edirdi. O yazırdı:
“Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı
hazırlamaqdan və tərbiyə etməkdən ibarətdir”.
1
Kitabxananın kollektivi prezidentin qarşıya qoyduğu bu mühüm
vəzifəni yerinə yetirmək üçün oxuculara kitabxana-informasiya xidmətini
xeyli yaxşılaşdırmaqla zamanın tələblərinə cavab
verəcək forma və
üsullardan istifadə etmişlər. Kitabxanada geniş kütləvi işlər aparılmış,
kitab müzakirələri, ədəbi-bədii gecələr, mühazirələr, konfranslar
keçirilmiş, kitab sərgiləri təşkil edilmişdir. Görkəmli yazıçılar, şairlər və
alimlərlə görüşlərə də geniş yer verilmişdir. Belə mədəni-kütləvi
tədbirlərə misal olaraq son illərdə M.Füzuliyə, C.Cabbarlıya, M.Müşfiqə,
M.Ə.Sabirə, S.Vurğuna, S.Rüstəmə, Ə.Cəfərzadəyə, Bülbülə, Əmir
Mustafayevə və s. həsr edilmiş tədbirləri göstərmək olar. Kitabxananın
keçirdiyi “Müstəqilliyimiz əbədidir”, “20 Yanvar”, “Xocalı faciəsi”,
“Heydər Əliyevin 80 illiyi”, “Prezidentin gənclərə qayğısı və gənclərin
1
Heydər Əliyev: Biblioqrafik məlumat kitabı.- B., 2003.- S. 150.
114
prezidentə etimadı”, “ADR-in yaranmasının 80 illiyi” və s.
tədbirlər
oxucuların böyük marağına səbəb olmuşdur.
Kitabxananın oxucularla apardığı işin nəticəsində gənclərində
kitabxanaya marağı artmış, müntəzəm olaraq oxucuların sayı çoxalmışdır.
Əgər 1993-cü ildə kitabxananın 6.435 nəfər oxucusu var idisə, 2003-cü
ildə onların sayı 7450 nəfərə çatmışdır. Son on il müddətində kitabxana
250.000 oxucuya xidmət etmişdir ki, bunu da çox mühüm nailiyyət hesab
etmək olar. Kitabxananın oxucularının sayının artması,
kitabxana işinin
keyfiyyətinin yüksəldilməsi kitab verilişinə də müsbət təsir etmiş,
kitabxana fondunun dövriyyəsi, oxunan kitabların sayı da ilbəil
çoxalmışdır. Əgər kitabxana 1993-cü ildə oxuculara 102.430 min nüsxə
kitab vermişdirsə, bunların miqdarı 2003-cü ildə 108.830 min nüsxə
olmuşdur.
Kitabxana informasiya cəmiyyətinin qarşıya qoyduğu
yeni vəzifələrin
öhdəsindən gəlmək, kitabxana işini kompüterləşdirmək, kitabxana-
informasiya texnologiyası ilə təmin etmək üçün də xeyli iş görmüşdür.
Son zamanlar kitabxanaya kompüterlər alınmış, kitabxana-informasiya
texnikası və avadanlıqla təmin edilmiş, oxuculara informasiya xidməti
göstərilməyə başlanmışdır. Kitabxananın işçilərinin yeni xidmət formaları
ilə tanış edilməsi, onlara yeni texnikanın mənimsədilməsi
üçün tədbirlər
görülmüş, kitabxananın işçiləri ixtisasartırma kurslarına göndərilmişdir.
Kitabxana müstəqillik illərində elmi-metodik fəaliyyətini də
genişləndirməyə çalışmış, yeni iş forma və üsullarına üstünlük vermişdir.
Elmi-metodik konfransların, seminarların keçirilməsinə, rayonlara
ezamiyyələrin və orada mühazirələrin təşkilinə diqqət artırılmışdır.
Beləliklə, müstəqillik kitabxananın işinə yeni ab-hava gətirmiş,
demokratik prinsiplərin tətbiqi, milli ideologiyamızın, azər-baycançılıq,
dövlətçilik ideyalarının təbliği üçün şərait yaratmışdır.