Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   30   31   32   33   34   35   36   37   ...   92

 
106
Kitabxana həmçinin geniş elmi-metodik işlər aparmış, kitabxanaların 
metodik təminatında yaxından iştirak etmişdir. Kitabxananın nəşr 
etdirdiyi metodik vəsaitlər kütləvi kitabxanaların işinə müsbət təsir 
göstərmişdir. 
Müstəqillik illərində kitabxana 15 metodik müşavirə keçirmiş, 10 
adda metodik vəsait və 12 adda metodik məktub hazırlayıb kitabxanalara 
göndərmiş, rayon MKS-lərinə kömək göstərmək məqsədi ilə 20 dəfə 
kitabxananın metodistləri ezamiyyətdə olmuşlar. Bütün bunlarla yanaşı, 
müstəqillik illərində milli kitabxana informasiya cəmiyyətinin kitabxana 
işinin qarşısına qoyduğu yeni vəzifələrə və tələblərə müvafiq təşkilati və 
elmi-metodik iş aparmış, kitabxana işini dövrün tələblərinə uyğun 
yenidən qurmaq üçün mühüm tədbirlər həyata keçirmişdir. Bu tədbirlər 
içərisində kitabxana işinin kompüterləşdirilməsi kimi çox mürəkkəb bir 
prosesin həyata keçirilməsi, ilk növbədə kitabxananın özünün 
avtomatlaşdırılması, yeni informasiya texnologiyası ilə  təmin edilməsi, 
kitabxana xidmətinin informa-siyalaşdırılması üçün müasir avadanlıqlarla 
təmin edilməsi vəzifələri qoyulmuşdu. Kitabxana ölkədə mövcud olan 
iqtisadi çətinliyə baxmayaraq bu işi qeyri-dövlət donor təşkilatların 
köməyi ilə həyata keçirməyi, bu sahədə uğurlar əldə etməyi bacardı. Belə 
ki, 1998-ci ilin sonunda kitabxana USAID-in vəsaiti hesabına Avrasiya 
Fondundan udduğu qrant əsasında beynəlxalq  İnternet  şəbəkəsinə 
qoşulmuşdur. 1999-cu ilin əvvəlində isə kitabxana yenə  də bu fonddan 
“Kontakt qrantı” udmuşdur. Bu qrant əsasında isə kitabxananın 
əməkdaşları Tbilisi kitabxanalarında olmuş  və Gürcüstan İnformasiya 
Mütəxəssislərinin Assosiasiyası (AİS) ilə birgə Avrasiyanın  əməkdaşlıq 
proqramı  çərçivəsində “Cənubi Qafqaz dövlətlərinin kitabxana və 
informasiya işçilərinin regional informasiya mərkəzi” adlı layihə 
işləmişlər. Layihə  əsasında kitabxananın 8 nəfər  əməkdaşı  həmin 
mərkəzdə Amerika kitabxana və informasiya proqramı çərçivəsində təhsil 
almışdır. 
Kitabxana Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu -ACİ YF (Soros 
fondu) ilə  də geniş  əməkdaşlıq işi quraraq, göstərdiyimiz layihələr üzrə 
qrantlar udmuşdur: 
- Beynəlxalq kitab mübadiləsinin genişləndirilməsi; 
 
 
 
 


 
107
-
 Çadır şəhərciklərinə kitab bağlamalarının göndərilməsi; 
- Kitabxananın İnternet zalının genişləndirilməsi; 
- Kitabxanada 
Tədris Mərkəzinin yaradılması; 
- Regional 
məlumat-informasiya mərkəzlərinin yaradılması 
və s. 
Dövlət kitabxanası eyni zamanda bu fondların yardımı ilə müxtəlif 
beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur. Onlardan: 
- “Kitabxana Assosiasiyaları - regional əməkdaşlıq” adlı II 
Cənubi Qafqaz regional kitabxana konfransı (Tbilisi, 1999, aprel). 
- UNIMARC və biblioqrafik nəzarət (Tbilisi, 1999, oktyabr; Bakı, 
2000, mart) 
- BMT-nin materialları üzrə ümumi məlumat axtarışı  və 
informasiyanın əldə olunması (Moskva, 2000, may) 
- YUNESKO-nun məlumat bazalarının yaradılması (Bişkek, 2000, 
oktyabr) 
- “Krım-2000” beynəlxalq konfransı (Sudak, 2000, iyun) 
- “eIFL-direct” adlı elektron jurnallara həsr olunmuş seminar 
(Budapeşt, 2001, sentyabr) 
- “Krım-2001” beynəlxalq konfransı (Sudak, 2001, iyun) və s. 
Bütün bunlarla yanaşı, kitabxanada kadrların yetişdirilməsi məsələsinə 
də geniş yer ayrılmış, onların yeni texniki vərdişlərinin artırılması 
məsələlərinə diqqət verilmiş və xarici dil öyrənilməsi üçün kurslar təşkil 
olunmuşdur. Kitabxana həmçinin öz metodik mərkəz vəzifəsini həyata 
keçirərək Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsinə metodik 
köməklik etmək üçün kadr hazırlığına başlamışdır. 
Kitabxananın yanında 2000-ci ildə  Tədris Mərkəzi yaradılmış  və 
kütləvi kitabxanaların işçiləri bu mərkəzdə öz ixtisaslarını artırmağa 
başlamışlar. Bir il müddətində Bakı  və Sumqayıtın 35 kitabxanasından 
214 nəfər kitabxanaçı  həmin kursları bitirmişdir. Tədris Mərkəzi eyni 
zamanda respublikanın 8 rayonunda (Əli Bayramlı,  Şəki, Lənkəran, 
Şamaxı, Quba, Gəncə, Bərdə, Salyan) “Müasir kitabxanalar və onların 
vəzifələri” mövzusunda üçgünlük zona seminarı keçirmişdir. 
 
 
 
 
 


 
108
Beləliklə, M.F.Axundov adına Milli Kitabxana müstəqillik illərində 
H.Əliyevin bilavasitə köməyi və qayğısı sayəsində hər cür çətinliyə sinə 
gərərək öz şərəfli işini müvəffəqiyyətlə davam etdirmiş, xalqımızın 
informasiya təminatına, mədəni inkişafına, intellektual yüksəlişinə
elminə, təhsilinə, tərbiyəsinə xidmət etmiş, milli dövlətçiliyimizin 
möhkəmləndirilməsində, milli ideologiyamızın formalaşmasında və 
təbliğində yaxından iştirak etmişdir. 
Müstəqillik illərində  Mədəniyyət Nazirliyinin respublika əhəmiyyətli 
sahəvi kitabxanaları: F.Köçərli adına Respublika Uşaq Kitabxanası  və 
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası  uşaqlara və  gənclərə 
kitabxana xidmətini müstəqilliyin qarşıda qoyduğu vəzifələrə uyğun daha 
da təkmilləşdirmiş, yeni iş forma və üsullarından istifadə edərək xidmət 
işinin keyfiyyətini yaxşılaşdırmağa müvəffəq olmuşlar. 
Doğrudur, son on ildə keçid dövrünün çətinliklərini yaşayan, maliyyə 
təminatı cəhətdən böyük çətinliklərlə üzləşən kitabxanaların yaşaması və 
fəaliyyət göstərməsi o qədər də asan olmamışdır. Dövlət orqanlarının 
ciddi qayğısı  və kitabxanaçıların böyük səyi nəticəsində kitabxana işini 
qoruyub saxlamaq mümkün olmuşdur. 
 
2.3. F.Köçərli adına 
Respublika Uşaq Kitabxanası 
müstəqillik illərində 
 
Xalqımızın gələcəyi olan uşaqlara kitabxana xidmətinin təşkili 
sahəsində böyük təcrübəsi və xidmətləri olan F.Köçərli adına Respublika 
Uşaq Kitabxanası da 90-cı illərin  əvvəllərində bir çox çətinliklərlə 
üzləşmişdi. Bu çətinliklər hər  şeydən  əvvəl kitabxananın maliy-
yələşdirilməsində  və maddi-texniki bazasının möhkəmləndirilməsində 
özünü göstərirdi. Kitabxananın binasını  və  ştat vahidlərini saxlamaq 
işində böyük çətinliklər ortaya çıxmışdı. Kitabxana öz binasından 
məhrum olmaq təhlükəsi qarşısında qalmışdı. gözü düşən Bəzi işbazlar 
kitabxananın binasını almaq üçün cidd-cəhd göstərsələr də 
respublikamızda ulu öndər H.Əliyevin hakimiyyətə  gəlməsindən sonra 
yaranmış ab-
hava bu işin qarşısını aldı
. Həmçinin Mədəniyyət Nazirliyi 
kitabxananın ştat vahidlərini saxlamağa müvəffəq oldu



Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə