Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

 
100
informasiya təminatında, mədəni inkişafında, cəmiyyət üzvlərinin təhsil 
və  tərbiyəsində rolu əvəzsizdir. Cəmiyyətdə gedən bütün prosesləri 
ardıcıllıqla izləyən, onları  dərindən duyan, bu böyük iqtisadi, siyasi və 
mədəni prosesdə  iştirak edən mütəxəssislərin  əməyini yüksək 
qiymətləndirən ulu öndər kitabxanaçı  əməyinə yüksək qiymət vermiş, 
kitabxanaçı peşəsini, kitabxanaçı şəxsiyyətini yüksək qiymətləndirmişdir. 
H.Əliyev M.F.Axundov kitabxanası haqqında danışarkən deyir: “Mən 
vaxtilə bu kitabxanaya dəfələrlə  gəlmişəm. Amma bu gün kitabxananın 
astanasından keçərkən çox böyük ehtiram hissi duyuram, kitabxanaya
burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. 
Daha sonra təqdimat mərasimində kitabın nəşrinə sponsorluq etmiş 
“Stark enterprayz” firmasının vitse-prezidenti Aleksandr Nisanov, 
Yazıçılar Birliyinin sədri Anar, Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev, 
kitabxananın direktoru Leyla Qafurova və başqaları H.Əliyevə bu çətin 
vaxtda imkan tapıb kitabxanaya gəldiyi üçün öz təşəkkürlərini bildirdilər. 
Azərbaycan dövlətinin başçısı Heydər Əliyev toplananlar qarşısında dərin 
məzmunlu çıxış etdi. Heydər  Əliyevin bu çıxışı tarixi, elmi, fəlsəfi 
əhəmiyyətə malik bir çıxış idi. Özünün dərin məzmunlu çıxışında ulu 
öndər kitab və kitabxana işinin böyük mədəni  əhəmiyyətini qeyd etmiş, 
onu ölkəmizin ümumi mədəniyyətinin  əsas göstəricisi kimi 
qiymətləndirmişdir. Bu da ulu öndərin yüksək elmi, mədəni və 
intellektual səviyyəsi ilə, bəşəri xarakter daşıyan hadisələri düzgün 
qiymətləndirə bilmək istedadı ilə şərtləşir. 
Daha sonra prezidentin çıxışında kitab sərgisinin olduqca böyük 
mədəni hadisə kimi qiymətləndirilməsi, ilboyu onlarla belə sərgilər təşkil 
edən kitabxanaların fəaliyyətinə, kitabxanaçı  əməyinə verilən yüksək 
qiymət kimi olduqca səciyyəvidir. 
Sərginin təşkilindən danışarkən H.Əliyev deyir: “Buradakı  sərgidə 
Azərbaycanın görkəmli yazıçı  və  şairlərinin, alimlərinin  əsərlərinin 
miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu əlamətdar 
hadisədir. Yazıçı  və  şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz 
böyük potensiala malikdirlər. Onlarm indiyədək yazdıqları  əsərlər 
Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və  


 
101
mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışlar. 
Ancaq xalqımız Azərbaycanın elm və mədəniyyət potensialından bundan 
sonra daha çox bəhrələnməlidir. Ona görə  də çalışmalıyıq ki, belə 
yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək 
etməliyik, şərait yaratmalıyıq”.
1
 
Heydər  Əliyev miniatür kitablar sərgisinə  gələrkən M.F.Axundov 
adına Dövlət Kitabxanasına bağışlamaq üçün öz şəxsi kitabxanasından 
400 kitab gətirmişdi. Çox qiymətli kitablardan təşkil edilmiş bu nadir 
kitablar kolleksiyası bilavasitə kitabxananın qızıl fonduna daxil oldu. 
Kitabları kitabxanaya hədiyyə edərkən H.Əliyev demişdir: “Mən indi 
kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz 
yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan, ayrı-ayrı 
mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif 
müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini 
tutarlar. Zənnimcə, bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan 
adamlar kitabxanamızı  zənginləşdirmək üçün yəqin ki, ona kitablar 
bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var. 
Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir 
yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni 
əsərlər, kitablar yaranır, bunlar insanlara yeni biliklər, yeni məlumat 
gətirir. Ona görə  də bizim bu mərkəzi kitabxanamız daim yeni-yeni 
nəşrlərlə təmin olunsun. Vaxtı ilə biz bunu planlı şəkildə edirdik. Dövlət 
planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf 
etdirmişdik və indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hər kəs 
öz payını versin. Azərbaycanın bütün icti-maiyyətini bu xeyirxah işə 
dəvət edirəm. 
Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim 
üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən 
Səudiyyə  Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam 
aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. 
Orada - İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini  
                                                 
1
 
“Azərbaycan” qəzeti.-1995.- 6 iyun. 
 
 


 
102
bağışlamışlar. Çox nəfis  şəkildə buraxılmış bu nüsxələrdən birini də 
Dövlət Kitabxanasına verirəm”.
1
 
Dünya kitabxanalarının tarixindən məlumdur ki, sivil ölkələrdə 
kitabxanalara kitab hədiyyə etmək həmişə  dəbdə olan bir hadisə 
olmuşdur. Görkəmli dövlət, ictimai, elm və  mədəniyyət xadimləri 
kitabxanalara kitablar hədiyyə etməyi mədəniyyətin inkişafına kömək 
kimi qiymətləndirmişlər. 
Heydər  Əliyevin bizim zəmanəmizdə  bəşəri olan bu ənənəni davam 
etdirməsi respublikamızda bu mütərəqqi  ənənəyə ciddi qayğı ilə 
yanaşılmasına parlaq bir sübutdur. Ulu öndər bu təşəbbüsü ilə sanki 
çoxdan unudulmuş bir ənənəni canlandırdı, ona yeni nəfəs verdi. Məhz 
həmin vaxtdan görkəmli ziyahlarımız dövlət başçısının yolunu davam 
etdirməyə, M.F.Axundov Kitabxanasına və respublikamızın digər 
kitabxanalarına kitab hədiyyə etməyə başladılar. 
Hazırda bu iş böyük vüsət almış, ümumxalq hərəkatına çevrilmişdir. 
Nəinki M.F.Axundov adına Dövlət Kitabxanasına, həmçinin digər böyük 
elmi kitabxanalara, kütləvi kitabxanalara kitablar hədiyyə edən onlarla 
kitab həvəskarı meydana çıxmışdı. 
Təkcə M.F.Axundov adına Respublika Kitabxanasına onlarla ziyalı 
kitablar hədiyyə etmişdir. 
Belə bir faktı qeyd etmək lazımdır ki, indi respublikamızın ziyalıları, 
alimləri, yazıçıları, incəsənət xadimləri, ümumiyyətlə, kitab 
müəlliflərinin öz yeni nəşr etdirdiyi kitablarını kitabxanalara hədiyyə 
verməsi bir dəb halını almışdır. Bu xeyirxah iş kitabxanaların maliyyə 
çətinliyi ilə üzləşdiyi  şəraitdə olduqca böyük əhəmiyyət kəsb edir, 
xüsusilə paytaxt kitabxanalarının yeni ədəbiyyatla zənginləşməsinə 
müsbət təsir göstərir. 
Müstəqillik illərində respublikamızın ayrı-ayrı elm və  mədəniyyət 
mərkəzlərində, təhsil kitabxanalarında yeni kitabların təqdimat 
mərasimlərinin keçirilməsi və bu mərasimlərin kütləvi informasiya 
vasitələrində geniş işıqlandırılması kitab təbliğinin yeni və ən mütərəqqi 
forması kimi diqqəti cəlb edir. 
 
 
 
 
                                                 
1
 
Heydər Əliyev. Müstəqillik yollarında.-B., 1997. III cild.-S.401. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə