50
ƏDƏBİYYAT
1.
Baxşəliyev Adil. Güney Azərbaycan şəhərlərinin mədəni həyatı səyyah gündəliklərində (XVI-
XVII yüzilliklər). Bakı: Elm, 2003, 181 s.
2.
Адам Олеарий. Подробное описание путешествия Голштинского посольства в Москoвию
и Персию в 1633, 1636 и 1639 годах. Пер. с немец. П.Барсова, М.: 1870, 1033 c.
3.
Çelebi Evliya. Seyahatnamesi, c.II, İstanbul: 1314, 466 s.
4.
Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 300 s.
5.
Səfərnameha-ye Venezi dər İran. Tərcome-ye dər doctor Mənuçehr Əmiri, Tehran: 1349, 450 s.
6.
Səfərname-ye Taverniye. Tərcome-ye Əbuturab Nuri, İsfahan: 1336, 719 s.
7.
Səfərname-ye Şarden. Tərcome-ye Məhəmməd Abbasi, c.II, Tehran: 1335, 510 s.
8.
Onullahi S.M. XIII – XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: Elm, 1982, 279 s.
9.
Səfərname-ye Karerri. Tərcome-ye doctor Abbas Naxçivani və Əbdüləli Kərəng, Təbriz: 1348,
206 s.
10.
Məmmədov S., Mirzəyev E. Azərbaycan Səfəvi dövləti (XVI-XVII). Bakı: ADPU, 2016, 200 s.
РЕЗЮМЕ
ГОРОД ТАБРИЗ В РАБОТАХ ЕВРОПЕЙСКИХ АВТОРОВ
(в XVI-XVII веке)
Бахшалиев A.Б.
Ключевые слова: Тебриз, европейские путешественники, XVI - XVIІ века, Жан Шарден
В статье исследуется история города Тебриз на основе изучения письменных источников
XVI – XVII веков. Описано отношениие к имеющимся в специальной литературе различным
мнениям о названии города Тебриз.
SUMMARY
TABRIZ CITY IN THE WORKS OF EUROPEAN AUTHORS
(in the XVI-XVII centuries)
Bakhshaliyev A.B.
Key words: Tabriz, European travelers, XVI - XVII centuries, Jan Sharden
In the paper history of Tabriz is investigated on the basis of written sources of XVI-XVII centuries.
Attitude to various opinions in special literature about the name of Tabriz city is illustrated.
Daxilolma tarixi:
İlkin variant
12.07.2017
Son variant
27.09.2017
Təbriz şəhəri Avropa müəlliflərinin əsərlərində (XVI – XVII əsrlər)
51
UOT 369.04
AZƏRBAYCAN RESPUBLİKASINDA PENSİYA İSLAHATI
KONSEPSİYASININ MAHİYYƏTİ VƏ ƏSAS MÜDDƏALARI
RZAQULİYEVA SƏVVARƏ DÖVLƏT qızı
BÜNYADOV ZAHİD VAHAB oğlu
MURADOVA KÖNÜL VAQİF qızı
Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-baş müəllim, 3-müəllim
e-mail: bunyadov82@mail.ru
Açar sözlər: sosial, pensiya, müdafiə, islahat, dövlət
Sosial müdafiə sistemində pensiya təminatı mühüm yer tutur. Pensiya (pensio) latın sözü
olub, mənası “ödəmə” deməkdir. Bu sahənin mütəxəssislərinin pensiyaya verdikləri təriflər
mahiyyət etibarilə bir-birindən o qədər də fərqlənmir, demək olar ki, eyni məna kəsb edir. Məsələn:
iqtisadi ensiklopediyada pensiyaya aşağıdakı kimi tərif verilir: pensiya mövcud qanunvericiliyə
uyğun olaraq, pensiya yaşına çatdıqda, əlil olduqda, ailə başçısını itirdikdə vətəndaşlara verilən
aylıq pul ödəmələridir. Bu tərifdə pensiya anlayışının mahiyyəti tamamilə açıqlanmır. Belə ki,
burada pensiya müəyyən yaş həddinə çatdıqda, əlillik və ailə başçısının itirilməsi hallarına görə
verilən aylıq pul ödəməsi kimi dəyərləndirilir.
Tədqiqatçı M.N.Əliyevin pensiya hüququnun problemlərinə dair araşdırmalarında göstərilir
ki, pensiya vətəndaşlara qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, əlil olduqda, ailə başçısını
itirdikdə, həm də uzunmüddətli müəyyən peşə fəaliyyəti ilə bağlı olaraq əmək qabiliyyəti olmayan
şəxslərin maddi təminatı üçün Dövlət Büdcəsindən və büdcədənkənar xüsusi fondlardan verilən
aylıq pul ödəməsidir [1, 58]. Bu vəsaitlər böyük sosial transfert rolunu oynayır. Lakin bütün
pensiyalar sosial transfert deyildir. Sosial transfertlər milli və yerli büdcədən, büdcədənkənar sosial
fondlardan, həmçinin ictimai təşkilatların vəsaitlərindən əhaliyə pul və natural formada verilən
ödəmələrdir. Pensiya təminatının bir sıra xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər bu sahədə
radikal, birmərhələli islahatların həyata keçirilməsini istisna edir. Bu islahatlarla hamının
mənafeyini, istəklərini tam təmin etmək elə də asan deyildir. Digər tərəfdən pensiyaçıların və
pensiyaya çıxmaq istəyənlərin əmək fəaliyyətinin, iş stajının müəyyən hissəsi sovet dövrünə,
müstəqilliyin ilk illərinə, keçid dövrünə təsadüf edib və bu dövrdə də əməkhaqları eyni cür olmayıb,
bəzən onların nominal dəyəri artsa da, real dəyəri əksinə olub. Bütün qeyd olunanlar bir daha
göstərir ki, pensiya islahatları mükəmməl qanunvericilik aktlarına söykənməli, hüquqi cəhətdən
dəqiq tənzimlənməlidir. Ən nəhayət, pensiya islahatlarının həyata keçirilməsi üçün güclü iqtisadi
əsaslar, maliyyə təminatları olmalıdır. Böyük öndər Heydər Əliyevin neft strategiyasının
gerçəkləşməsi bu islahatlar üçün əlverişli maliyyə təminatını yaratmışdır.
Pensiya təminatı sahəsində həyata keçirilən islahatların qanunvericilik bazası aşağıdakı
inkişaf yolunu keçmişdir. Pensiya islahatlarının hüquqi əsasını Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 17 iyul tarixli 767 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında Pensiya İslahatı Konsepsiyası” təşkil edir [2, 250]. Bu konsepsiya 2001-2005-ci
illəri əhatə etməklə pensiya təminatı sahəsində, bütövlükdə sosial müdafiə sisteminin bir sıra
problemlərinin həlli üzrə mexanizmlərin yaradılmasını nəzərdə tuturdu. Buraya aiddir:
1. Sosial sığorta və pensiya təminatı sahəsində vahid dövlət orqanının formalaşdırılması.
Sosial sığorta haqlarının toplanması ilə bir qurumun, sosial sığorta haqları hesabına
maliyyələşdirilən pensiya və müavinətlərin təyin edilməsi və ödənilməsi ilə başqa bir qurumun
məşğul olması bir sıra sosial problemlər yaradırdı. Bu da sığorta-pensiya sistemində
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017