Xəbər bülleteni №12


Ramiz Mehdiyev: “Marionetka statusu istisna edilir”



Yüklə 0,53 Mb.
səhifə4/5
tarix08.10.2017
ölçüsü0,53 Mb.
1   2   3   4   5

Ramiz Mehdiyev: “Marionetka statusu istisna edilir”


29.10.2015

ramiz mehdiyev 1AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Dünya nizamından “nizamsızlığa” doğru” məqaləsini yayıb. Transparency.az-ın məlumatına görə, Ramiz Mehdiyev yazır ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafda sıçrayış edib: “Bu gün ölkəmiz Dünya İqtisadi Forumunun rəqabətə davamlılıq reytinqində 140 ölkə arasında 40-cı yeri tutur və MDB ölkələri arasında liderdir. Elektron hökumətin tətbiqi sahəsində BMT-nin apardığı sorğuda Azərbaycan 68-ci yeri tutur. Liberal ideoloqlar dünya ictimaiyyətinə daim deyirlər ki, iqtisadi inkişaf yalnız demokratiyanın mövcud olması və hüquqlara riayət edilməsi şərti ilə mümkündür. Lakin bu halda onlar dolayısı ilə etiraf edirlər ki, demokratik təsisatlara təzyiq göstərildiyi şəraitdə iqtisadiyyatda bu qədər sanballı uğurlar qazanmaq qeyri-mümkündür.

İnkişafın Azərbaycan modeli iqtisadi və siyasi sistemlərin paralel inkişafını nəzərdə tutur. Hazırda Azərbaycan İKT indeksinə görə Cənubi Qafqazın digər ölkələrini inamla qabaqlayaraq dünyada 64-cü yeri tutur. Son beş ildə ölkədə internet bazarının həcmi dörd dəfə genişlənib. On ildə internet istifadəçilərinin sayı 10 dəfədən çox artıb. Ölkədə müstəqil medialar açılmasına və onların sərbəst fəaliyyətinə məhdudiyyət yoxdur, arzu edən hər kəs üçün sosial şəbəkələr açıqdır. Hətta Qərb ölkələrinin suveren dövlətlərdə iğtişaşlar və çevrilişlər təşkil olunması üçün geniş istifadə etdikləri “Facebook” və “Twitter” şəbəkələri də bizdə hamı üçün əlyetərlidir. Lakin Avropada bizi çox vaxt qeyri-demokratiklikdə və öz fikrini müstəqil ifadə etmək imkanlarının, internet azadlıqlarının olmamasında ittiham edirlər. Əgər bunlar doğru olsaydı, bu platformalar bağlanardı. Onlardan Qərbi qane etməyən rejimləri devirmək məqsədilə istifadə edilməsi isə hamıya çoxdan məlumdur.

Reallıq göstərir ki, Azərbaycan demokratik dövlətdir, burada vətəndaşların bütün hüquqları, o cümlədən söz azadlığı təmin edilir. Demokratik islahatlarla yanaşı institusional islahatların həyata keçirilməsi də davam edir. “ASAN xidmət”in yaradılmasından məqsəd dövlət xidmətlərinin keyfiyyətini və maliyyə şəffaflığını yaxşılaşdırmaqdır. Bu xidmət Qərb ölkələrinin və Qərb təsisatlarının çoxuna nümayiş etdirib ki, Azərbaycan kimi gənc demokratik ölkə qısa müddətdə vətəndaşlara xidmətlər təqdim edilməsinin forma və mexanizmlərinin yaxşılaşdırılması məsələlərində Avropa ölkələrinin çoxu üçün standarta çevrilə biləcək müxtəlif profilli dövlət servisi yaratmağa nail olub. Bunu müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmi şəxsləri də özlərinin hesabatlarında və bəyanatlarında təsdiq edirlər.

Azərbaycanda artıq 5 milyona yaxın insan “ASAN xidmət”lərdən istifadə edib. Bu fakt özlüyündə aparılmış islahatın uğurlu olmasına dəlalət edir. 2015-ci ildə “ASAN” BMT-nin dövlət xidmətlərinin təqdim edilməsi sahəsində mükafatına layiq görülüb. Bu da ölkəmizin 94 həmin sahədə uğurlarının BMT-də etiraf olunmasına sübutdur. Bu ilin sentyabr ayında Prezident İlham Əliyev sosial problemlərin həllinə, savadsızlığın, yoxsulluğun aradan qaldırılmasına, “Minilliyin məqsədləri”nin yerinə yetirilməsinə görə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif edilib. Bu fakt bir daha təsdiq edir ki, sosial-iqtisadi problemlərin həlli sahəsində bizim uğurlarımız beynəlxalq birlikdə etiraf edilir.

Buna baxmayaraq Avropadakı bəzi dairələr Azərbaycanın hətta bu cür sanballı uğurlarını da inadkarlıqla görməməyə çalışırlar. Ölkəmizin inadkar tənqidçilərinə bunu xatırlatmaq artıq olmazdı ki, Azərbaycan ölkədə demokratiya qurmağa yalnız iyirmi beş il bundan əvvəl başlayıb. Ölkəmizin müstəqillik, demokratikləşmə və hüquqi cəmiyyət qurulması yoluna inamla qədəm qoyduğu vaxtdan o qədər də çox keçməyib. Gəlin, Fransa, Almaniya və Britaniyanın demokratik dövlətlərə çevrilməsi, bu yola çıxmaları üçün onlara neçə əsr lazım gəldiyini yada salaq. Biz isə bu yolun yalnız başlanğıcında olduğumuz halda həqiqətən möhtəşəm sıçrayış etmişik”.

Prezident Administrasiyasının rəhbəri qeyd edir ki, Avropa inteqrasiyasında islahat ümdə zərurətə çevrilib: “Daxili və xarici problemlərin həllində Avropa İttifaqının beynəlxalq münasibətlərin aktoru kimi səmərəsiz olduğunu göstərən çoxsaylı nümunələr bu qurumun staqnasiyasını və inteqrasiya prosesində deqradasiyanın başlanmasını nümayiş etdirir. Digər tərəfdən islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı keçirir. Avropa İttifaqı və digər Avropa təsisatlarının hər yerdə ikili standartlar siyasəti tətbiq etməsi Aİ-yə etimadı azaldan amilə çevrilib. Beynəlxalq siyasətin subyekti kimi onun nüfuzunun azalması təkzibedilməz fakt olub”.

Sonda Ramiz Mehdiyev yazır ki, Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır: “Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir”.

Məqalənin tam mətni

Gömrükdə yeni qaydaların detalları

29.10.2015



gomruk 1Azərbaycan prezidentinin gömrük sahəsində nəzarəti yüngülləşdirən 22 oktyabr fərmanına görə, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2 min dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər. Əvvəlki qaydaya əsasən, ölkə vətəndaşları xaricdən 1500 dollarlıq malı ödənişsiz gətirə bilərdilər.

Fins.az saytı gömrükdə yeni qaydaları şərh edib. Şərhdə qeyd olunur ki, yeni qaydalar xaricdən ölkəyə ən müxtəlif malların ödənişsiz gətirilməsinə şərait yaradır: “Bu qərardan sonra indiyədək vergisiz gətirilməsi mümkün olmayan mallar da ödənişsiz gətirilə biləcək. Məsələn, mebel dəstləri, kompüterlər və digər elektron cihazlar, fotoaparatlar, kameralar, xəz geyimləri, məişət texnikası. Bu əşyaların qiyməti adətən 1500 ABŞ dollarından yüksək olduğuna görə indiyədək onları ölkəyə gətirmək üçün rüsum ödəmək lazım gəlirdi, bəzi hallarda isə vətəndaşlar bu rüsumları da nəzərə alaraq malın baha başa gəldiyini hesablayır və onları xaricdən gətirmək fikrindən daşınırdı. İndi isə qiyməti 10 min manata qədər olan bütün əşyaları – avtomobillər və aksizli məhsullardan başqa – ödənişsiz gətirmək mümkün olacaq.

Amma məbləğin artması ilə məsələ bitmir. Xaricdən gələn vətəndaşı ödənişsiz buraxmaq üçün onun özü ilə gətirdiyi malların doğrudan da şəxsi istifadə üçün lazım olduğu müəyyənləşməlidir. Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, gətirilən malların şəxsi istifadə üçün lazım olması Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarına əsasən müəyyən edilir. Həmin qərara əsasən, gömrük sərhədindən gətirilən malların təyinatı müəyyən ediləndə fiziki şəxsin səfərinin bütün halları nəzərə alınır, malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün gətirildiyi yəqinləşdirilir, onların xassələri və miqdarı nəzərə alınır. Bundan başqa mal gətirən şəxsin sərhəddən mal keçirməsinin mütəmadiliyi də nəzərə alınır. Yəni dəqiqləşdirilir ki, bu şəxs nə qədər tez-tez mal gətirir. Gətirilən malın doğrudan da şəxsi istifadə üçün nəzərdə tutulduğu dəqiqləşəndən sonra onların ödənişsiz ölkəyə buraxılmasına icazə verilir.

Nazirlər Kabinetinin adı çəkilən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı bu güzəştli qaydada, yəni ödənişsiz gətirə bilər. Dövlət Gömrük Komitəsi bildirir ki, bu əşyalar müxtəlif ola bilər – məsələn, iki kostyum və ya iki digər geyim, cihaz və s. Amma yaxın vaxtlarda bu qaydaların da dəyişməsi gözlənir. Prezidentin 22 oktyabr fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində normativ hüquqi aktlarını fərmana uyğunlaşdırsın. Deməli, 305 saylı qərara da dəyişiklik ediləcək.

Xaricdən mal gətirənlər bəzi nüansları nəzərə almalı olacaqlar. Birincisi, gətirilən malın qiymətini göstərən sənədin olması vacibdir. Bu – mağazada verilən qəbz, alğı-satqı müqaviləsi, ümumiyyətlə pulun ödənilməsini təsdiq edən sənədlər ola bilər. Gömrük orqanları malın qiymətini məhz belə müəyyən edirlər.

İkincisi, mal gətirənlər nəzərə almalıdırlar ki, malın üstündəki və ya qəbzdəki qiymət malın gömrük dəyəri sayılmır. Gömrük dəyəri dedikdə malın təkcə alış qiyməti yox, onun Azərbaycan sərhədinədək çatdırılması üçün çəkilən xərclərin məcmusu başa düşülür. Məsələn, biz Türkiyədən, İstanbuldan 5 min manata mebel dəsti alıb Azərbaycana gətirmək istəyirik. Təbii ki, onun daşınması üçün yük avtomobilinə vəsait (tutaq ki, 500 manat) ödənilir, üstəlik, mal yolda baş verə biləcək hadisələrdən sığortalanır (tutaq ki, 50 manat) ödənilir. Belə olanda Azərbaycanın sərhədində malın gömrük dəyəri 5 min manat yox, 5 min 550 manat (5 min manat + 500 manat + 50 manat) olacaq”.

Ötən ay ən ucuz mənzil Xırdalanda, ən bahası Nəsimi rayonunda qeydə alınıb

29.10.2015



xirdalan“MBA Group” konsaltinq şirkəti Bakıda yeni tikilən yaşayış binalarındakı mənzillərin sentyabr ayında qeydə alınmış qiymətlərini araşdırıb. Şirkətdən Transparency.az-a verilən məlumata görə, ən aşağı qiymət Xırdalanda ümumi sahəsi 104 kvadratmetr olan 2 otaqlı mənzildə qeydə alınıb: bir kvadratmetrə 400 dollar istəyiblər.

Ən bahalı mənzil isə Nəsimi rayonunda təklif edilib. Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında 264 kvadratmetr sahəsi olan 5 otaqlı tam təmirsiz mənzilin kvadratmetrinin ilkin qiyməti 3200 dollar göstərilib.

Avropa İttifaqının Belarus sanksiyaları dayandırıldı

29.10.2015



belarusAvropa İttifaqı Belarusun 170 vətəndaşına sanksiyaları dörd aylığa dayandırıb. Novator.az xəbər verir ki, qərar 3 hüquqi şəxsə də şamil olunub.

Bir neçə ildir tətbiq olunan sanksiyalar Belarusda demokratiyanın boğulmasına görə məsuliyyət daşıyan hakimiyyət mənsublarının Avropa İttifaqının 28 ölkəsinə girişinə qadağanı, həmin şəxslərin Avropa İttifaqı zonasındakı hesablarının dondurulmasını nəzərdə tutur.

Son vaxtlar Belarusda 6 siyasi məhbus əfv olunub. Bu amil, eləcə də rəsmi Minskin Rusiya ilə Ukrayna arasında münaqişəsinin dinc yolla həllində fəallığı Avropa İttifaqının bu ölkəyə münasibətini yumşaldıb.

Mərkəzi hakimiyyət orqanları rəhbərlərinin noyabr ayında qəbul cədvəli

29.10.2015

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin noyabr ayında şəhər və rayonlarda vətəndaşları hansı gün qəbul edəcəyi acılanıb.

CƏDVƏL


Səlim Müslümov əmək nazirlərinin beynəlxalq konfransında çıxış edib

29.10.2015



selim muslumov 1
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İndoneziya paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransında çıxış edib. O, Azərbaycan hökumətinin əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, məşğulluğun artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində məqsədyönlü tədbirləri davam etdirdiyini vurğulayıb: “Son 12 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 180 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dollara çatıb. Ölkədə 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb və işsizliyin səviyyəsi 4,9 faizə, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5 faizə enib”.

Nazir deyib ki, qlobal iqtisadi və maliyyə böhranı, həmçinin son dövrlərdə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi kimi faktorlar bir çox ölkələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatının enerji resursları ixrac edən üzv dövlətləri üçün müəyyən risklər yaradıb: “Belə şəraitdə hər bir dövlətin məqsədi ən azı öz iqtisadiyyatını baş verən mənfi proseslərin təsirindən qorumaq, yaxşı halda isə yaranmış çağırışları imkana çevirməkdir. Azərbaycan Respublikası da yaranmış yeni vəziyyəti nəzərə alaraq çevik və innovativ siyasətə xüsusi önəm verir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi, həmçinin islahatlar vasitəsilə makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həyata keçirilir”.

Səlim Müslümov Ermənistanın hərbi təcavüzünün ölkənin iqtisadi-sosial inkişafına böyük maneə törətdiyini diqqətə çatdırıb: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb”.

Xəbəri Transparency.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Çin hökuməti ailədə 1 uşaq siyasətindən imtina etdi

29.10.2015



chin - ushaq 1Çin hökuməti ailədə 1 uşaq siyasətindən imtina edib. Transparency.az-ın məlumatına görə, hakim Kommunist Partiyası oktyabrın 29-da belə rəsmi bəyanat yayıb.

1980-ci illərdən bəri əhalinin sürətli artımını cilovlamaq üçün tətbiq olunan ailədə 1 uşaq formulu ölkənin iqtisadiyyatına mənfi təsir edir. 2014-cü ildə əhalinin əməkqabiliyyətli hissəsinin son 20 ildə ilk dəfə azaldığı bəlli olub.

Hakimiyyət ailədə 1 uşaq siyasətindən imtina ilə uşaq doğumunu ildə 2 milyon nəfər artırmağı düşünür.

Moldova parlamenti baş naziri istefaya göndərdi

29.10.2015

moldova parlamenti
Oktyabrın 29-da Moldova parlamenti baş nazir Valeri Streletsə etimadsızlıq göstərib. Novator.az xəbər verir ki, baş naziri istefaya göndərmək üçün 51 səs lazım olub, amma qərar layihəsini daha çox deputat – 65 nəfər dəstəkləyib.

Sentyabrın 25-dən paytaxt Kişinyovda hökumət əleyhinə davamlı mitinq və piketlər keçirilir. Aksiyaçılar kommersiya banklarında 1 milyard avronun batmasında hökuməti təqsirli bilir, istefa tələb edirlər.

45 yaşlı Valeri Strelets Liberal Demokrat Partiyasının sədr əvəzidir, bu il iyulun 30-da baş nazir təyin olunmuşdu.

MSK Müsavatın seçkidən imtina müraciətini təmin etməyib

30.10.2015

msk yeniMərkəzi Seçki Komissiyası oktyabrın 29-da Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı və başqanı Arif Hacılının yazılı müraciətinə baxıb. Müraciətdə partiyanın 1 noyabr parlament seçkisində iştirakını dayandırdığı bildirilib, qeydə alınmış namizədlərinin bu statusdan imtinası barədə ərizələrinin dairə seçki komissiyalarında qəbul edilməsinə şərait yaradılması, habelə seçkinin təxirə salınaraq 4 ay sonraya təyin olunması xahiş olunub.

MSK-nın bununla bağlı qərarında deyilir ki, Seçki Məcəlləsinə əsasən, siyasi partiya səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir: “Müsavat Partiyası seçkidə iştirakdan imtina ilə bağlı qərarını səsvermə gününə azı 10 gün qalmışadək qəbul etməli olduğu halda bunu səsverməyə 3 gün qalmış edib, habelə namizədlərin geri çağırılması ilə bağlı özü bilavasitə dairə seçki komissiyalarına müraciət etməli olduğu halda həmin məsələni namizədlərin mülahizəsinə buraxmaqla qanunvericiliyin tələblərinə əməl etməyib.

Seçkinin 4 ay müddətə təxirə salınması ilə əlaqədar məsələyə gəldikdə isə qeyd edilməlidir ki, seçki qanunvericiliyində iddia edilən müddətdə seçkilərin təxirə salınmasının mümkünlüyü nəzərdə tutulmayıb. Seçkilər yalnız qanunla müəyyən olunmuş müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədilə müvafiq seçki dairəsi üzrə 2 ay müddətinə, səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, ən geci 3 ay müddətinə təxirə salına bilər”.

Transparency.az xəbər verir ki, MSK Gülağa Aslanlının və Arif Hacılının müraciətini təmin etməyib, məsələ ilə bağlı bəyanat da yayıb. Bəyanatda deyilir ki, seçki bülletenləri poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və Müsavat Partiyasının seçkidən imtina qərarının seçkiyə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı seçkiyə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir.

Müsavat Divanı oktyabrın 28-də növbədənkənar iclas keçirərək partiyanın 1 noyabr parlament seçkisindən çıxmasına qərar verib. Qeyd olunub ki, siyasi məhbuslar həbsdən azad edilmədiyi; seçki qanunvericiliyində demokratik islahatlar aparılmadığı; seçki komissiyaları hakimiyyətin tam nəzarəti altında olduğu; namizədlər arasında ayrı-seçkiliyə yol verildiyi; Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edildiyi, namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqlar törədildiyi; bərabərhüquqlu təbliğat imkanları yaradılmadığı; namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığı; ATƏT-in müşahidə missiyası ölkəyə buraxılmadığı; müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər təyin etməsinin qarşısı qeyri-qanuni alındığı; MSK və dairə seçki komissiyaları, apellyasiya məhkəmələri və Ali Məhkəmə qanunazidd qərarlar verdikləri üçün seçkinin azad və ədalətli keçiriləcəyinə heç bir etimad qalmayıb.

Parlament seçkisi 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.

Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.

Hərbi hissədə yeni yaşayış binaları istifadəyə verilib

30.10.2015

Növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, beşmərtəbəli, hər biri 3 otaqdan ibarət 100 mənzilli binalar mərkəzləşdirilmiş istilik sisteminə qoşulub, tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub: “Ərazidə yarımstansiya, 200 kubmetr tutumlu su anbarı tikilib, binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, ölkə prezidenti, ali baş komandan Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verir: “Əmin olun ki, bu uğurun əksər hissəsi məhz sizin payınıza düşür. Qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür. Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik”

Nazir əlavə edib ki, ilin sonunadək bu hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək: “Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaq. Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, möhtərəm cənab prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq”.



achilish1

achilish3

achilish4

achilish6

Nazir: “Kim qanun pozuntusuna yol versə, dərhal işdən azad ediləcək”

30.10.2015

energetika nazirliyi
Energetika Nazirliyində kollegiya iclası keçirilib. Nazir Natiq Əliyevin sədrlik etdiyi iclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə prezidentin fərmanının icrasının təmin edilməsi məqsədilə görüləcək işlər də müzakirə olunub.

Minenergy.gov.az-ın məlumatına görə, iclasda çıxış edən Natiq Əliyev deyib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsinin həyata keçirdiyi nəzarət funksiyasından ancaq dövlətin xeyrinə istifadə olunmalıdır: “Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır. Yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlana bilər. Kim vəzifə səlahiyyətlərini aşaraq qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək işdən azad ediləcək”.

İclasda yoxlamaların aparılmasını əsaslandıran qaydaların hazırlanması məsələsi ətrafında müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

Heydər Əsədov İmişlidə və Ağdaşda fermerlərlə görüşüb

30.10.2015

Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 29-u İmişliyə baş çəkib. Agro.gov.az xəbər verir ki, Heydər Əsədov əvvəl rayon ərazisində müxtəlif əkin sahələrində istifadə edilən müasir çiləmə tipli suvarma sistemi ilə tanış olub, sonra İmişli rayon MKT İnnovasiya Mərkəzində “Aqrolizinq” ASC-dən alınan və pambıqçılıqda istifadə olunan müasir kənd təsərrüfatı texnikalarının təqdimatına qatılıb. Təqdimatda 5,2 milyon manat dəyərində 11 adda 200-ə qədər kənd təsərrüfatı texnikası nümayiş etdirilib.

Heydər Əsədov pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində çalışan fermerlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Həmin gün Heydər Əsədov Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” Fermer Təsərrüfatı MMC-nin müasir tipli heyvandarlıq kompleksi ilə tanış olub. Məlumat verilib ki, kompleksdə 1275 baş cins heyvan bəslənilir, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2500 başa çatdırılması nəzərdə tutulur. Kompleks üçün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb.

Kənd təsərrüfatı naziri kompleksin iclas zalında Ağdaş və ətraf rayonlardan olan fermerlərlə görüş keçirib, onların təkliflərini dinləyib.

nazir 1

nazir 2




Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə