Xəbər bülleteni №18


“Elmlər”in ikinci çıxışı istifadəyə verilib



Yüklə 0,63 Mb.
səhifə21/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

Elmlər”in ikinci çıxışı istifadəyə verilib


28.12.2015

Prezident İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.

İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib. Prezident yeni çıxışda yaradılan şəraitlə tanış olub.

Xəbəri AZƏRTAC yayıb.



metro - 1

metro 2

Ekspert: “İqtisadiyyat sağalmasa, manat dəyər qazanmayacaq”


28.12.2015

qubad ibadoglu.jpg 2“Manatın indiki durumunun günahı xəstə iqtisadiyyatımızdır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu açıqlamasında belə yazır.

Bu il milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. İlin əvvəlində 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi. Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəsmi kurs 1 dollara qarşı 1,55 manat olub, sonrakı günlər manatın məzənnəsi bir az da düşüb. Hazırda rəsmi kursa əsasən, 1 dollar 1,5561 manatadır.

Qubad İbadoğlu deyir ki, regionda Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ümumi daxili məhsulu (ÜDM), büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci ölkə tapmaq mümkün deyil: “Son illərdə ən böyük yanlışlıq milli iqtisadiyyatı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyən “sabun köpüyü”nün üzərində qurmaq oldu. Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır. 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gəlirlərin ÜDM-də xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda Qazaxıstanda göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub. Bu sektordan büdcəyə daxilolmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə, müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub.

Hər üç ölkənin iqtisadiyyatının ən böyük problemi sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub. Yeganə çıxış yolu hazırkı böhrandan nəticə çıxarıb milli iqtisadiyyatı islahatlar yolu ilə sağaltmaqdır. Bunun üçün ilk növbədə tələb olunan islahatları aparmaq qabiliyyətinə və proqramına malik şəffaf, hesabatlı və islahatçı komanda formalaşdırılmalıdır. Çünki indiki durumda iqtisadiyyatı idarə etmək və böhrandan çıxarmaq əvvəlki kimi neft satıb əldə edilən yüngül pulları şişirdilmiş layihələrə xərcləmək qədər asan deyil. Başqa alternativimiz qalmayıb. Əgər iqtisadiyyat sağalmasa, manat bundan sonra dəyər qazanmayacaq”.


Bu il Rusiyada 12,1% inflyasiya gedib


28.12.2015

inflyasiya
Dekabrın 28-də Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkədəki inflyasiya ilə bağlı açıqlama yayıb. Novator.az xəbər verir ki, nazirliyin aylıq monitorinqinin nəticələrinə görə, ilin əvvəlindən Rusiyada 12,1% inflyasiya gedib. Noyabr ayında istehlak inflyasiyası 0,8%-dək artıb. Sentyabrda artım 0,6%, oktyabrda 0,7% təşkil edib.

Məlumata görə, neftin qiymətinin düşməsi fonunda rublun zəifləməsi və ərzağa qoyulan embarqo səbəbindən dekabr ayında inflyasiya yenə artacaq.


Nazirlik ilkin əlilliyi ələkdən keçirir: 20 faiz azalma var


28.12.2015

emek nazirliyiÖlkədə əlilliyin kəskin azalması müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Transparency.az-a bu haqda məlumat verərək bildirir ki, qurumda ilkin əlillik təyinatı ilə bağlı yaradılmış səyyar komissiyaların fəaliyyəti müsbət nəticələrə gətirib.

Dekabrın 1-dən 25-dək zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) ilkin əlillik təyinatı üçün müraciət edən vətəndaşlar səyyar komissiyalarda müayinə edilib. 2941 nəfər vətəndaşdan yalnız 61,8 faizinə və ya 1787 nəfərinə ilkin əlilliyin təyin olunması barədə qərar qəbul edilib. İlkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti ötən ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.

Əlillik müayinəsi aparılmış vətəndaşlar bu müayinənin nəticələrinə dair məlumatları nazirliyin “Elektron hökumət” üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyalarının keçirdiyi müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə də əldə edə bilər.

Nazirlikdən verilən məlumatda bildirilir ki, prezidentin 14 sentyabr 2015-ci il fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması işləri başa çatır. Əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının azaldılmasına və sahənin tam şəffaflaşdırılmasına xidmət edəcək sistemin növbəti ilin əvvəlindən tətbiqi nəzərdə tutulur.


Nardaranda işlər necə gedir?


28.12.2015

Bakının Nardaran qəsəbəsində abadlaşdırma, sosial-mədəni infrastrukturun yenilənməsi işləri ilə bağlı açıqlama yayılıb. Transparency.az “Azəryolservis” ASC-yə istinadla bildirir ki, ilkin olaraq qəsəbənin Abşeron küçəsində yenidənqurma işləri aparılır: “Təmir aparılan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işləri aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir. Paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətləri (su, qaz, kanalizasiya) çəkilir. Yenidənqurmadan sonra Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Analoji işlər Nəsrulla Əsgərov küçəsində də aparılacaq. Küçənin uzunluğu 780 metr, ortalama eni isə 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçədə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağı salınacaq”.

nardaran

nardaran 1

nardaran 2


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə