Xəbər bülleteni №18


Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü nə yerdədir? (Rəsmi)



Yüklə 0,63 Mb.
səhifə18/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü nə yerdədir? (Rəsmi)


25.12.2015

wto public forum 2010Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü ilə bağlı aparılan danışıqlar nə yerdədir? Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a və bir sıra digər informasiya agentliyinə 2015-ci ilin yekunları ilə bağlı müsahibəsində bu suala cavab verərkən deyib ki, Azərbaycanın DTT-yə üzv olması üçün çoxtərəfli danışıqlar davam etdirilir: “Azərbaycan üzrə DTT Katibliyində yaradılmış işçi qrupunun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən işçi qrupunun iclasları ardıcıl olaraq keçirilir. Azərbaycanın DTT-yə üzvlüyü ilə bağlı sonuncu, 12-ci iclas 2015-ci il martın 6-da İsveçrənin Cenevrə şəhərində olub. İclasda ölkənin son sosial-iqtisadi göstəriciləri haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb. İşçi qrupunun 11-ci iclasından sonra bir sıra üzv ölkələrdən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilib. Həmçinin üzv ölkələr Azərbaycan üzrə işçi qrupunun hesabat layihəsinin bölmələrinə dair suallar verib və həmin suallar cavablandırılıb. Görüşün nəticəsi olaraq üzv ölkələr bir sıra sual və şərhlərini Azərbaycan tərəfinə ünvanlayıb, təkliflər verib və müvafiq sənədləri sorğu ediblər.

Çoxtərəfli danışıqlarla yanaşı Azərbaycan Respublikası DTT-yə üzv olma prosesində 19 dövlətlə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın əmtəə və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Beləliklə, Azərbaycanın DTT-yə üzv olma prosesi çərçivəsində ikitərəfli danışıqların başa çatdırılması haqqında imzaladığı protokolların sayı 5-ə çatıb. Qeyd etmək lazımdır ki, imzalanmış protokollarda Azərbaycanın maraqları tam təmin edilib. İkitərəfli müraciətlər əsasında mütəmadi olaraq mallar və xidmətlər sahəsində təhlillər aparılır. Sonuncu dəfə ikitərəfli danışıqlar 2015-ci il martın 3-6-da Cenevrədə ABŞ, Norveç, İsveçrə və Yaponiya ilə mallar və xidmətlər üzrə keçirilib”.

Azərbaycanda qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması prosesinin də davam etdirildiyini söyləyən Elmar Məmmədyarov daha sonra vurğulayıb: “Üzv ölkələrin öz tələbləri var, bu təkliflər bir çox halda bizi qane etmir. İstəyimiz Azərbaycan üçün ən məqbul olan şərtlərin təqdim edilməsidir. Bizim üçün zaman vacib deyil, vacib olan odur ki, şərtlər ölkəmizə, qeyri-neft sektoruna heç bir xələl gətirməsin. Bizim məqsədimiz əvvəlcə iqtisadiyyatımızın şaxələndirilməsi, sonra isə üzvlük məsələsinin yekunlaşdırılmasından ibarətdir”.

Dünya Ticarət Təşkilatının əsası 1947-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişlə qoyulub. 1995-ci il yanvarın 1-dən beynəlxalq təşkilat sayılan DTT-nin hazırda 160-dan çox üzvü var. Təşkilatın baş ofisi Cenevrədə yerləşir.

2016-cı ilin bayram günləri


25.12.2015

Transparency.az/cnews 2016-cı ilin dövlət bayramları ilə bağlı arayış hazırlayıb.

2016-nın ilk cümə və şənbə günləri – yanvarın 1-i və 2-si Yeni il bayramıdır. Yanvarın 2-si istirahət gününə düşdüyü üçün yanvarın 4-ü də (bazar ertəsi) qeyri-iş günü olacaq.

Martın 8-i – Qadınlar Günü gələn il çərşənbə axşamına düşür. 20-24 mart (bazardan cümə axşamınadək) Novruz bayramıdır. Martın 20-si istirahət gününə düşür, ona görə martın 25-i (cümə) əlavə istirahət günü sayılacaq.

Mayın 9-da qeyd olunan Qələbə Günü gələn il həftənin bazar ertəsinə düşür. Mayın 28-i – Respublika Günü gələn il şənbəyə düşdüyündən mayın 30-u (bazar ertəsi) qeyri-iş günüdür.

Milli Qurtuluş Günü iyunun 15-i – çərşənbə günü qeyd ediləcək. Silahlı Qüvvələr Günü – iyunun 26-sı bazara təsadüf etdiyindən iyunun 27-si (bazar ertəsi) əlavə istirahət günü olur.

Ramazan bayramı gələn il iyulun 6-sı və 7-də – çərşənbə və cümə axşamı günləri qeyd ediləcək.

12, 13 sentyabra düşən Qurban bayramı bazar ertəsi və çərşənbə axşamına təsadüf edir.

Dövlət Bayrağı Günü – 9 noyabr gələn il çərşənbə gününə düşür.

2016-cı ilin sonuncu bayram günü – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dekabrın 31-də (şənbə) qeyd olunacaq.

İş günü sayılan bayramlara gəlincə, Dövlət Müstəqilliyi Günü (18 oktyabr) gələn il çərşənbəyə, Konstitusiya Günü (12 noyabr) bazara, Milli Dirçəliş Günü (17 noyabr) cüməyə düşür.

Prezident baş nazir postuna namizədi təsdiqlədi


25.12.2015

gurcu - bayraqNovator.az xəbər verir ki, dekabrın 25-də Gürcüstan prezidenti Georgi Margvelaşvili xarici işlər naziri səlahiyyətlərinin icraçısı Georgi Kvirikaşvilinin baş nazir postuna namizədliyini təsdiqləyib.

Georgi Kvirikaşvilinin namizədliyini Gürcüstan parlamentində çoxluğa sahib olan Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası dekabrın 25-də irəli sürüb.

Gürcüstan hökuməti dekabrın 23-də tam tərkibdə istefaya gedib. Bu, İrakli Qaribaşvilinin baş nazir kürsüsünü tərk etməsi ilə bağlıdır. Qaribaşvili istefasının səbəblərini açıqlamayıb.

Gənclər və idman naziri ilin yekunlarını açıqlayıb


25.12.2015

azad rehimov 1
Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunları ilə bağlı hesabat verib. Transparency.az-ın məlumatına görə, hesabatda bildirilir ki, il ərzində gənclərlə iş sahəsində 91 tədbir keçirilib, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə ölkədə qəbul edilib.

2015-ci ildə ölkədə fəaliyyət göstərən federasiyalarla birlikdə 200-dən çox respublika turniri, 46 beynəlxalq yarış keçirilib.

İl ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda — Dünya və Avropa çempionatları, kubok yarışlarında 321 qızıl, 222 gümüş və 280 bürünc, ümumilikdə isə 823 medal qazanılıb. 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-olimpiya idman növlərində əldə edilib.

Paytaxtda 12-28 iyunda keçirilmiş Avropa Oyunlarının mərasim və yarışlarını izləmək üçün 650 minə yaxın bilet alınıb. Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanıb.

Oyunlara 12 min 500 nəfərdən artıq gənc əməliyyat könüllüsü, 4 mindən artıq gənc isə mərasimlərdə iştirak edən könüllü kimi qatılıb. Bununla yanaşı dünyanın 107 ölkəsindən oyunlarda könüllü kimi iştirak etmək üçün müraciət olunub, 55 ölkədən 400-ə yaxın könüllü proseslərə cəlb edilib.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə