Xəbər bülleteni №18


Prezident: “Sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq”



Yüklə 0,63 Mb.
səhifə16/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

Prezident: “Sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq”


24.12.2015

bina 3“Gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq”. AZƏRTAC xəbər verir ki, dekabrın 24-ü Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır: “Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir.

Bununla bərabər əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq.

Bu yaxınlarda prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına görə 10 milyon manat əlavə vəsait ayrılıb. Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın.

Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıb. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var”.


Dollar üzüyuxarı gedir


25.12.2015

philippines-economy-forexDekabrın 25-də Azərbaycan manatı yenə ucuzlaşıb. Transparency.az bildirir ki, Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5540 manatadır. Avronun rəsmi kursu isə dekabrın 25-də 1,7043 manat həcmində qərar tutub (Məzənnələr).

Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəsmi kurs 1 dollara qarşı 1,5500 manat olub, sonrakı günlər manatın məzənnəsi bir az da düşüb.

Bu ilin əvvəlinədək 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi.

Şadlıq sarayı və restoranlarda musiqi xidməti sərt vergi nəzarətinə götürülür


25.12.2015

mikrofon 1Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Nazirliyin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov görüşdə Vergi Məcəlləsinə dəyişikliklər barədə məlumat verib. O deyib ki, 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ veriləcək: “Ticarət dövriyyəsi 200 min manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət və əmlak vergilərini dövlət büdcəsinə ödəməlidirlər”.

Taxes.gov.az-ın məlumatına görə, görüşdə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi ilə bağlı təlimatlar verilib. İctimai iaşə obyektlərinin sahiblərinə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyat kitabı təqdim edilib. Şadlıq sarayları, restoranlar və bu kimi digər obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslər hər dəfə bu kitabda özləri barədə tələb olunan məlumatları, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), çıxış etdiyi tarixi, çıxışa başladığı və çıxışını qurtardığı vaxtı, göstərdiyi xidmət müqabilində aldığı məbləği qeyd etməli və bunlar həm xidmətin göstərildiyi obyektin nümayəndəsinin, həm də xidmət göstərən şəxslərin imzaları ilə təsdiqlənməlidir.


Sahibkarlığa Kömək Milli Fondu 2015-ci ilə 248,5 milyon manatla yekun vurdu


25.12.2015

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu dekabrın 24-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun sayılan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

90-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, dam örtükləri, dəmir qapı, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ildə fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu il 5230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit ayrılıb: “Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır”.

Şirzad Abdullayev bildirib ki, 2016-cı ildə logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 21 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, çörək, un məmulatları, mebel, qapı-pəncərə, transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Xəbəri Economy.gov.az yayıb.

forum 1

forum


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə