Xəbər bülleteni №18


Dövlət Sərhəd Xidmətində illik hesabat verilib



Yüklə 0,63 Mb.
səhifə19/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

Dövlət Sərhəd Xidmətində illik hesabat verilib


25.12.2015

Dekabrın 25-də Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Qurumun mətbuat mərkəzinin məlumatına görə, hesabatda deyilir ki, 2015-cü ildə dövlət sərhədini pozan 461, sərhəd rejimi qaydalarını pozan 16 min 648 nəfər saxlanıb. Onların 55,1%-i Azərbaycan, 8,5%-i Özbəkistan, 7,6%-i İran, 4,3%-i Banqladeş, 3,9%-i Əfqanıstan, 2,6%-i Gürcüstan, 2,4%-i Moldova, 2,2%-i Rusiya, 1,7%-i Türkiyə, 1,3%-i Nigeriya, 1,3%-i Qırğızıstan, 9,1%-i digər ölkələrin vətəndaşları olub.

İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən tutulub.

2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal ələ keçib, 164 kiloqram 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

elchin quliyev 1

dsx

Dekabrın 4-də itkin düşən neftçilərdən birinin meyiti tapılıb


28.12.2015

yangin
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dekabrın 27-də Xəzər dənizinin Türkmənistan sahillərindən 60 kilometr uzaqlıqda tapılan şəxsin SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.

Dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 33-ü xilas edilib. Dekabrın 27-dək 7 nəfərin meyiti tapılmışdı.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

Manat yenə ucuzlaşdı


28.12.2015

dollar-manat 1Dekabrın 28-də Azərbaycan manatı bir qədər də ucuzlaşıb. Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5561 manatadır. Transparency.az bildirir ki, avronun rəsmi kursu 1,7079 manat həcmində qərar tutub (Məzənnələr).

Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəsmi kurs 1 dollara qarşı 1,55 manat olub, sonrakı günlər manatın məzənnəsi bir az da düşüb.

Bu ilin əvvəlinədək 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi.

Müdafiə Nazirliyi 40-dan artıq media nümayəndəsini akkreditə edib


28.12.2015

mn 1Müdafiə Nazirliyində akkreditə olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupuna akkreditə kartlarının təqdim olunması mərasimi keçirilib. Rəsmi məlumata görə, ilkin mərhələdə 10 KİV-dən təqdim edilən sənədlər əsasında 40-dan artıq media nümayəndəsi üçün akkreditə kartları hazırlanıb. Dekabrın 26-da keçirilən tədbirdə KİV nümayəndələrinə kartları müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev təqdim edib.

Jurnalistlərin cəbhə zonasında akkreditasiyası və cəbhə boyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydası bir neçə ay öncə açıqlanıb. Nazirlər Kabinetinin 14 avqust 2015-ci il qərarı ilə təsdiq edilən qaydaya əsasən, akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır.

Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən yerli KİV Müdafiə Nazirliyinə bu sənədləri təqdim edir: KİV rəhbərinin rəsmi müraciətini; təsisçi haqqında məlumatı; akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını; akkreditə olunacaq əməkdaşların 2 ədəd fotosunu; akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini; KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı.

Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV və daimi nümayəndəliyi olmayan, 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələrinin akkreditə qaydaları da sənəddə yer alır.

Qaydaya əsasən, bu hallar akkreditədən imtina edilməsi üçün əsasdır: dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə; mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə; KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 (bir) il məsuliyyətə cəlb olunduqda; “Dövlət sirri haqqında” qanunun tələblərini yerinə yetirmədikdə; əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə; kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 (bir) il müddətində inzibati məsuliyyətə cəlb edildikdə; KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə