Xəbər bülleteni №18


Vergi bəyannəmələrinin yeni formaları təsdiqlənib



Yüklə 0,63 Mb.
səhifə20/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

Vergi bəyannəmələrinin yeni formaları təsdiqlənib


28.12.2015

vn
Vergilər Nazirliyi Vergi Məcəlləsinə 7 dekabr 2015-ci ildə təsdiqlənmiş dəyişikliklərin tətbiqi üçün normativ-hüquqi sənədləri yeniləyib. Taxes.gov.az-ın məlumatına görə, nazirlik “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni,  “İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”ni, “Sadələşdirilmiş vergi bəyannaməsi”ni, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin  sadələşdirilmiş vergi bəyannaməsi”ni, onların əlavələrini və tərtib olunma qaydalarını təsdiq edib.

Təsdiqlənən digər sənədlər “Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək haqqında” və “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formalarıdır.


Dərman vasitələrinin yeni qiymətləri müəyyənləşib


28.12.2015

derman-yeniTarif (qiymət) Şurasının iclası keçirilib. İclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin əvvəlki qərarlarla təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar yeni qiymətləri müəyyənləşdirilib (Cədvəl).

Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib. 3661 dərman vasitəsinin qiymətləri qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı ildən qüvvəyə minəcək.

Economy.gov.az bildirir ki, ilin əvvəlindən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb: “Manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır”.

Beynəlxalq Valyuta Fondunun Azərbaycana da aid olan hesabatında nə deyilir?


28.12.2015

rovshan agayev yeni 01İqtisadçı ekspert Rövşən Ağayev açıqlama yayaraq Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya regionu üçün hazırladığı son (oktyabr) hesabata diqqət çəkib. Hesabatda Cənubi Qafqaz və Orta Asiya ölkələrinin 2015-ci ildə iqtisadi durumu təhlil edilir, 2016-cı ildə gözlənənlər yer alır.

Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev qeyd edir ki, 8 ölkə arasında təhsilin keyfiyyəti baxımından ən yaxşı vəziyyət Qazaxıstandadır. Ermənistan 2-ci, Gürcüstan 3-cü, Azərbaycan 4-cü yerdə gəlir. Siyahıda növbəti ölkələr Qırğızıstan, Özbəkistan və Tacikistandır.

Maliyyə xidmətlərinin təşkili sahəsində də Azərbaycan 4-cü yerdədir. Ermənistan 1-ci, Qazaxıstan 2-ci, Gürcüstan 3-cü yerdə qərarlaşıb.

Korrupsiya ilə mübarizə sahəsində Gürcüstan 1-ci, Ermənistan 2-ci, Qazaxıstan 3-cü yeri tutur. Azərbaycan 4-cüdür.

İxracın diversifikasiyasına (rəngarəngliyinə) gəlincə, Azərbaycan 6-cıdır. Əvvəlki yerləri ardıcıllıqla Gürcüstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan tutur. 7 və 8-ci yerlər Ermənistan və Tacikistana məxsusdur.

Azərbaycan işgüzar mühitin əlverişli olduğu 4-cü ölkədir. Gürcüstan 1-ci, Ermənistan 2-ci, Qazaxıstan 3-cü yerdədir.


Səhiyyə Nazirliyində kollegiya iclası: 2015-ci ilin rəqəmləri açıqlanıb


28.12.2015

sn 1
Səhiyyə Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb: “Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı ərazidə alır. 2015-ci ildə Mingəçevir, İsmayıllı rayonlarında və Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılıb.

Bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı xəstəliyin radikal müalicə üsulu olan böyrək köçürmə əməliyyatları da həyata keçirilir. 2015-ci il ərzində 1 xəstəyə Astara rayonunda olmaqla 81 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb”.

Şöbə müdiri qeyd edib ki, 2010-cu ildə ölkədə körpə ölümü göstəricisi 11,2 promilli idi, 2015-ci ildə beynəlxalq diri doğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11 promilli təşkil edir: “Beləliklə, ana ölümü əmsalı hər 100 min diri doğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enib. Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 240 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdi, 2015-ci ildə bu rəqəm 33 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənir”.

Poladov vurğulayıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb: “Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır.

2014-cü ildə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanıb. Artıq Azərbaycanda 25 uşağa sümük iliyi köçürülüb.

Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib”.

Şöbə müdiri deyib ki, ölkədə 1480 hemofiliyalı xəstə qeydiyyatdadır: “Uğurla həyata keçirilən dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub”.

Nazirlik rəsmisinin sözlərinə görə, onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması nəticəsində ilkin xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 97-dən 2015-ci ildə 101-ə qalxıb: “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair dövlət proqramı çərçivəsində 515 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar”.

Şöbə müdiri çıxışında ölkədə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparıldığını kollegiya iştirakçılarının diqqətinə çatdırıb: “İlin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstənin, o cümlədən 391 uşağın kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub”.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə