Xəbər bülleteni №8



Yüklə 0,57 Mb.
səhifə4/7
tarix13.11.2017
ölçüsü0,57 Mb.
#10064
1   2   3   4   5   6   7

20 saylı Nərimanov ikinci seçki dairəsi — Əsədov İbrahim Namizəd oğlu

21 saylı Nəsimi birinci seçki dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı

22 saylı Nəsimi ikinci seçki dairəsi — Hacıyev Rahib Səfəralı oğlu

23 saylı Nəsimi-Səbail seçki dairəsi — Novruzov Elşad Mirzəli oğlu

24 saylı Nizami birinci seçki dairəsi — Abdullayev Rövnəq İbrahim oğlu

25 saylı Nizami ikinci seçki dairəsi — Vəliyeva Sədaqət Süleyman qızı

26 saylı Sabunçu birinci seçki dairəsi — Qədirov Kamran Dursun oğlu

27 saylı Sabunçu ikinci seçki dairəsi — Cəbrayılova Dilarə Məmmədağa qızı

28 saylı Sabunçu üçüncü seçki dairəsi — Cabbarova Xatirə Qılman qızı

29 saylı Səbail seçki dairəsi — Hacıyev Şəmsəddin Hümbət oğlu

30 saylı Suraxanı birinci seçki dairəsi — Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci seçki dairəsi — Abidova Zərnişan Heybət qızı

32 saylı Suraxanı üçüncü seçki dairəsi — Abıyev Ağacan Qulam oğlu

33 saylı Xətai birinci seçki dairəsi — Mirələmov Hüseynbala Fazil oğlu

34 saylı Xətai ikinci seçki dairəsi — İbrahimov Calal Ağarza oğlu

35 saylı Xətai üçüncü seçki dairəsi — Ağrılı Aliyə Reyman qızı

36 saylı Xətai dördüncü seçki dairəsi — Seyidov Səməd İsmayıl oğlu

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi — Kərimzadə Pərvin Orxan qızı

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi — Fətiyev Xanlar Nuru oğlu

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi — Quliyev Musa İsa oğlu

41 saylı Sumqayıt birinci seçki dairəsi — Abdullayeva Leyla Arif qızı

42 saylı Sumqayıt ikinci seçki dairəsi — Mirkişili Tahir Famil oğlu

43 saylı Sumqayıt üçüncü seçki dairəsi — Babayev Muxtar Bahadur oğlu

44 saylı Sumqayıt-Xızı seçki dairəsi — Əsgərov Nurlan Bəşir oğlu

45 saylı Abşeron seçki dairəsi — Əsədov Oqtay Sabir oğlu

46 saylı Şirvan seçki dairəsi — Nəbiyev Paşa Sədi oğlu

47 saylı Mingəçevir seçki dairəsi — Mirzəzadə Aydın Böyükkişi oğlu

48 saylı Yevlax seçki dairəsi — Məmmədov İlham Kazım oğlu

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi — Hüseynli Əli Məhəmməd oğlu

51 saylı Qusar seçki dairəsi — Badamov Azər Camal oğlu

52 saylı Quba seçki dairəsi — Həsənova Afət Əbil qızı

53 saylı Quba-Qusar seçki dairəsi — Abramov Yevda Sasunoviç

54 saylı Şabran-Siyəzən seçki dairəsi — Süleymanov Tahir Süleyman oğlu

55 saylı Xaçmaz şəhər seçki dairəsi — Səlimov Eldəniz Adil oğlu

56 saylı Xaçmaz kənd seçki dairəsi — Əliyev İlham Əli Səftər oğlu

57 saylı Kürdəmir seçki dairəsi — Qəribov Nizami İsməli oğlu

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi — Əmiraslanov Elnur Mehman oğlu

59 saylı Salyan seçki dairəsi — Ağabəyov İlqar Faiq oğlu

61 saylı Neftçala seçki dairəsi — Rəhimzadə Arif Qafar oğlu

62 saylı Saatlı seçki dairəsi — Rəşidov Nazim Sahib oğlu

63 saylı Sabirabad birinci seçki dairəsi — Quliyev Elçin Bəybala oğlu

64 saylı Sabirabad ikinci seçki dairəsi — Xəlilov Rüstəm Gülabba oğlu

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi — Əmiraslanov Əhliman Tapdıq oğlu

67 saylı Cəlilabad şəhər seçki dairəsi — Həsənov Malik Əvəz oğlu

68 saylı Cəlilabad kənd seçki dairəsi — Kazımov Mirkazım Məhəmməd oğlu

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi — Sadıqov Etibar Sadıq oğlu

70 saylı Masallı şəhər seçki dairəsi — Əliyev Nəriman Əlibala oğlu

71 saylı Masallı kənd seçki dairəsi — Novruzov Rafiq Qafar oğlu

72 saylı Yardımlı-Masallı seçki dairəsi — Əliyev Sərvər Məlikməmməd oğlu

73 saylı Lənkəran şəhər seçki dairəsi — Ağayev Mənsur Rəsul oğlu

74 saylı Lənkəran kənd seçki dairəsi — Rəcəbli Hadı Musa oğlu

75 saylı Lənkəran-Masallı seçki dairəsi — Paşazadə Cavanşir Hümmət oğlu

76 saylı Lənkəran-Astara seçki dairəsi — Əsgərov Ziyafət Abbas oğlu

77 saylı Astara seçki dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu

78 saylı Lerik seçki dairəsi — Məmmədov İqbal Nəriman oğlu

79 saylı İmişli seçki dairəsi — Qasımov Əsabil Qarakişi oğlu

80 saylı İmişli-Beyləqan seçki dairəsi — Əmirov Ramiz Cahangir oğlu

81 saylı Beyləqan seçki dairəsi — İsmayılov Şahin Əmir oğlu

82 saylı Ağcabədi seçki dairəsi — Rzayev Tahir Musa oğlu

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi — Əliyev Sadiq Zamil oğlu

84 saylı Füzuli seçki dairəsi — Muradova Bahar Əvəz qızı

85 saylı Şamaxı seçki dairəsi — Eminalıyev Eyvaz Məhəmmədəli oğlu

86 saylı İsmayıllı seçki dairəsi — Qurbanova Xuraman Kamal qızı

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi — Mütəllimov Əlyunis Əlyusif oğlu

88 saylı Göyçay seçki dairəsi — Hacıyeva Ləman Amil qızı

89 saylı Göyçay-Ağdaş seçki dairəsi — Nəsirov Elman Xudam oğlu

90 saylı Ağdaş seçki dairəsi — Vəliyev İlqar Mahir oğlu

91 saylı Ucar seçki dairəsi — Hüseynov Vüsal Əfqan oğlu

92 saylı Zərdab-Ucar seçki dairəsi — İsgəndərov Gülağa Mirzağa oğlu

94 saylı Bərdə kənd seçki dairəsi — Xəlilov Sadiq Vaqif oğlu

95 saylı Tərtər seçki dairəsi — Mirzəyev Surxay Xasay oğlu

96 saylı Goranboy-Naftalan seçki dairəsi — Həsənov Xaləddin Həsən oğlu

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi — Vəliyev Ağalar İsrafil oğlu

98 saylı Şəmkir şəhər seçki dairəsi — Qafarova Sahibə Əli qızı

99 saylı Şəmkir kənd seçki dairəsi - Əliyeva Sona Sakit qızı

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi — Bayramov Kamran Fərhad oğlu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi — Məmmədov İlham Müseyib oğlu

102 saylı Samux-Şəmkir seçki dairəsi — Həsənov Rahil Qurban oğlu

103 saylı Gədəbəy seçki dairəsi — Hüseynova Sevinc Əmirəhməd qızı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi — Məmmədhəsənov Rafiq Musa oğlu

105 saylı Tovuz seçki dairəsi — Yusifova Rahilə Oruc qızı

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi — Qəhrəmanov Canpolad Kəmayıl oğlu

107 saylı Qazax seçki dairəsi — Əhmədov Zeynal Akif oğlu

108 saylı Ağstafa seçki dairəsi — Cəfərov Nizami Qulu oğlu

109 saylı Balakən seçki dairəsi — Məhəməliyev Nəsib Məhəmməd oğlu

110 saylı Zaqatala seçki dairəsi — Bayramov Bəhruz Qurban oğlu

111 saylı Zaqatala-Balakən seçki dairəsi — Əliyeva Kamilə Əlağa qızı

112 saylı Qax seçki dairəsi — Heydərov Babək Yamil oğlu

113 saylı Şəki şəhər seçki dairəsi - Mahmudov Yaqub Mikayıl oğlu

114 saylı Şəki kənd birinci seçki dairəsi — Ağabəyov Xanlar Həsrət oğlu

115 saylı Şəki kənd ikinci seçki dairəsi — Əhmədli Orxan Nofəl oğlu

117 saylı Oğuz-Qəbələ seçki dairəsi — Naxçıvanlı Aqiyə Həbib qızı

118 saylı Ağdam şəhər seçki dairəsi — Abbasova Gülnar Hadı qızı

119 saylı Ağdam kənd seçki dairəsi — Sadıqov Bəxtiyar Yusif oğlu

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi — Şahverdiyev Astan Nuşrəvan oğlu

121 saylı Laçın seçki dairəsi — Abbaszadə Mahir Tapdıq oğlu

123 saylı Kəlbəcər seçki dairəsi — Qurbanov Cavid Qənbər oğlu

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi — Məmmədov Elman Camal oğlu

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi — İsmayılov İmamverdi İbiş oğlu.

YAP kimləri dəyişdi?

15.09.2015

Yeni Azərbaycan Partiyası builki parlament seçkisində irəli sürdüyü namizədlərin siyahısını açıqladı. Transparency.az bu siyahını YAP-ın indiki parlament fraksiyasının tərkibi ilə müqayisə edib. Nəticələri diqqətinizə çatdırırıq:

6 saylı Culfa-Babək seçki dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı (Hazırda bu dairədən YAP-ın deputatı İsmayıl Hacvıyevdir)

8 saylı Binəqədi birinci seçki dairəsi  — Əlizadə Aysel İsmayıl qızı (Hazırda bu dairədən YAP-ın deputatı Oqtay Əsədovdur, indi o, 45 saylı dairədən namizəd olub)

9 saylı Binəqədi ikinci seçki dairəsi  — Qafarov Kəmaləddin Nəsrəddin oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

10 saylı Binəqədi üçüncü seçki dairəsi — Həsənova Samirə Yaşar qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

11 saylı Qaradağ seçki dairəsi — Hüseynov Aydın Nəsir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Ağalar Vəliyevdir, indi o, 97 saylı dairədən namizəd olub)

15 saylı Yasamal birinci seçki dairəsi — Aslanov Bayram Mirazim oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

16 saylı Yasamal ikinci seçki dairəsi — İbrahimov Xıdır Mənsum oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Abel Məhərrəmovdur)

17 saylı Yasamal üçüncü seçki dairəsi — Əhmədova Lalə Kərim qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

18 saylı Nərimanov-Nizami seçki dairəsi — İsmayılov İsmayıl Mübariz oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

19 saylı Nərimanov birinci seçki dairəsi — Məmmədov Hikmət Baba oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

20 saylı Nərimanov ikinci seçki dairəsi — Əsədov İbrahim Namizəd oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

21 saylı Nəsimi birinci seçki dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

22 saylı Nəsimi ikinci seçki dairəsi — Hacıyev Rahib Səfəralı oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

23 saylı Nəsimi-Səbail seçki dairəsi — Novruzov Elşad Mirzəli oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

26 saylı Sabunçu birinci seçki dairəsi — Qədirov Kamran Dursun oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

27 saylı Sabunçu ikinci seçki dairəsi — Cəbrayılova Dilarə Məmmədağa qızı (Hazırda bu dairədən YAP-ın deputatı Qalib Salahzadədir)

28 saylı Sabunçu üçüncü seçki dairəsi — Cabbarova Xatirə Qılman qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

29 saylı Səbail seçki dairəsi — Hacıyev Şəmsəddin Hümbət oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

31 saylı Suraxanı ikinci seçki dairəsi — Abidova Zərnişan Heybət qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

34 saylı Xətai ikinci seçki dairəsi — İbrahimov Calal Ağarza oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

35 saylı Xətai üçüncü seçki dairəsi — Ağrılı Aliyə Reyman qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi — Kərimzadə Pərvin Orxan qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - Həmzəyev Naqif Ələşrəf oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

42 saylı Sumqayıt ikinci seçki dairəsi — Mirkişili Tahir Famil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

44 saylı Sumqayıt-Xızı seçki dairəsi — Əsgərov Nurlan Bəşir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

45 saylı Abşeron seçki dairəsi — Əsədov Oqtay Sabir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

46 saylı Şirvan seçki dairəsi — Nəbiyev Paşa Sədi oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

52 saylı Quba seçki dairəsi — Həsənova Afət Əbil qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

55 saylı Xaçmaz şəhər seçki dairəsi — Səlimov Eldəniz Adil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Arif Əşrəfovdur)

57 saylı Kürdəmir seçki dairəsi — Qəribov Nizami İsməli oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Fərhad Qəribovdur)

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi — Əmiraslanov Elnur Mehman oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

59 saylı Salyan seçki dairəsi — Ağabəyov İlqar Faiq oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

62 saylı Saatlı seçki dairəsi — Rəşidov Nazim Sahib oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Cəlal Əliyevdir)

63 saylı Sabirabad birinci seçki dairəsi — Quliyev Elçin Bəybala oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi — Sadıqov Etibar Sadıq oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

71 saylı Masallı kənd seçki dairəsi — Novruzov Rafiq Qafar oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

72 saylı Yardımlı-Masallı seçki dairəsi — Əliyev Sərvər Məlikməmməd oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

73 saylı Lənkəran şəhər seçki dairəsi — Ağayev Mənsur Rəsul oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

77 saylı Astara seçki dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Aslan Cəfərovdur)

80 saylı İmişli-Beyləqan seçki dairəsi — Əmirov Ramiz Cahangir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

81 saylı Beyləqan seçki dairəsi — İsmayılov Şahin Əmir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Ayaz Orucovdur)

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi — Əliyev Sadiq Zamil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

85 saylı Şamaxı seçki dairəsi — Eminalıyev Eyvaz Məhəmmədəli oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

86 saylı İsmayıllı seçki dairəsi — Qurbanova Xuraman Kamal qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi — Mütəllimov Əlyunis Əlyusif oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Ərəstun Cavadovdur)

88 saylı Göyçay seçki dairəsi — Hacıyeva Ləman Amil qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

89 saylı Göyçay-Ağdaş seçki dairəsi — Nəsirov Elman Xudam oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Şəmsəddin Hacıyevdir)

90 saylı Ağdaş seçki dairəsi — Vəliyev İlqar Mahir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

91 saylı Ucar seçki dairəsi — Hüseynov Vüsal Əfqan oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

92 saylı Zərdab-Ucar seçki dairəsi — İsgəndərov Gülağa Mirzağa oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

94 saylı Bərdə kənd seçki dairəsi — Xəlilov Sadiq Vaqif oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

95 saylı Tərtər seçki dairəsi — Mirzəyev Surxay Xasay oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

96 saylı Goranboy-Naftalan seçki dairəsi — Həsənov Xaləddin Həsən oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi — Vəliyev Ağalar İsrafil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Gülçöhrə Məmmədovadır)

99 saylı Şəmkir kənd seçki dairəsi - Əliyeva Sona Sakit qızı (Hazırda bu dairədən YAP-ın deputatı Məlahət İbrahimqızıdır, indi o, 21 saylı dairədən namizəd olub)

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi — Bayramov Kamran Fərhad oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi — Məmmədov İlham Müseyib oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

102 saylı Samux-Şəmkir seçki dairəsi — Həsənov Rahil Qurban oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

105 saylı Tovuz seçki dairəsi — Yusifova Rahilə Oruc qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi — Qəhrəmanov Canpolad Kəmayıl oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

107 saylı Qazax seçki dairəsi — Əhmədov Zeynal Akif oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Əhməd Vəliyevdir)

109 saylı Balakən seçki dairəsi — Məhəməliyev Nəsib Məhəmməd oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Rəbiyyət Aslanovadır)

110 saylı Zaqatala seçki dairəsi — Bayramov Bəhruz Qurban oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

112 saylı Qax seçki dairəsi — Heydərov Babək Yamil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

114 saylı Şəki kənd birinci seçki dairəsi — Ağabəyov Xanlar Həsrət oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

115 saylı Şəki kənd ikinci seçki dairəsi — Əhmədli Orxan Nofəl oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

118 saylı Ağdam şəhər seçki dairəsi — Abbasova Gülnar Hadı qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)

121 saylı Laçın seçki dairəsi — Abbaszadə Mahir Tapdıq oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Nazim Fərəcovdur).

Prezidentlər danışıqların hesabatını verib

16.09.2015



gorush 1
Sentyabrın 15-i Bakıda Azərbaycan və Çexiya prezidentləri İlham Əliyevlə Miloş Zemanın görüşü olub. Danışıqların ardından Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq bəyannaməsi və iki ölkənin Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Prezidentlərin birgə mətbuat konfransında çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin əlaqələri uğurla inkişaf edir: “Siyasi, iqtisadi, mədəniyyət sahəsində çox gözəl nəticələr var. Biz siyasi sahədə uğurlu əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə də, beynəlxalq təşkilatlar çərçivəsində də birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik”.

Dövlət başçısı qeyd edib ki, strateji tərəfdaşlıq bəyannaməsi ikitərəfli əlaqələrin səviyyəsinin mahiyyətini əks etdirir və doğrudan da əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb: “Bizim Avropa İttifaqına üzv ölkələrlə buna bənzər 7 müqavilə, anlaşma, bəyannamə vardır. Artıq Avropa İttifaqına üzv ölkələrin 8-i ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər imzalanıb”.

İlham Əliyev iki ölkənin iqtisadi sahədə çox uğurlu əməkdaşlığı olduğunu vurğulayıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Eyni zamanda çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq. Bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda.

Qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilib. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaq.

Energetika sektorunda əməkdaşlıq da danışıqlar mövzusudur. Azərbaycan Çexiyaya xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni – təxminən 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir”.

“Cənub” qaz dəhlizinin icrasından söz açan prezident qey edib ki, ümumi dəyəri 45 milyard dollara bərabər olan layihə çərçivəsində “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq: “Eyni zamanda 3 yeni qaz kəməri çəkiləcək. Cənubi Qafqaz qaz kəməri — Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP — Türkiyə ərazisindən keçən və TAP — Türkiyə sərhədindən İtaliya sərhədlərinə qədər uzanan. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır və burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi iştirak edir. Bəzi layihələrdə əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz kəmərinin tikintisi təmin ediləcək”.

Miloş Zeman çıxışında deyib ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir: “Sizi əmin edə bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur. Mənə bildirildi ki, Azərbaycan ərazisində apardığımız fəaliyyətdə heç bir işin pozulması və ya sığorta halı olmayıb. Mən bunu yüksək dəyərləndirirəm. Bütün bunlar hamıya aydın olan, lakin adı çəkilməyən ölkələrlə müqayisədə Azərbaycana olan etimadı daha da artırır”.

Çexiya lideri bildirib ki, ölkəsinin iş adamları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə uğurla sərmayə qoyublar: “Artıq tikintinin ikinci mərhələsi başlayır. Ümidvaram ki, bu sahədə də əməkdaşlığımız uğurlu olacaq. İnfrastruktur baxımından bu layihə kifayət qədər genişmiqyaslıdır.

Azərbaycanın ikinci şəhəri Gəncənin icra hakimiyyətinin başçısı şəhər nəqliyyatı, o cümlədən aşağı gərginlik tramvayları ilə bağlı Çex Respublikasına müraciət edib.

Əlbəttə ki, işlədiyimiz ənənəvi sahələr, xüsusən də müdafiə sənayesi, eləcə də Azərbaycanın polis qüvvələri üçün istər radar, istərsə də digər silah növləri baxımından əməkdaşlığa hazırıq.

İmzalanmış sənəddə göstərildiyi kimi, biz kənd təsərrüfatı sahəsində əməkdaşlığa açığıq. Bildiyimiz qədər, bu sahədə Azərbaycan öz məhsullarının bir hissəsini ixrac edir və bu baxımdan özünü təmin edən ölkədir”.

İlham Əliyev: “Avropa Parlamentində qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil”

16.09.2015

Sentyabrın 15-i Bakıda Çexiya prezidenti ilə birgə mətbuat konfransı keçirən dövlət başçısı İlham Əliyev Avropa Parlamentinin 10 sentyabr qətnaməsinə də toxunub. Çex televiziyasından Miroslav Karasın “Azərbaycan parlamenti müvafiq parlamentar qurumla əməkdaşlığını dayandırır və ölkənin Şərq tərəfdaşlığı proqramındakı iştirakına yenidən baxmağı planlaşdırır. Azərbaycan deputatlarının mövqeyi ilə bağlı nə deyə bilərsiniz” sualını prezident belə cavablandırıb:

- Azərbaycan parlamentinin qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz.

Bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər etmişlər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozmuşlar. Eyni zamanda Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıb. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir prezident kimi mənim üçün Avropa Parlamentində qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.

O ki qaldı Azərbaycan parlamentinin reaksiyasına, hesab edirəm ki, bu reaksiya gözlənilən idi. Çünki Azərbaycan parlamenti müstəqil qurum kimi öz rəyini ifadə etdi, deputatların çoxu öz çıxışlarında fikirlərini söylədilər və onların sözündə həqiqətdən başqa heç bir şey yoxdur.

Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün onları Avropada nələr gözləyir — islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar.

Bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir, tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı demək olar ki, itirən dairələr bu gün, əfsuslar olsun, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə